Avropa İttifaqı: Azərbaycan və Ermənistan prezidentləri arasında dialoqun davam etdirilməsi ümidvericidir

 

Avropa İttifaqı hesab edir ki, Azərbaycan və Ermənistan prezidentləri arasında dialoqun davam etdirilməsi ümidvericidir. “Trendin məlumatına görə, bu barədə jurnalistlərə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard demişdir.

Malena Mard bildirmişdir ki, Aİ bu dialoqun davam edəcəyinə ümid edir. Dialoq bir çox məsələlərin irəli getməsinin yeganə yoludur: “Avropa İttifaqı danışıqların davam etməsinə çox pozitiv yanaşır”.

M.Mard qeyd etmişdir ki, Azərbaycan iləarsında ikitərəfli münasibətlər üzrə danışıqlar həm Bakıda, həm Brüsseldə davam etdirilir: “Ümid edirəm ki, bu dialoq keçmiş illərdə olduğu kimi intensivliklə davam edəcək. Azərbaycan iləarasında yaxşı əməkdaşlıq münasibətləri mövcuddur”.

Onun sözlərinə görə, ikirətəfli əməkdaşlıq üzrə bir sıra ölkələrlə danışıqlarda irəli getmişlər: “Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı ölkələri arasında mövcud olan məsələlər üzrə daha dərindən işləməyə çalışırıq”.

 

Xalq qəzeti.- 2014.- 10 aprel.- S. 4.