Paytaxtımızın qonaqları üçün yeni layihə

 

Baku Guide” bələdçi kataloqunun ilk sayı çapdan çıxıb

 

Azərbaycanın turizm imkanlarının təbliği, ölkəmizə təşrif buyuran qonaqlara nümunəvi turizm xidmətinin təşkili üçün bir çox layihələr həyata keçirilir. Bu gün Bakı dünyanın ən gözəl, inkişaf etmiş şəhərlərindən biridir. Paytaxtımıza hər gün yüzlərlə turist, işgüzar səfərlərlə çoxsaylı qonaqlar gəlir. Onları Bakı ilə yaxından tanış etmək, şəhərimizin mədəni həyatı, istirahət və əyləncə imkanları barədə dolğunoperativ məlumatlandırmaq üçün müasir tələblərə uyğun şəhər bələdçi kataloquna ehtiyac var. Bu günlərdə belə bir nəşrin - “Baku Guide” bələdçi kataloqunun ilk sayı işıq üzü görüb. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat  xidmətindən  bildirilib.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, “Mədəniyyət” qəzetinin əlavəsi olaraq hazırlanan və nəfis tərtibatda, yüksək poliqrafik keyfiyyətlə çap edilən kataloq ölkəmizə gələn turistlər üçün zəngin informasiya mənbəyidir.

Kataloqda Bakının küçə, prospekt, meydanları, şəhər və şəhər ətrafında yerləşən görməli yerlər, tarixi məkanlar, mədəniyyət ocaqları, rəsm qalereyaları, teatrkonsert müəssisələri, muzeylər, kitab evləri, idman və sərgi kompleksləri haqqında təfərrüatlı məlumat verilir. Nəşrdə ay ərzində keçirilməsi planlaşdırılan mədəni-kütləvi tədbirlər, teatrkonsert müəssisələrinin repertuarları, festivallar, sərgilər, bayramlars. barədə məlumatlar, eləcə də tədbirlərin keçiriləcəyi ünvan, tarix, əlaqə telefonları yer alır.

Eyni zamanda, turistləri və şəhərimizin qonaqlarını maraqlandıra biləcək hotel, restoran, ticarət və əyləncə məkanları haqqında məlumatlar, avtomobil kirayəsi, fövqəladə hallarda yardım ala biləcəkləri çağrı mərkəzlərinin əlaqə nömrələri və s. kataloqda əksini tapıb. Bir sözlə, “Bakı haqqında hər şey” (“All about Baku”) konseptində hazırlanan nəşr hər ay oxucuların görüşünə gələcək, onları paytaxtımız haqqında, şəhərin mədəni və işgüzar həyatı barədə üç dildə - Azərbaycan, ingilisrus dilində məlumatlandıracaq. Kataloq paytaxtımızın yerlixarici qonaqları ilə yanaşı, şəhər sakinləri üçün də faydalı nəşr, dolğun məlumat mənbəyidir.

Gələn il paytaxtımızda keçiriləcək I Avropa Oyunları ərəfəsində “Baku Guide” xüsusilə böyük tirajla şəhərimizin qonaqlarına təqdim olunacaqdır.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2014.- 9 aprel.- S. 6.