Dayanıqlı turbulentlik...

 

Bu günlərdə Azərbaycanda "XXI əsr ümidlər və çağırışlar" mövzusunda II Bakı Beynəlxalq Humanitar Forumu keçirilmişdir. Foruma xarici ölkələrdən gəlmiş çoxsaylı iştirakçılar artıq öz vətənlərinə qayıtmışdır, lakin bu möhtəşəm tədbirdə müzakirə edilən məsələlər hələ də dünya KİV-lərinin diqqət mərkəzindədir. AzərTAc forumda müzakirə edilən qlobal problemlərin aktuallığını nəzərə alaraq, həmin forumun iştirakçılarından birinin - "Kiyevski teleqraf" qəzetinin müxbiri Vladimir Skaçkonun həmin qəzetin 10 oktyabr 2012-ci il tarixli nömrəsində dərc olunmuş məqaləsini oxuculara təqdim edir.

 

2012-ci il oktyabrın 4-5-də Azərbaycan paytaxtında keçirilmiş "XXI əsr: ümidlər və çağırışlar" mövzusunda II Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsində deyilir: "Biz... postmodern dövrünə xas yeni mədəni kontekstin ənənəvi dəyərləri, stereotipləri və yanaşmaları alt-üst etməsinin yaşadığımız zamanın xüsusiyyətlərindən birinə çevrilməsini qeyd edərək, qloballaşmanın yeni-yeni aspektlərini, onların ictimai və sosial-mədəni proseslərə təsirini nəzərə alaraq, ... sosiomədəni zəminin spesifik xüsusiyyətlərindən asılı olaraq hər bir cəmiyyətin inkişaf proseslərinin çoxvariantlı olmasını dərk edirik".

Lakin forum iştirakçıları dünyanın sürətlə dəyişməsini və planetdə hər bir xalqın inkişafının çoxvariantlılığını dərk etməyin zəruriliyini vurğulamaqla kifayətlənməmişlər. Onlar "beynəlxalq qurumları və müxtəlif humanitar təşkilatları dövlətlər, vətəndaş cəmiyyətləri və konfessiyalar arasında tolerantlıq mühiti yaratmağa və sivilizasiyalararası münaqişələrin qarşısını almağa xidmət edən əsl mədəniyyətlərarası dialoqun gerçəkləşdirilməsi məqsədi ilə forumlar, konfranslar, müzakirələr və "dəyirmi masa"ların təşkilinə davamlı olaraq təşəbbüs göstərməyə" çağırmışlar.

Forum iştirakçılarının əksəriyyətinin fikrincə, müasir dünyada yüksək konflikt vəziyyətindən, beynəlxalq çəkişmələrə və hətta müharibələrə gətirib çıxara biləcək daxili münaqişələrdən xilas olmağın yolu multikulturalizm olmalıdır. Bu gün Avropadadünyada yenidən dəyərləndirilməyə məruz qalan siyasətin alternativi yoxdur, çünki bu siyasət bütün milli, mədəni, dini, istəsəniz hətta ideoloji müxtəlifliklərin bərabərhüquqlu olmasını nəzərə alır, onlardan əvvəlcə bir dövlətdə, sonra isə bütün planetdə vahid tam yaradır. Bu, bütün bəşər sivilizasiyasını əhatə edir. Dünyada baş verən son hadisələri, monopolyar dünyanı çoxqütblü dünyaya çevirmək uğrunda mübarizəni, bir sıra dövlətlərin istər planetdə, istərsə də öz regionlarında liderlik iddiasında olmasını xatırlasaq, bu, əlbəttə ideal halda müxtəlif cəmiyyətlərin münaqişəsiz birliyidir. Lakin Bakı Forumu "dövlət siyasətinin tərkib hissəsi kimi multikulturalizmin imkanlarından istifadənin vacibliyinionun həm müxtəlif mədəniyyətlərin inkişafı, həm də bütün bəşəriyyətin əldə etdiyi mədəni nailiyyətlərin qorunması və zənginləşməsində əhəmiyyətini" vurğulamışdır. Bildiyiniz kimi, burada söhbət təkcə mədəni dəyərlərdən getmir.

