Yaddaşlara həkk olunan tarixi gün

 

Tariximizdə hər birinin öz yeri olan dahi şəxsiyyətlərimiz dövlətçilik ənənələrimizin yaradılmasında, Azərbaycanın intibahında misilsiz xidmətlər göstərmişlər. Bu sırada ümummilli liderlik zirvəsinə ucalan, hələ sağlığında canlı əfsanəyə çevrilən yalnız Heydər Əliyev olmuşdur. Qüdrətli şəxsiyyət Heydər Əliyevin siyasi obrazı xalqımızın dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən canlı təcəssümüdür.

 

Bu nadir zəka sahibi böyük işlər görmək, xalqını irəliyə aparmaq üçün yaranmışdı. Bu keyfiyyətlər onda fitrətən vardı. Onun liderlik bacarığı, potensialı çalışdığı bütün işlərdə, tutduğu bütün vəzifələrdə özünü parlaq şəkildə göstərmişdi. Ulu öndər Azərbaycana rəhbərliyinin hər iki mərhələsində qarşıya qoyduğu ali məqsədlərə doğru irəliləyərkən təkcə daxili inamına, yüksək intellektinə və parlaq zəkasına deyil, həm də ictimai etimada əsaslanmış, ən böyük dəstəyi xalqdan almışdır. Heydər Əliyev dühasının böyüklüyü həm də onun daim xalq qarşısında yüksək mənəvi və siyasi məsuliyyət hissi daşıması, ictimai inamı doğrultmaq üçün böyük səylə, vicdanla çalışması olmuşdur.

Siyasətə milli ideyaların realizəsi vasitəsi kimi yanaşan böyük strateq bütün məsələlərdə daim ümumxalq mənafeyindən çıxış etmiş, hakimiyyətdə olduğu hər iki mərhələdə eyni məramla çalışmış, qarşıya qoyduğu hədəflərə yetişmək üçün bütün gücünü səfərbər etmişdir. Məhz bu keyfiyyətləri sayəsində Heydər Əliyev millətə, xalqa rəhbərlik etmək haqqını təmin etmişdir. Şəxsiyyət və lider kimi mübarizə miqyasının böyüklüyü ona hələ sağlığında ümummilli liderlik zirvəsini fəth etmək imkanı vermişdi. Ulu öndər bəyan etmişdi: "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə veribbütün uğurlarımı təmin edib". Müstəqil Azərbaycan dövlətinin keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində Heydər Əliyevin göstərdiyi qətiyyət bu həqiqəti dəfələrlə təsdiqləyib.

Hər bir xalqın taleyində mühüm əhəmiyyət daşıyan elə tarixi günlər var ki, onun gələcək həyatının təməli məhz həmin məqamda qoyulur. Taleyüklü tarixi hadisələrlə əlamətdar olan belə məqamlardan xalqımız üçün ən önəmlisi 1993-cü ilin 15 iyun günüdür. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 İyun böyük ictimai, siyasitarixi əhəmiyyətə malik bir gündür. 15 İyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsindən alnıaçıq çıxdığı gündür. Bu tarixi yaradan, xalqa nicat yolunu göstərən isə Azərbaycanın müstəqilliyinin qorunmasında və möhkəmlənməsində, sonrakı inkişafında, hətta gələcək taleyində müstəsna rol oynayan ulu öndər Heydər Əliyevdir.

Həqiqətən də, Milli Qurtuluş anlayışı Azərbaycanın müasir tarixində milli dövlət quruculuğunun ideya əsası kimi çıxış edir. Azərbaycanın milli dövlətçilik ənənələrinin bərpa edilməsi və möhkəmləndirilməsi istiqamətində atılan addımların məhz bu mərhələdən başlanması heç də təsadüfi deyil. Bu, Azərbaycanda 1990-cı illərin əvvəllərində yaranmış böhranlı tarixi şəraitdə milli dövlət quruculuğunun üzləşdiyi spesifik xüsusiyyətlərlə və şərtlərlə bilavasitə əlaqədar idi. Bugünün müstəvisindən ötən əsrin 90-cı illərinin əvvəllərinə nəzər yetirəndə ötən müddətdə keçdiyimiz yolun təzadları və həqiqətləri gözümüz önündə bir daha canlanır.

