Xəstə ürəklərə həyat verən şəfalı əllər

 

Örnək gənclərimiz

 

May ayının 17-19-da Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş “Bakı Ürək Günləri” 3-cü beynəlxalq konqresi nümayəndələri arasında Köln Universitetinin professoru, kardioloq Natiq Həsənov da iştirak edirdi.

N. Həsənov söhbətimizin əvvəlindəBakı Ürək Günləri” 3-cü beynəlxalq konqresi ilə bağlı təəssüratını bölüşdü. Bildirdi ki, Azərbaycanda kardioloqların və ürək-damar cərrahiyyəsinin inkişafına  töhfə vermək, əcnəbi mütəxəssislərlə təcrübə mübadiləsi aparmaqtibb elminin bu sahədəki yeniliklərini müzakirə etmək baxımından sözügedən konqresin mühüm əhəmiyyəti şübhəsizdir. Eyni zamanda, inanıram ki, dünyanın müxtəlif ölkələrindən tanınmış kardioloqların konqresdə iştirakı Azərbaycanda səhiyyə sahəsinin yüksək səviyyədə olmasının göstəricisidir. Etiraf edək ki, belə tədbir həm də azərbaycanlı mütəxəssislərin beynəlxalq təcrübədən yararlanmalarına şərait yaradacaq, Azərbaycanın uğurlarının təbliği işində mühüm rol oynayacaqdır.

N. Həsənov daha sonra dedi:

Azərbaycandan çox-çox uzaqlarda yaşasam da,  daim ürəyim bu torpaqla döyünür. Respublikanın hər bir uğuru məni sevindirir, fərəhləndirir. Bütün sahələrin, o cümlədən səhiyyənin inkişafından qürur hissi duyuram. Müşahidələrimə əsaslanıb deyə bilərəm ki, bu gün Azərbaycanda əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən biri kimi dövlətin daim diqqət mərkəzindədir. Azərbaycanda son illər iqtisadiyyatın yüksək dinamik inkişafı səhiyyə sahəsinə   öz müsbət təsirini göstərmiş bu sahədə aparılan islahatlar nəticəsində əhalinin sağlamlığının qorunması istiqamətində bir sıra mühüm işlər reallaşdırılmışdır. Bakıda respublikanın rayonlarında beynəlxalq standartlara cavab verən yeni tibb müəssisələri, müasir avadanlıqla təmin olunmuş müalicə-diaqnostika mərkəzləri istifadəyə verilmişdir.

N. Həsənovun sözlərinə görə, məhz ümummilli liderimiz Heydər Əliyevin səhiyyə sahəsindəki  siyasətinin məntiqi davamı olaraq cənab Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət ayırması Azərbaycanda  kardiologiyanın ürək-damar cərrahiyyəsinin sürətli inkişafına səbəb olmuşdur. Kardiologiya ürək-damar cərrahiyyəsinin inkişafına töhfə olan indiyədək üç dəfə keçirilənBakı Ürək Günlərikonqresinə beynəlxalq aləmin diqqətinin artması isə Azərbaycanın, onun dövlət başçısının doğru yolda olduğunun, düzgün sosial siyasət yeritdiyinin bariz göstəricisidir.

N. Həsənov bildirdi ki,  konqresin ən mühüm cəhətlərindən biri o oldu ki,  azərbaycanlı kardioloq kardiocərrahlara dünyanın tanınmış, zəngin təcrübəyə malik mütəxəssislərilə bu sahədəki ən son nailiyyətləri müzakirə etmək imkanı yarandı. Təşkil edilmiş sosial proqramla, xüsusilə, əcnəbi qonaqlar Azərbaycanın zəngin tarixi mədəni irsilə tanış olmaq imkanı əldə etdilər.

Professorun qənaətincə,  dünyada ürək-damar xəstəliklərinin artdığı cavanlaşdığı indiki dövrdə belə bir tədbirin Azərbaycanda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycanın  cərrahi əməliyyatlar sahəsində Avropa ölkələrindən geri qalmadığını artıq regionun ürək-damar xəstəliklərinin müalicə mərkəzinə çevrildiyini göstərir.

Almaniyada elmi-tədqiqatları ilə böyük nüfuz qazanan professor N. Həsənov ingilis, alman dillərində 70-dən çox məqalənin, 10-dan çox kitabın müəllifidir. Elmi axtarışlarını bu gün uğurla davam etdirir.

N. Həsənov söhbətimizdə maraqlı bir məqama da toxundu. Qeyd etdi ki, müdrik rəhbər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra diaspor anlayışı xaricdə yaşayan soydaşlarımızın da leksikonuna daxil olmuş, düşüncələrdə yeni məna kəsb etməyə başlamışdır.

Hamımız yaxşı bilirik ki, bu dahi şəxsiyyət xarici dövlətlərə bütün səfərlərində həmvətənlərimizi arayıb axtarır, onlara xalqımızın azadlıq mübarizəsindən, müstəqilliyimizin bəhrələrindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəblərindən söhbət açır, soydaşlarımızı birliyə, həmrəyliyə çağırırdı.

