Dövlət gənclər siyasəti öz bəhrəsini verir

 

Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ümummilli liderimiz Heydər Əliyev böyüməkdə olan gənc nəslə diqqət və qayğını daim ön planda saxlayıb. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın dayağı, gələcəyi adlandıran ulu öndər gənclər siyasətini dövlətin ən ümdə vəzifələrindən biri hesab edib. Buna görə də bu dahi insan istər respublikaya rəhbərliyin birinci mərhələsində, istərsə də müstəqillik illərində gənclərlə məsələsini önə çəkmiş, onların ictimai-siyasi həyatda layiqli yer tutmalarına çalışmışdır.

Müstəqillik dövrünün ilk illərində Azərbaycanda hökm sürən hərc-mərclik şəraitində çox sayda gənclər təşkilatları yaransa da, onların əksəriyyətində siyasiləşmə meyilləri öz əksini tapmışdı. Belə şəraitdə respublikanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması, ölkəhüquqi, demokratik dövlət quruculuğu prosesinin həyata keçirilməsi vəzifələri gənclərin ayrı-ayrı siyasi qurumlarda deyil, ümummilli dövlət mənafeləri əsasında səfərbər olunması, vahid gənclər siyasətinin hazırlanıb həyata keçirilməsi zərurətini meydana çıxardı.

Çətin məqamlarda xalqın xilaskarı olan ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdışının ilk dövrlərindən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab etdi. Prezident Heydər Əliyev dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi gündəmə gətirdi. Bu məqsədlə Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər, İdmanTurizm Nazirliyi yaradıldı. 1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürdü. 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirildi. Forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev şəxsən iştirak etdi.

1997-ci il fevral ayının 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən ulu öndər Heydər Əliyev “2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında” sərəncam imzaladı. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. 2 fevral 1998-ci ildə Heydər Əliyev “Azərbaycan Gəncləri Gününün birinci ildönümü münasibətilə keçirilən bədii-idman bayramında çıxış edərək gənclərə müraciətlə dedi: “Mən sizi gördükcə daha da ruhlanıram, siz mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın prezidenti sizin - gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olubbundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik.”

1999-cu il martın 2-də Azərbaycan gənclərinin ikinci forumundakı çıxışında Prezident Heydər Əliyev respublikanın ictimai-siyasi həyatında onların daha fəal iştirakı üçün şəraitin yaradılması, dövlət orqanlarının diqqətini gənclərin problemlərinin həllinə yönəltməklə bağlı tövsiyələrini verdi. Ulu öndər gənclərə həmişə böyük inam və ümidlə yanaşmışdır: Siz Azərbaycanın bu günü və gələcəyisiniz, sizin üzərinizə böyük vəzifələr düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq. Ona görə də Azərbaycan dövlətini yaratmaq, inkişaf etdirmək üçün hazır olun”. Ümummilli liderimizin gənclərin ikinci forumunda dediyi bu fikirlər tədbir iştirakçıları və bütün gənclər tərəfindən böyük razılıqla qarşılandı, hər bir gənc azərbaycanlı üçün həyat amalına çevrildi.

Elə həmin ildə ümummilli liderimiz tərəfindən imzalanan “Dövlət gənclər siyasəti haqqında” fərman bu sahəyə Prezident səviyyəsində böyük önəm verildiyinin təzahürü kimi qiymətləndirilə bilər. “Dövlət gənclər siyasəti haqqında” fərman çox geniş spektri – gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin həlli, hüquqlarının müdafiəsi, respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələləri əhatə edir. Dövlət gənclər siyasəti bu məqsəd və prinsiplərin reallaşdırılması üçün hazırlanıb, müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumlarının icrasına yönəldilib. Fərmana müvafiq olaraq ‘’Gənclər siyasəti haqqında’’ Azərbaycan Respublikasının Qanunu qəbul edilib və 9 aprel 2002-ci il tarixdə Heydər Əliyev tərəfindən imzalanıb. Gənclər siyasətinin həyata keçirilməsi əsas cavabdeh dövlət qurumu kimi Gənclər və İdman Nazirliyinə tapşırılıb.

Azərbaycan Prezidenti Heydər Əliyev ölkə gənclərinin idmanla məşğul olmalarını vacib amil sayırdı. O, eyni zamanda, idmançıların beynəlxalq yarışlarda, dünya çempionatlarında iştirakına və idmançıların dövlət qayğısı ilə əhatə olunmasına xüsusi diqqət ayırıb. Prezident Heydər Əliyev 1994-cü ildə Azərbaycanda Olimpiya Hərəkatının təbliğinin vəziyyəti, Milli Olimpiya Komitəsinin fəaliyyəti ilə tanış olmaq üçün Bakıya gələn Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samaranç, Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti Mario Vaskes Rana, Avropa Olimpiya Komitəsinin prezidenti Cak Roqu qəbul etmiş, Azərbaycanda Olimpiya Hərəkatının real vəziyyəti, onun inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.

