Ürəyində arzu yükü daşıyan şair

 

Qədim türk yurdu Göyçənin adı çəkiləndə istər-istəməz bu ulu yurd yerlərinin əsrarəngiz təbiəti ilə yanaşı, həmin bölgənin yetirdiyi görkəmli sənətkarlar, ziyalılar nəsli, ustad Aşıq Ələsgər və onun kimi yüzlərlə söz sərrafı aşıqlar, şairlər yada düşür. Bir eli, obanı yaşadan da məhz bu cür insanlardır. İndi Göyçə adını və ruhunu yaşadan insanların qəlbində, ovqatında və yaradıcılığında bir  Göyçə həsrəti, keçmiş günlərin nisgili var. Belə şairlərdən biribu yaxınlarda 75 yaşı tamam olan tanınmış şair Əli Vəkildir.

Əli Vəkil yaradıcılığı istər sovet dövründə, istərsə də Azərbaycanın müstəqilliyini bərpa etdiyi illərdə daim öz missiyasına sadiq qalmış, milli düşüncəyə və amala xidmət etmişdir.

Bu yaxınlarda tanınmış şairin 75 illik yubiley tədbiri Azərbaycan Yazıçılar Birliyində qeyd edilmiş, onun dostları şairin yaradıcılığı ilə bağlı xoş fikirlərini bildirmişlər. Birliyin Natəvan zalında baş tutan tədbirdə AYB-in katibi, yazıçı-publisist Arif Əmrahoğlu yubilyarı birliyin rəhbərliyi adından təbrik edib, şairə yaradıcılıq uğurları arzulayıb. Mərasimdə  Göyçəsindən didərgin düşmüş şairin ixtiyar yaşında da Vətən həsrəti ilə yazıb-yaratması xüsusi qeyd edilib.

Xalq artisti Ramiz Quliyev şairin bir zamanlar ona həsr etdiyiRamiz sənətinin sehri” poemasını qüdrətli Azərbaycan şairi Mikayıl MüşfiqinOxu tar” şeirindən sonra tar haqqında yazılmış ən yaddaqalan əsər kimi dəyərləndirdi. Yubiley mərasimində Əlövsət Ağalarov, İzzət Rüstəmxanlı, Vaqif Qələndərli, Qəzənfər Bayramov, Oqtay Rza, Fəxrəddin Meydanlı və başqaları çıxış edərək Əli Vəkilin yaradıcılığında, poeziyasının özünəməxsusluğundan söz açdılar.

Çıxış edənlər Əli Vəkil yaradıcılığında yurd, Vətən həsrəti, təəssübkeşlik və əsl vətəndaş mövqeyinin ön plana çəkildiyini bildirdilər. OnunHaray, ay haray”, “Dönük taleyin əzablı yolları”, “Kişi ömrü”, “Ədəbi dünyakimi əsərlərinin geniş oxucu rəğbəti qazandığı qeyd edildi.

Tədbirdə ədibin tərtib etdiyi, “Nurlan” nəşriyyatında nəfis tərtibatla çapdan çıxmış “Ədəbi İrəvan” almanaxının da təqdimatının keçirilməsi ədəbiyyatsevərlər üçün müsbət bir hadisə kimi qarşılandı. İldə bir nömrəsinin nəşr edilməsi nəzərdə tutulmuş ədəbi məcmuədə yurd-yuvasından deportasiya olunmuş qələm sahiblərinin, yazıçı və şairlərin, alimlərin əsərlərindən nümunələr toplanıb. Xoş sözlərdən sonra  Əli Vəkil tədbir təşkilatçılarına  minnətdarlığını bildirib, öz imzası ilə kitabını oxuculara təqdim etdi.

Əli Vəkil 1938-ci ildə  Qərbi Azərbaycanın Basarkeçər rayonunun Yuxarı Şorca kəndində dünyaya göz açıb. Bu bölgənin saf havası,  billur bulaq suyubir də insanlarının könül açıqlığı, torpağa bağlılığı  onun şeirlərinə mürəkkəbin kağıza hopduğu kimi hopub.

