YAP Nəsimi rayon təşkilatında ümummilli
lider Heydər Əliyevin 90 illik yubileyi qeyd edilmişdir
Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatı Nəsimi Rayon İcra Hakimiyyəti ilə birlikdə ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş mərasim keçirmişdir. Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqımız qarşısındakı xidmətlərindən söz açdı.
M.İbrahimqızı qeyd etmişdir ki, Müasir Azərbaycanın
bugünkü sosial-iqtisadi
inkişafının əsası Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyev tərəfindən qoyulmuşdur.
Ulu öndər ötən əsrin
70-80-ci illərində sovet dövlətinin
iqtisadi potensialından Azərbaycanda iqtisadiyyatın
və mədəniyyətin inkişafı üçün
bacarıqla istifadə etmişdir. Azərbaycan
xalqının rifahının yüksəldilməsi təmin olunmuş və bu istiqamətdə
mühüm tədbirlər həyata keçirilmişdir. Görkəmli dövlət
xadimi ittifaq tərkibində
Azərbaycanın iqtisadi müstəqilliyini
və respublika əhalisinin məşğulluğunu
təmin etmək üçün yeni müəssisələrin
yaradılmasını əsas məqsəd kimi
qarşıya qoymuşdu. Heydər Əliyev
xalqını sonsuz məhəbbətlə
sevmiş, xalq da onun sevgisini
daim uca tutmuşdur. Məhz xalqına bu
məhəbbət dünya şöhrətli
siyasi xadimi yenidən öz ana Vətəni Azərbaycana
ikinci dəfə ölkə rəhbərliyinə
qaytarmışdır.
Azərbaycanın
dövlət müstəqilliyinin bərpasından
danışan M.İbrahimqızı diqqətə
çatdırdı ki, həmin dövrdə yaranmış hakimiyyətsizlik və
özbaşınalıq respublikamızı gündən-günə uçuruma
yaxınlaşdırırdı. 1993-cü
ilin kəşməkeşli iyun günlərində xalqın təkidli xahişi ilə yenidən hakimiyyətə qayıdan böyük
şəxsiyyət Heydər Əliyev xalqın
başının üstünü
almış bütün bəlalardan millətini
hifz edib qorudu, respublikada ictimai-siyasi sabitliyi təmin
etdi, vətəndaş
qarşıdurmasını aradan
qaldırdı, ölkəni parçalanmaq
təhlükəsindən xilas etməklə,
milli qurtuluşu təmin
etdi. Məhz ulu
öndərin böyük və
qüdrətli dühası, siyasi müdrikliyi sayəsində
Azərbaycan XX əsrin
sonlarında yenidən parçalanmaqdan xilas olmuşdur.
Azərbaycanın
XX əsrə bəxş etdiyi və haqlı olaraq
öyündüyü böyük və təkrarsız
düha sahibi, ölkəmizin
müstəqilliyi və azadlığı üçün bütün həyatını
həsr etmiş dünya
şöhrətli siyasi xadim
Heydər Əliyev 34 ildən
çox Azərbaycana rəhbərlik etmişdir. Bu böyük şəxsiyyət
bütün varlığı ilə
bağlı olduğu xalqı ilə elə
qaynayıb-qarışmışdı ki,
bu gün də nurlu siması, unudulmaz
xatirəsi ilə qədirbilən insanların qəlbindədir. Azərbaycan durduqca ulu öndər yaşayacaq. Müdrik siyasi xadim hər birimizin qəlbində əbədi heykəlini
qoyub.
Sonra
YAP Nəsimi rayon təşkilatı İdarə Heyətinin
üzvü, ATU - nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman
Əmiraslanov çıxış etdi. Akademik ulu
öndərin elmimizin və səhiyyənin
inkişafındakı əvəzsiz xidmətlərindən söz açdı. Qeyd olundu ki, Heydər Əliyev epoxasının ən
önəmli səhifələrindən biri
ümummilli
liderimizin rəhbərliyi
dövründə elmimizin, beynəlxalq aləmə
çıxarıla biləcək bir səviyyədə inkişaf etməsidir.
