Lindley nəslinin nümayəndələri “Azərsu” ASC-də olmuşlar

 

 Bakı şəhərinin içməli su təchizatında xüsusi əhəmiyyəti olan, bir əsrə yaxın tarixə malik, “Şollar” adı ilə məşhurlaşmış birinci Bakı su kəmərinin ideya müəllifi və layihə rəhbəri Uilyam Linldey nəslinin nümayəndələri Azərbaycanda səfərdədirlər.  Aprelin 8-də Lindley nəslinin nümayəndələri Karin Maria Marta, Eugen Jozef, Katerina Morvin, Aleksandr Horst, həmçinin Polşa Elmlər Akademiyasının siyasi araşdırmalar üzrə Elmi-Tədqiqat  İnstitutunun  direktoru, Lindley irsini araşdıran professor Riçard Zeliçovski “Azərsu” ASC-də olmuşlar.

Qonaqları salamlayan “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirmişdir ki, məşhur mühəndis Uilyam Lindleyin Azərbaycanın su təchizatı tarixində böyük xidmətləri  vardır.  U. Lindleyin  müəllifi olduğu birinci Bakı su kəməri artıq 100 ilə  yaxın bir  dövrdə istismar olunur, Bakı sakinlərinin içməli su təchizatına mühüm töhfələr verir. Q.Hüseynov demişdir ki, əsasən əl əməyi hesabına tikilən kəmər yüksək keyfiyyəti ilə seçilir. Bu kəmər indiyədək sabit məhsuldarlıqla davamlı olaraq istismar edilib və demək olar ki, əsaslı təmirə ehtiyacı olmayıb. Belə bir unikal layihənin reallaşması U. Lindleyin  dövrünün peşəkar  mütəxəssisi olduğunu bir daha təsdiqləyir. Hazırda Azərbaycanda genişmiqyaslı su təchizatı və kanalizasiya layihələrinin həyata keçirildiyini diqqətə çatdıran ASC sədri bildirmişdir ki, işlərin keyfiyyətli icrasını təmin etmək üçün podratçı təşkilatlara 2017-ci ildə 100 ili tamam olacaqŞollar” layihəsi həmişə  nümunə göstərilir.

Lindleylər ailəsi adından təşəkkürünüi bildirən Eugen Jozef  ulu babasının xatirəsinə göstərilən ehtiramı yüksək qiymətləndirmiş,  bu səfərin onlarda xoş təəssürat yaratdığını qeyd etmişdir.

Xatırladaq ki, 1853-cü ildə anadan olmuş ingilis mühəndis və inşaatçısı Uilyam Lindley həyatını şəhərlərin su təchizatının yaradılmasına həsr etmişdir. Onun adı Avropanın 30-dan çox şəhərinin (Frankfurt, Varşava, Praqa , Budapeşts.), o cümlədən Bakının su təchizatı tarixinə qızıl hərflərlə yazılmışdır. Yeri gəlmişkən,  19-cu  əsrin sonlarında Bakının su təchizatında yaranmış problemlərlə əlaqədar şəhər dumasının razılığı ilə su kəmərinin layihələndirilməsi üçün mütəxəssislər dəvət edilmişdir. Bu dəvəti müsbət dəyərləndirən ingilis mühəndisi Uilyam Lindley yeraltı suların öyrənilməsi üzrə axtarışlar aparmışdır.

U.Lindleyin layihəsi əsasında çəkilmiş birinci Bakı su kəməri mənbəyini Bakıdan 187 kilometr məsafədə – Xaçmaz rayonunun Şollar kəndindəki yeraltı sulardan götürür.  Şollar” mənbəyi 24 artezian quyusundan, eləcə də laybulaq sularından qidalanır. Kəmərin tikintisinə  XX əsrin əvvəllərində başlanılmış və  Şollarsuyu 1917-ci ildə Bakı əhalisinə çatdırılmışdır. Həmin il fevralın 18-i tarixə “Bakı-Şollar” su kəmərinin açılışı günü kimi düşmüşdür.

Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə çəkilən kəmər 100  ilə yaxındır ki, Bakı əhalisini su ilə təmin edir.  1917-ci ildən fasiləsiz fəaliyyət göstərən bu mənbənin məhsuldarlığı, demək olar ki, dəyişməyib. “Şollarilin bütün dövründə orta hesabla saniyədə 1270 litr su verir.

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2014.- 9 aprel.- S. 5.