AĞSU: Gözəllik insanın əməlindədir

 

Mənə elə gəlir ki, bunun özü də xoşbəxtlikdir. Rayonun bir hissəsi Şirvan düzündə, bir hissəsi isə Böyük Qafqazın ətəklərində yerləşir. Göyçay çayından Pirsaat çayına qədər olan Şirvan dağ silsiləsi, bir tərəfdən də Lahıc dağlarından axıb gələn Ağsu çayı... Görürsünüzmü, Ağsu haqqında danışarkən neçə coğrafi termin yada düşür? Hələ bu rayonun tarixi, mədəniyyəti, iqtisadiyyatı nə qədər məqamları yada salır. Bütün bunların hamısı gözəldir. Ancaq noyabrın ilk günlərində Ləngəbiz dağının yuxarısında görünən buludlar, xəzanı mərdi-mərdanə, ayaq üstündə qarşılayan ağacların hərəsinin bir rəngə çalması... Ağsunun indiki palitrası daha gözəldir.

 

Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevlə söhbətimiz zamanı təkcə bu rayonun palitrası barədə deyil, bir çox məqamlar haqqında danışmaq imkanımız oldu. Başçı əvvəlcə bu rayonun tarixindən, mədəniyyətindən, ötənlərdən, keçənlərdən söz açdı. Əlavə elədi ki, Ağsunun bugünkü uğurlarının təməlində məhz elə zəngin tarixin hər bir ağsuluda formalaşdırdığı məsuliyyət hissi dayanır. Elə bir il, elə bir rüb olmur ki, ağsulular ötən ilin müvafiq dövrü ilə müqayisədə hansısa artıma, inkişafa imza atmamış olsunlar. Bu da ölkədə gedən ümumi inkişaf tendensiyasının yerlərdə hər bir sakinin özünəməxsus şəkildə qiymətləndirməsinin nəticəsidir. İndi mən bəzi faktları yada salım, siz isə ötən ilki faktlarla onları müqayisə edərsiniz, - deyə Ənvər müəllim sözə başladı:

- Bütün illərdə olduğu kimi, bu ilAğsuda geridə qalan aylar uğurlu nəticələrlə başa vurulub, sosial infrastrukturun, əhalinin həyat şəraitinin və sosial müdafiəsinin yaxşılaşdırılması, yoxsulluğun səviyyəsinin azaldılması, sahibkarlığın inkişaf etdirilməsi, abadlıq-quruculuq, tikinti-bərpa işlərinin aparılması, yeni yerlərinin açılması və nəticədə əhalinin rifah halının yüksəldilməsi sahəsində böyük nailiyyətlər əldə olunub, "Azərbaycan Respublikası regionlarının 2009-2013 illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlər müvəffəqiyyətlə icra olunubdur.

Bu il rayonda kənd təsərrüfatı məhsullarının istehsalının və emalının inkişafının dəstəklənməsi davam etdirilib. 2012-ci ilin məhsulu üçün 36212 hektar sahədə taxıl əkilib. Taxıl əkini sahələrinə yüksək səviyyədə aqrotexniki qulluq göstərilib və aqrolizinq yolu ilə sahələrə 64 ton azot gübrəsi verilibdir. Ümumilikdə 2388,8 hektar sahədə yazlıq bitkilərin əkini (dənli-paxlalı, qarğıdalı, yonca, pambıq, günəbaxan, kartof, tərəvəz və bostan) aparılıb. Taxıl biçini optimal vaxtda başa çatdırılıb, 36212 hektar sahənin taxılı biçilib və 102,6 min ton məhsul əldə olunmaqla orta məhsuldarlıq 28,3 sentner təşkil edib.

Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədilə, həmçinin kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə olunan yanacaqmotor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi təmin edilib.

Pambıqçılığın inkişafı diqqət mərkəzindədir. Rayonun təsərrüfatlarında əkilmiş 86 hektar pambıq sahəsində aparılan aqrotexniki qulluq işləri bol məhsul üçün zəmin yaradıb, mövsümün əvvəlindən sahələrdən 52 ton pambıq yığılıb. Hal-hazırda pambıq yığımı davam etdirilir.

