Ümummilli liderə ümumxalq ehtiramı

 

Zərdablılar ulu öndərin ölməz xatirəsini silsilə tədbirlərlə  yad edirlər

 

 Bu yaz  zərdablılara əvvəlki illərdəkindən artıq bolluq, bərəkət vəd  edir.  Qışın  nisbətən  mülayim,  mart-aprel  aylarının  əkin-səpin  üçün  əlverişli  keçməsi  kənd adamlarına hər işi vaxtında  görməyə imkan yaratmışdır. Lakin  2013-cü  ilin yazı Zərdab  camaatı üçün daha  çox ümummilli  lider Heydər  Əliyevin  anadan olmasının  90 illiyinə  geniş   hazırlıqla, bu  yubileyin  ölkəmizdə ümumxalq bayramı  kimi  keçirilməsinə  öz  töhfələrini  verməklə əlamətdardır.

Onlar  ulu öndərin  ölməz  xatirəsinə sonsuz  ehtiramlarını böyük rəhbərin  ideya  və əməllərinə  dərin  sədaqətlə  ifadə  etmək üçün  silsilə  tədbirlər  keçirirlər.

Bütövlükdə,  ili ümummilli  liderin  arzu  və istəklərinə layiq  başa  vurmaq  üçün  həyatın  bütün  sahələrində daha böyük  uğurlara  təməl  yaradılmışdır.  Zərdab  Rayon İcra Hakimiyyətinin ulu öndər Heydər Əliyevin  90 illik  yubileyinin  keçirilməsi  ilə  bağlı  ilin  əvvəlində  təsdiq olunmuş  rəngarəng  tədbirlər  planının  hazırlıq bəndləri  artıq  başa  çatdırılmışdır.  Yubiley  şənliklərinin  əsas  məkanı kimi müəyyən olunmuş  Zərdab  şəhərindəki Heydər  Əliyev Meydanı,  Heydər Parkı    burada  yaradılmış  Heydər Əliyev Mərkəzi  yenidən qurulmuş,  abadlaşdırılmış,  xüsusi  tərtibatlarla  bayramsayağı görkəmə gətirilmişdir.  Heydər Əliyev  prospektində  abadlıq-quruculuq  işləri  davam etdirilmişdir.

Heydər  Parkının  kommunikasiya  və avadanlığın  yeniləşdirilmiş,  konsert  meydançasında yeni işıq  sistemi qurulmuş,  fəvvarələr sazlanmışdır.  Burada xeyli  yeni  bəzək ağacları və gül  kolları əkilmişdir. Ümumiyyətlə, yubileylə  bağlı bu yaz  rayonun  bütün  yaşayış  məntəqələrində və yol  kənarlarında geniş yaşıllaşdırma, yubileyə  həsr olunmuş  90 min  ağac əkmək  kampaniyası  aparılmış,  iməciliklər  keçirilmişdir.

 

Zərdab  Rayon İcra  Hakimiyyəti  başçısının birinci  müavini  Allahverdi  Səfərov  yubiley  tədbirləri  barədə  bildirdi:

 

— Novruz  bayramı  şənlikləri ulu öndər Heydər  Əliyevin xatirəsinə  dərin ehtiramla keçirilmişdir. Aprelin əvvəlindən  məktəblilərin və  ayrı-ayrı kollektivlərin  Heydər  Əliyev  Mərkəzinə ekskursiyaları  keçirilir,  burada   müxtəlif nəsillərin   nümayəndələri  ulu öndərin  doğma   xalqına xidmətdə  keçmiş  həyatı,  soydaşlarımıza  örnək olan mübarizə yolu  barədə  zəngin  materiallarla tanış  olurlar. Mərkəzdə ümummilli  lider Heydər  Əliyevin    Prezident İlham Əliyevin  Zərdaba  tarixi səfərlərini  əks  etdirən  foto-stendlər  qurulmuş,  gənc heydərçilər məktəbinin  yubileyə  həsr olunmuş  sərgisi təşkil olunmuşdur.  Rayon məktəblilərinin  inşa  müsabiqəsində yeniyetmə və gənclər böyük  rəhbərin sözlə  rəsm  edilmiş obrazını yaratmışlar.

