Kəlbəcərə gedən yol...

 

21 il keçdi... Ayaq üstə güclə dayanan babasının qolundan möhkəm-möhkəm tutan o yeniyetmənin heç 21 yaşı yoxdur. Kəlbəcərin üzünü belə görməyib. Amma elə danışır ki, sanki 21 il qabaq orada olub. Erməninin adı çəkiləndə qeyri-ixtiyari yumruqları düyünlənir. O, uca dağlardan, yamyaşıl dərələrdən, büllur bulaqlardan söz salır, Kəlbəcərə getmək arzusunu dilə gətirir, gözləri dolur. Zalda əyləşənlərin də çoxu kövrəlir. Gözləri görməyən babası nəvəsini sakitləşdirmək istəyir, əlini onun başına çəkir, sonra üz-gözündə gəzdirir. Ani sükutu Aqil müəllimin sözləri pozur:

- Şakir əmi, axı sən niyə bura gəlirsən? Elə ay yoxdur ki, Göygöldə olmayım, sizinlə görüşməyim. Nəzərdə tutmuşuq, növbəti ev bölgüsündə mütləq mənzillə təmin olunacaqsınız...

Təsvir etdiyim mənzərə bu yaxınlarda Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının qəbulunda baş verib. Düzü, digər rayonda keçirilən bir tədbirə çatmaq üçün qəbulda cəmi 2 saat iştirak edə bildim. Amma bu iki saat o qədər “ağır saatidi ki, ona tab gətirmək sizə asan gəlməsin. Sonradan öyrəndim ki, səhər saat 11-də başlayan qəbul axşam saatlarında, təxminən 9-10 radələrində başa çatıb.

Ona görə “ağır saatsözünü işlədirəm ki, köçkün həyatı yaşamaq, ümumiyyətlə, ağır dərddir. Təsəvvür edin ki, rayon rəhbərinin qəbuluna gələnlərin əksəriyyəti ev, , maddi yardım istəyir. Hamının istəyini həmin an həyata keçirmək isə sadəcə mümkün deyil.

Amma diqqətimi daha çox çəkən kəlbəcərlilərin dözümü, nikbin olması, ölkə Prezidenti İlham Əliyevin onlara olan diqqət və qayğısını yüksək qiymətləndirmələri oldu. Qəbula gələn Mehparə Abbasova, Araz İsmayılov, Ramiz Cəfərov, Səfurə Alıyeva, Telman Əsədov və onlarca başqalarının bir-birindən fərqli problemləri, qayğıları, istəkləri olsa da, bütövlükdə qaçqın və köçkünlərə olan sonsuz diqqəti hər biri dilə gətirdi. Hətta hələlik Gəncədəki “Energetik” yataqxanasından yer istəyən Almaz ZamanovaDünyada eyni cür problemləri olan ikinci bir dövlət tanımıram ki, öz sakinlərinə bu qədər ev tikib paylasın. Darıxmıram, bilirəm ki, tezliklə biz də mənzil alacağıq”, - dedi.

Ev-eşiklərindən didərgin salınmış kəlbəcərlilər üçün, doğrudan da, son illər çoxlu sayda mənzil tikilib istifadəyə verilib. Elə bu yaxınlarda, dəqiq desək, yeni il ərəfəsində Gəncədə böyük bir yaşayış kompleksi tikilib istifadəyə verildi. Ən müasir yaşayış kompleksidir. Burada 1500 ailə üçün hər biri 60 mənzildən ibarət 25 ədəd beşmərtəbəli yaşayış evləri, 1200 şagird yerlik üçmərtəbəli məktəb, 280 uşaq üçün körpələr evi, 500 yerlik mədəniyyət mərkəzi, incəsənət məktəbi, həkim məntəqəsi, 2048 nömrəlik avtomat telefon stansiyası üçün bina, Kəlbəcər Rayon İcra Hakimiyyəti üçün üçmərtəbəli inzibati bina, 2 yerdə örtülü idman meydançası və digər obyektlər inşa olunaraq istifadəyə verilmişdir.

Müasir bir şəhərcikdir. Özüçox qısa vaxt ərzində yaradılıb. Mən tez-tez oradan keçirdim. İnşaatçılar gecələr işləyirdi. Hiss olunurdu ki, xüsusi nəzarət olan bir obyektdir. Nəticədə yuxarıda qeyd etdiyim kimi, minlərlə kəlbəcərli yeni il gecəsini təzə mənzillərində qeyd etdilər. İllər uzunu yataqxanalarda,  şəraiti olmayan digər yerlərdə yaşayanlara tamamilə başqa bir şəraitdə yaşamaq nəsib oldu. Ümumiyyətlə, son illər respublikanın müxtəlif bölgələrində məcburi köçkünlər üçün inşa olunmuş evlərə qəsəbələrə Kəlbəcər rayonundan olan 1764 ailə köçürülmüşdür. Keçən il Bərdə rayonunun ərazisində inşa edilmiş 866 ailəlik qəsəbədən 70 ailəyə, Mingəçevir şəhərində 41 ailəyə, Qəbələ rayonunda 70 ailəyə yeni mənzillər verilmişdir. Ölkə başçısının göstərişi tapşırığı ilə 2014-cü ildə bu istiqamətdə işlər davam etdirilir.

