Diaspor quruculuğulobbiçiliyin dünya təcrübəsi və Azərbaycan

 

Hazırda diasporun dövlətin dayağı olması bir aksiomdur. Dünya təcrübəsi də, bəzi diasporların fəaliyyəti də bunu təsdiq edir. Diasporlar, faktiki olaraq, dövlət xaricində bir dövlət yaradırlar və öz dövlətlərinə dayaq olurlar. Azərbaycan da böyük potensialı olan diaspora malikdir - dünya azərbaycanlılarının yalnız beşdən biri Azərbaycanda yaşayır.

Vətəndən xaricdə yaşayan azərbaycanlıların (İran, Gürcüstans. ölkələrdə tarixi vətənlərində yaşayan azərbaycanlılar diaspor hesab olunmur) sayı on milyonla ölçüldüyü kimi, onların sərmayəsi də on milyardlarla ölçülür. Bu həm iqtisadi, həm də siyasi cəhətdən böyük qüvvədir. Bu qüvvəni cəmləşdirmək, Azərbaycan Respublikası ətrafında birləşdirmək olarsa, dağı dağ üstə qoymaq olar.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev 1991-ci ildə, hələ Naxçıvanda işləyərkən dekabr ayının 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi və diqqəti bu məsələyə yönəltdi.

 

1. Azərbaycan diasporunun təşkilatlanması

 

Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, güclü diasporun yaradılması istiqamətində dövlət səviyyəsində əsaslı işlər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan və Azərbaycan Prezidenti seçildikdən sonra başladı. Prezident xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması və güclü diaspora çevrilməsi məsələsini Azərbaycanın xarici siyasətində yeni bir istiqamət kimi dəyərləndirdi. Xarici ölkələrə səfərlərində Azərbaycan diasporu ilə görüşməyi, görüşlərdə çıxış etməyi, soydaşlarımızı eşitməyi bir ənənəyə çevirdi. (Bu tarixi həm də Azərbaycan diasporunun inkişafı tarixində birinci mərhələnin başlanğıcı hesab etmək olar). Ümummilli lider bu barədə deyirdi: “Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir-biri ilə daha sıx əlaqələr qurması, öz həmrəyliyini bəyan etməsi və müstəqil Azərbaycan dövləti ilə əlaqələr yaratması tarixin bu mərhələsində çox əhəmiyyətli bir vəzifə kimi meydana çıxır”.

Diaspor hərfi mənada “dağılma”, “səpələnmə” demək olsa da, hər millətin, xalqın vətəndən ayrılması, dünyaya səpələnməsi diaspor yaratmır. Məsələn, dünyaya ən çox səpələnən xalqlar çinlilər və ərəblərdir, amma dünyanın heç bir yerində ərəb, ya da çin diasporu yoxdur. Diasporun meydana gəlməsi, yaranması vətəndən kənarda yaşayanların vətənə bağlı olmasıdır, vətənin problemləri ilə yaşamasıdır. Ümummilli lider Heydər Əliyev də bu mühüm amilə böyük əhəmiyyət verirdi  1997-ci ildə ABŞ-da yaşayan azərbaycanlılarla görüşündə çıxışına bu sözlərlə başlamışdı: “Mən on il Moskvada yaşamışam, Sovetlər İttifaqının rəhbərlərindən biri olmuşambu rəhbərliyin imkan verdiyi ən yüksək şəraitdə yaşamışam. Bir an da Azərbaycanı unutmamışam, ürəyim daim Azərbaycanla vurub. Sonra qayıtmışam Azərbaycana,  Naxçıvanda bir daxmada yaşamışam. Gecəm də Azərbaycan olub, gündüzüm də. Çünki bu, mənim Azərbaycanımdır, mənim Vətənimdir”. Azərbaycan Prezidenti soydaşlarımıza müraciət edir, deyir siz düşünməyin ki, Azərbaycan sizin üçünedib, düşünün ki, siz Azərbaycan üçünetmisiz. Onda Azərbaycan diasporu da irəli gedər, Azərbaycan dövləti də inkişaf edər.

