Qəbələ: həyat hər ay, hər gün gözəlləşir

 

"Qafqazın incisi"

 

Qaranlıq çoxdan düşsə də, parkın ərazisi gündüz kimi işıqlı idi. Elə bil heç kəs aprelin son akkordlarını yaşadığı günlərin axşam havasından doymaq istəmirdi.Bu füsunkar gözəlliyi Dəmiraparan çayının səsi bir qədər də zənginləşdirir və bəlkə də nağıl təəssüratı yaradırdı. Bütün rənglər və bütün səslər gözəl idi. Amma mənim diqqətimi başqa bir səs cəlb eləmişdi. Bir qədər aralıda, ağacların hansındasa kövrək və həyəcanlı bir quş oxuyurdu. Əslində bu, oxumaqdan daha çox kiminsə çağırılmasına bənzəyirdi. Diqqətimin hayana yönəldiyini hiss edən həmsöhbətim mənim üçün o qədər də tanış olmayan bu səs barədə məlumat verdi.

 

- İsaq-Musaq quşlarıdır. Rəvayətə görə onlar əkin-biçinlə məşğul olan iki qardaş imişlər. Bir gün öküzləri itib, axtarmağa başlayıblar: İsaq, tapdın? Musaq, tapdın?-deyə bütün meşələri dolaşıblar. Tapa bilməyəndə ağlamaqdan kor olublar və Allahdan arzu ediblər ki, bizi quşa döndər. İndi də axtarırlar. Ancaq gözləri görmədiyinə görə öküzləri axtarmaq üçün mütləq gecələr ora-bura uçur, bir-birini çağırırlar.

Qəbələli dostum Mirəvəz Rəhimov bu kövrək rəvayəti danışdı və əlavə elədi ki, burada əsas məqsəd çörəyi, dolanacağı əkin-biçindən çıxan insanın öz imkanlarını itirəndə keçirdiyi hisslərin təsirliliyini dilə gətirməkdir. Bəlkə də bu əhvalat heç olmayıb. Amma xalq belə rəvayəti yaratmaqla insanların işləməyə, əmək imkanları qazanmağa olan ehtiyacının əhəmiyyətini ürəklərdə yaşatmaq üçün bu variantdan istifadə edib. İndi Allaha şükür öküzü itən də, onu axtarmaq üçün ömrünü başa vuranlar da ancaq nağıllarda yaşayır. Bu gün Qəbələdə insanlara nəinki yeni yerləri, həm də bu yerlərində səmərəli fəaliyyət göstərmək üçün imkan yaradılır, kredit verilir, texnika ayrılır və sair. İndiki kəndlinin öküzü traktor, kombayn deyilmi? İndi baxın, bu gün Qəbələdə kənd təsərrüfatı texnikası ilə təminat məsələsi bilavasitə günün tələbləri səviyyəsində təşkil olunub. İndi rayonda 2 böyük və 2 kiçik həcmli aqroservis fəaliyyət göstərir. Bundan əlavə, rayon üzrə 457 fiziki şəxsdə müxtəlif kənd təsərrüfatı texnikaları vardır. Bütövlükdə rayon üzrə 90 ədəd taxılyığan kombayn, 53 ədəd tırtıllı və 444 ədəd təkərli traktor, 29 ədəd buldozer, 38 ədəd ekskavatorbaşqa kənd təsərrüfatı texnikası mövcuddur. Üstəlik, bu park müntəzəm olaraq təzələnir. Yəni, bayaq sizi təsirləndirən, öküzü itmiş qardaşların-İsaq-Musaq quşlarının əhvalatı min illər geridə qalıb. Bu gün ancaq o quşların kövrək səsi reallıqdır, rəvayətləri yox...

Yazının bu məqamı başımı elə qatdı ki, oturub söhbət etdiyimiz ünvanı da, həmsöhbətimi də təqdim etmədim. Ünvanımız Qəbələ şəhərinin gündoğan tərəfində, Dəmiraparan çayı yaxınlığında salınmış akademik Zərifə Əliyeva parkı idi. Bu park təkcə Qəbələnin deyil, eləcə də ölkəmizin Şimal-Qərb bölgəsinin ən gözəl, ən abad və ən müasir məkanlarından biridir. Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev söhbət zamanı bildirdi ki, Qəbələnin bu şəkildə - iti sürətlə inkişaf etməsi və bütövlükdə Cənubi Qafqazda ən çox turist cəlb edən bölgəyə çevrilməsi bilavasitə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin bu rayona göstərdikləri daimi qayğı və diqqətin nəticəsidir. Diqqət yetirin, ulu öndər Heydər Əliyev həm 1978-ci ildə, həm də 2002-ci ildə Qəbələyə gəlmiş, yerli sakinlərlə görüşüb söhbət etmiş, rayonun ümumi inkişafını təmin edəcək tövsiyələr vermişdir. Prezident İlham Əliyev isə rayonumuza ilk dəfə 2003-cü ilin oktyabrında, hələ respublikanın Baş naziri olarkən gəlmişdi. Sonradan isə cənab Prezident Qəbələyə 7 dəfə səfər etmiş, 50-yə yaxın müəssisənin açılışında və ya təməlqoyma mərasimində iştirak etmişdir. Bu bir faktdır ki, cənab Prezidentin hər səfəri rayonumuza inkişafın yeni mərhələsini gətirir. Rayon öz simasını başdan-başa dəyişir, yeniləşir və müasirləşir. Bizim fikrimizcə Prezidentin Qəbələyə olan ardıcıl səfərləri rayonumuza və insanlarımıza olan xüsusi hörmətin nəticəsidir. Fəxr edirik ki, bu gün Qəbələ Qafqazın ən cəlbedici turizm ünvanlarından, mədəniyyət mərkəzlərindən, sosial-iqtisadi inkişaf nümunəsi yaradan rayonlarından birinə çevrilib.