Aparılmış məqsədyönlü tədbirlər nəticəsində mal-qaranın sayı və heyvandarlıq məhsulları istehsalı artırılıb. İribuynuzlu mal-qaranın baş sayı 40466, qoyun-keçilərin baş sayı 156217-yə çatdırılıb. Bu da nəticə etibarı ilə heyvandarlıq məhsullarının artımına müsbət təsir göstərib, 3669 ton ət (diri çəkidə), 19316 ton süd, 5692 min ədəd yumurta, 290 ton yun istehsal edilibdir.

Rayonda fəaliyyət göstərən emal sənayesi müəssisələri xammal tədarükü, emal və satışla məşğul olub, istehsalı, eləcə də istehsal olunan məhsuların çeşidini artırmaq, daxilixarici bazarlara keyfiyyətli məhsul çıxarmaq üçün yeni emal xətlərinin quraşdırılması, yeni sexlərin tikintisimüasir texnologiyanın tətbiqi istiqamətində fəaliyyətini davam etdirib. Quşçuluğun sənaye üsulu ilə inkişafı davam etdirilib. "Şaban-Quşçuluq" MMC-də 9,6 min baş quş yetişdirilib və satılıb.

Dünya Bankı və Azərbaycan hökuməti ilə birgə maliyyələşdirilən "Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə İkinci Layihə" çərçivəsində Ağsu şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması istiqamətində işlərin icrası davam etdirilib.

Magistral su kəmərinin tikintisi üçün 54257 metr xəndək qazılıb, diametri 355 millimetr olan polietilen borularla 15044 metr magistral, 110-250 millimetrlik borularla 39213 metr paylayıcı su kəmərləri çəkilib. Bundan başqa, həcmi 1500 kubmetr olan su anbarının qazma işləri sona çatdırılaraq drenaj sistemi qurulub və hazırlıq beton qatı verilib.

Ölkənin hər yerində olduğu kimi, Ağsu şəhərinin də su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması istiqamətində işlərin icrası davam etdirilir. Bu tədbirlər çərçivəsində su-kanal idarəsi tərəfindən şəhəriniçməli su ilə təchizatının yaxşılaşdırılması məqsədilə bir sıra işlər görülüb.

Şəhərin Vidadi, Rəsulzadə, H.Aslanov, N.Tağızadə və digər küçələrində, həmçinin 8-ci məhəllədə və mərkəzi su anbarında ümumilikdə 870 metr yeraltı su xətləri yenisi ilə əvəz edilib, su xətlərində aparılan təmir işlərinin dəyəri 82 min manat təşkil edib.

Ağsuda abadlığın əsas cəhətlərindən olan yol tikintisidaim diqqət mərkəzindədir. Rayon mərkəzini kəndlərlə birləşdirən yolların əsaslı təmiri işlərinə başlanılıb. Ağsu-Çaparlı-Bağırlı avtomobil yolunun əsaslı təmir olunması istiqamətində işlər davam etdirilir.

Tikinti-quruculuq işləri çərçivəsində mərkəzi rayon xəstəxanasının pediatriya şöbəsində və Ağabəyli kənd həkim məntəqəsində təmir işləri görülüb. Həmçinin 16 min manatlıq tibbi avadanlıq, 14,2 min manatlıq digər maşın və avadanlıqlar alınaraq şöbələrə paylanıb. Dövlət başçısının müvafiq sərəncamına əsasən Ağsu Mərkəzi Rayon Xəstəxanasının yeni binasının tikintisinə başlanılıb.

Uzun illər istifadə olunan torpaqların yenidən yararlı vəziyyətə gətirilməsi üçün rayonda meliorasiya - irrıqasiya işlərinin aparılmasına başlanılıb, Ağsuçay çayında sahilbərkitmə işləri isə davam etdirilərək 1554 kub metr həcmində, 252 min manat dəyərində sahilqoruyucu monolit - beton bənd inşa olunub.

