Jurnalistin nitq mədəniyyətinin əsasları

 

Yeni kitablar

 

Elə peşələr var ki, o peşədə uğur qazanmaq üçün təkcə dünyagörüş savad deyil, eyni zamanda, gözəl nitq qabiliyyəti əsas şərtlərdəndir. Bu baxımdan jurnalistlərin, radio-televiziya aparıcılarının səlis yazı danışıq qabiliyyətinin, aydın qüsursuz nitqinin olması, eləcə onların dilin qanunauyğunluqlarını dərindən bilməsi, ona yazılı şifahi nitqdə riayət etməsi çox önəmlidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq edilmişAzərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda dövlət dili ilə bağlı mətbuatın üzərinə düşən bir sıra məqamlar yer alıb. Bu baxımdan bu yaxınlarda professor Nəsir Əhmədlinin “Elm təhsilnəşriyyatında işıq üzü görmüşJurnalistin nitq mədəniyyətinin əsaslarıkitabı aktuallıq kəsb edir. Nəşrin elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Fəxrəddin Veysəlli, rəyçiləri BDU-nun jurnalistika fakültəsinin dekanı, əməkdar jurnalist, filologiya üzrə elmlər doktoru, professor Şamil Vəliyev, BDU-nun jurnalistika nəzəriyyəsi təcrübəsi kafedrasının müdiri, İctimai Teleradio Yayımları Şurasının sədri, filologiya üzrə elmlər doktoru, professor Cahangir Məmmədli, Azərbaycan Mətbuat Şurasının sədri, əməkdar jurnalist Əflatun Amaşovdur.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya üzrə elmlər doktoru Nəsir Əhmədlinin bu kitabında nitq mədəniyyəti ilə bağlı bir sıra vacib mövzular araşdırılıb. KitabdaNatiqlik sənətinin tarixinə bir nəzər”, “Nitq nitq mədəniyyəti anlayışlarına jurnalistika prizmasından baxış”, “Jurnalistin nitq mədəniyyətinin məntiqi əsasları”,  Jurnalistin nitq mədəniyyətinin linqvistik, publisistik əsasları”, “Jurnalistin nitq mədəniyyəti söz yaradıcılığı”, “Vizual nitq mədəniyyəti orfoqrafiya”, “Audial audiovizual nitq mədəniyyətinin əsasları”, “Orfoepiyamövzuları yer alır.

Müəllif natiqlik sənətinin tarixinə nəzər yetirməklə, cəmiyyətdə nitqin necə formalaşması ictimai hadisə olmasına diqqət çəkir. Nəşrdə vizual, audio audiovizual nitq mədəniyyətinin özəllikləri barədə məlumat verilir, nümunələrlə onların əsas cəhətləri təhlil edilir.

İstər mətbuatda, istərsə radio televiziya efirində aparıcıların nitqində bir sıra qüsurlara rast gəlmək olar. Lakin çap mediası uzun müddət saxlanıldığından  bu cür üslubi, məntiqi linqvistik səhvlər qəzet səhifələrində  daha çox nəzərə çarpır. Bu baxımdan müəllifin mövzunu izah edərkən mətbuat səhifələrindən seçdiyi nümunələrə istinad etməsi oxucunun mövzunu daha mükəmməl aydın qavramasına kömək edir.

Kitabın əhəmiyyətli cəhəti ondan ibarətdir ki, buraya müxtəlif illərdə Azərbaycan dili ilə bağlı qəbul edilmiş qərarlar, əmrlər, dövlət proqramı, sərəncamlar da daxil edilib. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər ŞurasınınDövləti lisanı türkcə qəbul edilərək müvəqqətən höküməti müəssisələrdə rus lisanı istemalına müsaidə edilməsi haqqında  (27 iyun 1918), “Birinci ikinci dərəcə ibtidai məktəblərin, həmçinin orta təhsil müəssisələrinin milliləşdirilməsi haqqındaqərarları hələ ADR dövründə ana dilimizə dövlət səviyyəsində olan hörmət diqqətin göstəricisi idi. Lakin sovet işğalından sonra rus dili hakim dil səviyyəsinə yüksəldi. Həmin illərdəSovet idarələrində kargüzarlığın rus türk dillərində aparılmasını tətbiq etmək haqqındaAzərbaycan İnqilab Komitəsinin qərarı (1921, 8 fevral), Azərbaycan SSR Konstitusiyasına Azərbaycan SSR dövlət dili barəsində maddə əlavə edilməsi haqqında  Azərbayan KP MK bürosunun qərarı (1956, 24 iyul) s. Azərbaycan dili ilə bağlı əsas hüquqi sənədlərdəndir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonraLatın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqındaAzərbaycan Respublikasının Qanunu (1991, 25 dekabr), “Azərbaycan Respublikasında dövlət dili haqqındaAzərbaycan Respublikasının Qanunu (1992, 22 dekabr), “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin fərmanı (2001, 18 iyun) s. qəbul edildi. Bu fərman sərəncamlar, sözsüz ki, Azərbaycan dilinin dövlət dili kimi daha da möhkəmlənməsi, ölkədə geniş tətbiq edilməsinin hüquqi əsaslarını bir daha təmin etmiş oldu.

Bu gün dünya getdikcə qloballaşır, sürətli dəyişikliklərə məruz qalır. Bu, sözsüz ki, ünsiyyət vasitəsi olan dilə öz təsirini göstərir. Bu baxımdan Prezident İlham Əliyevin 2012-ci il mayın 23-də imzaladığıAzərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqındasərəncam dilimizin dövlətçiliyimizin əsas rəmzlərindən biri kimi doğru mükəmməl istifadəsini özündə əks etdirir. Bu sərəncama əsasən, qəbul edilmiş dövlət proqramının əsas məqsədi dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun inkişafı, qorunması, elektron məkanda daha geniş istifadəsi, dilçilik sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, dilin inkişafını ədəbi dil normalarının qorunmasını təmin edən qanunvericilik bazasının təkmilləşdirilməsi, dilimizin lüğət tərkibinin qrammatik normalarının sistemləşdirilməsidir.

Kitab jurnalistlər, dilçi alimlər, eləcə natiqlik sənəti ilə maraqlanan oxucular üçün dəyərli vəsaitdir.

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2014.- 10 aprel.- S. 5.