Azərbaycan Respublikasının dövlət rəmzləri

 

(əvvəli ötən sayımızda)

 

Dövlət gerbi

 

Azərbaycan Respublikasının Dövlət gerbi müstəqilliyimizin, istiqlalımızın əsas rəmzlərindən biridir. Avropa mənşəli olan "gerb" sözü "vərəsəlik" mənasına gəlməklə istənilən dövlətin, şəhərin, sülalə və ya nəslin fərqləndirici nişanı olub, əksər hallarda bayraqda, möhürdə, pul vahidlərində, istiqraz vərəqələrində və s.əks etdirilir. Gerbin mənşəyi, gerbdə göstərilən simvolların məna və funksiyası, gerbin xüsusiyyətləri, quruluşus. məsələlərlə heraldika sənəti məşğul olur. O həmçinin tarix elminin bir qolu kimi gerbşünaslıq da adlanır.

Milli gerb hər bir xalqın, dövlətin, şəhərin millidini, mifik görüşlərini, eyni zamanda tarixi, siyasi-ideoloji və mədəni baxışlarını əks etdirir. Bu baxımdan Dövlət gerbimiz həm simvolların zəngin ahəngdarlığına, həm də dövlətçiliyimizin, xalqımızın tarixi və mədəniyyətini hərtərəfli əks etdirməsi ilə digər ölkələrin gerblərindən fərqlənir.

Azərbaycan Respublikasının Dövlət gerbinin layihəsi 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin dövründə hazırlanmışdır. Bu barədə "Azərbaycan" qəzetinin 23 mart 1919-cu il buraxılışında AXC Nazirlər Şurasının dövlət gerbinin təsvirinin hazırlanması barədə qərarının dərc olunması buna əyani sübutdur. Lakin həmin müsabiqədə uğurla nəticələnən təqdimat olmadığından Nazirlər Şurası 1920-ci il yanvarın 30-da "Azərbaycan Respublikasının gerbimöhürünün, milli himni və hərbi ordenlərinin layihələrinin hazırlanması haqqında" yenidən qərar qəbul etdi. Bu məsələlərin icrası isə Xalq Maarifi Nazirliyinə tapşırıldı. Bu barədə nazirlik tərəfindən 1920-ci ilin fevralın 19-da " Azərbaycan " qəzetində gerbhimnin hazırlanması barədə müsabiqə elan edildi. Milli istiqlalın ikinci ildönümünə qədər bu müsabiqənin nəticələri elan edilməli və dövlət rəmzlərindən istifadə olunmalı idi.Təəəsüf ki, sovet işğalı taleyüklü bu məsələləri sonadək həll etməyə imkan vermədi.

Dövlət gerbində qalxan azərbaycanlıların Şərq xalqlarından biri, Azərbaycanın isə Şərq dövləti olması ilə yanaşı, hər cür hücuma mətinliklə sinə gərən, əzəmətli, dözümlü olması mənalarını verir. Qalxanın üzərindəki üç rəng - təbii ki, milli ideoloji düsturumuz olan türklük, müasirlik, müsəlmanlığı tərənnüm edir. səkkizguşəli ulduz əbədiyyət rəmzi olan Günəşi, alov Odlar yurdunu, palid budaqlari milli hərbi dəyanətimizi və qüdrətimizi, sünbül Vətənimizin bolluğunu, bərəkətliliyini, çörəyə olan doğma münasibətini, Günəşin rəngdə olması xalqımızın və dövlətimizin sülhsevərliyini, sabitlik tərəfdarı olduğunu bildirir.

Bir sözlə, milli gerbimizdə əks olunan işarə və ifadələr Azərbaycan dövlətçiliyi ilə bərabər, ümumbəşəri dəyərlərə xidmət edirdünya heraldika təcrübəsinə cavab verir.

