Beynəlxalq reytinq agentliyi Azərbaycan iqtisadiyyatının inkişafını yüksək qiymətləndirmişdir

 

"Moody's İnvestors Service" beynəlxalq reytinq agentliyinin Azərbaycana həsr olunan illik kredit icmalında bildirilir ki, ölkənin "Baa3" səviyyəsindəki reytinqi (proqnoz "sabit") neft gəlirlərinin nəticəsi olan güclü maliyyə mövqeləri ilə bağlıdır. Adıçəkilən agentliyin məlumatında həmçinin vurğulanır ki, Azərbaycanın maliyyə mövqeyi güclüdür, çünki dövlət borcunun həcmi ÜDM-in cəmi 10,5 faizini təşkil edirborclar çox kiçik faizlərlə cəlb edilmişdir. Bundan əlavə, borcların 90 faizi uzunmüddətli olduğundan, borc strukturu sağlam qiymətləndirilir. Eyni zamanda 40 milyard dollar həcmində xarici aktivlərinin olması da ölkənin maliyyə mövqeyini gücləndirir.

 

Yeri gəlmişkən, burada bir məqama toxunmaq istərdik. Mütəxəssislərin fikrincə, dünya iqtisadiyyatının artımını əngəlləyən başlıca amil qabaqcıl ölkələrdə dövlət borcu problemidir. Hazırda inkişaf etmiş və etməkdə olan 15 ölkədə dövlət və özəl sektorun borcu dayanıqsız həddə çatmışdır. Dövlət borcunun həcmi avrozonada Ümumi Daxili Məhsulun səviyyəsinə yaxınlaşmışdır. Bu səbəbdən bir sıra qabaqcıl ölkələrin kredit reytinqləri aşağı düşmüşdür. BVF-nin qiymətləndirmələrinə görə, inkişaf etmiş ölkələrdə 2020-ci ilədək dövlət borcunun ÜDM-ə nisbətini 60 faizə endirmək üçün dövr ərzində ÜDM-in faizi qədər büdcə profisiti yaranmalıdır. Bu isə əhəmiyyətli fiskal konsolidasiya planının həyata keçirilməsini tələb edir. Göründüyü kimi, Azərbaycanda borc strukturunun düzgün qurulması, eyni zamanda, ölkənin 40 milyard dollar həcmindəki xarici aktivlərinin olması respublikamızın maliyyə mövqeyini gücləndirmişdir. Bunun da nəticəsində yuxarıda adı çəkilən agentlik tərəfindən sözügedən məqamla bağlı ölkəmizin fəaliyyəti yüksək qiymətləndirilmişdir.

Agentliyin məlumatında həmçinin bəyan edilir ki, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olan regional gərginlik ölkə üzrə risklərin qiymətləndirilməsində mənfi amildir. Lakin eyni zamanda Azərbaycanın karbohidrogen sahəsi Avropa ilə sıx əlaqəli olduğundan, hərbi əməliyyatların bərpa edilməsi ehtimalı çox aşağı qiymətləndirilir. Agentlik qeyd edir ki, Azərbaycanın böyük ehtiyatlara sahib olması neftlə bağlı risklərə dözümlüyünü gücləndirir və hər hansı ciddi maliyyə zərbələrinin azalmasına imkan verir.

Şübhəsiz ki, burada ölkə iqtisadiyyatının dinamik inkişafı mühüm rol oynayır. Faktlara diqqət yetirək. Bu ilin ötən aylarında Azərbaycan iqtisadiyyatı proqnozlaşdırılan inkişaf indikatorlarına uyğun inkişaf etmişdir. Yeni şəraitdə bank sistemində də dinamik artım və stabillik müşahidə olunmuş, bankların iqtisadiyyatda maliyyə vasitəçisi rolu daha da güclənmişdir. Mərkəzi Bank makroiqtisadi sabitliyə təsir edən amilləri nəzarətdə saxlayaraq adekvat siyasət həyata keçirmişdir. Adı çəkilən bank öz fəaliyyətini inflyasiyanın təkrəqəmli səviyyədə saxlanması, manatın məzənnəsinin sabitliyi, maliyyə sabitliyinin möhkəmləndirilməsi kimi hədəflərin reallaşdırılmasına yönəltmişdir.

Xatırladaq ki, ötən il və bu ilin beş ayı ərzində bank sistemində maliyyə sabitliyi qorunmuş, sektorun institusional inkişafı davam etmişdir. Bank sisteminin kapital adekvatlığı və likvidlik göstəriciləri məqbul səviyyədə saxlanılmışdır. Maliyyə xidmətlərinə çıxış imkanları genişlənmiş, iqtisadiyyatın kreditləşdirilməsi davam etdirilmişdir. Bank sektorunun potensial riskləri vaxtında tənzimlənmişdir. Sektorda restrukturizasiya tədbirləri davam etdirilmişdir. Bundan başqa, yeni makroiqtisadi vəziyyətdə bankların daha təmkinli və sağlam aktivliyinin təmin olunması üçün zəruri nəzarət rejimi və alətləri reallaşdırılmışdır. Kapitallaşma proqramları davam etdirilmiş, kapital tələbi ilə bağlı yeni normativin tətbiqinə başlanılmışdır. Bütün bunlar bank sisteminin sabit və dayanıqlı fəaliyyətinin təmin edilməsinə, əhalinin və investorların etimadının qorunmasına yönəldilmişdir. Eyni zamanda, banklarda idarəetmə potensialının gücləndirilməsinə, aktivlərin sağlamlaşdırılmasına, maliyyə ehtiyatlanması səviyyəsinin artırılmasına, risklərin tənzimlənməsinə yönəlmiş tədbirlər davam etdirilmişdir.

