Nərimanov rayonunda gənclər siyasəti uğurla həyata keçirilir

 

İnanıram ki, hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlərin həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində öz həllini tapacaqdır.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

Ölkəmizdə gənclər siyasəti 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra həyata keçirilməyə başlamışdır. Əsası ümummilli lider tərəfindən qoyulmuş gənclər siyasəti bu gün öz müsbət bəhrələrini verir. Azərbaycan gənci hərtərəfli biliklərə malik olan, öz ölkəsini bütün sahələr üzrə beynəlxalq arenalarda layiqincə təmsil edə bilən müasir gəncdir.

 

Bakının mərkəzi rayonlarından biri olan Nərimanov rayonunda da dövlətin gənclər siyasəti yüksək səviyyədə həyata keçirilir. Rayonun gəncləri vətənin tərəqqisi naminə qarşıya qoyulmuş vəzifələri həyata keçirmək üçün bacarıqlarını əsirgəmirlər.

Nərimanov Rayon Gənclər və İdman İdarəsi (NRGİİ) rayon gənclərinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirakı, onların hərtərəfli gənc kimi inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirir. Rayonun gənclər və idman idarəsinin rəisi Nəcəf Novruzovla görüşümüz zamanı, o, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün rayonda görülən işlər barədə məlumat verdi. İdarə rəisi dövlət tərəfindən gənc nəslə çox böyük diqqət göstərildiyini və bu qayğıya cavab olaraq gənclərin öz uğurlarını ildən-ilə artırdığını bildirdi: "Azərbaycan cəmiyyətinin əsas məqsədi müasir, savadlı, vətənpərvər gəncliyin yetişdirilməsinə nail olmaqdır. Gənclərimizin azərbaycançılıq, dövlətçilik, xalqımızın tarixinə, adət-ənənələrinə, milli-mənəvi və dünyəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunması dövlətimizin daim diqqət mərkəzindədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gəncliyə güvəndiyi, etibar etdiyi üçün istedadlı və Vətənə sədaqətli gənclərin təhsili və karyera qurması ilə bağlı məsələlərə çox həssaslıqla yanaşır. Bunların nəticəsidir ki, ölkəmizdə çox mühüm və məsul vəzifələr gənclərə etibar olunubonlar da bu etimadı doğruldurlar". Nəcəf müəllim rayon gənclərini öz sıralarında birləşdirən NRGİİ-nin fəaliyyəti barədə məlumat verdibildirdi ki, rayon gənclərinin hərtərəfli inkişafı, onların mənəvi və fiziki cəhətdən sağlam gənclər kimi yetişmələri üçün ötən il ərzində Nərimanov rayonunda çoxlu tədbirlər həyata keçirilib. N.Novruzov mədəni-kütləvi və idman tədbirlərinin təşkilində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Nərimanov Rayon İcra Hakimiyyətinin böyük dəstəyi olduğunu bildirdi. O, qeyd etdi ki, mütəmadi keçirilən ənənəvi tədbirlərdə yeniyetmə və gənclər həvəslə iştirak edirlər.

Bir neçə gündən sonra xalqımız 20 Yanvar faciəsinin 22-ci ildönümünü qeyd edəcək, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edəcək. Hər il Nərimanov rayonunda da 20 Yanvar şəhidlərinin xatirəsi anılır, bu münasibətlə uşaq və gənclər arasında müxtəlif tədbirlər keçirilir.

Erməni qəsbkarlarının görünməmiş vəhşiliklərindən biri olan Xocalı soyqırımının ildönümünün də Nərimanov rayonunda geniş miqyasda qeyd edilməsi planlaşdırılır. Ötən il fevralın 14-də UYM-də Xocalı faciəsinin XIX ildönümünə həsr edilmiş "Müharibə uşaqların gözü ilə" adlı rəsm müsabiqəsi, fevralın 15-də BMLK-da "Müharibə uşaqların gözü ilə" adlı inşa yazı müsabiqəsi, fevralın 25-də isə Bakı İdarəetmə və Texnologiya Kollecinin akt zalında Xocalı soyqırımının XIX ildönümünə həsr olunmuş "Xocalı faciəsi bizim qan yaddaşımızdır" adlı ümumrayon toplantısı keçirilmişdir. 20 Yanvar faciəsi və Xocalı soyqırımına həsr olunmuş tədbirlərdə yeniyetmə və gənclərə yaxın keçmişimizdə xalqımızın başına gələn müsibətlər, erməni işğalçıları tərəfindən Azərbaycanın torpaqlarının zəbt olunmasına dair məlumatlar çatdırılır, müstəqil Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin fəaliyyətindən geniş söhbət açılır.

