“Zavallı” ermənilər,
yoxsa zalım ermənilər
(əvvəli qəzetin
31 mart 2013-cü il tarixli sayında)
Vahram
yazırdı: “Mən Basarkeçərin tatar əhalisini
heç nəyə məhəl qoymadan məhv etdim. Bəzən gülləyə də heyfim gəlirdi.
Bu itlər üçün ən düzgün
vasitə döyüşdən sonra yaralananların
hamısını bir quyuya yığıb üzərlərinə
ağır daşlar yığmaqdır ki, onlar bir də yer
üzündə olmasınlar. Mən belə də
edirdim: bütün qadınları, kişiləri və
uşaqları yığıb quyulara doldurub başlarına
daş töküb öldürdüm”.
1919-cu ilin yazında Andranikin başçılıq
etdiyi nizami ordu Göyçə gölünün şimal və
cənub sahilləri ilə Şərqə tərəf irəliləyirdi. Azərbaycanlılardan
ibarət özünümüdafiə dəstələri
düşmənə tutarlı müqavimət göstərsələr
də onun qarşısını tam ala bilmirdilər. Qadınları, uşaqları və qocaları Zodun
Ağ qaya və Hüseynqulu ağanın (Nərimanlı)
yaylağındakı “Yal” aşırımından Kəlbəcər
tərəfə keçirməli oldular. Çalmalı
dağının ətəyində olan bu aşırımdan
keçərkən yüzlərlə insan və minlərlə
mal-qoyun borana düşüb qırıldı. Oradakı dərə o vaxtdan “Sümük
tökülən” dərə adlanır.
1918-ci ilin mayından 1920-ci ilin noyabrına qədər
hakimiyyətdə olan Daşnak hökuməti azərbaycanlıların
qanına susamışdı. Bu müddətdə
onlar 440-dan artıq azərbaycanlı kəndini yandırıb
məhv etmiş, yüz minlərlə azərbaycanlının
qaçqına çevrilməsinə səbəb
olmuşdular.
1920-ci ilin əvvəllərinə kimi 220 mindən
çox azərbaycanlı daşnak siyasətinin qurbanına
çevrildi.
1919-cu ilin noyabr—dekabr aylarında Türkiyəyə
və İrana 250 minə qədər qaçqın axıb
getmişdi.
M.B.Məmmədzadə
Türkiyədə dərc olunan “Azərbaycan” dərgisinin
1954-cü il 92-ci sayında yazırdı
ki, Azərbaycan parlamenti 1920-ci il tarixli iclasında Ermənistan
hüdudlarından Azərbaycana gəlmiş 300 mindən
artıq köçkün məsələsini müzakirə
etmişdir.
Daşnak hökuməti azərbaycanlıları təkcə
cismani məhv etməklə kifayətlənmir, həmçinin
mənəvi repressiyaya da məruz qoyurdu. Bir mənbədən
oxuyuruq: təkcə Ermənistanda “daşnaksütyunun 30
aylıq ağalığı dövründə azərbaycanlı
əhalinin əlində olan torpağın 60 faizi müsadirə
edilmişdi”.
Bir
daşnak “xadimi” ermənilərin cinayətkarlıqda əli
olduğunu etiraf edərək hökumət
başçısı A.Ohancanyana yazırdı: “Zəngibasar
bizim əlimizdədir. Çox varlı olan bu
diyar borcumuzu bir neçə dəfə artıqlaması ilə
ödəməyə imkan verəcək. Artıq iki
gündür ki, burada görünməmiş talan—buğda,
arpa, samovar, xalça, pul, qızılın
daşınması gedir... Maliyyə naziri bura ancaq axşam
öz agentini və təşkil olunmamış qüvvəsini
göndərib... Böyük sərvət əlimizdən
çıxır...”