Rayon  Gənclər  və İdman  İdarəsinin  Heydər Əliyev  Mərkəzində “Heydər Əliyev və Azərbaycanda dövlət  gənclər  siyasəti”  mövzusunda dəyirmi masa  keçirilmişdir.  Rayon icra hakimiyyətinin  rəhbərliyi ilə  təşkil olunmuş “Heydər Əliyev və  Azərbaycanda  sahibkarlığın  inkişafı”  mövzusunda  dəyirmi  masada, “Ümummilli lider Heydər Əliyev və Azərbaycanda  təhsil,  səhiyyə    mədəniyyətin  inkişafı”  mövzusunda konfransda xalqımızın  böyük  oğlunun  müstəqil  dövlət  quruculuğundakı  xidmətləri,  bu  sahədə   arzu, tövsiyə  və vəsiyyətləri diqqət  mərkəzində  olmuşdur.  Bu  silsilədən, dəyirmi masa və konfranslar,  idman  yarışları   davam etdirilir.

Yubiley  tədbirləri  ümummilli lider Heydər  Əliyevin  doğum  günündə  Zərdab  şəhərində  respublikanın  tanınmış  ziyalı    rəsmilərinin,  rayon  ictimaiyyətinin  iştirakı ilə   keçirilən  möhtəşəm  şənliklə  başa çatacaq.  Yerdə  qalan aylarda da  ulu öndərin  müqəddəs   xatirəsi  sosial-iqtisadi  sahələrdə həyata  keçiriləcək  tədbirlərlə,  ilin  uğurlarının xoş sorağı  ilə yad   olunacaq.

Rayonda olarkən zərdablıların son  dövrdə  əldə  etdikləri sosial-iqtisadi  nailiyyətlərlə    maraqlandıq.  Ümummilli  lider  Heydər Əliyevin  müəyyən  etdiyi əsaslı  islahatlar,  Prezident  İlham Əliyevin  rəhbərliyi ilə  həyata keçirilən  tərəqqi  və yeniləşmə  xətti, gerçəkləşdirilən mühüm  dövlət  proqramları nəticəsində  Zərdab  bu gün  respublikanın  öndə  gedən  bölgələri  sırasına çıxmışdır.  Adamlar ulu öndərin  hakimiyyətinin   hər iki  dövründə rayonun  problemlərinin həllinə  göstərdiyi  diqqəti,   dövlət  başçısı   İlham Əliyevin  Zərdabın   sürətli inkişafına himayədarlığını böyük  qədirbilənliklə dəyərləndirir,  bütün  bunları  əməli işlərlə  cavablandırmağa  çalışırlar.

Son  bir ildə rayon  iqtisadiyyatının əsas  sahələrində 98  milyon 246  min  manatlıq  məhsul və   xidmətlər istehsal edilmiş,  əvvəlki ilə nisbətən  artım 8,5  faiz olmuşdur.  Məhsul    xidmətlərin,  43,4  faiz  kənd  təsərrüfatının,  16,3 faizi  ticarət və  xidmətin,   37,3 faizi tikintinin,  1,7  faizi  sənayenin,   9 faizi  nəqliyyatın,  4  faizi  poçt    rabitə  sahələrinin  payına  düşmüşdür.  Məhsul  istehsalı  sənayedə  16,8  faiz,  kənd  təsərrüfatında  4,2  faiz, nəqliyyatda  1,8  faiz,  tikintidə 15,2  faiz,  rabitədə 37,1  faiz,  ticarət  üzrə  isə 4,8  faiz  artmışdır. Orta aylıq əmək haqqı  211,8  manat  olmuşdur  ki, bu da  2011-ci  ilə  nisbətən  22,8  faiz  çoxdur.  Məhsul  istehsalı ötən ilə nisbətən 15,5  faiz  artaraq  1776,6  manat  təşkil  etmişdir. Rayon üzrə bütünlükdə investisiya qoyuluşu 36,7  milyon manat olmaqla,  əvvəlki   ildəkindən  3,5  milyon  manat  və ya  10,4  faiz  çoxdur.