Azərbaycanı düşünmək, Azərbaycanla yaşamaq isə ilk nəzərdən göründüyü kimi sadə məsələ deyil, bunun üçün ideya lazımdır, mənəvi və maddi əsas lazımdır.

 

2.Mənəvi və maddi əsas

 

Dünya azərbaycanlılarının Azərbaycana bağlanması, Azərbaycanla yaşaması üçün mənəvi əsas ola biləcək bir ideya var - bu, azərbaycançılıqdır. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərə inteqrasiyasına nail olmaq deməkdir.  Biz dünyaya inteqrasiya ediriksə, təbii ki, bizim mənəvi dəyərlərimiz  də ümumbəşəri dəyərlərə inteqrasiya etməlidir. Deməli, insan hansı ölkədə  yaşamasından asılı olmayaraq, öz milliliyini, milli mənsubiyyətini qoruyub saxlamağı bacarmalıdır. Ümummilli lider Heydər Əliyev Dünya Aərbaycanlılarının I Qurultayındakı çıxışında bunu tövsiyə edirdi: “İnsanlar - mən azərbaycanlılar haqqında danışıram - gərək yaşadıqları ölkədə o şəraiti mənimsəyərək orada özləri üçün yaxşı mövqe tutsunlar. Ancaq öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır”.

Azərbaycan diasporunun yaranması, birləşməsi üçün mənəvi əsas-azərbaycançılıq ideyası vacib olduğu kimi, bu ideyanın yaşaması, inkişaf etməsi üçün maddi əsas - aparıcı qurum lazımdır. Tarix boyu dövlətçiliyi olmayan, amma yaşayaninkişaf edən yəhudi və erməni diasporları üçün belə bir qurum rolunu, məlum olduğu kimi, kilsə (məbəd) oynamışdır. Xaricdə yaşayan türklərin birləşməsində, güclü türk diasporunun (məsələn, Almaniyada olduğu kimi) yaranmasında aparıcı rol isə Türkiyə dövlətinə məxsusdur. Qeyd etmək lazımdır ki, diasporun yəhudi və türk modellərinin yaranması fərqli olduğu kimi, missiyası da fərqlidir. Yəhudi diasporu müstəqil İsrail dövlətinin yaranmasında maddi və mənəvi əsas rolu oynamışdır, faktiki olaraq, bu dövləti yaratmışdır. Türkiyə dövləti isə xaricdə, əsasən Avropada yaşayan türklərin təşkilatlanmasına dəstək vermiş, güclü türk diasporunun yaranmasına nail olmuşdur (hazırda Amerikada yaşayan türklərin təşkilatlanması və erməni diasporuna qarşı duracaq səviyyəyə çatması istiqamətində gedir). Odur ki, yəhudi diasporu İsraili dəstəklədiyi kimi (bu dəstək əsasında ABŞ İsrailə ildə iki milyard dollardan çox yardım ayırır), Türkiyə də türk diasporunu dəstəkləyir. Azərbaycanda isə tarixi, sosial-siyasi şərait elə gətirib ki, Azərbaycan dövləti gənc olduğu, yenicə qurulduğu kimi, Azərbaycan diasporu da gəncdir, yenicə təşkilatlanır. Yəhudi və türk diasporlarından fərqli olaraq, Azərbaycan dövləti - Azərbaycan diasporu münasibətləri qarşılıqlı kömək, qarşılıqlı dəstək əsasında qurulmalıdır. Məsələn, Azərbaycan dövləti diasporun təşkilatlanmasında mühüm rol oynadığı kimi, diaspor da Dağlıq Qarabağ probleminin Azərbaycanın maraqları çərçivəsində həllində mühüm rol oynaya bilər.