Azərbaycan
parlamenti 1919-cu il yanvarın 8-də İrəvan
quberniyası əhalisinin bir qrupunun və İrəvan millət
vəkillərinin bəyanatını müzakirə etdi. Bəyanatın
sonunda deyilirdi: “İrəvan quberniyasının
bütünlüklə müsəlmanlar arasında yaşayan
hissələrinin tarixi, məişəti və digər cəhətlərdən
Azərbaycanın ayrılmaz hissəsini təşkil etdiyini,
bu ərazinin zorla müsəlmanlardan təmizlənməsi və
erməni qaçqınlarının buraya
köçürülməsinin yolverilməz olduğunu, bu ərazinin
müqəddəratının sülh konfransı tərəfindən
həll olunacağını nəzərə alaraq biz İrəvan
quberniyası müsəlmanlarının aşağıda
adları göstərilən nümayəndələri
möhtərəm cənab sədr, sizdən xahiş edirik ki,
İrəvan quberniyası müsəlman əhalisinin cismani məhvinin
qarşını almaq üçün tədbirlər görəsiniz”.
1919-cu
ilin martın sonlarında bütün cəbhə boyu
üstünlüyü ələ alan erməni
faşistləri aprelin 13-də Göyçədə 61 kəndi
dağıdıb viran qoymuş, minlərlə Azərbaycan
türkünü qəddarcasına məhv etmişlər.
Dağlıq
zolağın 5-ci sahəsinin müsəlman əhalisinin
müvəkkili İsmayıl Sultanovun Gəncə qəzası
rəisinin adına “Azərbaycan” qəzetinin
17 may 1919-cu il tarixli sayında dərc olunmuş məlumatda
deyilir: “Bu ilin 13 aprel tarixindən başlayaraq Ararat
Respublikasının qoşunları Göyçə rayonunun
Yeni Bayazid qəzasının dinc müsəlman əhalisinə
qarşı hücuma keçmişdir. Məqsəd,
Göyçə gölünün şərq və şimal
hissəsini burada yaşayan müsəlmanlardan təmizləməkdir.
Hal-hazırda 60.000 əhalisi olan 22 kənd
dağıdılmış, yandırılmış, əhalisi
isə qırılmışdır. Bədbəxt müsəlman
əhalisi Göyçə müsəlmanlarını
qırmağı qarşısına məqsəd qoymuş və
bunu yerinə yetirən erməni qoşunlarının atəşləri
ilə rəhmsizcəsinə məhv olur. Erməni
hökumətinin və ermənilərin keçmiş
qoşunlarına və tabeliyində olan müsəlman vətəndaşlarına
qarşı belə vəhşilikləri gördükcə adam dəhşətə gəlir. Erməni qoşunları əllərinə
düşən müsəlmanları heç vəchlə
sağ buraxmır, ağlagəlməz işgəncələrlə
onlara zülm edir, bəzi qadınları və yeniyetmə
qızları çıxmaq şərtilə,
qadınları, uşaqları, qocaları və gəncləri
öldürürdülər. Əhalinin malı,
dövləti acgöz erməni qoşunları tərəfindən
ələ keçirilib, öz aralarında bərabər
bölüşdürülür, sağ qalanlar isə
qoşunlar tərəfindən təqib edilir. Çox az miqdarda Gəncə qəzasının
beşinci sahəsinin kənarlarına axışıb gəlirlər.
Qalan 17 kəndin sakinləri isə Cavanşir qəzasının
dağlıq hissəsinə qaçır. Daha doğrusu, 7-8 kəndin sakinləri erməni
qoşunları tərəfindən təqib olunan Gəncə
qəzasının 5-ci sahəsinin qarlı zirvələrində,
dərələrdə gizlənirlər, qarın altında
qalıb kütləvi şəkildə məhv olurlar.
Ararat respublikasının məsələsi artıq həll
olunub,
Göyçə rayonunda müsəlman
qalmayıb. Hal-hazırda Yeni Bayazid qəzasında
84 müsəlman kəndi dağıdılmışdır.
Onlardan 22-si aprel ayının 13-20-si tarixlərində
dağıdılmışdır. Bunlar Daşkənd,
Qoşabulaq, Sarıyaqub, Baş Şorca, Aşağı
Şorca, Hüseynqulu Ağalı, Ağkilsə, Zod, Qulu
Ağalı, B.Qaraqoyunlu, K.Qaraqoyunlu, Zərziba, Canəhməd,
İnəkdağı, Qaraiman, Kəsəmən, Başkənd,
Kiçik Məzrə, Şişqaya, Baş Hacı, Qərib
Qaya- 15 mindən artıq evin əhalisi bütün malı,
dövləti başlı-başına buraxıb
qaçmışlar. Bütün bu mal-dövlət
hal-hazırda ermənilərə qalıb: qarət edilmiş əmlak
bir neçə milyon və hətta milyardlar qədərdir.