Bəs bu inkişaf özünü 2012-ci ilin geridə qalan aylarında necə göstərib? Bu sualla icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyevə müraciət etdik. Öyrəndik ki, qeyd olunan müddətdə rayon iqtisadiyyatının ayrı-ayrı sahələrində 37 milyon 167 min manatlıq məhsul istehsal edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 45 faiz çoxdur. Adambaşına düşən ümumi məhsul buraxılışı da 43 faiz artıb. Bu göstəricilərin 54,8 faizi özəl bölmənin payına düşür. 2003-cü ilin oktyabrından etibarən davam edən yeni yerlərinin yaradılması prosesi bu ilin birinci rübündə də davam edib. Cəmi üç ayda hamısı daimi olmaqla 279 yeni yeri yaradılıb. 2003-cü ildən sonra isə Qəbələdə ümumilikdə 10 min 321 yeri açılıb. Əhaliyə elektrik enerjisi, təbii qaz, istilik verilməsi, poçt, rabitə və digər kommunal xidmətlər əvvəlki illərlə müqayisədə daha mütəşəkkil və keyfiyyətli şəkildə təmin olunub.

Qəbələ şəhərinin su təchizatının yenidən qurulması istiqamətində işlər birinci rübdə də davam etdirilib. Hər biri 1000 kubmetrlik olan 2 ədəd su anbarında tamamlama işləri aparılır. Bu məqsədlə inşa olunan laboratoriya binasının tikintisi artıq başa çatdırılıb. Eyni zamanda, mövcud su xətlərində lazımi bərpa və təmir işləri aparılıb. Məlikli, Zalam, Yenikənd, Quşlar, BunudBayramkoxa kənd poçt şöbələri üçün yeni binaların tikilməsi məqsədilə sənədləşdirmə işləri başa çatdırılaraq "Azərpoçt"a gönərilib. Qəmərvan kəndində tikilən yeni poçt binasında isə son tamamlama işləri görülür.

Qəbələ Rayon Əhalinin Sosial Müdafiə Mərkəzi 594 ailəyə ünvanlı sosial yardım ayırıb, həmin ailələrdən 1 yaşınadək uşağı olan 30 ailənin hərəsinin bir uşağına müavinət təyin edilib. Dövlət Sosial Müdafiə Fondu Qəbələ Rayon Şöbəsi məcburi dövlət sosial sığortalarının toplanması, pensiyaçıların alacağı vəsaitlərin indeksləşdirilməsi və ümumiyyətlə, bu sahə ilə bağlı olan digər məsələləri günün tələbləri səviyyəsində həll edib.

Bu gün Qəbələdə məktəb tikintisimövcud məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi günün əsas məsələlərindən biridir. Rayon icra hakimiyyətinin sifarişi ilə TopbağSolquca kəndlərində 80, Tövlə kəndində 180 şagird yerlik məktəb, Bum qəsəbəsində isə 25 yerlik uşaq bağçası tikilir. Təhsil Nazirliyinin sifarişinə əsasən Nic qəsəbəsində 360 şagird yerlik orta məktəbin tikintisi, Vəndam qəsəbəsində isə 1 saylı orta məktəbin təmiri davam etdirilir. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə inşa edilən Mədəniyyət Mərkəzinin tikintisində də son tamamlama işləri həyata keçirilir.