Qeyd edək ki, ötən il real sektorun və əhalinin bank sisteminə vaxtı keçmiş borclarının xüsusi çəkisi 6,5 faiz təşkil etmişdir ki, bunun da yarısı banklar tərəfindən yaradılmış ehtiyatlarla örtülür. Bank sistemi optimal gəlirliyini qorumuşinvestisiya cəlbediciliyini saxlamışdır. Hazırda ümumi likvidlik səviyyəsi yüksəkdir. Ötən il aktivlər ümumi aktivlərin 14,3 faiz həddində olmuşdur.

2012-ci ildə də ölkədə pul və məzənnə siyasəti makroiqtisadi sabitliyin qorunmasına yönəldiləcək, kontr-tsiklik siyasət çərçivəsinin formalaşması mühüm prioritet olacaqdır. Pul siyasəti inflyasiyaiqtisadi artım, pulun dəyəri və iqtisadiyyatda gəlirlik norması arasında mümkün optimal balansın tapılmasına istiqamətlənəcəkdir. Hazırda bank sektorunda dayanıqlığın və sabitliyin qorunması, bank aktivliyinin optimallaşması, sektorun tarazlı və sağlam inkişafı maliyyə sabitliyi siyasətinin əsas imperativləridir.

Son qlobal proqnozları nəzərə alaraq, bu il Azərbaycanın ixracını təşkil edən əmtəə qiymətlərinin tədiyə balansına müsbət təsir edəcəyi gözlənilir. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, neftin bir barelinin qiyməti 100 dollardan çox olacaqdır ki, bu da büdcə paketində nəzərdə tutulmuş səviyyədən (80 dollar) daha yüksəkdir. Bu şəraitdə cari əməliyyatlar balansında profisit hesabına valyuta ehtiyatları artmaqda davam edəcəkdir. Mərkəzi Bankın qiymətləndirmələrinə görə isə bu il tədiyə balansının cari əməliyyatlar hesabında Ümumi Daxili Məhsulun 20-25 faizi qədər profisitin olacağı gözlənilir. 2012-ci ildə iqtisadi artımın davam edəcəyi proqnozlaşdırılır. Ölkənin sosial-iqtisadi inkişaf proqnozlarına uyğun olaraq bu il Ümumi Daxili Məhsulun 5,7 faiz artacağı proqnozlaşdırılır. Neft hasilatının gözlənilən həcmini nəzərə alaraq iqtisadi artım qeyri-neft sektoru hesabına (əsasən daxili tələbin təsiri altında) baş verəcəkdir. Dövlət xərcləri qeyri-neft sektorunda artım templərini formalaşdıran mühüm amil olacaqdır. Makroiqtisadi proqnozları nəzərə alaraq inflyasiya amillərinə koordinasiya olunmuş nəzarətin gücləndirilməsi zərurəti artır. Bu il inflyasiya amillərinin həm daxili tələbin, həm də xarici amillərin təsiri altında formalaşacağı gözlənilir. Bu şəraitdə 2012-ci ildə makroiqtisadi sabitlik hədəflərinin aktuallığı daha da artır. Hazırda antiinflyasiya siyasəti öz aktuallığını saxlayır. Burada başlıca məqsəd illik inflyasiyanın təkrəqəmli səviyyədə saxlanmasıdır. İnflyasiyanın aşağı səviyyədə saxlanması ödəniş qabiliyyətli tələbin təmin olunmasında, əhalinin və biznesin maliyyə yığımlarının real dəyərinin qorunmasında, faiz dərəcələrinin aşağı düşməsində və manatın real məzənnəsinin rəqabətli olmasında həlledici amildir. İnflyasiya üzrə hədəfə nail olmaq üçün Mərkəzi Bank pul təklifi və valyuta məzənnəsindən aralıq hədəflər kimi istifadə edəcəkdir. Strateji dövrdə isə Mərkəzi Bankın qarşısında duran vəzifə məcmu tələbə təsir etmək və bu yolla inflyasiyanı birbaşa hədəfləmək imkanlarının artırılmasıdır. Bu imkanın yaranması pul siyasətinin məcmu tələb və pulun dəyəri üzərində monetar nəzarətinin güclənməsini təmin edən amildir. İqtisadiyyatın diversifikasiyası, qeyri-nağd pul dövriyyəsinin miqyasının genişlənməsi, makroiqtisadi siyasətin koordinasiyası mexanimzlərinin güclənməsi, kapital bazarlarının inkişafı pul siyasəti qərarlarının iqtisadi aktivliyə və inflyasiya səviyyəsinə yüksək ötürücülük qabiliyyətini təmin edən başlıca şərtlərdir.

