Erməni hiyləsinin növbəti ünvanı – Sumqayıt

 

Ermənilər daim uydurduqları yalanlarla bütün dünyanı aldatmağa çalışıblar. Azərbaycanın və Türkiyənin əleyhinə təbliğat aparmaq üçün hər cür hiyləyə əl atan bu millətin nümayəndələri həyasızcasına bəzi aparıcı dövlətlərin parlamentlərindəki deputatları və müxtəlif beynəlxalq təşkilatların vəzifəli şəxslərini aldatmaqdan belə çəkinməyiblər.

 

Ancaq son dövrlər həm Azərbaycanın, həm də Türkiyənin dünyadakı mövqelərinin möhkəmlənməsi, "informasiya blokadası"nı darmadağın etmələri və xaricdəki diaspor təşkilatlarımızın səyi ermənilərin bu niyyətlərini ürəklərində qoyub. Həqiqəti öyrənən, reallıqla tanış olan hər bir insan bədnam qonşularımızın nə qədər saxtakar və hiyləgər olduğunu anlayır. Təsadüfi deyil ki, hələ 121 il bundan əvvəl məşhur alman səyyahı Alfred Kerten qələmə aldığı "Anadolu eskizləri" əsərində ermənilərin yalançı və xain bir millət olduğunu bu sözlərlə ifadə etmişdir: "Kim bu yerlərdə olubsa, türklə təmas qurub işbirliyi yaradıbsa türkə hörmət və sevgi bəsləyəcək, yunanları bir qədər aşağı səviyyədə tutacaq, ermənilərə isə nifrət edəcək və bu atalar sözünə inanacaqdır ki, "bir yunan iki yəhudini aldadar, bir erməni isə iki yunanı aldadar. Anadoluda sizi aldadıblarsa, deməli siz erməni ilə rastlaşıbsınız". Ermənilərin öz şairləri Yegişe Çarens isə demişdir: "Mənim xalqımın övladları hələ ana bətnində ikən saxtakarlıq və xəyanət öyrənirlər".

Tarixsübut edib ki, ermənilər yalançı, saxtakar, xəyanətkar, satqın olmaqla yanaşı, həm də qəddar və qaniçəndirlər. 1905-ci və 1918-ci illərdə ermənilər tərəfindən azərbaycanlıların kütləvi şəkildə amansızcasına qətlə yetirilməsi, 1992-ci ildə törədilən Xocalı soyqırımı da buna sübutdur. Tarixçi-alim professor V.L.Veliçko yazır ki, ermənilər təkcə qonşu xalqlara qarşı deyil, öz xalqına qarşı da çox qəddardırlar. Bu sözlərdə böyük həqiqət varbunu sübut edən kifayət qədər fakt sadalamaq olar. Məsələn, ermənilər istedadlı şair Y.Çarensi 40 yaşında, X.Abovyanı 43 yaşında, yəni yaradıcılıqlarının çiçəklənən dövründə qətlə yetirdilər. Səbəb isə o idi ki, bu insanlar onların üzünü açırdı. 1992-ci ildə Xocalıda azərbaycanlılara qarşı qətllər törətmək istəyənlərlə razılaşmayan şəhər aeroportunun rəhbəri olan erməni qadına qarşı da amansızcasına hərəkət etdilər. Onun evini partladaraq havaya sovurdular. Partlayış nəticəsində həmin erməni qadın, onun həyat yoldaşı və iki uşağı dağıntıların altında qalaraq həlak oldu. Ermənilər 1999-cu ildə ölkədə sülh istəyən bəzi insanları susdurmaq üçün siyasi cəhətdən tam hazırlıqlı 7 nəfəri - onlar arasında K.Dəmirçiyan, A.Sarkisyan da var idi -- gülləbaran etdilər. 1988-ci il fevralın 28-də Eduard Qriqoryan adlı erməni Sumqayıtda öz millətinin 6 nümayəndəsini balta ilə vəhşicəsinə doğrayıb qətlə yetirdi, 8-ni ağır yaraladı, 2 azyaşlı erməni qızını zorladı. Faktlar sübut edir ki, bu millətin nümayəndələri öz məkrli niyyətlərini həyata keçirmək üçün heç kəsə aman vermir, "ehtiyac olanda" öz millətinin nümayəndələrini də vəhşicəsinə qətlə yetirirlər. Sumqayıt hadisələrində biz bunun növbəti dəfə şahidi olduq.