Rusiyanın himayədarlığından istifadə edən
ermənilər bəzən Rusiyanın dövlət işlərinə
də baş vurmaqdan, qarışmaqdan yan keçmirdilər. Açıq-aşkar
tələb edirdilər ki, nə olur-olsun, Rusiya Türkiyə
ərazisində erməni dövləti qurmaq öhdəliyinə
əməl etməlidir. Bu işdə yenə
də onların hamisi daha cox İngiltərə və Fransa
hökumətləri idi. V.İ.Lenin daşnak hökumətinin
böyük dövlətçilik iddiasından bəhs edərək
yazırdı: “Türkiyəni sovet Rusiyasına qarşı
qaldırmağa, dostluq münasibətləri yaratmaq
haqqında danışıqları pozmağa
çalışan Antanta rəhbərləri fitnəkarlıqla
Ermənistanının Türkiyəyə hücumunu təşkil
edən daşnaklar Türkiyəyə qarşı təcavüzkar
mövqe tutaraq, Kiçik Asiyanın təqribən
yarısı daxil olmaqla “Böyük Ermənistan” yaratmağa
can atırdılar”.
Əslində, ermənilərə arxa-dayaq olmuş
Lenin, görünür, həqiqəti deməyi də məqbul
saymışdır. Ermənilərin həddən ziyada ərköyünlük
etməsi proletariatın rəhbərini narahat etmişdi.
V.İ.Lenin yazırdı ki, ermənilər
Türkiyəyə hücum edir, sonra da qabağında dura
bilmir, qaçıb geri gəlirlər. Bu o deməkdir
ki, ay erməni, sən bizim kölgəmizdən kənarda
Türkiyəyə heç nə edə bilməzsən...
Ermənilərin amansızlıqla törətdiyi vəhşiliklər
işğal etdikləri ərazilərdən azərbaycanlıları
tamamilə təmizləmək siyasətinin nəticəsi
olsa da, bir türk düşmənçiliyi onları rahat
buraxmırdı. Vaxtı ilə Osmanlı saraylarında
yüksək vəzifələrdə işləyəndə
yeddi qat əyilib təzim edən ermənilər Avropa dövlətlərinin
türk düşmənçiliyini görüb onlara
qoşulmağa üstünlük verdilər.
Təpədən-dırnaga silahlanıb heç nədən
xəbəri olmayan əliyalın insanları
amansızlıqla məhv etməyə başladılar. Onları himayə
edən böyük xristian dövlətlərinə arxalanaraq
türk-müsəlman əhalisini yarpaq kimi biçib
tökürdülər. Özləri
yaxşı bilirdilər ki, onların hər addımı
soyqırımı törətməkdir. Lakin
öz əməllərini ört-basdır etmək məqsədi
ilə hay-haray salırdılar ki, türklər bizi
qırdılar. Bununla onlar həm də
Türkiyəni suçlamaq, təzminatlar tələb etmək
üçün işlənib hazırlanmış layihələrini
həyata keçirirdilər.
İrəvan
quberniyasının müsəlmanlarının amerikalılara
xatırlatmasında deyilir: 88 kənd dagıdılmış,
1920 ev yandırılmış, 131.970
kişi öldürülmüşdür.
İCEVAN (KARVANSARA)
Haqqıxlı
- 1919-cu il. 540 nəfər
yaşamışdır. Andranikin quldur dəstəsi camaatı
sülh adıyla evlərə toplamış, qapıları
baglayandan sonra evlərə od vurmuşlar.
Qaçıb aradan çıxmaq istəyənlər tüfəng
ilə nişan alınmış,
qılıncla dogranmışlar. Bir gecədə 158 nəfər
adam amansızlıqla məhv edilmişdir.
1922-ci ildə salamat qurtaranlardan bir qismi kəndə
dönmüşdür. 1988-ci ildə kənddə
yaşayan insanlar yenidən erməni təcavüzünün
qurbanı olmuşlar. Kənd erməniləşdirilmişdir.
BASARKEÇƏR
Zod -
1919-cu il. 2000 nəfər
yaşamışdır. Kənd
dağıdılıb yandırılmış, 270 nəfər
dinc əhali böyük işgəncələrlə qətlə
yetirilmişdir.