Təhsil sektoru daim diqqət mərkəzindədir. 180 şagird yerlik Ləngəbiz kənd tam orta, 80 şagird yerlik Nəmirli kənd ümumi orta məktəb binalarının tikintisi başa çatdırılaraq istifadəyə verilib, 180 şagird yerlik Qəşəd və Rəhimli kənd tam orta məktəb binalarının tikintisində işlər davam etdirilir.

Uşaq-gənclər idman məktəbinin binasında, Sanqalan kənd ümumi orta, Çaparlı və Daşdəmirbəyli kənd tam orta məktəblərinin binalarında cari təmir işləri aparılıb. Rayonun ümumtəhsil müəssisələrinin maddi-texniki bazası daim möhkəmləndirilir.

Bütün bunları rayon rəhbərindən eşitmişdik. Rayonda olduğumuz müddətdə isə öyrəndik ki, burada sahibkarlığın inkişafı dəstəklənir. Ağsuçayın üzərində, əhalisinin ümumi sayı 3200 nəfərdən çox olan 5 dağ kəndi ilə əlaqəni təmin edən yeni körpü, Ağsu şəhərində, eləcə də kəndlərdə onlarca ticarət, iaşə, məişət və servis xidməti obyektləri, plastik qapı-pəncərə hazırlayan sexlər, həmçinin digər xidmət və istehsal obyektləri tikilib istifadəyə verilib, Ağsu şəhərində 15 ədəd dövlət fondu yaşayış binasının dam örtüyünün əsaslı təmir olunması işləri başa çatdırılıb. Şəhərin Azərbaycan, Vidadi, Natəvan, S.Vurğun küçələrinin və H.Əliyev küçəsinin cənub hissəsinin tamamilə yenidən qurulması istiqamətində işlər davam etdirilir. Vətəndaşlara məxsus fərdi evlərin, yardımçı tikililərin, ticarət, iaşə, məişət və digər xidmət obyektlərinin, ictimaiinzibati binaların görkəmi yaxşılaşdırılır, piyada səkiləri salınır, həyətyanı sahələrin küçələrə yaxın hissəsində mişar daşı ilə hasar tikilir, mövcud hasarlar eyni vəziyyətə gətirilərək üzlük daşlarla üzlənir. Yaşıllıq zolaqlarının salınması, ağac, gül və bəzək kollarının əkilməsi üçün sahələr hazırlanır. Rayonun Padar kəndində saatlıq istehsal gücü 30 kubmetr olan qum-çınqıl karxanasının, Pirhəsənli kəndində 500 ton kənd təsərrüfatı məhsulları saxlanılması üçün soyuducu anbarın, Dövlət Miqrasiya Xidmətinin regional idarəsi üçün inzibati binanın, "Aqrolizinq" ASC -nin Ağsu rayon "Aqroservis" filialı üçün istehsalat bazasının, onlarca ticarət, iaşə, məişət və servis xidməti obyektlərinin tikintisi, Ağsu şəhərində 1 ədəd dövlət fondu yaşayış binasının dam örtüyünün əsaslı təmiri, eləcə də rayon mərkəzində və kəndlərdə abadlıq, quruculuq, tikinti, sosial obyektlərin təmiri və bərpası istiqamətdə əsaslı işlər davam etdirilir.

Ümumiyyətlə, bu il fəaliyyətə başlayan yeni və bərpa edilmiş müəssisələrdə, aparılan abadlıq - quruculuq işlərində və digər mövsümi işlərdə 782 nəfər işlə təmin olunub ki, onlardan 592 nəfəri daimi işlə təmin olunanlardır.

Xüsusi mülkiyyətin genişləndirilməsi, sahibkarlığın sürətli inkişafı və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət tədbirlərinin nəticəsi olaraq rayonda orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrünü 15 manat üstələyərək 231 manat təşkil edib.

Qarabağ müharibəsi əlillərınin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirin icrasını təmin etmək məqsədilə 1 ədəd 6 mərtəbəli, 54 mənzilli ictimai yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılıb, layihələndirmə sənədləri hazırlanır.