Ulu öndərimiz Heydər Əliyev Sovet İttifaqı rəhbərliyindən istefa verdikdən sonra yaranmış şəraitdən istifadə etməyə çalışan ermənilər Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün fəaliyyətlərini genişləndirdilər. Bunun üçün hiyləgər bir plan da hazırladılar: DTK-dakı həmvətənlərinin dəstəyi ilə Sumqayıtda iğtişaşlar törədiləcək, bu hadisələr haqda dünya ictimaiyyəti məlumatlandırılaraq azərbaycanlıların vəhşi bir xalq olduğu barədə yanlış rəy formalaşdırılacaq, beləliklə erməni-azərbaycanlı qarşıdurmasının dönməz xarakter aldığını və dinc nizamlama perspektivlərinin heçə endiyi sübuta yetirilməyə çalışılacaqdı. Bu hadisələrin fonunda Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini təmin etmək üçün muxtar vilayəti Ermənistana birləşdirmək barədə qərarın qəbul olunmasına heç bir tərəf və ya ölkə etiraz edə bilməyəcəkdi.

Hər şeyi planlayan daşnaklar Sumqayıt şəhərini təsadüfən seçməmişdilər. Məlumdur ki, həmin ərəfədə Ermənistandan zorla çıxarılmış 4 mindən artıq azərbaycanlının əksəriyyəti məhz Sumqayıtda məskunlaşmışdı. Ermənilərin törətdikləri vəhşiliklər təbii ki, onlarda qəzəb hissi yaratmışdı. Qorbaçovun "perestroykası" isə Sumqayıtı sözün həqiqi mənasında ölü şəhərə çevirmişdi. Burada işsiz qalan sakinləri təxribatlara çəkmək daha asan idi.

Plan 1988-ci il fevral ayın 27-28-də həyata keçirildi. Qriqoryan Eduard Robertoviçin rəhbərliyi ilə Sumqayıtda törədilən kütləvi iğtişaşlar nəticəsində 32 nəfər həlak oldu, 400-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri aldı, iki yüzə yaxın mənzil, əllidən artıq mədəni-məişət təyinatlı obyekt qırxdan çox avtomotonəqliyyat vasitəsi hücuma talana məruz qaldı, yandırıldı. Azərbaycana təqribən 7 milyon sovet rublu məbləğində ziyan dəydi.

Hadisələrin şahidlərinin verdiyi ifadələrdən belə məlum olur ki, erməni başbilənlər tərəfindən təlimatlandırılan Eduard Qriqoryan aranı qızışdırmaq üçün hər bir vasitəyə əl atıb. O, ehtiyac içərisində olan qaçqın gənclərə özünü Paşa kimi təqdim edib və onlardan "səxavətini əsirgəməyərək" hər birinə 50 sovet rublu verib. Bu yolla gənclərin etimadını qazanan Qriqoryan hətta bir çoxuna narkotik-psixotrop həblər də paylayıb. İğtişaşlarda iştirakına görə təqsirləndirilən Ə. İsayev isə ifadəsində deyir: "Edik (xuliqanlar öz aralarında Qriqoryanı Edik adlandırırdılar-R.K.) hamıya həb paylayırdı, hansı ki qəbul etdikdən sonra çox gücləndiyimi hiss etdim".