Həmin dövrün tarixi gerçəkliyi odur ki, Azərbaycanda dövlət müstəqilliyi haqqında Konstitusiya aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, ölkəmiz yalnız müdrik dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra həqiqi müstəqilliyinə qovuşdu. O vaxta qədər Azərbaycan siyasi çəkişmələr burulğanında boğulurdu, ölkədə qarşıdurma son həddə çatmışdı. Siyasi hakimiyyətdə bir-birini əvəz edən səriştəsiz və naşı iqtidarların günahı üzündən ölkəmiz həm siyasi, həm sosial-iqtisadi, həm də mədəni sahələrdə dərin tənəzzülə uğrayırdı. Kəskinləşən qarşıdurmada Azərbaycanda vətəndaş müharibəsi qaçılmaz idi.

Bütün bunlar müasir tariximizin ibrət dərsləridir və onlardan düzgün nəticə çıxarmağa, bu həqiqətləri gələcək nəsillərə çatdırmağa borcluyuq. Tarix özü təsdiqlədi ki, məhz ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycan dövləti və Azərbaycan xalqı başının üstünü almış bütün təhlükələrdən qurtuldu. Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildiyi 1993-cü ilin 15 iyun günü isə xalqımızın taleyində dönüş anı, itirilmiş inamın qaytarılması, anarxiyadan sabitliyə və inkişafa doğru yeni mərhələ oldu. Azərbaycan Prezidenti İlham Əliyev müstəqilliyimizin 20 illiyi ilə bağlı nitqində həmin dövrü xarakterizə edərək demişdir: "Müstəqilliyimizin ilk illərindəki hərc-mərclik və xalqımızın maraqlarına zidd siyasət, iqtisadiyyatın zəiflədilməsi və milli sərvətlərin talan edilməsi dərin siyasiiqtisadi-sosial böhranla nəticələndi. 1993-cü ilin iyun ayından ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyillərinə son qoydu və Heydər Əliyevin dövlət quruculuğu siyasətinin gerçəkləşməsinə gətirib çıxardı".

Ulu öndər işləyib hazırladığı müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycan dövlətinin uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoymuşdur. Heydər Əliyevin idarəetmə məktəbi hazırda siyasətçilərin və politoloqların, iqtisadçıların, hüquqşünasların, filosofların və sosioloqların konseptual şəkildə öyrəndikləri zəngin qaynaqdır. Həqiqətən də, ulu öndərin dövləti və cəmiyyəti idarəetmə sisteminə, maddi və mənəvi inkişafına verdiyi nəzəri və praktiki töhfə tanınmış siyasətçilər tərəfindən daim etiraf olunur. Ona görə də ölkədə idarəçilik sisteminin təkmilləşdirilməsi üçün bu məktəbin dərindən öyrənilməsinə və onun əsasında müasir siyasi texnologiyaların hazırlanmasına böyük ehtiyac duyulur.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev ümümmilli lider Heydər Əliyevin idarəçilik bacarığının bəşəri miqyasda təhlilini verərək deyir: "Franklin Ruzvelt, Uinston Çörçill, Şarl de Qoll kimi Heydər Əliyev də hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Onun qeyri-adi şəxsiyyəti, siyasətçi və dövlət xadiminə xas böyük istedadı bizim hamımıza, onun müasirlərinə və həmvətənlərinə dərin təsir bağışlayır, siyasətçilərin, tədqiqatçıların və jurnalistlərin diqqətini ona cəlb edir. Heydər Əliyev fenomeninə maraq illər ötdükcə azalmır, əksinə, getdikcə daha da artır. Ölkəmizdə və xaricdə çap edilən bir çox yazılarda, tədqiqatçıların əsərlərində biz Heydər Əliyevin həyat və fəaliyyətinin, siyasətinin və mahir idarəçilik bacarığının yeni-yeni cəhətlərini görürük.