Rayonda həyata keçirilən tikinti-quraşdırma tədbirlərindən söz açarkən Milli Təhlükəsizlik Nazirliyi rayon şöbəsinin, Qəbələ Futbol Akademiyasının, stadion kompleksinin, atçılıq mərkəzinin, Hava Limanı-Qəbələ avtomobil yolunun tikintisində davam edən işləri yada salmamaq mümkün deyil. Qəbələ şəhər məscidində, "Yengicə" istisu-müalicə kompleksinin yeni korpusunda, Çuxur Qəbələ kəndindəki otel kompleksində və "ASPİ-AGRO" MMC-nin sifarişi ilə Qaradeyin kəndində tikilən şərab zavodunda da tamamlama işləri görülür. Rayon ərazisindən axan bütün dağ çaylarının törədə biləcəyi fəsadları aradan qaldırmaq üçün kifayət qədər qabaqlayıcı tədbirlər həyata keçirilib.

Qəbələ bu gün həm də respublikanın mədəni mərkəzlərindən birinə çevrilir. Burada nəinki ölkə, hətta dünya miqyaslı mədəniyyət tədbirlərinin keçirilməsi artıq xoş bir ənənə şəklini alıb. Ancaq rayonun mədəniyyət işçiləri daha çox Bakıda və Qəbələnin özündə təşkil olunan mədəni tədbirlərdə fəallıq nümayiş etdirirlər. Bu il mart ayının 19-da Bakıda, 20-də isə rayonda keçirilən Novruz şənliklərində qəbələli mədəniyyət işçiləri böyük peşəkarlıqla iştirak ediblər. Dənizkənarı Milli Parkda təşkil olunmuş bayram yarmarkasında isə qəbələli fermerlər öz məhsullarını uğurla nümayiş etdiriblər.

Bu gün regionun və ümumiyyətlə, dünya turistlərini özünə cəlb edən Qəbələ öz füsunkar təbiətinə, tarixi abidələrinə və əvəzedilməz mətbəxinə görə ildən-ilə daha çox insanın diqqətini çəkir. Novruz günlərində Bakıdakı Dənizkənarı Parkda keçirilən kulinariya sərgisində Qəbələ mətbəxi özünəməxsus yer tutmuşdu.

Bir sözlə, bu gün Qəbələ sözün həqiqi mənasında, tərəqqi edir, müasirləşir və minlərlə, on minlərlə insanın diqqətini cəlb edir. Yuxarıda qeyd etdiyimiz kimi bütün bu irəliləyişlərin təməlində ulu öndər Heydər Əliyevin siyasi müdrikliyi dayanır.

Yeri gəlmişkən, bu gün Qəbələdəki "Heydər Əliyev Mərkəzi" rayonun ictimai-siyasi həyatında xüsusi rol oynayır. Burada çoxsaylı dövlət və peşə bayramlarının keçirilməsi ilə yanaşı, "Heydər Əliyev irsini öyrənirik" adlı ideoloji dərslər də təşkil olunur. "Azərbaycan gəncliyi 2011-2015-ci illər" Dövlət Proqramına uyğun olaraq təşkil olunan tədbirlərin əksəriyyəti məhz bu mərkəzdə keçirilir.

Əkinçilik, bağçılıq, heyvandarlıq, quşçuluq, balıqçılıq, arıçılıq, xalq tətbiqi sənətləri və bir çox ənənəvi məşğuliyyət növləri olan qəbələlilər bu sahələrin hər birində özünəməxsus uğurlar əldə ediblər. İndi həmin sahələrə daha biri də əlavə olunur. Belə ki, Qəbələ TurizmOtelçilik üzrə Peşə Tədrisi Mərkəzində gündən-günə inkişaf edən turizm sektorunu peşəkar kadrlarla təmin etmək üçün təhsilin keyfiyyəti dünya standartları səviyyəsinə çatdırılır. Həmin məktəbin məzunları ölkənin başqa turizm obyektlərində də çalışa biləcəklər.

Beləcə, bu gözəlliklər diyarından hazırladığımız növbəti yazını da rayonda görüb eşitdiyimiz faktlar əsasında qələmə aldıq. Yazının əvvəlində Zərifə Əliyeva parkında eşitdiyimiz söhbəti yada salmışdıq. Sonda isə bir sənətkar soydaşımızın böyük ustalıqla ərsəyə gətirdiyi mükəmməl sənət əsərini yada salaq. Ulu öndər Heydər Əliyevin Qəbələnin mərkəzindəki abidəsinə nəzər salanda hörmətli ağsaqqalımız, dəfələrlə bu dağlar diyarından millət vəkili seçilmiş Fəttah Heydərovun dedikləri yadıma düşdü: "Bu, Tanrı sevgisidir, onun abidəsini hansı şəhərdə, hansı rayonda ucaldırlarsa, hansı sənətkar yaradırsa, mütləq uğurlu alınır".

Qəbələdə isə ulu öndərin abidəsi təkcə uğurlu deyil, həm də möhtəşəm bir ifadəliliklə əzəmət rəmzi olan dağların fonunda, həyat mənası verən yaşıllığın qoynunda yaradılıb. Sənətkarına əhsən!

 

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2012.- 9 may.- S. 11.