Buradan da belə görünür ki, Qriqoryan müxtəlif narkotik həblər verdiyi gəncləri istiqamətləndirmək imkanı qazandığını anlayan kimi dərhal "vəzifəsini" yerinə yetirməyə başlayıb. "Qarabağ bizimdir! Ermənilərə ölüm!" -deyərək onları qızışdırıb və əvvəldən müəyyənləşdirilmiş ünvanlarda yaşayan ermənilərə divan tutmağa aparıb. Bu, həmin ermənilər idi ki, terrorçu təşkilatlara maliyyə yardımı göstərməkdən imtina edir, Azərbaycana qarşı təxribatlar törətmək barədə Moskvanın, İrəvanın və xaricdəki erməni lobbisinin çağırışlarına məhəl qoymurdular. Daşnaklar Sumqayıt hadisələrini törətməklə həm "itaətsizlik" göstərən erməniləri cəzalandıracaq, həm də azərbaycanlıları vəhşi millət kimi dünya ictimaiyyətinə təqdim etmək fürsəti əldə edəcəkdilər. Hadisələrdə təqsirləndirilən Q.Məmmədov 1989-cu il fevralın 22-də verdiyi ifadə də Eduard Qriqoryanın Sumqayıtda daşnakların hədəfində olan ermənilərin ünvanlarını təsdiqləyirdi: "...Edik dedi ki, həmin mikrorayonda yaşayır və ermənilərin harada yaşadıqlarını dəqiq bilir". Təqsirləndirilən İsayevlə Hüseynovun üzləşmə protokolunda da bu məsələ öz əksini tapıb. İsayev ifadəsində deyib: "Qriqoryan Edik cibindən siyahı çıxartdı, ona baxdı və mənim yaxınlığımda olan bir qrupu binaya tərəf apardı".

Keçmiş SSRİ-nin Baş Prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq, baş ədliyyə müşaviri Vladimir Semyonoviç Qalkinin imzaladığı 18/55461-88 nömrəli cinayət işinin ittiham aktında əvvəllər müxtəlif cinayətlərinə görə dəfələrlə məhkum olmuş Eduard Qriqoryanın kütləvi iğtişaşlarda bilavasitə iştirak etdiyi, şəhərdə yaşayan erməniləri öldürmək və onların şəxsi mülkiyyətini talamaq məqsədilə cinayətlər törətdiyi xüsusi qeyd olunmuşdur. İttiham aktında deyilir ki, Qriqoryan Sumqayıtdakı iğtişaşlarda fəal iştirak edən xuliqan qrupları dəfələrlə erməni millətindən olan vətəndaşların mənzillərini talan etməyə çağırmışdır: "Bundan əlavə, xuliqanlıq edən çoxsaylı şəxslər qrupu arasında yalnız erməni millətindən olan vətəndaşlar Mejlumyanın, Qriqoryanın, Yeseyanın, Petrosyanın ailələrinin mənzillərini və əmlakını talan etmək üçün erməni millətindən olan vətəndaşlar E.S.Qriqoryanı, M.Ş.Petrosyanı qəsdən öldürməyə yönəlmiş nümayişkarənə hərəkətləri ilə əslində erməni və Azərbaycan millətindən olan vətəndaşlar arasında milli düşmənçilik və ayrı-seçkilik yaratmaq məqsədilə təşviqat aparmış, onlarda nifrət hissi oyatmışdır".

Sumqayıt hadisələri ilə bağlı qaldırılan cinayət işinin ittiham aktında o da qeyd olunur ki, Qriqoryan şəhərdə yaşayan erməni millətindən olan vətəndaşlara qarşı cinayətlər törətmək məqsədi ilə saat 16 radələrində şəhər avtovağzalı rayonunda, SülhDostluq küçələrinin kəsişdiyi yerə gəlmiş, metal boru parçaları, metal çubuqlar, dəyənək və başqa əşyalarla silahlanmış bir qrup şəxsə qoşulmuşdur. O və iğtişaşların digər iştirakçıları öncə L.Ş.Yeseyana məxsus Albina Yeseyanın idarə etdiyi "Moskviç-2140" markalı avtomobili saxlatdıraraq, I qrup gözdən əlil Levon Yeseyanı, Albina Yeseyanı və onların yetkinlik yaşına çatmamış qızları Narine Yeseyanı maşından çıxararaq döyməyə başlamışlar.