Əslində Bakı Forumunun məqsədi elə bundan ibarətdir. Hələ 2010-cu ildə Rusiya Prezidenti Dmitri Medvedev və Azərbaycan Prezidenti İlham Əliyev belə bir forum keçirilməsi təşəbbüsü ilə çıxış etmişlər. Onlar 2010-cu ilin yanvar ayında Bakı şəhərində keçirilmiş birinci Azərbaycan-Rusiya Humanitar Əməkdaşlıq Forumunda iştirak etmiş və gərəkli işi davam etdirməyi qərara almışlar. 2011-ci ildə birinci forumu şəxsən Prezident Əliyev açmışdır. Bu ilforumu Azərbaycan Prezidenti açmış, Rusiyanın artıq yenieyni zamanda köhnə rəhbəri Vladimir Putin isə forum iştirakçılarına təbrik məktubu göndərərək bu cür kollektiv beyin həmlələrinin vacibliyini vurğulamış və tədbir iştirakçılarına uğurlar arzulamışdır.

II Bakı Forumu adi sakindən tutmuş dövlət liderinə qədər hər kəsi narahat edən son dərəcədə aktual mövzuların arenasına çevrilmişdir. Hər kəsin eşitmək və eşidilmək imkanına malik olduğu bu forum konstruktiv debatlardiskussiyalar, ideyalar, nəzəri və praktiki biliklər mübadiləsi üçün meydana çevrilmişdir. Məqsəd birdir - beynəlxalq təşkilatlara, ölkələrin liderlərinə və ayrılıqda götürülmüş hər bir fərdə ünvanlanmış tövsiyələr və çağırışlar hazırlamaq və təklif etmək.

Bakı Forumunu Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva açmışdır.

Bu forum həqiqətən genişmiqyaslı, nüfuzlu və məzmununa görə hərtərəfli dərin bir tədbir oldu. Onun işində 70 ölkəni və 7 nüfuzlu beynəlxalq təşkilatı təmsil edən 694 nəfər iştirak edirdi. Özünüz fikirləşin: iştirakçıları arasında insanın müxtəlif fəaliyyət sahələrində 11 Nobel mükafatı laureatı, 5 fəxri dünya professoru (Emeritus professor) və 10 sabiq prezident: Bolqarıstanın keçmiş prezidentləri Jelyu Jelef, Peter StoyanovGeorgi Pırvanov, Latviyanın keçmiş prezidentləri Vayra Vike-FrayberqaValdis Zatlers, Litvanın keçmiş prezidenti Valdus Adamkus, Estoniyanın keçmiş prezidenti Arnold Ryuytel, Xorvatiyanın keçmiş prezidenti Stipe Meseç, Rumıniyanın keçmiş prezidenti Emil Konstantinesku və Qırğızıstanın keçmiş prezidenti Roza Otunbayeva iştirak edirdi. Təkcə bu "prezidentlər siyahısı" Bakı Forumunda iştirak edən insanların və onların ideyalarının müxtəlifplanlı və plüralist olması barədə çox mətləbdən xəbər verə bilər. Keçmiş dövlət başçıları arasında hər cür adamlar vardır - sosializm dövrünün keçmiş dissidentlərindən başlamış yenə də artıq keçmiş kommunist partiya funksionerlərinə, okeanın o tayından gəlmiş siyasi qastrolyorlara, siyasət aləmində şöhrət və hörmət qazanmış alimlərə və biznesmenlərə qədər.

Təbii ki, müzakirələrin ahəngini Prezident İlham Əliyev müəyyən etmişdir. O, tədbirin ev sahibi və təşkilatçısı hüququndan istifadə edərək onun çoxmillətli ölkəsində vəziyyəti tədbirə toplaşanlara izah edərək bildirmişdir ki, bu ölkə multikulturalizmin ən məqbul inkişaf variantı olmasını, bunun alternativi olmamasını, əks halda özünütəcrid və durğunluq yaranacağını yaxşı başa düşür. İ.Əliyevin sözlərinə görə müasir Azərbaycan bir neçə prinsip əsasında inkişaf edir. Ən əsas prinsiplərdən biri güclü dövlətdir. Azərbaycan öz tarixi boyunca demək olar ki, həmişə hansısa başqa dövlət qurumlarının tərkib hissəsi olmuşdur. Buna görə də indi o öz dövlət təsisatlarını xalqın bütün amallarının uğurla reallaşdırılmasının başlıca şərti kimi inkişaf etdirir. İkinci prinsip Azərbaycanda məskunlaşan qrupların milli, mədəni, dini və digər xüsusiyyətlərini dünyəvi dövlətdə inkişaf etdirməkdir. Üçüncü prinsip bütün millətlərin bərabər hüquqla birgə yaşamasıdır.