Ulu öndər Heydər Əliyevin xatirisəni yad etmək məqsədi ilə Nərimanov rayonunda təşkil olunan tədbirlər ənənəvi xarakter alıb. Ötən il keçirilən "Heydər Əliyev müstəqil Azərbaycanın qurucusubanisidir", "Ulu öndərimizin Azərbaycan tarixində yerirolu", "Heydər Əliyev və Azərbaycan təhsili", "İqtisadiyyatın inkişafında Heydər Əliyevin yerirolu", "Azərbaycan gəncləri və Heydər Əliyevin diplomatiyası", "Ümummilli liderimizin müəllimlərə göstərdiyi qayğı" və s. mövzularda elmi-nəzəri konfrans və dəyirmi masalarda gənclər böyük həvəslə iştirak edirlər. Ötən il ulu öndərin anadan olmasının 88-ci ildönümünə həsr olunan və "Atrium" otelində keçirilən "Heydər Əliyev və müstəqil Azərbaycan gəncliyi" mövzusunda konfrans da gənclərin xüsusi marağına səbəb olub. Tədbirdə RİH-nin başçısı Abdin Fərzəliyev, RİH-in məsul işçiləri, millət vəkilləri, tələbə gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Gİİ-nin təşkilatçılığı ilə rayonda uşaqlar arasında da müxtəlif tədbirlər təşkil edilir. Ötən il Uşaq Yaradıcılıq Mərkəzində "İstedadlar sorağında" devizi altında gənc rəssamların rəsm əsərlərinin sərgisində istedadlı uşaqlar əl işlərini nümayiş etdiriblər. Nərimanov Rayon İcra Hakimiyyətinin akt zalında 2011-2012-ci tədris ilində ilk dəfə məktəbə gedən aztəminatlı ailələrdən olan uşaqlar ilə geniş tədbir də uşaq və valideynlərin marağına səbəb olub. Rayon rəhbərlərinin də iştirak etdiyi bu tədbirin sonunda uşaqlara məktəbli çantası və məktəb ləvazimatları paylanmışdır.

Gənclər Günü Nərimanov rayonunda da yüksək səviyyədə qeyd olunur. Belə ki, "2 fevral - Azərbaycan Gəncləri günü"nə həsr edilmiş "Gənclər bizim gələcəyimizdir" adlı ümumrayon toplantısı xüsusi maraq doğurub. Nərimanov Rayon İcra Hakimiyyəti başçısının I müavini Ş.İbadov, YAP-ın Nərimanov rayon təşkilatının sədri T.Tağıyev, Rayon YAP Gənclər Birliyinin sədri Y.Babanlı və rayon ictimaiyyətinin digər nümayəndələrinin iştirak etdiyi tədbirdə bir qrup gənc fəxri fərmanla təltif edilib.

Cəmiyyətin bəlasına çevrilmiş narkomaniyadan yeniyetmə və gəncləri çəkindirmək, onların bu xəstəliyə yoluxmasının qarşısını almaq üçün Nərimanov rayonunda çoxlu maarifləndirici tədbirlər keçirilir, gənclərin iştirakı ilə dəyirmi masalar, konfranslardebatlar təşkil edilir. Belə tədbirlərə misal olaraq narkomaniyanarkotik maddələrin qanunsuz dövriyyəsinə, QİÇS-ə qarşı ortaali təhsil müəssisələrində keçirilən elmi-praktiki konfrans, "dəyirmi masalar", 26 İyun - Narkomaniya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunmuş "Narkomanlığa və QİÇS-ə qarşı mübarizə - mənəviyyatın xilası deməkdir" devizi altında debatın təşkilini göstərmək olar.

NRGİİ-nin rəisi Nəcəf Novruzov rayonda gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində də ötən il ərzində çoxlu işlərin görüldüyünü bildirdi: "Azərbaycanda bütün sahələrdə aparılan quruculuq işləri, yüksək inkişaf biz gənclərin qarşısında mühüm vəzifələr qoyur. Ümummilli lider Heydər Əliyevin səsləndirdiyi "Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik" fikri ulu öndərin gənclərimizə nə qədər yüksək qiymət verdiyini bir daha sübut edir. Bu gün görülən işlər, həyata keçirilən tədbirlər bir daha göstərir ki, sağlam, cəsarətli, vətənpərvər oğulların tərbiyə edilməsi böyük əhəmiyyətə malikdir. Böyük, vətənpərvər gənclər ordusu olan Azərbaycanda demək olar ki, bütün islahatların əsasında gənclər dayanır.