Qaz infrastrukturunun yenidən qurulması tədbirləri çərçivəsində rayon üzrə ümumilikdə 142,6 min metr orta və aşağı təzyiqli yerüstü qaz kəməri çəkilərək istifadəyə verilib ki, bununla da şəhərdə, eləcə də Pirhəsənli, Ülgüc, Navahı və Daşdəmirbəyli kəndlərində 2750-dən artıq əhali qrupu abonentlərinin qaz təchizatı tamamilə yenidən qurulub.

Rayonun ümumulikdə 130 abonentini əhatə edən Bəyimli və Qaravəlli kəndlərinin qaz təsərrüfatının yenidən qurulması işləri başa çatdırılaraq kəndlərə təbii qazın verilməsi təmin edilib. Bunlarla yanaşı, rayonun Yenilik, Elabad, Qaraqoyunlu və Çaparlı kəndlərinin təbii qaz təchizatını bərpa etmək məqsədi ilə yeraltı daşıyıcı qaz kəməri çəkilmişdir.

Daşdəmirbəyli kəndində əlavə olaraq 18, Qaraməmmədli kəndində 15 abunəçiyə telefon çəkilib. Çiyni kəndində montaj tutumu 176 nömrə olan EATS -dan 144 əhali abunəçisinə yeni telefon çəkilişi başa çatdırılıb. Şəhər telefon şəbəkəsi üzrə 4000, kənd telefon şəbəkəsi üzrə isə 4268 elektron tipli nömrə montaj olunub, şəhərdə 2953, kəndlərdə 1963 və SDMA simsiz rabitə xidmətindən 166 abunəçinin istifadəsi təmin edilib.

Başçı onu da qeyd etdi ki, ilin sonuna kimi rayon iqtisadiyyatının daha da yüksəldilməsi, əhalinin sosial problemlərinin həlli, özəl sektorun inkişafına kömək göstərilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, abadlıq-quruculuq işlərinin aparılması, sənaye, tikinti, nəqliyyat və rabitə müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması istiqamıətində müvafiq tədbirlər həyata keçiriləcəkdir.

Əhalinin enerji daşıyıcıları ilə dayanıqlı təminatı və içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdiriləcək, istehsal, xidmət və sosial-mədəni obyeklərin inşasına diqqət artırılacaqdır.

Dünya Bankı və Azərbaycan hökuməti ilə birgə maliyyələşdirilən "Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə İkinci Layihə" çərçivəsində Ağsu şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması istiqamətində işlərin icrası, yaşayış məntəqələrinin və əkin sahələrinin sel-sularından mühafizəsini təmin etmək məqsədilə Ağsuçay çayında sahilbərkitmə işləri, Ağsu Mərkəzi Rayon Xəstəxanasının yeni binasının, 180 şagird yerlik Qəşəd və Rəhimli kənd tam orta məktəb binalarının tikintisi, rayonun qaz infrastrukturunun yenidən qurulması tədbirləri, Ağsu-Çaparlı-Bağırlı avtomobil yolunun əsaslı təmir işləri davam etdiriləcəkdir. Büdcə gəlirlərinin artırılması üçün mövcud qanunvericiliyin tələbləri yerinə yetiriləcək, büdcə xərclərinin icrası tam təmin ediləcəkdir.

Qeyd olundu ki, cari ildə görüləcək işlər əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində və maddi rifah halının yaxşılaşdırılmasında müstəsna rol oynayacaqdır.

... Bax belə. Gündən-günə inkişaf edən dağlar və düzlər diyarı, müasir yollar və qədim izlər məkanı olan Ağsuda hayana baxırsan, tərəqqi, inkişaf, abadlıq görürsən. Hər addımda yeniliklə, müasirləşmə prosesi ilə rastlaşırsan. Ən çox rastlaşdığın isə sabaha ümidi gündən-günə artan insanların üzündəki təbəssümdür. Alimlər qeyd edirlər ki, təbəssüm insanda təkcə rahatlıq və sağlamlıq keyfiyyətləri yaratmır, həm də böyük əzmkarlığa, qətiyyətə, deməli, uğurlara zəmin yaradır.

 

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2012.- 11 noyabr.- S. 6.