Yarpızlı
- 1919-cu il. 800 nəfər
yaşamışdır. Andranikin rəhbərliyi
altında daşnaklar kəndi yerlə-yeksan etmiş,
böyükdən kiçiyə - qoca, qadın, uşaq demədən
əhalini kütləvi surətdə qırmışlar.
Salamat qalanlar dağla-dərəylə Azərbaycana
pənah gətirmişlər.
Kefli -
1919-cu il. Andranikin quldur dəstəsi
əhalini qılıncdan keçirmiş, var-dövlətini
talamışlar, kənd xarabalıga çevrilmişdir.
Şişqaya
- 1919-cu il. 1300 nəfər
yaşamışdır. Daşnak polkovniki Sulikovun quldur
dəstəsi kəndə gələrək iclas adı ilə
camaatı evlərə və tövlələrə dolduraraq od vurub yandırmışlar. Qaçmaq
istəyənlərin hamısı güllələnmiş və
ya qılıncdan keçirilmişdir. 700-ə
yaxın dinc əhali, o cümlədən qoca, uşaq,
qadına qarşı şiddətli qətliam törədilmişdir.
Şəraba
- 1919-cu il. Dağıdılmış,
yandırılmış, insanlar qılıncdan
keçirilmişdir. Burda kişilərin
başını, qadınların döşünü kəsib,
uşaqları təndirdə yandırmışlar.
GÖZƏLDƏRƏ QARANLIQ
Xartlıq
- 1918-ci il. 299 nəfər
yaşamışdır. Tamamilə yer
üzündən silinmiş, yalnız xaraba qalmışdır.
Bu bölgə (sonradan Martuni)
Rusiyanın işgalından (1828-ci il) dərhal
sonra ən sürətlə erməniləşdirilən
bölgə olmuşdur. Buraya Türkiyənin Alaşkerd,
Muş və İğdir vilayətlərindən gətirilmiş
600 erməni ailəsi (5000 nəfər) yerləşdirilmişdir.
1918-ci ilə kimi bölgəyə İrandan,
Türkiyədən gətirilmiş ermənilərin sayı
32104 nəfərə çatmışdı.
Kəvər Hüseynbəyli kəndi- 1906-cı ildə
Dasnaklar kəndi oda verib, gülləyə tutublar. Hacımuğan
kəndi - 1918-ci ildə kəndin camaatı amansızcasına
məhv edilib. Copur Əli kəndi
-dağıdılıb, əhalisi məhv edilib. Zeynalagalı kəndi- 1918-ci ildə
amansızlıqla silinib. Bəglə kəndi-
1918-ci ildə əhalisinin 90 faizi məhv edilib. Ordəkli kəndi - 1918-ci ildə kənd
yandırılıb, əhalisi amansızlıqla
qırılıb. Qıslak kəndi - 1918-
ci ildə yox edilib. Guzəcik kəndi -
1918-ci ildə yox edilib. Qızılcıq
kəndi- 1918-ci ildə yandırılıb. Abbasgolu kəndi
- 1918-ci ildə dağıdılıb, az
sayda adam canını qurtara bilib.
DƏRƏCİCƏK BÖLGƏSİNDƏ
Gumus kəndi- 1918-ci ildə gecə yandırılıb. Axta kəndi
-1918-ci ildə əhalisi məhv edilib. Təkərli
kəndi- 1918- ci ildə əhalisi yox edilib. Ozanlar kəndi- 1918-ci ildə amansızlıqla məhv
edilib. Ərinc kəndi - 1918-ci ildə qan
içində boğulub. Huseynbəyli kəndi-
1906-cı ildə Dasnaklar kəndi oda verib, gülləyə
tutublar. Hacımugan kəndi - 1918-ci ildə
kəndin camaatı amansızcasına məhv edilib. Copur Əli kəndi -dağıdılıb, əhalisi
məhv edilib. Zeynalagalı kəndi- 1918-
ci ildə amansızlıqla yer üzündən silinib. Bəglə kəndi- 1918-ci ildə əhalisinin 90
faizi məhv edilib. Ordekli kəndi - 1918-ci
ildə kənd yandırılıb, əhalisi
amansızlıqla qırılıb. Qıslak
kəndi - 1918- ci ildə yox edilib. Guzəcik
kəndi - 1918-ci ildə yox edilib. Qızılcıq
kəndi- 1918-ci ildə yandırılıb. Abbasgolu kəndi
- 1918- ci ildə dağıdılıb, az
sayda adam canını qurtara bilib.