Müstəqil Azərbaycan dövlətinin qurulması və dünya azərbaycanlılarına dayaq olacaq  səviyyəyə çatması istiqamətində əsaslı işlər böyük siyasətçi Heydər Əliyev xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra başladı. 1994-cü ilin mayında Azərbaycana zorla sırınmış qanlı müharibə dayandırıldı, Ermənistan - Azərbaycan cəbhəsində atəşkəs elan olundu. 1994-cü ilin sentyabrında ARDNŞ-lə dünyanın aparıcı neft şirkətləri arasında Əsrin neft müqaviləsi imzalandı, Azərbaycana xarici sərmayələr gəlməyə başladı. 1995-ci ildə Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və haqlı olaraqİnsan haqları manifestiadlanan Azərbaycan Konstitusiyası  ümumxalq referendumu yolu ilə qəbul olundu. Elə həmin ildə də müstəqil Azərbaycanın ilk demokratik parlamenti çoxpartiyalı əsasda seçildi və dərhal siyasiiqtisadi islahatların keçirilməsi üçün qanunvericilik bazası hazırlamaqla məşğul oldu. 1996-cı ildən etibarən iqtisadi tənəzzülün qarşısı alındı, iqtisadisiyasi islahatlar aparmaq, o cümlədən diaspor quruculuğu ilə məşğul olmaq üçün vaxtimkan yarandı.

1997-ci ilin avqustunda Azərbaycan Prezidenti Amerikada bütün dünya azərbaycanlılarına müraciət etdi: “Əgər sən azərbaycanlısansa, bilməlisən: dünya azərbaycanlılarının bir müstəqil dövləti var - Azərbaycan, dünya azərbaycanlılarının bir tarixi Vətəni var - Azərbaycan. Dünya azərbaycanlıları öz tarixi vətənlərini, müstəqil dövlətlərini müqəddəs hesab etməli, onun ətrafında birləşməlidirlər”. Elə həmin ildə Prezidentin İcra Aparatında xaricdə yaşayan azərbaycanlılarla üzrə xüsusi bölmə yaradıldı. Yaxın və uzaq xaricdə yaşayan Azərbaycan diasporunun təşkilatlanması prosesi vüsət aldı və Azərbaycan Prezidentinin diqqəti və qayğısı altında davam etdi. AmerikadaAvropada de-fakto yaşayan azərbaycanlılar öz təşkilatlarını yaratdılar və de-yure fəaliyyətə başladılar.

Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə dünya azərbaycanlılarının ən böyük təşkilatları olan Ümumrusiya Azərbaycan KonqresiUkrayna Azərbaycan Konqresi yaradıldı. Sonrakı illərdə bu proses sürətlə davam etdi, postsovet məkanında, Avropada, butun dünyada Azərbaycan diaspor təşkilatlarının yaranması ilə nəticələndi.

 

3. Diaspordan lobbiyə doğru

 

Azərbaycan diasporunun təşkilatlanması, azərbaycançılıq ideyası altında müstəqil Azərbaycan dövləti ətrafında birləşməsi istiqamətində Heydər Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü işlər tezliklə öz nəticəsini verdi. 1994-cü ildə əsası qoyulan, 1997-ci ildən başlayaraq həyata keçirilən təşkilatlanma prosesi 2001-ci ildə daha yüksək mərhələyə daxil oldu - noyabrın 9-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı açıldı. Qurultayın keçirilməsi həm Azərbaycan dövləti, həm də dünya azərbaycanlıları üçün mühüm əhəmiyyət kəsb edirdi. Qurultayın işində dünyanın 36 ölkəsindən 1050 nümayəndə və 400-dən çox qonaq iştirak edirdi.