Yeni ilin əvvəlində Gəncə şəhəri ərazisində ayrılmış 60 hektar sahədə 600 ailə üçün fərdi yaşayış evlərindən ibarət yeni qəsəbənin tikintisinə başlanılmışdır. Digər bölgələrdə yeni evlər qəsəbələr inşa olunacaqdır.

...1993-cü ilin aprelin 2-si ondan sonrakı günlər bir kino lenti kimi gözlərim önündən getmir. Minlərlə qoca, qadın, uşaq Murovdağdan ta Gəncəyə kimi uzanan yollara səpələnmişdi. Evsiz-eşiksiz, ərzaqsız qalan kəlbəcərlilər Gəncəyə pənah gətirmişdilər. Gəncə ilə Xanlar (indiki Göygöl) rayonu arasında, yolun kənarında təşkil olunmuş qərargahın qarşısına toplaşanların sayı-hesabı yox idi. Hamı sığınacaq, pal-paltar, sursat istəyirdi. Bəli, onlar doğma torpaqlarından didərgin salınmışdı. Ermənistanın işğalçı ordusu Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən Kəlbəcər rayonu əhalisinə divan tutmuşdu, insanlığa sığmayan vəhşiliklər etmişdi.

Bir neçə gün davam edən döyüşlərdən sonra Azərbaycanın ən səfalı guşələrindən biri, zəngin təbii sərvətləri, tarixi abidələri olan Kəlbəcər düşmənə təslim olmuşdu. Ərazisi 1936 kvadratkilometr, əhalisinin sayı 60 min nəfərə yaxın olan Kəlbəcər artıq erməni tapdağında qalmışdı. Burada 511 nəfər dinc sakin öldürülmüş, 321 nəfər əsir götürülmüş ya itkin düşmüşdü.

Kəlbəcərdə 130 yaşayış məntəqəsi düşmənin əlinə keçmiş, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana, 13 min fərdi ev, yüzlərlə tarixi abidə, 37 min 852 hektar meşə sahəsi, digər təbii ehtiyatlar, eləcə , zəngin qızıl yataqları dağıdılmış talan edilmişdir. O dövrlər üçün Kəlbəcərə bütövlükdə 703 milyard 528 milyon rubl ziyan vurulmuşdur.

Erməni vandalları tərəfindən  Kəlbəcər işğal olunduqdan sonra tarixi abidələrin əksəriyyəti məhv edilib. Vənd kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndində Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində eyniadlı qala, Camışlı kəndində Keşikçi qalası, şəhərdəki məscid, Taglıdaş körpüsü, tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Seyid Əsədullanın ziyarətgahı digər tarixi abidələr, obyektlər darmadağın edilmişdir. Səbəb isə bəlli idi. Daim başqalarının torpaqlarına göz tikən ermənilər izi itirmək, sonradan bu yerlərin onlara məxsus olduğunu iddia etmək. Amma tarixi saxtalaşdrımaq indiyədək heç kimə qismət olmayıb, o cümlədən bədbəxt erməni millətindən olan daşnaklara, soyğunçulara, vandallara. Axı dağıdılır-dağıdılsın, silinir-silinsin, “Kəlbəcərtoponiminin mənşəyi qədim türk dilindəçay üstündə qalademəkdir. Kevliçayın üstü”, “çerqala mənasını verir.

Yeri gəlmişkən, Kəlbəcərdəki toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün həmin toponimlərdə yaşayır. Bura ən qədim insan məskənlərindən biridir. Yəni ibtidai insanın təşəkkül tapması formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Həmin dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir.

Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm bu yerlərdə yaradılıb. Burada 30 min ildən çox tarixi olan qədim yaşayış məntəqələri, 6 min yaşa malik qala təsvirləri, çöpşəkilli qədim türk əlifbası nümunələri aşkar edilib.

Bax, bunlardır erməniləri narahat edən, vandalizmə sürükləyən. Amma bütün bunların heç bir faydası yoxdur.Dünya ictimaiyyəti bilir ki, Kəlbəcər Azərbaycanın dədə-baba torpaqlarıdır. İşğaldan sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Digər sənədlər ortaya qoyulub ermənilərin işğalçı olduğu çoxdan sübuta yetirilib.

Hazırda Azərbaycanın 56 rayon şəhərinin 707 yaşayış məntəqəsində məskunlaşan kəlbəcərlilər doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyir bilirlər ki, o gün uzaqda deyil. Ən uca nöqtədən – 3724 metr yüksəklikdə yerləşən Murovdağın Camışdağ zirvəsinədək uzanıb gedəcək yolun yaxın olsun, ulu Kəlbəcər!

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2014.- 2 aprel.- S. 4.