Dördüncü və mənim fikrimcə ən mühüm prinsip - sülhə, əmin-amanlığa və daxili təhlükəsizliyə təminat verən, dinc yanaşı yaşamağın əsası olan sosial ədalət prinsipidir. Prezident Əliyevin sözlərinə görə onun neftlə zəngin olan ölkəsində "qara qızılı insan kapitalı qızılına çevirək" şüarı ardıcıl və dönmədən həyata keçirilir. Azərbaycan gənc nəslin hərtərəfli təhsilinə böyük əhəmiyyət verirbunun üçün xeyli vəsait sərf edir. Təhsil iki mühüm zəminə - elmin bütün sahələrində müasir texnologiyalara və ənənələrə hörmət prinsipinə əsaslanır.

İlham Əliyev qeyd etmişdir ki, onun ölkəsində insanın bütün hüquqları və vətəndaş azadlıqları reallaşır və bu, Azərbaycanın sivilizasiyalararası dialoqa əsaslanan fəal beynəlxalq siyasət yürütməsinə imkan verir. "Biz coğrafi körpünü mədəni körpüyə çevirmək istəyirik", - deyən Prezident vurğulamışdır ki, Azərbaycan AvropaAsiya sivilizasiyalarının qovuşduğu məkanda yerləşir, buna görə də siyasi və mədəni avrasiyaçılığın birləşdirici amili olmağa və rəngarəng, elə həmin səbəbdən də narahat bir regionda vəziyyətin sabitləşdiricisi kimi xidmət etməyə borcludur.

Azərbaycan üçün bu həm də ona görə vacibdir ki, məlum olduğu kimi, onun ən ağrılı yeri - bütün dövlət orqanizminin həyatını zəhərləyən bu əngəl Azərbaycanın ayrılmaz ərazisi olan Dağlıq Qarabağın qonşu Ermənistan tərəfindən işğal edilməsi məsələsidir. Prezident Əliyev foruma toplaşanlara xatırlatmışdır ki, Dağlıq Qarabağın Bakının yurisdiksiyasına qaytarılması barədə təkcə BMT xətti ilə dörd qətnamə qəbul edilmiş, lakin erməni tərəfi bu qətnamələrin heç birini yerinə yetirməmişdir.

Böyük Qafqaz regionu həqiqətən planetdə hədsiz dərəcədə münaqişəli, millətlərarası, siyasidini münasibətlər baxımından turbulent bölgədir. Rusiyada, onun Qafqaz hissəsində Çeçenistanda və Dağıstanda fasiləsiz çəkişmələr, qonşu Gürcüstanla mübahisələr səngimir. Artıq qeyd edildiyi kimi, Azərbaycan ilə Ermənistanın Dağlıq Qarabağ problemi, Gürcüstanda Abxaziya və Cənubi Osetiya ilə bağlı problemlər vardır. Üstəlik, regiona özünəməxsus tərzdə nəzarət etməyə çalışan xarici qüvvələrin (ABŞ, Avropa İttifaqı, Rusiya, Türkiyə, İran, ərəb dünyası və s.) orada Qafqazın "Troya atları" rolunu müxtəlif dərəcədə yerinə yetirən satellitləri və müttəfiqləri vardır.