Həmin gün saat 18 radələrində Qriqoryan və digər tərəfdaşları 3-cü mikrorayonda Mejlumyanlar ailəsinin yaşadığı evin qapısını sındıraraq mənzilə soxulmuş, oranı talan etmiş, pəncərə şüşələrini sındırmış, mebeli və digər ev əşyalarını qıraraq dağıtmış, bir hissəsini isə həyətə ataraq yandırmışlar. Qriqoryan Roza, QriqoriLyudmila Mejlumyanları vəhşicəsinə döymüş, Karina Mejlumyanı zorlamışdır. O, yanındakı digər xuliqanları öz hərəkətləri və sözləri ilə cinayətə cəlb etmişdir. Bu barədə istintaq qrupuna ifadə verən K. Mejlumyan belə demişdir: "Məhz E.R.Qriqoryan mənim anamı döyür, sındırılmış stulun ayağı ilə onun başına güclü zərbələr vururdu".

Qriqoryanın öz millətinin nümayəndələrinə qarşı xüsusi amansızlıqla hərəkət etməsi barədə digər bir faktı sizinlə bölüşmək istərdik. Bu barədə 18/55461-88 №-li cinayət işinin ittiham aktında deyilir: "...Şəhərin 1-ci mikrorayonunda 33/14 nömrəli evdə erməni millətindən olan Petrosyanların 58 nömrəli mənzilini talamışlar. Balta ilə silahlanmış E.R.Qriqoryan digər iştirakçılar ilə birlikdə həmin mənzilə soxulmuşdur. E.R.Qriqoryan həmin mənzildə gördüyü Petrosyan Manvel Şamiloviçi qəsdən öldürmək məqsədilə onun başına zərbə endirmişdir. Lakin E.R.Qriqoryanın iradəsindən və istəyindən asılı olmayan səbəblərə görə M.Ş.Petrosyanı qətlə yetirmək niyyətini başa çatdırmamışdır, çünki zərərçəkən müdafiə olunaraq E.R.Qriqoryanın balta tutduğu əlinə çəkiclə zərbə endirmişdir. Bununla əlaqədar, zərərçəkənin başına E.R.Qriqoryanın əlindəki baltanın tiyəsi deyil, onun küpü dəymiş, nəticədə M.Ş.Petrosyanın əmgək nahiyyəsində kəllə-beyin travması, baş beynin silkələnməsi baş vermişdir".

Erməninin erməniyə baltayla hücum etməsi maraqlı deyilmi? Bunu edən Qriqoryan isə hər kəsə özünü azərbaycanlı kimi təqdim edir, "milli təəssübkeş" kimi hərəkət edir və törətdiyi vəhşilikləri azərbaycanlıların adına çıxmağa çalışırdı. Bu, bir daha göstərirdi ki, Sumqayıt hadisələri ermənilərkeçmiş Sovet DTK-sı tərəfindən məqsədli şəkildə törədilib. Xatırladaq ki, keçmiş SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin o vaxtkı sədri N.Kryuçkov da hadisələrin Moskvadan idarə olunduğu faktını təsdiq etmişdi. Ermənistanın tanınmış siyasi xadimlərindən Paruyr Ayrikyan isə vurğulamışdı ki, Sumqayıt hadisələri birbaşa Moskva tərəfindən təşkil olunub. Təbii ki, burada söhbət həm də sovet paytaxtında cəmləşən erməni daşnaklarından gedir.

Hadisələr baş verməmişdən əvvəl İttifaq dönəmində SSRİ-də akkreditə edilmiş xarici jurnalistlərin hamısının Moskvadan Sumqayıta gəlməsi və ya gətirilməsi də maraqlı faktdır. İğtişaşlar başlayanda həmin jurnalistlər Artaşes Qabrielyan adlı erməni ilə birlikdə öz videokameraları ilə bərabər, Sumqayıtda sərbəst gəzişir, şəhərdə baş verənləri sakitcə kameraya çəkirdilər. Daha sonralar Qabrielyan çəkdiyi görüntülər əsasında "Bizi xilas edin" adlı "sənədli" film hazırlayır və erməni lobbisi bunu bütün dünyaya yayır.

