Xüsusi olimpiyaçılarımız Avropa çempionatını uğurla başa vurublar

 

Türkiyənin İstanbul şəhərində Xüsusi Olimpiya proqramına uyğun olaraq kişilər arasında keçirilmiş basketbolvoleybol üzrə Avropa çempionatı başa çatıb.

Yarışlarda ölkəmizi Azərbayan Xüsusi Olimpiya Komitəsinin yığma komandaları təmsil edib. Hər iki növ üzrə idmançılarımızın çıxışı uğurlu olub. Voleybol yığmamız ikinci güclü divizionda çempionatın qızıl, basketbol komandamız isə gümüş medallarını qazanıblar.

Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev xüsusi olimpiyaçılarımızın oyunlara yaxşı hazırlaşdıqlarını və maksimum nəticə göstərdiklərini qeyd etdi: Voleybol yığmamız Bakı-Abşeron, Göyçay, Salyan, basketbol komandamız isə Bakı-Abşeron regional proqramlarının yardımçı xüsusi məktəb və internatlarının idmançılarından komplektləşdirilib. Ümumiyyətlə, idmançılarımızın hazırlığı lazımi səviyyədə idi. Onlar yarışlarda, həm də, yüksək fəallıqları ilə seçilirdilər. Voleybol komandamız həm ilkin mərhələdə, həm də qrup oyunlarında Almaniya, AvstriyaMalta komandalarına böyük hesabla qalib gəldilər. Finalda isə yığmamız 2:1 hesabla Malta yığmasını məğlub etdi və qızıl medal qazandı.

Basketbolçularımız isə yalnız finalda Serbiya yığmasına 8:10 hesabı ilə məğlub oldularikinci yerlə kifayətləndilər”.

 

Leyla QURBANOVA

 

Xalq qəzeti.- 2013.- 3 iyul.- S. 4.