Ötən əsrin 80-ci illərinin sonu və
90-cı illərinin əvvəllərində o
zamankı respublika rəhbərliyinin elmə
laqeyd, soyuq münasibəti
nəinki ölkəni dərin tənəzzülə düçar etmişdi, hətta
məhvə doğru aparırdı. Ən
qorxulusu həm də o
idi ki, elmə, elm
adamlarına biganə münasibət böyüməkdə olan gənc nəslin biliyə olan
marağının azalmasına, zəifləməsinə
aparırdı. Bu, xalqın elmi düşüncəsinə kənardan deyil, öz içərimizdən
vurulmaqda olan
ağır bir zərbə idi. Çünki elmsiz bir milləti heç nə
köləlikdən qoruya bilməz və
o, nəinki heç nə
əldə edə bilməz, hətta nail
olduqlarını da asanlıqla itirə
bilər. Heydər Əliyev bizi bu ağır faciədən də vaxtında xilas edə bildi.
Azərbaycan səhiyyəsinin inkişafından bəhs edən akademik dedi ki, səhiyyəmizin 20 il əvvəlki və indiki vəziyyətinin
müqayisəolunmaz şəkildə dəyişdiyini kimsə
inkar edə bilməz. Məlumdur ki,
müstəqilliyimizin ilk illərində
müharibə şəraitində yaşayan
ölkəmiz iqtisadi çətinliklər
içində boğulurdu. Xüsusilə
səhiyyədə vəziyyət ürəkaçan deyildi. Lazımi tibbi
avadanlıqlar, dərman çatışmırdı. Xalqın
təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin
uzaqgörənliyi və nüfuzu sayəsində
beynəlxalq qurumlar Azərbaycana kömək
etməyə başladılar. Ardıcıl surətdə həyata
keçirilən profilaktik tədbirlər
sayəsində Azərbaycanda yoluxucu xəstəliklərin
yayılmasının qarşısı alındı.
Azərbaycanın
səhiyyə sistemində aparılan uğurlu islahatların,
tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsinin,
təchizat və kadr hazırlığı ilə
bağlı görülmüş işlərin bəhrəsini
bu gün hər birimiz öz həyatımızda hiss edirik. Azərbaycan
xalqı bugünkü firavan yaşayışına görə
ulu öndər Heydər Əliyevə borcludur.
YAP Nəsimi Rayon Təşkilatı
İdarə Heyətinin üzvü, Nəsimi Rayon İcra
Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev
ulu öndərin dövlət quruculuğu sahəsindəki
xidmətlərindən danışdaraq bildirdi ki, məhz Heydər Əliyevin Azərbaycana yenidən rəhbərliyindən
sonra ölkəmiz demokratiya, hüquqi dövlət
quruculuğu yolu ilə irəlilədi, xalq birliyi yarandı. N.Məhəməliyev ümummilli
liderimiz Heydər Əliyevin dövlətçiliyimiz
sahəsində gördüyü işlərdən
danışaraq, onun dövlətçilik
salnaməmizə yazdığı səhifələri bir daha diqqətə çatdırdı.
Heydər Əliyev dövlət idarəçilik irsinin öyrənilməsi istiqamətində
ölkəmizdə görülən işlərdən,
onun zəngin təcrübəsindən
danışdı.
Başçı
qeyd etdi ki, 1993-cü ildən sonrakı dövrdə Heydər
Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan
respublikasının qurulması, möhkəmləndirilməsi,
Xalq Cümhuriyyəti demokratik ənənələrinin yeni məzmunda
- hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin
formalaşdırılması istiqamətində davam
etdirilmiş, bu istiqamətdə xeyli iş
görülmüşdür. Heydər Əliyevin
sədrliyi altında Azərbaycan Respublikasının ilk Milli Konstitusiyası qəbul
edilmişdir. Əsas Qanunda
insan hüquq və
azadlıqlarına geniş yer verilmiş, qanunun 159 maddəsindən üçdə biri, başqa sözlə
desək 48-i insan hüquq
və azadlıqları məsələsinə həsr olunmuşdu.
Tədbirdə www.umummillilider.com saytının təqdimatı keçirildi. YAP Nəsimi rayon təşkilatı gənclər birliyinin sədri Sərraf Hüseynov sayt haqqında ətraflı məlumat verdi.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2013.- 27 aprel.- S. 8.