Hacımuğan
- 1918-ci il. 1255 nəfər
yaşamışdır. Andranikin əmri
ilə kənd darmadağın edilmiş, əhali
qılıncdan keçirilmişdir. Cox az
sayda adam qaçıb qurtara bilmişdir. Mirəli və
Miryaqub ağa qardşlarının ailəsindən 18 nin başını kəsib masanın üstə
düzüblər.
Əfəndi
- 1918-ci il. 654 nəfər əhalisi
olub. Əhalinin yarıdan çoxu
amansızlıqla qılıncdan keçirilib, bədənləri
deşik- deşik edilib, gözləri
çıxarılıb.
Əyrivəng
- 1918-ci il. 654 nəfər əhalinin
440 nəfəri amansızlıqla qətlə yetirilmişdir.
Ağzıbir
- 1918-ci il. 755 nəfər
yaşamışdır. Ağzıbir
daşnakların yeritdiyi əsl soyqırımı siyasətinin
alovlandığı nöqtələrdən biri olmuşdur.
QUQARK (KİROVAKAN)
Vartana -
1918-ci il. 120 nəfər
yandırılıb öldürülmüşdür. 1988-ci ildə yenə bu kənddə 16 nəfər
yandırılıb məhv edilmişdir.
AXTA (DƏRƏÇİÇƏK)
Bığlı
- 1918-ci il. 900 nəfər
yaşamışdır. Andranikin
tapşırığı ilə kənd yerlə-yeksan
edilmişdir. Əhalisinin böyük qismi
vəhşicəsinə məhv edilib. Sovet
gələndən sonra qaçqın əhalini öz yerinə
qaytarmaq çagırışına cavab olaraq 1922-ci ildə
Bığlıya cəmi 53 nəfər
qayıtmışdı.
Təkəli
- 1918-ci il. 1100 nəfər
yaşamışdır. Erməni
silahlıları Təkəlini oda qalamış, əhalisini
güllədən və qılıncdan keçirmişlər.
Həmin soyqırımında təkəlilər
370 nəfər itirmişlər.
Ozanlar - 1918-ci
il. 500 nəfər
yaşamışdır. Qəddar erməni
silahlıları kəndi mühasirəyə alaraq əhalini
tamamilə qanına qəltan eləmişlər. Az sayda adam qurtara bilmişdir. Kənd
bundan sonra ermənilərin əlinə keçmişdir.
Gümüş
- 1918-ci il. 820 nəfər əhalisi
olmuşdur. Kəndi elə
yandırmışlar ki, bir həftə belə tüstü
ilə birlikdə yanan insan bədəninin qoxusu xeyli
aralıdan hiss olunmuşdur. Bununla da “əzabkeş”
ermənilər Gümüşə də bir dəfəlik
sahib olmuşlar. Sonralar ancaq qaçıb canını
qurtarmış 174 nəfər adam hesaba
alınmışdır.
KOTAYK (ELLƏR)
Qaraqala -
1918-ci il. 899 nəfər əhalisi
olmuşdur. Böyük məşəqqətlə,
zalımlıqla məhv edilən camaatın bir qismi Türkiyəyə
qaçmışdır. 1922-ci ildə 20
nəfər doğma kəndə qayıtmış, lakin bu
vaxt kənddə ermənilər yaşadığını
görmüşlər. Bir neçə
ildən sonra sayı 60-a catmış azərbaycanlılar
sıxışdırılaraq
çıxarılmışdır.
Qızqala
- 1918-ci il. 415 nəfər
yaşayıb. Ermənilər kəndin
altını üstünə çevirmiş, aylarla insan cəsədləri
xarabalıqlardan yıgılmamışdır. Qızqala ölü kəndə
çevrilmişdir.