1996-cı ildə Azərbaycan müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatılıb. Gənclərin kütləvi surətdə idmana cəlb olunması üçün Bakıda, Maştağada, Naxçıvanda, Gəncədə və başqa yerlərdə Olimpiya İdman kompleksləri istifadəyə verilib.

Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də gənclər siyasətinə eyni diqqətlə yanaşıb. Qeyd etmək lazımdır ki, 2003-cü il oktyabrın 13-də keçirilən Azərbaycan gənclərinin üçüncü forumu gənclərlə sahəsində yeni bir mərhələnin başlanğıcını qoydu. Forum çərçivəsində təşkil olunmuş müsabiqələr, olimpiadalar, festivallar, toplantılar, konfranslar, idman yarışları və hərbi-idman oyunları, ilk növbədə, gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinə, fiziki və əqli inkişafına xidmət etmişdir. Bütün bu tədbirlər həm gənclərin fəallığını artırmış, həm də əlaqədar dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının fəaliyyətinə güclü təkan vermişdir. İndi fəxrlə deyə bilərik ki, respublikamızın sosial-iqtisadi inkişafında gənclərin xüsusi yerirolu vardır.

2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)” imzalanıb. Proqrama gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası, onların sağlamlığının qorunması sahəsində tədbirlərin həyata keçirilməsi, kütləvi bədən tərbiyəsinin və idmanın inkişaf etdirilməsi, ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün şəraitin yaradılması kimi vəzifələr daxil edilib.

Dövlət başçısının fərmanı ilə Gənclər və İdman Nazirliyi 2006-cı ildə yenidən təşkil edilib, gənclər siyasətinin əsas icra orqanı qarşısında yeni vəzifələr qoyulub. Azərbaycanda Gənclər Günü ilə bağlı hər il silsilə tədbirlərin təşkil olunması, təhsil və digər sahələrdə yüksək nailiyyətlər qazanmış gənclərin xüsusi mükafatlarla təltif edilməsi, gənclər tərəfindən təqdim olunmuş layihələrin maliyyələşdirilməsi, istedadlı gənclərin beynəlxalq müsabiqələrdə, konfrans-seminarlarda iştirakının təmin edilməsi, müxtəlif istiqamətlər üzrə yarışların keçirilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2007-ci il “Gənclər ilielan edilmişdir. Dövlət başçısı Azərbaycan gəncliyinin savadına, bacarığına, gələcəyinə böyük inamla yanaşdığını bildirmişdir: “... Hər bir insanın gücü, əlbəttə ki, onun biliyindən asılıdır. Ona görə mən əminəm, gənclərimiz bunu yaxşı başa düşürlər ki, yaxşı bilik almaq, yaxşı savad almaq və istənilən sahədə peşəkar olmaq hər bir gəncin, hər bir insanın həyatda yaxşı yer tutmasına gətirib çıxaracaqdır”.

3 oktyabr 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkə gənclərinin beşinci forumunda çıxış edərkən dövlətin gənclərlə bağlı siyasətinin gələcəyə ünvanlandığını, onların elmdə, təhsildə, mədəniyyətdə və idmanda əldə etdiyi göstəricilərin respublikamız üçün qürurverici olduğunu, gənclərin birinci forumundan keçən müddət ərzində onlarla aparılan sahəsində qanunvericilik bazasının yaradıldığını, hüquqi-normativ aktların daha da təkmilləşdirildiyini bildirib.

Ölkəmizin rəhbəri İlham Əliyev 1997-ci ildən həm də Milli Olimpiya Komitəsinin prezidenti kimi gənclər siyasətinə xüsusi diqqətlə yanaşır. Onun rəhbərliyi altında idmançılarımız dünyaAvropa birinciliklərində yüksək nəticələr qazanmışlar. Müstəqil dövlət kimi iştirak etdiyimiz son beş Olimpiya oyunlarında əldə edilən çoxsaylı medallar, habelə qələbə qazanan gənc idmançıların layiqincə mükafatlandırılması onlara göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Bu gün Azərbaycan gəncləri cəmiyyətin fəal üzvləri kimi ictimai-siyasi həyatın bütün sahələrində uğurla çalışırlar. Onlar öz sevimli rəhbərləri ilə fəxr edirlər. Yaxşı bilirlər ki, İlham Əliyev verdiyi sözə əməl edən liderdir. Buna görə də möhtərəm Prezidentimizin ətrafında daha sıx birləşən gənclərimiz yeni zirvələr fəth etmək, müstəqil Azərbaycan dövlətinin daha da çiçəklənməsi naminə var qüvvələrini əsirgəməmək əzmindədirlər.

 

 Telman ƏLİYEV

 

Xalq qəzeti.- 2014.- 1 aprel.- S. 4.