Bir çox jurnalistlər onu hakimiyyət ustadı adlandırmağı xoşlayır və təsdiqləyirlər ki, ondakı hakimiyyət duyumu digər bütün duyumlarla üzvi şəkildə çulğaşmışdır və onun təbiətinin ayrılmaz tərkib hissəsini təşkil edir. Bir çox tədqiqatçıların fikrincə, məhz bu hakimiyyət magiyası ona artıq otuz ildən çoxdur ki, sadəcə, hakimiyyətin zirvəsində qalmağa deyil, həm də milyonlarla insanın sevimlisi, idealı kimi qalmağa imkan verir". Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusubanisidir. Bu gün müstəqil siyasət yürüdən, dünya arenasında öz siyasiiqtisadi çəkisinə görə önəmli rol oynayan Azərbaycan dövləti ümummilli liderin şah əsəri, xalqımıza əbədi yadigarıdır. Azərbaycanda müstəqil dövlət təsisatlarının yaradılması, beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğunun əzmlə həyata keçirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təminatı və yeni iqtisadi kursun müəyyənləşdirilməsi məhz Heydər Əliyevin öz xalqı qarşısındakı əvəzsiz xidmətləridir. Heydər Əliyev nəinki müstəqilliyimizi qoruyub saxladı, həm də onu əbədi və dönməz etdi.

Zamanın bu dahi şəxsiyyətə, onun dərin zəkasına, polad iradəsinə, zəngin təcrübəsinə və hədsiz Vətən sevgisinə etibar etdiyi tarixi missiyanı Heydər Əliyev layiqincə yerinə yetirməyə müvəffəq oldu. Ulu öndərin müstəqil Azərbaycanın Prezidenti kimi on illik fəaliyyəti özünün əzəmətli ifadəsini müasir dövlət quruculuğu siyasətinin həyatımızın bütün sahə və istiqamətlərini əhatə etməsində, heç kimdən və heç bir ölkədən asılı olmayan, müstəqil siyasət yürüdən qüdrətli Azərbaycanın təşəkkülündə, zamanın yeni çağırışlarının müvəffəqiyyətlə cavablandırılmasında tapmışdır.

Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı öz strateji seçiminiinkişaf yolunu - insan hüquq və azadlıqlarının ali dəyər hesab edildiyi demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçdibu məqsədə nail olunması üçün qısa müddətdə dövlət və cəmiyyət həyatının bütün sahələrində köklü islahatlar aparıldı. Ulu öndərimizin banisi olduğu, onun bilavasitə iştirakı ilə ərsəyə gəlmiş və ümumxalq səsverməsi yolu ilə 1995-ci il noyabrın 12-də qəbul edilmiş ilk milli Konstitusiyamız, şübhəsiz ki, bütün bu islahatların yönünü müəyyənləşdirmişdir. Bu böyük tarixi, siyasi-hüquqi ali sənəd ulu öndərin gərgin əməyinin bəhrəsi kimi Azərbaycanın müstəqillik yolunda daha inamla addımlamasının, ərazi bütövlüyümüzün, təbii sərvətlərimizin, dinimizinana dilimizin, mədəniyyətimizin və digər dəyərlərimizin toxunulmazlığının, insan və vətəndaş azadlığının, firavanlığın təminatçısıdır.

Heydər Əliyevin hakimiyyəti dövründə müstəqil Azərbaycanda həyata keçirilən siyasidemokratik islahatlar ölkəmizin Avropa Şurası və Qərbin digər siyasiiqtisadi strukturları ilə fəal əməkdaşlığına şərait yaratmışdır. Təbii ki, bütün bunlar Azərbaycanın Qərbə geniş inteqrasiyasını sürətləndirmiş və mötəbər beynəlxalq təşkilatların qapılarını üzümüzə açmışdır.