Aqrar sektorun inkişafı  xüsusi diqqət   mərkəzində saxlanılmış,  əkin  dövriyyəsinə  cəlb  olunmuş  torpaqların  sahəsi  genişləndirilmiş,  məhsulu  yığılmış 33186  hektar  əkin  sahəsinin 45,7  faizini  dənli,  49,8  faizini  yem, 2,3  faizini texniki,  qalanını isə bostan və tərəvəz  bitkiləri  təşkli etmişdir.

Son vaxtlarda sahibkarlığın  inkişafına  dövlət  dəstəyinin  daha  da gücləndirilməsi  məqsədilə bir neçə mühüm  tədbir  keçirilmişdir. Güzəştli  kreditlər  hesabına  pambıqçılığın  inkişaf  etdirilməsini və  nar  bağları  salınmasını  nəzərə alaraq  müvəkkil kredit  təşkilatları  vasitəsilə  Zərdabda    ətraf  rayonlarda  fəaliyyət göstərən  49  sahibkarlıq  subyektinə  546  min  manat güzəştli kredit verilmişdir. Rayon  ərazisində  geniş  tikinti-quruculuq  işləri  həyata keçirilmişdir. Abadlıq işləri  və küçələrin  təmiri  işləri  davam etdirilmişdir. Yerli  büdcədən  ayrılan 551  min  manat  vəsait  hesabına  11,2  kilometr uzunluğunda  küçə və yollarda təmir,  275  min  manat  vəsait hesabına   müxtəlif  abadlıq işləri  görülmüşdür.

Prezident İlham Əliyevin  19 iyun  2012-ci  il tarixli  sərəncamı ilə  9,5 min  nəfər əhalinin yaşadığı  8  yaşayış  məntəqəsini  birləşdirən Zərdab — Yuxarı Seyidlər — Siləyli  avtomobil yolunun  tikintisi  üçün ilkin  olaraq  ayrılmış 5,4  milyon manat  vəsait  hesabına 10,5 kilometr  uzunluğunda   yolun  tikintisi  başa çatdırılmışdır.  2013-cü  ildə  yol tikintisini  davam etdirmək  üçün  yenidən 6,45  milyon  manat vəsait  ayrılmış və bu işlər  hazırda davam  etdirilir.

Dövlət  başçısı  ötən il  oktyabrın 7-də  rayona səfəri  başa çatdıqdan sonra  “Zərdab rayonunun  sosial-iqtisadi  inkişafının  sürətləndirilməsinə dair əlavə tədbirlər  haqqında” 15 oktyabr 2012-ci il tarixli sərəncam  imzalamış  və tikinti-abadlıq  işlərini davam etdirmək üçün  rayon icra  hakimiyyətinə 2  milyon   manat  vəsait  ayırmışdır. Bu vəsaitlə  Ağcabədi — Zərdab, Kürdəmir — Zərdab  yollarında  sərhəd  nöqtəsinin qurulması,  şəhər 3  nömrəli  körpələr  evi — uşaq  bağçasının  əsaslı təmir   edilməsi,  şəhərin  yeni 9  küçəsinin  çınqıl  daşla  örtülməsi  işləri görülür.  Şəhərin Azərbaycan  küçəsində    Fəhlə qəsəbəsində  yerləşən 14  kommunal  evin əsaslı  təmiri  davam  etdirilir. Şəhidlərin  xatirə parkında  təmir  abadlıq  işləri  görülür, Fəhlə  qəsəbəsində  ictimai  hamam  binasının  tikintisində son  tamamlama  işləri aparılır.