Yeri gəlmişkən, iqtisadiyyatın dinamik inkişafını əks etdirən bəzi göstəricilərə də nəzər salaq. 2012-ci ilin yanvar-mart aylarında ÜDM-in real artım tempi 0, 5 faiz təşkil etmişcari qiymətlərlə 12,3 milyard manat olmuşdur. Adambaşına düşən ÜDM-in həcmi 1346,1 manat (1711,9 ABŞ dolları) təşkil etmişdir.

Neft-qaz sektoru üzrə yanvar-mart aylarında ötən ilin müvafiq dövrünə nisbətən 4,7 faiz azalma qeydə alınmışdır. Bu sektorun ÜDM-də xüsusi çəkisi 59,3 faiz (2011-ci ilin yanvar-mart ayları: 58,4 faiz) təşkil etmişdir. 2012-ci ilin yanvar-mart aylarında qeyri-neft sahələrinin inkişaf dinamikası ümumilikdə bu sahənin real ifadədə 7,7 faiz (2011-ci ilin yanvar-mart ayları: 5,6 faiz) artması ilə nəticələnmişdir. Belə ki, ötən ilin müvafiq dövrünə nisbətən rabitə sahəsi 8 faiz (2011-ci ilin yanvar-mart ayları: 23,5 faiz), nəqliyyat sahəsi 1,3 faiz (2011-ci ilin yanvar-mart ayları: 13,7 faiz), tikinti sahəsi 6,8 faiz (2011-ci ilin yanvar-mart ayları: 11,3 faiz azalma), kənd təsərrüfatı 3,2 faiz (2011-ci ilin yanvar-mart ayları: 5,3 faiz), ticarət sahəsi isə 9,3 faiz (2011-ci ilin yanvar-mart ayları: 9 faiz) artmışdır.

Bu ilin yanvar-mart ayları ərzində ölkədə iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 2099,4 milyon manatya ötən ilin müvafiq dövründə olduğundan 16,5 faiz çox əsas kapitala investisiya yönəldilmişdir. Əsas kapitala qoyulmuş vəsaitin 72,8 faizini daxili investisiyalar, 27,2 faizini isə xarici investisiyalar təşkil etmişdir. 2012-ci ilin yanvar-mart ayları ərzində əsas kapitala yönəldilmiş ümumi investisiyaların 1339,8 milyon manatı (63,8 faizi) qeyri-neft bölməsinin, 759,6 milyon manatı (36,2 faizi) isə neft bölməsinin inkişafında istifadə edilmişdir.

Bu ilin 1 mart tarixinə iqtisadiyyata banklar tərəfindən kredit qoyuluşlarının həcmi keçən ilin 1 mart tarixinə nisbətən 11,1 faiz artaraq 9937,1 milyon manat təşkil etmişdir (2011-ci ilin 1 mart tarixinə artım 9,6 faiz olmuşdur).

Bu ilin 1 mart tarixinə əhalinin banklardakı əmanətləri keçən ilin eyni dövrünə nəzərən 37,8 faiz artaraq 4,3 milyard manat təşkil etmişdir (2011-ci il mart ayının 1-nə əmanətlərin artımı 29,7 faiz olmuşdur).

Sözügedən dövrdə əhaliyə 4126,4 milyon manatlıq çox geniş çeşidli istehlak malları satılmış və 1312,7 milyon manatlıq pullu xidmətlər göstərilmişdir. 2011-ci ilin yanvar-mart dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 9,3 faiz, pullu xidmətlərin həcmi isə 9,4 faiz artmışdır. Dövr ərzində ölkə sakinləri ticarət şəbəkəsindən 2467,6 milyon manatlıq ərzaq məhsulları və 1658,8 milyon manatlıq qeyri-ərzaq malları almış və bu göstəricilərin real həcmi ötən ilin eyni dövrünə müvafiq olaraq 4,3 faiz və 18, 6 faiz artmışdır.

Qeyd olunanlar bir daha göstərir ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün bütün sahələrdə real bəhrələrini verir. Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılan bu strategiya Azərbaycanın iqtisadi-sosial həyatında da mühüm nailiyyətlərə imkan yaratmışdır. Respublikamız postsovet məkanında keçid dövrünü uğurla başa vuran ilk ölkə olaraq, bununla əslində, yürütdüyü iqtisadi-sosial islahatların dünyada ən mükəmməl inkişaf modellərindən biri olduğunu təsdiq etmişdir. Bu gün dünyanın tədqiqatçı-mütəxəssisləri, həmçinin iqtisadiyyat elmi "İnkişafın Azərbaycan modeli"ni inkaredilməz fakt kimi qəbul edir, araşdırır və öyrənir.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2012.- 14 iyun.- S. 1.