Təqvim-zamanın aynası, ömrümüzün arşını

 

Vaxtın hesablanması sistemionu təsvir edən cədvəl təqvim adlanır. Bu söz ərəbcə “tərtib və tənzim etmə”, “qaydaya salma”, “yerinə qoyma” mənasına gəlir. Təqvim həm də köməkçi fənn kimi hadisə, vaqiə, sənəd və s. tarixinin təyin edilməsində xüsusi rol oynayan xronologiya ilə birləşir. Hər ölkənin və xalqın təqvimə əsaslanan vaxt-zaman hesablaması xronologiya adlanır.

 

Hesablamanın başlanğıc nöqtəsi hər xalqda və ölkədə yerli (milli) era adını almışdır. Burada onu da qeyd edək ki, asanlıq naminə xronologiya iki üsulla göstərilir: miladdan əvvəl və miladdan sonra. Milad dedikdə İsa peyğəmbərin anadan olduğu il nəzərdə tutulur. Hazırda həmin tarixdən 2012 il keçir. Keçmiş Sovet İttifaqı kimi bəzi ateist ölkələrdə miladdan əvvəl və miladdan sonra mənasında era(mız)dan əvvəl (qısaca: e.ə.) və bizim era (b.e.) terminləri qəbul edilmişdi. Bu iki termin əski vərdişlə indi də işlədilir.

 

Əksər xalqların erası ixtiyari, bir çox halda isə fantastik xarakterə malikdir. Məsələn, yəhudi erasının başlanğıcı “dünyanın yaranışı”ndan, yəni miladdan əvvəl 3761-ci ildən hesablanır. Çin erası öz əsasını, guya, miladdan 2397 il əvvəl yaşamış “ilk insandan götürür. Yunan erası ilk olimpiada oyunlarının keçirildiyi tarixdən (e.ə. 776-cı il), Roma erası Roma şəhərinin salındığı tarixdən (e.ə. 753-cü il) başlanır. Tarixdəki bəzi eralar isə konkret hadisələrə əsaslanır. Məsələn, müsəlman hicri erası Məhəmməd peyğəmbərin (s.ə.s.) Məkkədən Mədinəyə hicrəti ilə (b.e. 622-ci ili) bağlıdır.

 

Təqvim necə və hansı zərurətdən yaranmışdır?

 

Qədim insanların təsərrüfat məşğuliyyəti, yəni əkinçilik, maldarlıq, ovçuluq, balıqçılıq və s. hava şəraitindən, iqlimin dəyişməsindən asılı olduğu üçün vaxtın hesablanmasına ehtiyac yaranmışdır. Gündüz və gecənin, fəsillərin bir-birini əvəz etməsi, Ay səfhələrinin dövri dəyişməsi, Yerin Günəş ətrafında fırlanması təqvimin əsasını təşkil edən təbiət hadisələridir. Təqvimin yaranmasında çayların mövsümlər zamanı vəziyyəti (xüsusilə daşqınlar), okeanlarda qabarma və çəkilmələr də mühüm rol oynamışdır. Lakin qətiyyətlə demək olar ki, təqvimlərin meydana gəlməsində əsas “xidmət” iki səma cisminə  - Günəşə və Aya aiddir.

 

Əgər təqvim yalnız ayın hərəkətinə əsasən tərtib edilmişsə, o, ay təqvimi və ya qəməri (ərəbcə ay deməkdir) təqvim adlanır. Burada başlıca rolu ayın səfhələri (fazaları) oynayır. Ayın dörd səfhəsi var. Bunlar hərəsi bir həftəyə uyğundur və ayın günəşə və yerə görə qarşılıqlı vəziyyətindən asılıdır. İki eyni ay səfhəsi arasında keçən müddət 29,5309 orta günəş gününə bərabərdir. Bunu ilk dəfə qədim Babil krallığında hesablamışdılar. Asanlıq naminə onlar kəsri ataraq aylardan birini 29, o birini 30 gün qəbul etmişlər. Hazırda ərəblər 354,3671 gündən ibarət olan hicri təqvimdən istifadə edirlər.

 

Günəşin hərəkətinə görə tərtib olunan təqvimə günəş təqvimi və ya şəmsi (ərəbcə günəş deməkdir) təqvim deyilir. Yerin öz orbiti üzrə günəşin ətrafında tam dolanma dövrü il adlanır. Qədim dövrlərdə ilin uzunluğu 365,256360 gün olaraq hesablanmışdı. Ancaq bu rəqəm 12-yə (ayların sayı) tam bölünmədiyi üçün ayların bir qismi 30, qalanları 31 gün, fevral isə 28 gün olaraq götürülür, kəsrlərin toplanması ilə fevral ayı hər dörd ildən bir 29 gün olur.