Ölkəmizdə mükəmməl sosial-iqtisadi inkişaf strategiyasının hazırlanması və mərhələ-mərhələ reallaşdırılması ulu öndərimizin tarixi xidmətilərindəndir. Azərbaycanın iqtisadi qüdrətinin artmasında neftqaz kimi təbii sərvətlərimizin, ondan xalqımızın mənafeyinə uyğun düzgün istifadə olunması mühüm rol oynayır. Ümummilli lider Heydər Əliyevin müdrikcəsinə və uzaqgörənliklə işləyib hazırladığı milli neft konsepsiyası Azərbaycanın uzunmüddətli uğurlu inkişafının təməlini qoyub.

"Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycan özünü çağdaş dünyaya təqdim edib. İlk dəfə olaraq dünyada nəhəng transmilli konsorsium yaradılıb və ölkəmizin sayəsində Xəzər dənizi beynəlxalq əməkdaşlıq məkanı kimi tanınıb. Bu müqavilə ölkəmizin geosiyasi mövqelərini möhkəmləndirməklə yanaşı, iqtisadiyyatımızın, xüsusən də qeyri-neft sektorunun sürətli inkişafına və əhalinin sosial rifahının yaxşılaşdırılmasına təkan verib. Bu dövrdə neft-qaz sektoruna 30 milyard dollardan artıq sərmayə cəlb olunub. "Neftqaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli Strategiya"qəbul edilib. Heydər Əliyevin digər mühüm xidməti isə qədim İpək Yolunun bərpasıdır. Bu qüdrətli şəxsiyyət müasir İpək Yolunu reallaşdırmaqla qarşısında həm tarixi ənənələri yaşatmaq, həm də Azərbaycanın strateji mövqeyini daha da gücləndirmək məqsədi qoymuşdu. İndi bu qlobal layihələrin bəhrəsindən yalnız xalqımız deyil, bütün dünya bəhrələnir. Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Cənab İlham Əliyevin qloballaşan dünyanın tələblərinə uyğun yeni keyfiyyətdə davam etdirdiyi siyasi xətt Azərbaycan dövlətçiliyinin inkişafına, ölkənin milli maraqlarının müdafiəsinə və iqtisadiyyatın inkişaf etdirilməsinə misilsiz töhfələr verib. Prezident İlham Əliyev ulu öndərin başladığı yeni neft strategiyasını uğurla davam etdirdi.

Bakı-Tbilisi-Ceyhan və Bakı-Tblisi-Ərzurum neftqaz kəmərlərinin inşasının başa çatdırılması ilə İlham Əliyev Azərbaycanın bölgədəki lider mövqeyini daha da möhkəmləndirdi. Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin çəkilişinin başlanması isə regionun lider dövləti olan Azərbaycanın xarici dəstək olmadan belə, iri maliyyə tutumlu layihələrin reallaşdırılmasına qadir olduğunu göstərdi. Bütün bunlar həm də Azərbaycanın iqtisadi müstəqilliyini bütün dünyaya nümayiş etdirdi.

Prezident İlham Əliyevin əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaradıb, hər bir vətəndaşın həyatında irəliləyişlərə səbəb olub. Dövlətimizin başçısı əsası ümummilli lider tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının ardıcıl şəkildə və yüksək dinamizmlə həyata keçirilməsinə möhkəm və dönməz zəmin formalaşdırıb.

Nəqliyyat sektorunun davamlı inkişafı dövlət siyasətinin prioritet istiqamətidir. Son illər bu sahədə çox nəhəng işlər görülüb və görülməkdədir. İstər şəhər nəqliyyatının, istər dəmir yolunun müasir standartlar səviyyəsinə yüksəlməsi, istərsə də Bakıda və regionlarımızda yeni magistral yolların və körpülərin salınması, insanların rahatlığı namınə həyata keçirilən qlobal layihələr Azərbaycanın qüdrətli dövlət olduğunun təsdiqidir. Bütün bunlar bir daha sübut edir ki, ölkəmizdə Heydər Əliyev siyasətinə alternativ yoxdur və məhz bu siyasət Azərbaycanın firavan gələcəyinin qarantıdır.

 

 

Məhərrəm MƏMMƏDOV,

iqtisadçı ekspert

 

Xalq qəzeti.- 2012.- 12 iyun.- S. 3.