Azərbaycan regional lider rolu oynamağa çalışır. Bu bölgədə iqtisadi baxımdan ən güclü dinamik inkişaf etməkdə olan bir dövlət kimi onun bu iddiası tamamilə əsaslıdır. Prezident İlham Əliyevin sözlərinə görə, son 7-8 ildə onun ölkəsi öz iqtisadi potensialını üçqat artırmışdır, işsizlik səviyyəsi azalaraq 5,4 faizə, yoxsulluq səviyyəsi 49 faizdən 7 faizə düşmüşdür. Sənayenin şaxələndirilməsi müşahidə olunur. Təkcə 2012-ci ilin altı ayı ərzində iqtisadiyyatın qeyri-neft sektorunun həcmi 10 faiz artmışdır. Ölkənin xarici borcu ÜDM-in cəmi 7 faizinə bərabərdir. İlham Əliyev demişdir: "Biz maliyyə köləliliyi vəziyyətinə düşməyəcəyik istənilən anda öz xarici borcumuzu ödəyə bilərik". O vurğulamışdır ki, inkişafın əsası məqsədi bazar iqtisadiyyatına əsaslanan sosial ədalət prinsipidir. İqtisadiyyatda özəl sektorun payı artıq 83 faiz təşkil edir. Qırğızıstanın sabiq prezidenti Roza Otunbayeva hamıya müraciətlə aforistik tərzdə xatırlatmışdır ki, qədim rəvayətlərə görə dövlət o vaxt tərəqqi edir ki, oradakı insanlar ağac əkirlər, hərçənd onlar bilirlər ki, özləri həmin ağacların kölgəsində əyləşməyəcəklər. Başqa sözlə desək, hər bir ölkənin gələcəyi onun böyüməkdə olan nəslə qayğısı ilə müəyyən olunur. Azərbaycanda bu qayğı hər yerdə müşahidə edilir, buna görə sözügedən humanitar forum Bakı üçün həm mövcud problemlərə kollektiv zəka həmləsi regionda özünün iqtisadi liderliyini təsdiq etmək üçün münasib fürsət, həm mənəvi-mədəni, humanitar liderlik üçün ciddi təşəbbüsdür. Azərbaycan təkcə mövcud humanitar, mədəni, elmi, mənəvi-fəlsəfi trendləri dəstəkləməyə inkişaf etdirməyə deyil, həm gələcək üçün bu trendləri müəyyən etməyə çalışır. Bundan sonra dövlətlərin qarşılıqlı yaxınlaşması dinc yanaşı yaşamaq uğrunda mübarizə aparılmalıdır. Latviyanın keçmiş prezidenti Valdis Zatlers demişdir: "Azərbaycan yeni yaxınlaşma ideyalarının promouteri olmağa artıq hazırdır". Onun bolqarıstanlı həmkarı Peter Stoyanov da aforizm tərzində bildirmişdir ki, Azərbaycan resurslarını öz xalqının rifahına sərf etməklə "multikulturalizmi multiməhəbbətə çevirir"...

Forum başa çatandan sonra onun qonaqlarına Azərbaycanın müxtəlif şəhərlərinə regionlarına - Qəbələyə, Lənkərana, Naxçıvana, Gəncəyə səfər imkanları arasında seçim etmək təklif olunmuşdur. Bu o deməkdir ki, bizə artıq müasir meqapolisi xatırladan, keçmişin bütün memarlıq üslublarının cazibəsini qoruyub saxlamaqla bərabər, onlara texnoloji modernlər əlavə edilməklə ağlabatan harmonik şəkildə birləşdiyi Bakı ilə yanaşı, bölgələrin sürətlə inkişafını öz gözlərimizlə görüb yəqin etmək imkanı verilirdi. Məsələn, mən Naxçıvana səfər etdim. Bu ölkənin başqa ərazi ilə ayrı salınmış daha bir anklavı olan Naxçıvan Azərbaycan xalqının ümummilli lideri, ölkənin indiki Prezidentinin atası Heydər Əliyevin vətənidir. Deməliyəm ki, oranın yollarına söz ola bilməz, mənim yaxşı mənada paxıllığım tuturdu...

Forum isə ən müasir üslubda tikilmiş Heydər Əliyev Mərkəzinin yeni binasında keçirilirdi. Bu möhtəşəm tikili binadan daha çox, donub qalmış dalğanı xatırladır. Bu, ölkədəki çoxsəviyyəli turbulentliyin dayanıqlılıq rəmzi idi. Keçən əsrin 80-90-cı illərində Azərbaycan öz müstəqilliyini həqiqətən qanlı daxili savaşlar, faktiki vətəndaş müharibəsi ərazisinin parçalanması şəraitində bərpa etmişdir. O, üzləşdiyi problemlərin xeyli hissəsinin öhdəsindən gələ bilmişdir indi ardıcıl inkişaf gələcəyə inam nümayiş etdirir. Buna isə indi çoxları nail ola bilmir. Ukraynada yaşayanlar buna inanmaqda çətinlik çəkməzlər...

 

 

Vladimir SKAÇKO

(Kiyev-Bakı-Naxçıvan -Kiyev).

 

Xalq qəzeti.- 2012.- 11 oktyabr.- S. 6.