Şair ilk təhsilini Şişqaya kənd orta məktəbini bitirənən sonra İrəvanda X.Abovyan adına Ermənistan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinin Azərbaycan şöbəsində təhsil alıb. Sonrakı illərdə tale elə gətirir ki, istedadlı şairin ilk əmək fəaliyyəti televiziya mühiti ilə bağlı olub. Ermənistan Dövlət TeleviziyaRadio Verilişləri Komitəsinin Azərbaycan dilində verilişlər redaksiyasında diktor-redaktor kimi fəaliyyət göstərib Məhz onun səsi ilə ana dilimizdə cəmiyyətdə baş verən xəbərlər, yeniliklər radio dinləyicilərinə çatdırılıb.

Əli Vəkilin ilk kitabı 1963-cü ildə İrəvanda işıq üzü görmüşSona bulağı” kitabı şairin oxucunlarnla ilk görüşü olur. Göyçə mahalında el arasında məşhur olan Sona bulağına həsr edilmiş poema-əfsanə bədii təxəyyülün və müəllifin mövzuya yanaşma tərzinə görə maraq doğurmuşdur.

Əli Vəkilin Bakıda Azərbaycan Pedoqoji İnstitutunun fizika-riyaziyyat, daha sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşunaslıq fakültəsində təhsil alması onun yaradıcılığına da müsbət təsir etmiş, bir sıra kitabları məhz Bakıda işıq üzü görmüşdür. 1972-ci il Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şairin “Zəfər çələngi” (1967), “ İki günəş” (1971), “ Əli Şahsabahlı” ( 1973),  Doğma Yollar” (1979), “ Ata həsrəti” ( 1979), “Göyərçinlər” ( 1983), “Yeddi dağ” ( 1984), “Şəlalə” (1988), “Ana qayğısı” (1991) kimi kitabları onun sovet dövrü yaradıcılığını əks etdirir.

Əli Vəkil hələ doğma elində fəaliyyət göstərərkən dövri mətbuatda fəalıq göstərmiş, ilk şeirləri “Sovet Ermənistanı”, “ Ədəbi Ermənistan” almanaxında çap olunmuşdur.

Əli Vəkil bir qələm sahibi kimi Azərbaycan xalqının ən ağrılı məqamlarında, taleyüklü məsələlərində bir vətəndaş kimi öz fikrini istər çıxışlarında, istərsə də könül boğçasından süzülən poezıyanın dili ilə söyləyib, heç vaxt aktual məsələlərə biganə qalmayıb. Taleyinenişli yoxuşlu zaman karvanının onun həssas şair qəlbində buraxdığı aşırımlar bəzən ağrılı olub, lakin Əli Vəkilin mübarizlik ruhunu və sözə inamını sındıra bilməyib;

 

Ağrıma ürəyim, büdrəmə dizim,

 

Yormasın yollarda yoxuşlar

 

 məni.

 

   1980-ci illərin sonlarında Qərbi Azərbaycanda, öz tarixi dədə-baba torpaqlarında yaşayan soydaşlarımıza qarşı erməni məkrinin qurduğu oyun daha da gərginləşdi. Oradakı insanlarımızın kütləvi surətdə deportasiyası bir çox ziyalılar kimi Əli Vəkil ürəyinə də ömürlük bir  yurdla vidalaşmaq istəməyən bu itkiylə barışmayan bir ağrı saldı. Bu şairin istedadı, sözün biçimini bilməsi, bir də ayağını basdığı müqəddəs Vətən torpağına sevgisindən irəli gəlir.

 

Vətəndən didərgin düşən

 

insanın,

 

Ürəyi heç zaman şad olmaz,

 

olmaz.

 

Çəkər həsrətini doğma məkanın,

 

Bal yesə ağzında dad olmaz-

 

olmaz.

 

   Əli Vəkil şeirlərindəki öyüd-nəsihət, xatırlatmalar bu dünyanın hər cür sınaqlarından çıxnmış ömür sahibinin gənc nəsil üçün mühüm önəm daşıyır. Şair bununla sanki Vətənin gələcək əmanətçilərini yaxşını pisdən, zülmü ədalətdən, düşməni dostdan ayırmağı, ona olan borcumuzu unutmamağı dönə-dönə xatırladır.

 

Dünyada borclar da cürbəcür olur,

 

Adicə borc var, müqəddəs borc var.

 

İnsanlar anadan borclu doğulur,

 

Borclular borcunu

 

    unutmasınlar.