Dünya Azərbaycanlılarının I Qurultayı yüksək həmrəylik və işgüzarlıq şəraitində keçdi. Diaspor Azərbaycan üçün nə etməlidir, Azərbaycan diaspor üçün nə etməlidir - bu məsələlər açıq müzakirə olundu, təkliflər verildi və qərarlar qəbul olundu. Qurultayda çıxış edən ümummilli lider elan etdi ki, Azərbaycan dünyada yaşayan hər bir azərbaycanlının Vətənidir, dünyada yaşayan hər bir azərbaycanlı da Azərbaycan üçün, Vətən üçün əlindən gələni etməlidir. Qeyd olundu ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, erməni faşizminin üzünün açılması, ifşa olunması əsas prioritetlərdən biridir. Çünki yalnız bundan sonra, Dağlıq Qarabağ probleminin beynəlxalq standartlara uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həlli reallaşa bilər.

2002-ci ilin yazında Azərbaycan diasporunun inkişafı üçün dövlət səviyyəsində daha bir addım atıldı. Azərbaycan Prezidentinin fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı. Dövlət Komitəsinin yaradılması dünya azərbaycanlılarının təşkilatlanmasında, diaspordan lobbiyə doğru inkişafında yeni bir mərhələnin başlanğıcını qoydu. Komitə qısa bir müddətdə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın təşkilatlanması və Azərbaycanla əlaqələrinin möhkəmlənməsi istiqamətində mühüm işlər görməyə müvəffəq oldu.

Hazırda ümummilli liderimizin davamçısı, Azərbaycan Prezidenti, möhtərəm İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edir, dünyada sözu keçən qüdrətli dövlətə çevrilir. Respublikamızda ictimai-siayasi sabitliyin daha da möhkəmləndirilməsi, dövlətçiliyin gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, xalqın rifahının yaxşılaşdırılması istiqamətində əsaslı işlər görülür. Azərbaycan iqtisadi tərəqqisinə və adambaşına düşən xarici sərmayələrin həcminə görə nəinki postsovet məkanında, hətta bütün dünyada öncül yerlərin birini tutur.

Eyni zamanda, Azərbaycan diasporu da inkişaf edir, təşkilatlanmaq, birləşmək, “çəkici bir yerə vurmaq” istiqamətində böyük nailiyyətlər əldə edir. Bütün bunlar dünya azərbaycanlılarının yenidən bir araya gəlməsini, nailiyyətləri və problemləri birlikdə müzakirə etməsini zərurətə çevirdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2006-cı ildə Bakıda Dünya Azərbaycanlılarının II, 2011-ci ildə III Qurultayı keçirildibu möhtəşəm tədbirlər Azərbaycan diaspor təşkilatlarının güclənməsinə təkan verdi.

Bu gün Azərbaycan dövlətinin dəstəyi ilə Azərbaycan diasporu sürətlə inkişaf edirdünya azərbaycanlılarının haqlarını bütün dünyada qoruya biləcək bir qüvvəyə çevrilir. Azərbaycan diasporunun türk diasporu ilə qüvvələri birləşdirəcəyi, erməni lobbisinə layiqli cavab verəcək güclü lobbiyə çevriləcəyi gün uzaqda deyil. Bu, hazırda Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi diaspor siyasətinin əsas prioritetlərindən biridir: “Ermənistan iqtisadi, siyasi baxımdan o qədər də inkişaf etməyib və onun özünün potensialı , əlbəttə, nə Azərbaycanın, nə də Türkiyənin potensialı ilə müqayisə edilə bilməz. Amma onların dünyada mövcud olan dayaqları, müxtəlif ölkələrdə mütəşəkkil şəkildə fəaliyyət göstərən diasporu, əlbəttə, onlara böyük dəstəkdir, eyni zamanda, bizə qarşı istifadə olunan ən güclü alətdir. Türklər, azərbaycanlılar da dünyanın müxtəlif yerlərində yaşayırlar və əlbəttə, onlar birgə fəaliyyət göstərməlidirlər. Bu yollarla biz dünyada öz mövqelərimizi möhkəmləndirməliyik və məqsədimizə çatmalıyıq”.

 

Qalib ARİF

 

Xalq qəzeti.- 2013.- 23 iyun.- S. 4.