 

Həm günəşin, həm də ayın hərəkəti nəticəsində tərtib olunan təqvimlərə isə şəmsi-qəməri təqvim deyilir. Onlar əvvəlcə ayın hərəkətinə görə yaranmış, lakin sonra şəmsi təqvimə uyğunlaşdırılmışlar. Bu da onunla bağlı idi ki, bu iki təqvim arasındakı 11 günlük fərq vardı. Lakin yaz-tarla işləri, daşqın, suvarma, əkin, biçin kimi həyati məsələlər dəqiq zaman ölçüsü tələb edirdi və hər il 11 günlük fərqlə idarə oluna bilməzdi. Ona görə də şəmsi-qəməri təqvimlərə müəyyən müddətdən sonra 13-cü ay artırılırdı.

 

Tarix boyu Şərqdə ayrı, Qərbdə ayrı təqvimlər işlədilmişdir. Qərbdə əvvəlcə Roma təqvimi hakim olmuş, e.ə. 46-cı ildə Qay Yuli Sezar təqvimdə bəzi islahatlar aparmış və həmin təqvim Yuli təqvimi adlandırılmışdır. Bundan təqribən 1600 il sonra, 1582-ci ildə para Qriqori hazırda bizim də işlətdiyimiz təqvimin qəbul edilməsi barədə əmr vermişdir. Həmin il İspaniya, PortuqaliyaFransa, 1586-cı ildə Polşa, bir il sonra Macarıstan, 1699-cu ildə Danimarka, 1700-cü ildə Rusiya, Almaniya, Hollandiya, daha sonra İngiltərə, digər Avropa ölkələri, hətta YaponiyaÇin Qriqori təqvimini rəsmən qəbul etmişlər. Bu, ən mükəmməl təqvimdir, onun xəta payı hər 3333 (üç min üç yüz otuz üç) ildə 1 (bir) gün təşkil edir.

 

Birləşmiş Millətlər Təşkilatının İqtisadiSosial İnkişaf Şurası (EKOSOS) dəfələrlə bütün dünya üçün 12 aylıq və 13 aylıq vahid təqvim layihələri, eləcə də sabit təqvim layihəsi irəli sürsə də, bu təşəbbüslər baş tutmamışdır. Bu sahədəki ən maraqlı layihələrdən biri də həmyerlimiz, məşhur naxış ustası və fotoqraf Əli Məmmədova məxsus olmuşdur. O, ötən əsrin 80-ci illərində bütün dünya üçün vahid əlifba layihəsi də hazırlamışdı.

 

Günəş təqvimlərindən olan türk təqvimi öz başlanğıcını 586-cı ildən götürür. Qədim türklərdə təqvimin yaranması və qəbul edilməsi ilə bağlı böyük mütəfəkkir Mahmud Kaşğari min il bundan əvvəl qələmə aldığı məşhur “Divanü lüğat-it-türk” əsərində məlumat vermişdir. Onun yazdığına görə, xaqanın əmri ilə sürək ovu təşkil edilmiş, meşədəki bütün heyvanlar xaqanın pusquda dayandığı bərəyə doğru qovulmuş, hökmdar istədiyi heyvanı ovlamışdır. Lakin 12 heyvan özünü çaya ataraq qarşı sahilə üzüb keçmişdir. Bunları ardıcıl olaraq qeydə almış və illərə sıra ilə siçan, öküz, pələng, dovşan, timsah, ilan, at, qoyun, meymun, toyuq, itdonuz ili adı verilmişdir. Hər 12 ildən bir həmin sikl yenidən təkrar olunmuşdur.

 

Türklər islam dinini qəbul etdikdən sonra ərəb təqviminə keçmiş, lakin onda bəzi dəyişikliklər aparmağa məcbur olmuşlar. Bu da onunla bağlı idi ki, imperiya qoşuna və məmurlara qəməri təqvimə görə (354 gün) maaş verdiyi halda vergiləri şəmsi təqvimə görə (365 gün) toplayırdı. Bu uyğunsuzluğu aradan qaldırmaq üçün iki dəfə təqvim islahatı keçirmək lazım gəlmişdir. Nəhayət, Türkiyə 1925-ci ildə Qriqori təqviminə keçmişdir.

 

Təqvimlərin demək olar ki, böyük əksəriyyəti 12 aydan ibarətdir. Yalnız astek (mayya) təqvimində hərəsi 20 gündən ibarət olan 18 ay olmuşdur. Qriqori təqvimi işlədilən ölkələrin çoxunda ayların adları cüzi tələffüz fərqi ilə bizdəki kimidir.