 

 Şairin Vətən yanğısının təzühürü kimiƏdəbi İrəvanadlı topludan danışmamaq ədalətsizlik olardı. Vaxtilə İrəvanda eyni adlı belə bir toplu dərc olunurdu. Lakin soydaşlarımızın həmin yurd yerlərindən deportasiya olunmasından sonra bu bölgədən olan istedadlı şairlərin, saz-söz adamlarının yaradıcılığını işıqlandırmaq məqsədilə Əli VəkilƏdəbi İrəvantoplusunu yaradır.

Bu toplunun əhəmiyyəti o idi ki, bir sıra missiyanı öz ətrafında cəmləşdirmişdi. Toplu həm bir bölgənin ziyalılarının tribunası olmaqla yanaşı, Azərbaycan  ədəbi mühitində özünəməxsus yer tutdu.   Ömür karvanı”, “Kişi ömrü”, “Fərizə-İlham dastanı”, “Cərrah Vaqif möcüzəsi”, “Əbədi qəhramanlıq”, “Qoşmalarkimi kitablar müstəqil  Azərbaycan dövlətinin müstəqil vətəndaşı, azad şairi kimi yaradıcılığının məhsuludur.

Şair Əli Vəkil yaradıcılığında vətənpərvərlik duyğularının tərənnümü ilə yanaşı, saf sevginin təsviri mühüm yer tutur. Şairin sadə səmimi bədii boyalarla yaratdığı şeirlərdə sevgi ilə döyünən ürəyin çırpıntılarını eşitmək mümkündür. ÇünkiMənalı-mənalı baxaraq hərdən, ağlımı başımdan aldı gözlərin”-deyən Əli Vəkil sevgisi saflıq, gözəllik, sədaqət üzərində qurulub.

Əli Vəkil hər bir oxucuya diqqət yetirən, onun mənəvi dünyasına nüfuz etməyi bacaran şairdir. Əgər belə olmasaydı, bəlkə onun uşaqlar üçün yazdığı şeirlər meydana gəlməzdi. Onun bu səpgidən olan şeirləriGöyərçinlər”, “Şəlalə  adlı kitablarında əksini tapıb.

Şairin İki günəşpoeması öz məzmunu ideya istiqamətinə görə fərqlənir. Müəllif Azərbaycan ədəbiyyatının iki görkəmli nümayəndəsi Aşıq Ələsgər qısa ömür sürməsinə baxmayaraq, öz məhsuldar yaradıcılığı lirik şeirləri ilə qəlbləri ovsunlayan Mikayıl Müşfiqin ustad aşığın evində görüşlərinə həsr olunub.

Şair insanın həyat amalını Vətən, xalq, el-oba üçün yaxşı bir nişanə qoymağı hesab edir.

 

Bu torpaq üstündə qalmasa izim,

 

vətən el bağışlar məni.

 

Yetmiş beş yaş. Bu yaş başı qarlı bir zirvədən enişli-yoxuşlu yamaclara salam verməyə bənzər, bir göz qırpımında ötən günlərin acılı-şirinli xatirələrini yenidən yaşamağa bənzər. Vaxtilə qara saçlara düşən həyatın bəxş etdiyi qar rəngli hədiyyənin hesabını sorarsan dünyadan. Dərdin, nisngılin, həsrətin niyə bu qədər çoxdur?"-soruşub dünyanı borclu çıxarmağa çalışarsan. Elə bu anda güzgü qarşısında həyatın sənə bəxş etdiyi ömrün ən gözəl günləri düşər yadına. Gördüyün dəyərli işlərin çəkisi daha çox gələr tərəzinin gözündə. Bir ürəyi yazıb-yaratmaq eşqi ilə hənvəsnnlənndirən yeni-yeni arzular meydana gələr. Şair Əli Vəkil o xoşbəxt insanlardandır ki, yaşının ona verdiyi müdriklik təcrübə hər kəsin öyrənə biləcəyi bir xəzinədir. İndiyə kimi hərə bu örnək ömürdən ata öyüdü, dost sədaqəti, Vətənə vətəndaş mövqeyi, insanlığa sevgi əxz etdi.

Bu örnək şair ömrünün sahibi Əli Vəkilin bu yaxınlarda 75 yaşı tamam olur. yaxşı ürəyimdə arzu yükü daşıyıram!”-deyən yubilyar həyatı insanlara, xalqına gərəkli şəkildə yaşamasının senvincini bildirir.

Şairə ürəyində yolunu gözləyən arzularının çin çıxması ümidilə!

 

 Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2013.- 23 iyun.- S. 7.