O dövrdə sovet rəhbərliyində təmsil olunan şəxslərin və ermənilərin məqsədi də bu idi. Sovet rəhbərliyi ona görə bunu istəyirdi ki, gələcəkdə Azərbaycan onun nəzarətindən çıxmaq istəsə, buraya növbəti dəfə qoşun yeritməyinə haqq qazandıra bilsin. Əgər belə olmasaydı, o vaxtlar sayı 12 minə çatan rus əsgəri Sumqayıtdakı iğtişaşlara müdaxilə edərdi. Böyük vətənpərvər ziyalımız Anar Rzayev Moskvada müşavirədə bu sualı M.S.Qorbaçova verəndə sovet rəhbəri suala-sualla cavab verdidedi: "Doğrudan da Sumqayıtda 11 min 600 əsgər var idi, onlar niyə iğtişaşın qarşısını almadılar?". Həmin günlərdə hadisələrin ermənilər tərəfindən törədilməsinin M. Qorbaçov tərəfindən ört-basdır edilməyə çalışılması da diqqətlərdən yayınmadı. Qorbaçov açıqlamalarının birində dedi ki, Sumqayıt hadisələrini bir qrup xuliqan şəxs törədib. İstintaq nəticəsində Eduard Qriqoryanın mütəşəkkil dəstənin başçısı olması sübuta yetirilsə də, ona 12 il azadlıqdan məhrumetmə cəzası verildi və İrəvana göndərildi, hadisələrin iştirakçısı Əhməd Əhmədova isə ölüm hökmü çıxarıldı. Məhkəmədən qısa müddət sonra Ə. Əhmədov Moskvada güllələndi.

Con Hopkins Universitetinin Mərkəzi AsiyaQafqaz Tədqiqatları İnistitutunun baş direktoru Svante Korell bu barədə yazır: "Sumqayıtda Sovet ordu hissələrinin və daxili qoşunların olması heç nəyi dəyişmirdi. Adama elə gəlirdi ki, ordu kənarda dayanıb talanları sakitcə müşahidə edirSovet hakim dairələri nəinki qan tökülməsinin qarşısını almaq niyyətində deyildi, hətta iki etnik icma arasında münaqişə yaratmağa çalışırdı".

İstənilən halda Eduard Qriqoryanın ələ keçməsi ermənilərin planlarını alt-üst etdi. (Onların planı üzrə fevralın 29-da saat 13.00-da müəyyən olunmuş yerdən Qriqoryan götürülüb İrəvana aparılmalı idi-R.K.). Üzləşdirmə zamanı demək olar ki, zərərçəkmiş bütün ermənilər məhz Qriqoryanın onları öldürməyə çalışdığını, insanları təxribata çəkdiyini bildirdilər. Vəziyyətdən çıxmaq üçün ermənilər hətta şikayət edərək istintaqın SSRİ prokurorluğu tərəfindən aparılmasını tələb etdilər. Bu tələb dərhal qəbul olunduistintaq işini SSRİ baş prokurorunun mühüm işlər üzrə müstəntiqi Vladimir Semyonoviç Qalkin apardı. Lakin bu da onların yalanlarını gizlətməyə kifayət qədər kömək etmədi.

Bu gün isə Ermənistanın qəbul etdiyi Hərbi Doktrinaya "Sumqayıt soyqırımı" üçün ayrıca bir bənd əlavə olunub. Ermənilər bununla Sumqayıt hadisələrini 1915-ci ildə regionda gedən proseslərin davamı kimi təqdim etmək istəyirlər. Lakin həmin hadisələrdən özlərinin iyrənc əməllərində istifadə edə bilməyəcəklər. Qeyd etdiyimiz kimi, 1988-ci ildə açılan cinayət işində xuliqanlıq törədən qrupların faktiki olaraq erməni Qriqoryanın təxribatlarına uyduğu öz təsdiqini tapıb. Heç kəs "Sumqayıt işi"ni saxtalaşdırılmaqda bizi ittiham edə bilməz. Çünki bu işi SSRİ Prokurorluğu, rus, ukraynalı və digər millətlərin nümayəndələrindən ibarət müstəntiqlər aparıb. İşin özəyini təşkil edən istintaq hərəkətləri İrəvanda SSRİ və Ermənistan prokurorluğunun erməni, rus, ukraynalı müstəntiqləri tərəfindən keçirilib. Məhz bu istintaq hərəkətlərində Sumqayıt hadisələrində Qriqoryanın fəal rolu öz əksini tapıb.

 

 

Rauf KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2012.- 1 mart.- S. 6.