 

Həftə anlayışı da qədim dövrlərdən bəri mövcud olmuşdur. Əslində, təqvimi həftə yaratmışdır. İnsanlar hər yeddi gündən bir ayın yeni səfhəyə daxil olduğunu görmüş, həftənin hər gününə ayrıca ad vermişlər. Lakin adlandırma Qərbdə səma cisimləri ilə, Şərqdə isə daha çox həftə sözü ilə (həft “yeddi” deməkdir) bağlı olmuşdur. Məsələn, xristian ölkələrində həftə günləri öz adlarını planetlərdən və aydan alır. Həmin adlar müasir roman dillərində bu gün də işlənir: solis (günəş, bazar günü), lunis (ay, bazar ertəsi), martis (Mars, çərşənbə axşamı), merkuris  (Merkuri, çərşənbə), yovis (Yupiter, cümə axşamı), veneris (Venera, cümə) və saturn (şənbə).

 

 Həftə günlərinin adları Azərbaycanda, Türkiyədə, Orta Asiyada üç əsas sözlə (bazar, şənbə, cümə), İrandaTacikistanda isə iki əsas sözlə (şənbə, cümə) ifadə olunur. Türk dillərində bazarla yanaşı bazar ertəsi, şənbə ilə yanaşı çərşənbə, çərşənbə axşamı (Türkiyədə pərşənbə, yəni pənc şənbə), cümə ilə yanaşı cümə axşamı (Türkiyədə cümə ertəsi) sözləri işlənir. Türkiyədə çərşənbə axşamı yerinə salı terminindən istifadə olunur. İrandaTacikistanda şənbə sözü miqdar sayları ilə yanaşı sıralanır (şənbə, yek şənbə, şənbə, se şənbə, çəhar şənbə, pənc şənbə) və həftə cümə ilə başa çatır.

 

Müasir Azərbaycan dilində işlənən həftə günlərinin adları bir qədər çətinlik doğurur. Məsələ ondadır ki, bazar sözünü, şənbə sözünü günün müəyyən vaxtları ilə birlikdə işlədə bilirik: bazar səhəri, bazar axşamı, şənbə səhəri, şənbə axşamı. Lakin cümə gününün axşamı mənasında cümə axşamı demək olmur, çünki cümə axşamı həftənin ayrı bir günüdür. Cümə axşamının axşamı demək də mümkün deyil. Heç ertəsi (bazar ertəsi) sözü də məqbul deyil. O zamanüçün cümə ertəsi, şənbə ertəsi günləri yoxdur. Bu dolaşıqlığı aradan qaldırmaq üçün ertəsi və axşamı sözlərindən vaz keçmək pis olmazdı. Azərbaycanın ayrı-ayrı bölgələrində bazar ertəsi yerinə bənyəmin, duz, çərşənbə axşamı yerinə tək, salı, qala, xas, cümə axşamı əvəzinə adna/adına deyilir. Bu barədə düşünmək və təqvimdə islahat aparmaq lazımdır.

 

Təqvimlərdə zaman vahidləri də maraqlı sahədir. Hazırda mülki təqvimdəki əsas ölçü vahidləri il, ay, həftə, gün, saat, dəqiqə və saniyədir. İdmanda saniyədən kiçik vahid olan salisə də işlənir. Saatın 60 dəqiqə, dəqiqənin 60 saniyə olması bizə şumer dövründən qalmışdır.

 

Hazırda yer üzündə ən böyük zaman ölçülərindən biri əsrdir. Əsr 100 ilə bərabərdir. Əsrin üçdə birinə qərinə, yaxud süls deyilir. Lakin qədimdə əsr anlayışı fərqli zaman müddətini ifadə etmişdir. Məsələn, Plini əsr deyərkən 30 il, Horatsi 110 il başa düşürdü. Klassik Şərq ədəbiyyatında işlədilən qəran sözü isə 1000 ili ifadə edir.

 

Babilistanda əsas zaman ölçüsü kasbu adlanırdı. Bir kasıba 2 saata bərabər idi. Yəhudilərdə milli ölçü vahidlərinin adı xəlakim reqa idi. Bir xəlakim 3,3 saniyə, yaxud 76 reqa idi. Çində isə fin, ko, şi vahidləri işlənirdi. 1 fen 1 dəqiqə, 1 ko 15 dəqiqə, 1 şi 120 dəqiqə idi.

 

Təqvimlərdə ilin başlanğıcı da müxtəlif olmuşdur. Misirdə Yunanıstanda yeni il 22 iyun yay günəşduruşu günü, Babilistanda, Assuriyada, İranda Pomada 21 mart yaz bərabərliyi günü girirdi. Rusiyanın kilsə-slavyan təqvimində yeni il 1 sentyabrda, mülki təqvimdə 1 martda, Pyotrın tətbiq etdiyi təqvimdə 1 yanvarda başlanırdı.