 

Dövlət himni

 

Azərbaycan xalqının mənəvi sərvətlərindən biri də Dövlət himnidir. Dövlət himni əsas dövlətçilik atributlarımızdan biri olmaqla yanaşı, millli birliyimizin sözlə və musiqi ilə ifadə edilən şah əsəridir. Himnimiz milli dövlət bayramlarında, tarixi günlərdə, rəsmi mərasimlərdə yerli və beynəlxalq tədbirlərdə, olimpiya oyunlarında, dünya, Avropa və ölkə çempionatlarında, təhsil müəsisələrində mövcud qanunvericilikdə göstərilən şəkildə hər zaman ayaq üstə, böyük coşquehtiramla oxunur. Bu da Dövlət himninə olan sevgi və sayqımızı, Vətənimizə son dərəcə bağlı olduğumuzu nümayiş etdirir. Azərbaycan türkcəsində artıq qərar tutmuş himn sözü qədim yunan (humnos) mənşəlidir. Qədim Yunanıstanda himndən yunan allahlarının və qəhrəmanlarının şərəfinə istifadə edilirdi. Çağdaş dövrümüzdə isə himn dövlətin və xalqın milli müstəqilliyinə həsr edilən şanlı musiqi kimi qiymətləndirilir.

Musiqisi dahi bəstəkarımız Ü. Hacıbəyova, sözləri isə böyük şairimiz Əhməd Cavada məxsus milli himnimiz bu gün də AXC - nin varisi olan müstəqil respublikamızın Dövlət himni kimi hər yerdə böyük coşqu ilə oxunur. Amma tarixdə Üzeyir bəyin böyük sevgi yaratdığı bu əsərin adını çəkmək 70 il yasaq olundu bizə. Lakin 1989-cu il iyulun 14-də "Ədəbiyyat və İncəsənət" qəzetində çap olunmuş "Üzeyir Hacıbəyovun iki marşı" adlı yazısı ilə məlumat verildi. Aydın oldu ki, Üzeyir bəyin iki marşı "Azərbaycan milli marşı" və "Azərbaycan marşı" adı altında ilk dəfə görkəmli türk musiqişünası Etem Üngör tərəfindən özünün "Türk marşları" kitabında (Ankara 1966) çap olunmuşdur. Bu musiqi əsərlərini yaşatmış Etem Üngörün "Türk marşları" əsərində verdiyi məlumata görə, hər iki mahnı AXC dövründə hərbi məktəblərdə əsgər marşı kimi öyrədilirmiş.

Eyni fikri 82 yaşlı Rüstəm Hüseynovun indiki himnimiz qəbul edilməzdən xeyli əvvəl çap olunmuş xatirələrindəki qeydlər də əyani sübut etməkdədir: " İndiki kimi yadımdadır. Bakkomunanın dövrü çox aclıq idi. Amma Cümhuriyyət zamanında bolluq oldu. O vaxt mən yetimlər evində yaşayır, rus-tatar məktəbində oxuyurdum. Milli Ordunun kadet korpusu bizim yaşadığımız yerin yaxınlığında, indiki 134 nömrəli məktəbin binasında yerləşirdi. Əsgərlər həmişə o binada bu mahnını oxuyardılar:

 

Azərbaycan Azərbaycan!

Ey qəhrəman övladın şanlı Vətəni!

Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!

Üçrəngli bayrağınla məsud yaşa...

 

Biz də o əsgərləri yamsılayırmış kimi sıraya düzülüb onlar kimi oxumağa başlayardıq. Bolşeviklər gələndən sonra hər şey yığışdırıldı."

Göründüyü kimi, 82 yaşlı müdrik ağsaqqalın himnimizi əzbərdən söyləməsi, onun yaddaşında həmin hadisənin bu günədək qalması bizdə böyük qürur hissi oyatmaya bilməz. Bu gün müstəqil Azərbaycanın Dövlət himni məhz bu tarixi reallıqdan doğan həqiqətdir. Bu tarixi reallığı Azərbaycan Respublikasının Ali Soveti vaxtında qiymətləndirdi və "Azərbaycan Respublikasının Dövlət himni haqqında" 27.5.1992-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə musiqisi Ü. Hacıbəyovun, mətni Əhməd Cavadın olan "Azərbaycan marşı" təsdiqini tapdı.