Ötən il  rayon baytarlıq  idarəsi üçün yeni inzibati bina  tikilmişdir.  Rayon  polis  şöbəsi və  “Aqrolizinq”  ASC-nin  rayon  filialı  üçün  tikilən yeni  inzibati  binalar da tamamlanmışdır. Ölkə Prezidentinin  tapşırığına  əsasən  2012-ci  ildə  şəhərin  və şəhərətrafı  kəndləri  su təchizatının yenidən qurulması    kanalizasiya  sisteminin  yaradılması  istiqamətində  tikinti-quraşdırma  işləri davam etedirilmişdir. Müxtəlif ölçülü boru  xətləri  ilə 14 kilometr  kanalizasiya  xətti,  51,2 kilometr  şəhərdaxili  su  xətti  çəkilmişdir.  Zərdab — Kürdəmir  rayonlararası  72  kilometrlik  magistral su xəttinin çəkilişi ilə başa çatdırılmışdır. 1000-ə  qədər ailə  Ağsu  rayonundan gələn təmiz  içməli su  ilə təmin olunur.

Rayonda  əhali   və digər istehlakçıların   elektrik  enerjisi,  təbii qaz    içməli su  ilə təchizatının  yaxşılaşdırılması üçün  xeyli  işlər  görülmüş,  hava  xətlərində  və digər  avadanlıqlarda  təmir-bərpa  işləri  aparılmışdır.

Rayon  mərkəzi Qaravəlli, Təzəkənd, Qoşaoba, Gəlmə,  Salahlı, Xanməmmədli, Hüseynxanlı kəndləri  qazlaşdırılıb.  Təbii qaz  təminatı  sisteminin yaxşılaşdırılması    kəndlərin   qazlaşdırılması  sahəsində  işlər  hazırda  davam  etdirilir. Rayonun 32  hektar  adlanan  ərazisində salınmış  yeni  yaşayış  massivinə də qaz  xətti çəkilmişdir.

Rayonda  43  ümumtəhsil  məktəbi,  o cümlədən 28  tam orta, 9  ümumi orta,  6  ibtidai, 19  məktəbəqədər  və 5  məktəbdənkənar  təhsil  müəssisəsi  fəaliyyət göstərir,  43 ümumtəhçsil  məktəbində 6859  nəfər şagird  təhsilə cəlb olunmuşdur. Məktəbəqədər  müəssisələrdə 790  nəfər  uşaq təlim-tərbiyə  ilə əhatə olunmuş,  5  məktəbdənkənar müəssisədə 934  nəfər şagirdə  xüsusi  istedad  və bacarıqlarını  inkişaf  etdirmək  üçün  lazımi  şərait yaradılmışdır.  Hazırda  rayonun  ümumtəhsil  məktəblərində 978  nəfər  pedaqoji  işçi çalışır  ki,  onlardan  636  nəfər  ali  təhsillidir. Müəllimlərdən  7 nəfəri  “Əməkdar müəllim” fəxri  adına layiq  görülmüş, 4  nəfəri “Tərəqqi” medalı ilə təltif edilmiş,  3 nəfəri  Təhsil  Nazirliyinin   “Qabaqcıl  təhsil  işçisi” döş  nişanı ilə   təltif  edilmişdir. Əvvəlki  illərin  məzunları  ilə birlikdə ötən il  102 nəfər  ali  məktəblərə  qəbul olmuşdur. 2011-ci  ildə bu  göstərici 93  nəfər  olmuşdur.

Təhsil  müəssisələrinin  maddi-texniki  bazasının  möhkəmləndirilməsi   istiqamətində  xeyli iş  görülmüş,   Pərvanlı  kəndində  180 yerlik,  Lələağacı  kəndində 80 yerlik, “32 hektar”  adlanan  ərazidə 132  yerlik  yeni  məktəb binaları tikilib  istifadəyə verilmişdir.   Çallı  kəndində  360,  İsaqbağı  kəndində 220,  Aşağı  Seyidlər  kəndində  80 şagird yerlik  yeni  məktəb  binalarının  tikintisi  aparılır.