Mən hər bir azərbaycanlının Prezidentiyəmprinsipini rəhbər tutan cənab İlham Əliyev xalqımızın birliyininin, həmrəyliyinin təmin olunması sahəsində ulu öndərin irsini uğurla davam etdirir. Sevindirici haldır ki, Azərbaycanda diaspor quruculuğu hazırda dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir.

N. Həsənov söhbət zamanı onu da qeyd etdi ki, uzaq Almaniyada yaşayan azərbaycanlılar yaxşı bilirlər ki,  Azərbaycanda səhiyyənin inkişafında  Heydər Əliyev Fondunun da fəaliyyəti mühüm önəm daşıyır. Bu, bir faktdır ki, Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti bəşəriyyətin xilasına yönələn milli-mənəvi idealların cəmiyyətdə daha möhkəm əsaslarla intişar tapmasına, ictimai şüura hakim kəsilməsinə yönəlmişdir. Bu kontekstdə fondun genişmiqyaslı xeyirxahlıq missiyası həyata keçirməsi tamamilə təbii xarakter daşıyır bu zaman cəmiyyətin ən həssas təbəqələri xüsusi diqqət mərkəzində yer alır. Heydər Əliyev Fondu cəmiyyətin ən həssas təbəqəsindən hesab olunan  qaçqın məcburi köçkün, aztəminatlı ailələr, uşaq internat evlərinin sakinləri ilə sıx təmasdadır.

Fondun diqqətçəkən cəhətlərindən biri səhiyyə sahəsində böyük layihələr həyata keçirməsidir. Onların içərisindəDiabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminəlayihələri xüsusi vurğulanmalıdır.

Fondun səhiyyə müəssisələrinin yenidən qurulmasına, fiziki cəhətdən qüsurlu uşaqlar üçün reabilitasiya mərkəzlərinin inşa edilməsinə müasir avadanlıqla təchiz olunmasına xüsusi önəm verməsi təqdirəlayiq haldır. Sevindirici haldır ki, bu mötəbər qurum dünyanın bir sıra aparıcı səhiyyə şirkətləri ilə əməkdaşlıq edir. Fondun BMT-nin İnkişaf Proqramı ilə birgə layihə həyata keçirməsi onun səmərəli işinin bariz ifadəsidir.

Professor N. Həsənov vurğuladı ki, Azərbaycanın birinci xanımı üzərinə götürdüyü xoşməramlı missiya ilə həm insan hüquqlarının qorunmasına, vətəndaş cəmiyyəti ideyalarının  möhkəmlənməsinə, habelə cəza siyasətinin humanistləşdirilməsi prosesinə öz töhfələrini verir. Cəmiyyətdə insanpərvərlik humanizm ideyalarının möhkəmlənməsinə çalışan Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə müxtəlif vaxtlarda irəli sürülmüş geniş ictimai dəstək almış aministiya aktları isə böyük mənəvi-əxlaqi siyasi məzmun kəsb edir.

Bütün bunlar ulu öndərin adını daşıyan fondun Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkədə dünyada mühüm nəcib missiyalar yerinə yetirdiyini, eyni zamanda, Azərbaycanın bəşəri miqyasda tanınmasına, ölkə haqqında obyektiv ictimai rəyin formalaşmasına kifayət qədər böyük töhfələr verdiyini aydın göstərir.

N. Həsənov 21 ildir ki, taleyini Almaniya ilə bağlamışdır. Bu ölkədə yaşayan həmyerlilərimiz professora həmişə böyük hörmətlə yanaşır, uğurlarına sevinir. Natiq həkim özü diaspor fəaliyyətindən kənarda qalmır, əməli, işi ilə Azərbaycanın, xalqımızın, el-obasının adını ucalara qaldırır.

Professor Natiq Həsənov söhbətimizin sonunda dedi:

 

Ümummilli liderimizin vurğuladığı kimi, “Vətən birdir hamı bu Vətən uğrunda çalışmalıdır”. Bu gün Vətəndən uzaqlarda yaşayan hər bir azərbaycanlı dahi öndərin bu müdrik kəlamını unutmamalı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə vətəndaş həmrəyliyinə nail olmalı, Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həllinə, müstəqil Azərbaycanın daha da çiçəklənməsinə var qüvvəsilə çalışmalıdır.

Xalqımız dünya miqyasında sayca ən böyük xalqlardan biridir. Bizim hamımızın bir Vətəni var. Azərbaycançılıq vahid Vətənə mənsubluq ideyası milli təfəkkürümüzün fenomeninə, varlığımızın qayəsinə çevrilməlidir. Müstəqilliyimizi dövlətçilyimizi qoruyub möhkəmləndirmək, Azərbaycanı qüdrətli bir dövlətə çevirmək hər bir azərbaycanlının müqəddəs borcudur.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 6 iyun.- S. 5.