Hazırda böyük coşqu ilə dövlət və ya qeyri-dövlət tədbirlərində oxunan himnimiz insanları həqiqətən də qəhrəmanlığa, tarixinə, soykökünə bağlılığa, Vətən uğrunda mübarizəyə səsləyir. Bu barədə Azərbaycanın dünya şöhrətli siyasətçisi ümummilli liderimiz Heydər Əliyevin dövlət rəmzləri, xüsusilə himnimiz barədə fikirləri maraq doğurur: "Mən bu gün bildirmək istəyirəm ki, 1918-1920-ci illərdə Azərbaycanda hakimiyyətdə olmuş Xalq Cümhuriyyətinin bugünkü nəsillərə qoyub getdiyi ən dəyərli miraslardan biri Azərbaycanın bu gün biz qəbul etdiyimiz qanunla istifadə etdiyimiz Dövlət himnidirbir də Azərbaycanın Dövlət bayrağıdır...Bizim ölkəmizin vətəndaşlarının, bəlkə də, hamısı bunu istənilən səviyyədə dərk edə bilməyibdir. Ancaq mən xarici ölkələrdə ziyarətlərdə olarkən, Azərbaycanın və həmin dövlətin himni çalınarkən, çox böyük qürur hissi keçirirəm. Həmin ziyarətlərimdə məndə, bəlkə də, ən böyük əhval-ruhiyyə yaradan Azərbaycanın bayrağı altında Azərbaycanın himninin çalınmasıdır. Onu da deyə bilərəm ki, bəzi dövlət başçıları sonrakı söhbətlərdə etiraf ediblər ki, sizin himninizin musiqisi çox gözəldir, bayrağınız da gözəldir. Bu həqiqətən belədir... Ona görə də biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik."

Azərbaycan dövlət rəmzləri, onların məna və mahiyyətindən bir daha aydın olur ki, bayrağımız, gerbimiz, və himnimizdəki rəmzlər sırf "Türkçülük, İslamçılıq, Müasirlik" düsturu ilə yaradılmış və indi də, gələcəkdə də Azərbaycan xalqının milli şüurunun dirçəlməsinə xidmət edəcəkdir.

Beləliklə, xarici müdaxilə və yad ideologiya nəticəsində təzyiqlərə məruz qalmış milli şüurumuzun yenidən bərpa olunmasında və layiqli inkişafında milli rəmzlərimizin əvəzsiz rolu vardır. Bunun üçün ilk növbədə milli rəmzlərimizin yaranma tarixinin, məzmun və mahiyyətinin, funksiyalarının, istifadə təyinatlarının ayrıca öyrənilməsi üçün məktəbdə kurslar təşkil edilməli, humanitar fənn blokuna aid dərslərin tərkibinə daxil edilməli və bu məsələyə ciddi yanaşılmalıdır. Hətta işin səmərəliliyi üçün bu kursları pedaqoqlar arasında keçirilməsi də zəruridir. Çünki pedaqoqların bir çoxu belə milli rəmzlərimiz barədə yetərincə məlumatlı deyillər. Bu da, təbii ki, təhsil sistemimizə yaraşmaz haldır. Məsələnin həlli ilə bağlı Təhsil Nazirliyi xüsusi təbliğat materialları hazırlamalı və məktəblərə paylamalıdır. Qeyd etdiyimiz məsələ o dərəcədə aktualdır ki, nəinki məktəblər, universitetlər, hətta məktəbəqədər tərbiyə müəsisələri də bu barədə ciddi işləməli və onların icra mexanizminə isə birbaşa Təhsil Nazirliyi nəzarət etməlidir.

 

 

Anar TURAN

 

Xalq qəzeti.- 2012.- 11 noyabr.- S. 5.