Füzuli: ulu öndərə sonsuz məhəbbətlə

 

Xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da zəngin və rəngarəng yubiley təntənələri ilə keçirilir.

Böyük ömrün anları” adlı musiqili kompozisiya, futbolşahmat yarışları, kitab sərgisi, gül bayramı, rəsm müsabiqələri, “Heydər Əliyev müstəqilliyinin banisidir adlı elmi-praktik konfrans, “Yeni Azərbaycan Partiyası üçüncü minilliyin partiyasıdır” mövzusunda dəyirmi masa, Heydər Əliyev mərkəzinə ekskursiyalars. belə tədbirlərdəndir. Ulu öndərin anadan olmasının 90 illiyi, rayonda həm də bir sıra ictimaisosial obyektlərin açılışı ilə yadda qalmışdır.

Bu günlərdə keçirilən tədbirlərin birində - “Sahibkarlığın inkişaf etdirilməsi iqtisadiyyatın güclənməsinə etibarlı təminatdır” adlı görüşdə biz də iştirak etdik. Bu, əlbəttə, təsadüfü deyildi. Məsələ burasındadır ki, son illər Füzuli rayonunda azad sahibkarlığın, bazar münasibətlərinin inkişafı sahəsində bir sıra əsaslı tədbirlər həyata keçirilmiş, konkret addımlar atılmışdır. Təkcə belə bir faktı göstərək ki, hazırda rayonda 200-dən artıq sahibkarlıq obyekti fəaliyyət göstərir ki, bunun da 130-u son 2 ildə yaradılmışdır. Bu gün rayonda istehsal olunan kənd təsərrüfatı və sənaye məhsulları istehsalı yüz faiz özəl bölmənin payına düşür. Əldə edilmiş inkişaf və yüksəlişin əsasını isə heç şübhəsiz ki, ümumilli lider Heydər Əliyev qoymuşdur.

İdarə, müəssisə və təşkilat rəhbərlərinin, fermer, sahibkar və iş adamlarının iştirakı ilə keçirilən görüşü Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açdı. O, qeyd etdi ki, görüş keçirdiyimiz Horadiz şəhəri, eləcə də 21 kənd məhz ulu öndər Heydər Əliyevin biz füzulililərə  böyük hədiyyəsidir. Belə ki, 1994-cü ilin yanvar ayında ümummilli liderin tarixi çağırışından sonra Azərbaycan ordusunun güclü əks-hücumu sayəsində Horadiz düşmən caynağından azad edildi. Əgər biz bu gün öz ata-baba yurdumuzda yaşayırıqsa, əkiriksə-becəririksə, quruculuq, tikinti, abadlıq işləri ilə məşğuluqsa bunun üçün, hər şeydən əvvəl, ulu öndərimizin müqəddəs ruhuna, parlaq şəxsiyyətinə borcluyuq.

Düzdür, ərazimizin 70 faizi hələ də düşmən tapdağı altındadır. Bununla belə, 70 minə yaxın füzulili öz ata-baba yurd yerlərində yaşayır. Daha maraqlı cəhət isə odur ki, hazırda rayonda ümumi məhsul istehsalı işğaldan əvvəlki illərə nisbətən xeyli çoxdur. Məsələn, ötən il fermerlərimiz taxıl sahələrindən 103 min tona yaxın məhsul götürmüşlər. Bu, rayon tarixində ən yüksək göstəricidir. Burada, əlbəttə, müxtəlif səbəblər var və mən onlardan yalnız birinin üzərində dayanacağam. Bu da vaxtında və qətiyyətlə aparılan özəlləşdirmə tədbirləri, azad sahibkarlığa yaradılan münbit şərait, bu sahəyə göstərilən gündəlik diqqət və qayğıdır.

Başçı daha sonra bildirdi ki, Füzuli rayonunda sahibkarlığın, iş adamlarının sərbət fəaliyyəti üçün heç bir maneə yoxdur. Kim gücü, imkanı daxilində haradaalmaq, yaratmaq istəyirsə heç bir maneə olmadan fəaliyyət göstərə bilər. Təki həvəs və səy, doğma elə-obaya məhəbbət və ürək yanğısı ola. Son 2 ildə  bu istiqamətdə yaradılmış onlarla müxtəlif təyinatlı özəl müəssisə  uğurla işləyir, bolluğa  kömək  edir.

Bütün bu inkişaf və yüksəlişin möhkəm təməlini isə ulu öndər Heydər Əliyev yaratmışdır. Böyük enerji və qətiyyət sahibi olan bu dahi şəxsiyyət formalaşdırdığı və həyata keçirdiyi strateji xətlə, apardığı ardıcıl islahatlarla ölkəmizi dinamik inkişaf yoluna çıxarmışdır.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilməkdədir. Ölkə rəhbərinin qarşıya qoyduğu mühüm vəzifələr, o cümlədən özəl bölmənin, azad  sahibkarlığın daha sürətli inkişafı ilə əlaqədar  verdiyi tapşırıq və tövsiyələr Füzuli rayonunda da böyük  diqqət, səy və ardıcıllıqla həyata keçirilir. Azad sahibkarlığın inkişafına göstərilən həssas münasibət, bu sahədə yaradılmış münbit və əlverişli şərait, əsassız yoxlamaların, süni maneələrin aradan qaldırılması öz bəhrəsini verir. Bunu sahibkarların, adamlarının, fermerlərin əldə etdiyi konkret nəticələr bir daha sübut edir.

Görüşdə “Qarabağ Brolyer” MMC-nin rəhbəri Nəriman Əliyev, kənd təsərrüfatı məhsulları soyuducu anbarının müdiri Aydın Hüseynov, “Şəhriyar” ailəvi istirahət mərkəzinin direktoru Şəhriyar Əliyev və başqaları çıxış etdilər. Onlar ölkəmizdə yeni iqtisadi sistemin formalaşmasında və inkişafında ümummilli lider Heydər Əliyevin misilsiz rolundan, yorulmaz fəaliyyətindən danışdılar. Belə bir ümumi fikir ifadə olundu ki, bu gün ulu öndərin müəyyən etdiyi strateji xətt ölkə rəhbəri İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Prezidentin azad sahibkarlığın, bazar iqtisadiyyatının sürətli inkişafına yönəldilmiş ardıcıl və qətiyyətli fəaliyyəti, bu sahədə göstərdiyi gündəlik diqqət və qayğı, imzaladığı fərman və sərəncamların önəmi xüsusi qeyd olundu.

Görüş iştirakçıları ulu öndər Heydər Əliyevin ötən əsrin 70-80-ci illərində, o cümlədən respublika Prezidenti İlham Əliyevin son illərdə Füzuli rayonuna tarixi səfərlərini xatırladılar, dahi rəhbərə sonsuz hörmət və ehtiramlarını bildirdilər.

 

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2013.- 11 may.- S. 10.