Zar -
1918-ci il. 1828-ci ildən sonra
gəlmə ermənilər yerləşdirilmişdir. Kənddə 1500 nəfər azərbaycanlı
yaşamışdır. Erməni hökumətinin
genosid siyasəti nəticəsində azərbaycanlıların
böyük bir qismi güllə-baran edilmiş,
qılıncdan keçirilmiş salamat qalanlar isə kənddən
çıxarılmışdır. 1822-ci
ildə 52 nəfər köhnə yurda dönmüş, bir qədərdən
sonra kəndi tərk etmişlər.
Kamal -
1918-ci il. 800 nəfər əhalisi
olmuşdur. Qanlı qırğınlardan
sonra kənd alt-üst olmuş, əhali qılıncdan
keçirilmişdir. Kənd
xarabalığa çevrilmişdir.
Nurnus -
1918-ci il. 700 nəfərlik kəndi
yerlə-yeksan etmişlər. Əhalisinin
böyük bir hissəsi amansızlıqla
qırılmış, sağ qalanlar isə işgəncələrlə
qovulmuşdur. 1922-ci ildə ata-baba yurduna
dönən 52 nəfər nurnuslu kəndə ermənilərin
dolduğunun şahidi olmuşlar.
Kənkan
- 1918-ci il. 2500 nəfər əhalisi
olmuşdur. Digər kəndlərdə
olduğu kimi daşnak hökumətinin genosid siyasəti burda
da öz əksini tapmışdır. Zalımlıqla
məhv edilən kənddə 100-dən artıq körpə
uşagın cəsədini saymışlar.
ZƏNGİBASAR
Böyük
Çobankərə - 1918-ci il. 5000 nəfər olmuşdur. Daşnakların
soyqırımı siyasətinin ilk qurbanlarından biri də
bu kənd olmuşdur. Dro və Andranikin əmri
ilə daşnak qoşunu kənddə fəlakət törətmiş,
o quduz cəlladlar uşağa, böyüyə, qadına rəhm
etmədən qırmışlar. 1922-ci
ildə kəndə 66 nəfər dönmüşdür.
Uluxanlı
- 1918-ci il. 4000 nəfər əhali
yaşamışdır. Andranikin şəxsən
rəhbərlik etdiyi silahlı quldur dəstələri kəndi
yerlə-yeksan etmiş, qadına, uşağa məhəl
qoymadan əhalini ucdantutma qılıncdan keçirməyə
cəhd göstərmişlər. 1922-ci
ildə kəndə qayıdanların sayı 1800 nəfər
olmuşdur.
Həsənli
- 1918-ci il. 670 nəfər
yaşamışdır. Kənd daşnaklar tərəfindən
yandırılmış, əhalinin böyük bir hissəsi
qılıncdan keçirilmiş, az hissəsi
işgəncələrlə qaçıb canını
qurtarmışdır. Kənd 9 il xaraba
qalmış, 1926-cı ildə 87 nəfər dogma kəndin
xarabalarında mənzil qurmuşlar.
Dəmirçi
- 1918-ci il. 2500 nəfər
yaşamışdır. Andranikin əmri ilə
silahlı cəllad ermənilər bu kəndi yerlə-yeksan eləmiş,
əhalisini qırmış, sağ qalanları qovub
çıxarmışlar. 1922-ci ildə Sovet
hökumətinin dönəmində 492 nəfər Dəmirçiyə
dönmüşdür.
EÇMİƏDZİN
Ayarlı
- 1918-ci il. 800 nəfər
yaşamışdır. Kənd
bütünlükdə soyqırımı qurbanı
olmuşdur. Əhalisinin əksəriyyəti
işgəncələrlə öldürülmüş,
salamat qalanlar didərgin düşmüşlər. Bundan sonra kəndə ermənilər yerləşdirilmişdir.
Qarğabazarı
- 1918-ci il. 790 nəfər
yaşamışdır. Erməni
daşnak birləşmələri kəndi yerlə-yeksan
etmiş, dağıdıb talamış, əhalisini
amansızlıqla qırmışlar. Kənd bir
neçə il xaraba qalmışdır. 1922-ci ildə 182 nəfər gəlib kəndi bərpa
etməyə çalışmışlar. Tədricən azərbaycanlı əhali
sıxışdırılıb, onlar 1948-ci ildə
Sabirabadın Həşimxanlı kəndinə
köçmüşlər.
Eldar İSMAYIL,
şair, yazıçı,
əməkdar jurnalist
Xalq qəzeti.- 2013.- 14 aprel.- S. 8.