Rayonumuzda yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların hərbi xidmətə hazırlanması, gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsində tədbirlərin təşkilinə xüsusi diqqət yetirilir. Ötən il "Cəsurlar" hərbi-idman və turizm, "Şahin" hərbi-idman oyunlarının və "Vətənin Müdafiəsinə Hazıram!" poliatlon yarışlarının rayon mərhələsində yüzlərlə yeniyetmə iştirak edib. Oyunlara yüksək hazırlıq nəticəsində rayonun komandaları yarışların Bakı şəhər və respublika mərhələsində yüksək nəticələr göstərərək fəxri yerləri tutmuşlar".

Nərimanov rayonunda idmanın inkişafına da xüsusi diqqət yetirilir. Müxtəlif növlər üzrə keçirilən idman yarışlarında rayonun gəncləri həvəslə iştirak edirlər. Ötən il şahmat üzrə təşkil edilmiş rayonun açıq birinciliyi maraqlı mübarizə şəraitində keçmişdir. Rayonun yeniyetmə və gəncləri futbol yarışlarında da böyük nailiyyətlər əldə etmişlər. Hər il məktəblilər arasında keçirilən "Sevinc" kubokunda Nərimanov rayon yeniyetmələri yüksək səviyyədə iştirak edirlər. Ötən il "Sevinc" kubokunun Bakı mərhələsində yüksək ustalıq nümayiş etdirən rayon komandası kuboka sahib olub.

Rayonda beynəlxalq miqyaslı tədbirlər də təşkil edilir. Gİİ-nin təşkilatçılığı ilə peşəkar karateçilər arasında beynəlxalq turnirdə ölkəmizin təmsilçiləri ilə yanaşı, Rusiya, Gürcüstan, İran, Türkiyə, Pakistan, Birləşmiş Ərəb Əmirliyi, Almaniya və Qazaxıstanı təmsil edən karate ustaları da mübarizə aparmışlar.

Ötən ilin son aylarında Nərimanov Rayon Gənclər və İdman İdarəsinin gənclər arasında keçirdiyi tədbirlər xüsusilə yaddaqalan olmuşdur. Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbirdə rayon gənclərinin Azərbaycan Müəllimlər İnstitutuna Heydər Əliyev muzeyinə ekskursiyası zamanı tələbə-gənclər ulu öndərin həyat və fəaliyyətini əks etdirən sənəd və foto materiallarla tanış olmuşlar. Tədbirin sonunda gənclərə ümummilli lider Heydər Əliyevin həyat yolunu əks etdirən film nümayiş olunmuşdur. Ötən ilin dekabr ayında Gİİ-nin təşkilatçılığı ilə keçirilən "İqtisadiyyatın inkişafında Heydər Əliyevin yerirolu", "Ümummilli liderimizin müəllimlərə göstərdiyi qayğı", "Ulu öndərimizin Azərbaycan tarixində yerirolu" mövzusunda konfranslar gənclərin böyük marağına səbəb olub.

Müstəqillik Günü ilə bağlı daha bir tədbir Heydər Əliyev Fondunda keçirilmişdir. Rayonun bir qrup gənci fondda görkəmli dövlət xadimi Heydər Əliyevin şəxsi arxivindən götürülmüş, onun uşaqlıq, gənclik, tələbəlik illərini əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillər, görkəmli siyasi xadim haqqında yazılmış kitablarla tanış olmuşlar. Gİİ-nin gənclər arasında təşkil etdiyi "Azərbaycan gəncləri və Heydər Əliyevin diplomatiyası" mövzusunda "dəyirmi masa", "Uşaq, ailə və cəmiyyət" mövzusunda elmi-praktiki konfrans, Dövlət Bayrağı Günü münasibəti ilə seminar-müşavirə, "Bütün dünyanın gəncləri birləşin!" devizi altında toplantı, Həmrəylik, Konstitusiya və Dirçəliş Günü ilə bağlı ümumrayon toplantılarında yüzlərlə gənc iştirak edib.

Nərimanov rayonunda gənclərin biznes biliklərinin artırılması, onların sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi üçün də şərait yaradılır. Gİİ gənc sahibkarların bir-biri ilə təcrübə mübadiləsi aparılması məqsədi ilə görüşlər, dəyirmi masalar təşkil edir ki, bu da sahibkarlıq sahəsində biliklərin və işin effektivliyinin artırılmasına xidmət edir. Bu məqsədlə ötən il "Respublika iqtisadiyyatında gənclərin yerirolu" mövzusunda "dəyirmi masa", "İqtisadi əsaslar" adlı bilik olimpiadası təşkil edilmişdir.

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov ötən il olduğu kimi, bu il də rəhbərlik etdiyi idarənin gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramının səmərəli həyata keçirilməsi üçün rayonda məqsədyönlü tədbirlərin planlaşdırıldığını diqqətə çatdırdı.

 

 

Leyla QURBANOVA

 

Xalq qəzeti.- 2012.- 15 yanvar.- S. 4.