 

Hazırda dünyada yeni il iki əsas tarixdən - 1 yanvardan 21 martdan başlanır. Heç şübhə yox ki, 21 mart başlanğıcı daha doğru daha elmidir. Qriqori təqvimindən istifadə edən ölkələr ənənəvi olaraq 1 yanvarı yeni ilin ilk günü sayırlar.

 

Bəs təqvimlərdə gün vaxt başlanırdı? Yunanlar, ərəblər, almanlar, qallar yəhudilər günəşin batdığı anı (əksərən saat 18.00-ı) günün başlanğıcı saymışlar, yəni günü gecələrlə ölçmüşlər.

 

Babillilər, romalılar, hindlər iranlılar günün doğduğu anı (əksərən saat 6.00-ı) günün başlanğıcı qəbul etmişlər. Çinlilər günü gecənin yarısından başlamış o biri gecənin yarısınadək olan müddəti bir gün saymışlar.

 

Bütün təqvimlərdə günün (sutkanın) uzunluğu 24 saat olmuşdur. Qədimlərdə vaxtı bilmək üçün bir neçə üsuldan istifadə edilmişdir. Bunlardan biri insanın ya ağacın kölgəsinin uzunluğu idi. Lakin hava buludlu olduqda bu üsuldan vaz keçmək lazım gəlirdi. Su saatı (e.ə. 1600-cü ildə Misirdə kəşf olunub) günəş saatı (e.ə. 1450-ci il, Misir) daha əlverişli idi. Qum saatı da onlardan geri qalmırdı.

 

Bir neçə kəlmə fəsillər mövsümlər haqqında demək lazımdır. Bütün təqvimlərdə fəsil anlayışı vardır. Bəzilərində bu, standart 4 fəsildən (yaz, yay, payız qış), bəzilərində daha az ya daha çox fəslidən ibarət idi. Məsələn, şumerlər babilistanlılar isti soyuq fəsil adlı iki fəsil tanıyırdılar. Misirdə üç fəsil (daşqın fəsli, cücərti-biçin fəsli, quraqlıq fəsli), tropik ekvatorial ölkələrdə iki fəsil (quru rütubətli fəsil) vardı. Hind təqviminə görə, bir il hərəsi iki ay ya 60 gün olan altı fəsildən (yaz, yay, payız, gur yağışlar, qış, sərinlik). Çində bir il 4 fəsilə, 4 fəsil öz növbəsində hər biri 15 gün sürən 6 mövsümə (cəmisi 24 mövsüm) bölünürdü.

 

Azərbaycan xalq təqviminə görə bir il iki əsas dövrə bölünür. Birinci dövrə Xızır ya yaşıllıq dövrü deyilir. Bu dövr öz adını xalq arasında müqəddəs sayılan Xızır peyğəmbərdən alır. İnama görə, Xızır ilk baharda çölə-çəmənə çıxır, yaşıllığı artırır. Xızır dövrü 186 gün davam edir, 6 may - 7 noyabr arası olur.

 

Qasım dövrü isə öz adını şumerlərin qış soyuqlar tanrısı Kislimdən alır. Babil təqviminin 9-cu ayı onun adını daşıyır (müasir türk təqvimində noyabr ayına qasım deyilir). Qasım dövrü 180 gün sürür, 8 noyabrda başlayıb mayın 5-də bitir.

 

Xalq təqviminə görə qış iki əsas mərhələyə bölünür: böyük çillə bahara qədərki 50 gün. Böyük çillə (çillə, əslində, çilə - əziyyət, əzab, soyuq deməkdir) qış girən gündən, yəni 21 dekabrdan 1 fevrala qədər davam edir. Bu dövrə xalq arasında ərbəin (ərəbcə 40 deməkdir) deyilir. Ərbəinin sonu qışın yarısı hesab olunur. Böyük çillənin ən soyuq günü yanvarın 18-də müşahidə edilir. Böyük çilləyə qaraqış ya zəmhərir adı da verilir.

 

Fevralın 1-də qışın 50 günlük ikinci hissəsi başlayır martın 21-də başa çatır. Bu dövr özü bir neçə mərhələyə bölünür. Əvvəlcə 20 günlük kiçik çillə, sonra bir aylıq alaçalpov gəlir. İnama görə, alaçalpovun sonunda Koroğlunun oğlu Kürdoğlu borana düşüb mağaraya sığınır, boranın sovuşması ilə qış sona yetir.

 

 

Ramiz ƏSKƏR,

filologiya elmləri doktoru,

Bakı Dövlət Universiteti türk xalqları ədəbiyyatı kafedrasının müdiri

 

Xalq qəzeti.- 2013.- 1 yanvar.- S. 3;6.