Rayon  ərahisinə  1509  çarpayılıq, o cümlədən 105  çarpayılıq  Mərkəzi Xəstəxana, hər  biri 15  çarpayılıq  olmaqla 3  kənd  sahə  xəstəxanası, 11  kənd  həkim  və 12  kənd tibb  məntəqəsi, birinci  növbədə 200 nəfər  xəstə  qəbul  edən  poliklinika, Gigiyena  və Epidemiologiya  Mərkəzi  tibbi  xidmət göstərir.  Tibb  müəssisələrində  64  nəfər  həkim,  270  nəfər orta tibb  işçisi  çalışır.  Ötən il  Fövqəladə  Hallar  Nazirliyi  tərəfindən Çallı   kəndində  doğuşa yardım  evi,  Şəftəhal  kəndində tibb  məntəqəsi üçün  bina tikilib  istifadəyə verilmişdir.

Akademik  M.Mirqasımov  adına  Respublika  Kliniki  Xəstəxanasının  cərrahi  həkim  briqadası  kömək məqsədilə  rayonda olmuş,  min  nəfərdən  çox  xəstəni  müayinə etmiş, 11nəfər    xəstəni cərrahi  əməliyyat  etmişdir.  Oftalmoloq  alim,   professor Çingiz  Cərullazadənin  rəhbərlik  etdiyi “Ofko” tibb  mərkəzinin  həkim  briqadası rayon  mərkəzi xəstəxanasında  200  xəstəni müayinə,   30  nəfər  xəstəni,  o cümlədən 4 nəfər  şəhid  ailəsinin  üzvünü  pulsuz  cərrahi  əməliyyat  etmişdir.  M.Topçubaşov  adına Elmi Cərrahiyyə  Mərəkəzindən akademik  Böyükkişi Ağayevin  rəhbərliyi ilə   həkim  briqadası da  rayonda olmuş, 500  nəfər  xəstəni  pulsuz  müayinə, 5 əfər xəstəni cərrahi  əməliyyat  etimişdir.

Rayonda  68  mədəni-maarif  müəssisəsi, o  cümlədən  21  mədəniyyət  evi, 2  klub,  mərkəzlləşdirilmiş kitabxana sistemi  tərkibində  mərkəzi  kitabxana  və 40  kitabxana  filialı, 2 muzey, Heydər  Əliyev  Mərkəzi  və Uşaq  İncəsənət  Məktəbi  əhaliyə xidmət göstərir.  Bu  müəssisələrdə  378  nəfər  işçi  çalışır ki,   onlardan  312  nəfəri mədəni-maarif, 66  nəfəri  texniki işçidir.

Əhaliyə göstərilən  mədəni  xidmətin səviyyəsinin  yüksəldilməsi  üçün ciddi    aparılır,   tədbirlərin  rəngarəngliyi və  məzmun baxımından  müasirliyə  cavab  verməsi diqqət  mərkəzində saxlanılır.  Vaxtaşırı  olaraq  baxış  müsabiqələr,  festivallar,  əyləncəli  proqramlar  keçirilir,   əhalinin  asudə  vaxtlarının  səmərəli  təşkili üçün  konsert  proqramarı,  bayram və  tarixi   günlərdə,  şənbə  və bazar  günlərində  Heydər Əliyev  parkında böyük  konsert  proqramları və diskotekalar  təşkil  edilir.

Zərdabda 1 şəhər,  1  qəsəbə  və 26  kənd  olmaqla  28  inzibati  ərazi  dairəsi üzrə  nümayəndəlik  fəaliyyət göstərir.  Şahhüseynli,  Məlikumudlu,  Gəlmə,  Otmanoba,  İsaqbağı kənd  inzibati  ərazi  dairələri üzrə nümayəndəliklərin yerləşdiyi  binalarda  təmir işləri  aparılmış, bütün  nümayəndəliklərin normal  işləməsi  üçün  onlara lazımi iş  şəraiti yaradılmışdır.  27  bələdiyyə orqanının  əksəriyyəti  rayonun  sosial-iqtisadi inkişafında,  yerli   əhəmiyyətli  işlərin həyata  keçirilməsində  fəallıqlarını  artırmışdır.

Son 10 ilin  uğurları  daha  diqqətəlayiqdir. 2003 — 2012-ci  illərdə  Sahibkarlığa  Kömək  Milli  Fondu  17  sahibkara 87  min manat  kredit ayırmışdır.  2007-2012-ci  illərdə  kənd  təsərrüfatı  məhsulları  istehsalçılarına 11,1  min manat  subsidiya verilmişdir.  2009 — 2013-cü  illər  üzrə  Dövlət  Proqramında  nəzərdə tutulmuş 13  bənd  üzrə tədbirlərdən 4-ü  qismən  icra  edilmiş,   6-sının  icrası davam etdirilir. 23500 nəfər  əhalisi olan  17 yaşayış  məntəqəsində modul  tipli  su  təmizləyici  quruğular  quraşdırılmış, şəhərin  su-kanalizasiya  sisteminin  yenidən  qurulması  layihəsinin  ixracı  hazırda  davam etdirilir.

2010-cu  ildə baş  vermiş  təbii  fəlakət  nəticəsində  zərər çəkmiş  1727  ailəyə  1438,6  min manat dəyərində  maddi  yardım  verilmişdir. 2  ümumtəhsil  məktəb binası, 1  uşaq  bağçası, 1  tibb  məntəqəsi, 1  kənd xəstəxanası və 75  fərdi ev  tikilmiş,  43  ev  bərpa  edilmişdir.  35  evin  inşası  və 76 evin  bərpası   nəzərdə tutulmuşdur. Əlil və   şəhid  ailələri üçün 16  mənzilli  1 yaşayış evi,  Bayraq  meydanı,  rayon  icra hakimiyyəti  üçün  inzibati bina  və 200 yerlik  uşaq  İncəsənət  Məktəbi,  YAP  rayon  təşkilatının yeni  inzibati binası,  Veteranlar  Evi, Gənclər Mərkəzi,  Yaradıcılıq Mərkəzi və Süd  məhsulları  emalı  müəssisəsi  inşa   edilmişdir.

Problemlər  unudulmamışdır. Rayonda  qazlaşmanın  səviyyəsi cəmi 26,1 faizi  təşkil edir.  42  yaşayış  məntəqəsindən 32-də  qazlaşma aparılmamışdır. 43  məktəbdən  15-i  uyğunlaşdırılmış  binalarda  yerləşir, onlardan  5-i  qəzalı  vəziyyətdədir.  7  məktəbin  əsaslı təmirə  ehtiyacı vardır. 105  çarpayılıq  Mərkəzi  Xəstəxananın   əsaslı təmiri, olimpiya  idman  kompleksinin tikintisi vacibdir. 8000  hektar şoranlaşmaya  məruz  qalmış torpaq  sahəsində  meliorativ  tədbirlərin  aparılması  zəruridir. Təbii fəlakət  nəticəsində  qəzalı  vəziyyətə düşmüş 200-ə yaxın  evə Fövqəladə  Hallar Nazirliyinin  komissiyaları  tərəfindən təkrar   baxış keçirilməli,  1200  hektara qədər  əkin  sahəsinə  görə sakinlərə  kompensasiya verilməlidir. Zərdab  şəhərində  kollektor-drenaj  şəbəkəsinin  olmaması səbəbindən  yağış və  ya qar  yağması  nəticəsində  şəhərin  əksər  ərazilərində  fərdi  yaşayış  evlərinin  həyətlərini,  ictimai obyektlərin  zirzəmilərini  və həyətlərini  su basır.

Zərdablılar  qarşıda duran  vəzifələri  vaxtında  yerinə yetirmək,  çətinlikləri və  ehtiyacları  aradan  qaldırmaq  üçün  ulu öndərin  anadan olmasının 90 illiyi  qarşısında  ikiqat  səylə  çalışaraq, yubiley  ilinin  yüksək  əhval-ruhiyyəsini  əməli  işlərə  çevirmək  əzmindədirlər.

 

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2013.- 16 aprel.- S. 9.