Bütün dünyabir sərgi: “AITF-2014”

 

Aprelin 5-də Bakı Ekspo Mərkəzində Azərbaycanın bütün Qafqaz regionunun turizm sənayesi üzrə ən böyük ixtisaslaşdırılmış tədbiri olan XIII Azərbaycan Beynəlxalq turizm səyahətlər (“AITF-2014"), 8-ci Qafqaz  Beynəlxalq mehmanxana, restoran supermarketlər üçün avadanlıq ləvazimatlar (”Horex Caucasus-2014") sərgiləri başa çatmışdır.

AzərTAc xəbər verir ki, aprelin 3-də açılışı keçirilən sərgilərin  təşkilatçıları qismində isə ənənəvi olaraqIteca Caspian” MMC onun Böyük Britaniyadan olan tərəfdaşı “ITE Group plc” şirkətləri çıxış etmişlər.

 

“AİTF-2014” – turizm səyahətlər aləminin yeni üfüqləri

 

Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti dünyanın aparıcı investisiya şirkətlərinin respublikamıza cəlb edilməsinə, sahibkarlığın, eləcə turizmin inkişafına xidmət edən dövlət proqramlarının uğurla həyata keçirilməsinə şərait yaratmışdır. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət respublikamızda turizmin inkişafına öz töhfələrini verməkdədir. Ənənəvi olaraq keçirilən “AITF” sərgiləri turizm sənayesinin inkişafına dəstək olmaqla bərabər, onun marşrutlarının tanıdılması baxımından da önəmlidir.

Aprelin 4-də Prezident İlham Əliyevin “AITF-2014" sərgisini ziyarət etməsi, nümayiş olunan ekspozisiyalarla tanışlığı da dövlət səviyyəsində bu sahəyə göstərilən diqqət qayğının bariz nümunəsidir. Əgər ötən il ”AITF" sərgisində 35 ölkədən 251 şirkət iştirak edirdisə, builki tədbirə dünyanın 38 ölkəsindən 351 şirkət təşkilatın qatılması beynəlxalq aləmdə bu sərgiyə artan marağın göstəricisidir.

İştirakçılarının 60 faizdən çoxunu xarici, 40 faizini isə yerli şirkətlərin təşkil etdiyi “AITF-2014" Azərbaycanda yaz sərgi mövsümünün parlaq başlanğıcına çevrilmişdir. Burada səmərəli üçün yaxşı təchiz edilmiş stendlər ziyarətçilərin böyük marağına səbəb olmuşdur. Builki sərgi eksponatların tərkibinə görə rekord göstəriciləri ilə fərqlənir. Ümumilikdə, ”AITF-2014" sərgisində turoperatorlar turizm agentlikləri lüks-turizm, otellər, macəralı elit istirahət, işgüzar səfərlərin təşkili, habelə idman, ekoloji maarifləndirici turizm s. istiqamətləri nümayiş etdirmişlər. Hər bir ziyarətçi bu sərgidə işgüzar danışıqların aparılması, habelə turizm biznesi üzrə həmkarlarının yeniliklərini qiymətləndirmək üçün gözəl fürsət əldə etmişdir.

“AITF” sərgisi iştirakçıların sayından əlavə, digər bir rekord göstərici ilə tarixin yaddaşına düşmüşdür. Builki sərgidə əvvəlki illərlə müqayisədə milli stendlər daha çox olmuşdur. Sərgidə Azərbaycandan əlavə, öz səfirliklərinin rəsmi ölkələrinin milli turizm agentliklərinin dəstəyi ilə Argentina, Bolqarıstan, Macarıstan, Yunanıstan, Gürcüstan, Dominikan Respublikası, Misir, Xorvatiya, Hindistan, İndoneziya, İtaliya, Çin, Malayziya, Mərakeş, Sloveniya, Rusiya, Tailand, Türkiyə, Fransa, Monteneqro Çex Respublikasından 24 milli regional qrup iştirak etmişdir.

Bundan əlavə, bu il sərgiyə Litva, Xorvatiya, Rusiya Monteneqrodan turizm sənayesi üzrə beynəlxalq ekspertlər Rusiya Federasiyasının Stavropol diyarından, eləcə digər ölkələrdən nümayəndə heyətləri qatılmışlar.

Bütün dünya - Bir sərgişüarını tam doğruldan “AITF-2014"- ziyarətçilər 80-dən çox turizm marşrutu ilə tanış olmaq imkanı qazanmışlar. Bunların sırasında Misir, Gürcüstan, Macarıstan, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, Sloveniya, Tailand, Monteneqro s. ölkələr xüsusi yer tutur. Eyni zamanda, bu sərgi turizm bazarında həm maraqlı istiqamətlərin, həm yeniliklərin nümayişi ilə yadda qalmışdır. ”AITF-2014"- Argentina, Dominikan Respublikası, Çin Xorvatiya yeni turizm marşrutları ilə turistlərin diqqətini cəlb edirdisə, birillik fasilədən sonra Hindistanın, Yunanıstanın Malayziyanın milli stendlərinin yenidən sərgidə öz yerlərini tutmaları da sevindirici haldır. Sərginin debütantları arasında isə Şri-Lanka, Keniya Cənubi Afrika Respublikasının turizm şirkətləri yer almışdır.

“AITF-2014" sərgisində tibbi turizm istiqamətini nümayiş etdirən iştirakçıların sayı əhəmiyyətli dərəcədə artmışdır. Bu turizm istiqamətinə xarici tibbi mərkəzlər, özəl dövlət klinikaları, eləcə Almaniya, Yunanıstan, İsrail, Kipr, Litva, Rusiya, Türkiyə İsveçrənin diaqnostika mərkəzləri daxil idi. Ziyarətçilər Azərbaycan sanatoriyalarının nümayiş etdirdikləri dünyada məşhur olan Naftalan neftinin müalicəvi xassələri ilə yaxından maraqlanmışlar.

Xüsusi vurğulamaq lazımdır ki, sərgidə maraqlı turizm istiqamətlərinin elan edilməsi bazar yeniliklərinin təqdimatı uğurla bir araya gətirilmişdir. Milli qruplar, beynəlxalq nümayəndəliklər, quru, hava dənizlə daşıma şirkətləri, müxtəlif ölkələrin mehmanxana biznesinin nümayəndələri, turizm ticarət assosiasiyaları turizm xidmətlərinin geniş çeşidini təqdim etmişlər. Ziyarətçilərin böyük maraq göstərdikləri yeni sahələr arasındaXarici ölkələrdə daşınmaz əmlakTibbi turizmsektorları xüsusilə seçilmişdir. Bu yeni istiqamətlər Türkiyə, Almaniya, İsveçrə, İsrail, Rusiya, Litva, Yunanıstan Kiprin özəl, dövlət klinikaları, habelə diaqnostik mərkəzləri tərəfindən təqdim edilmişdir.

Azərbaycan regionlarının milli pavilyon çərçivəsində irimiqyaslı iştirakı sərginin ən maraqlı koloritli hadisəslərindən biri olmuşdur. Ölkə üzrə turizm paketinin müxtəlifliyi istənilən turizm proqramını zənginləşdirə bilər. Regional ekspozisiyada Qəbələ, Qax, Quba, İsmayıllı, Zaqatala, Lerik, Masallı, Mingəçevir, Xaçmaz, Şamaxı, Şəmkir, Şəki, Naxçıvan Muxtar Respublikası Sumqayıt şəhəri bu amili əsas götürərək turizm fəaliyyətinin müxtəlif növlərini, o cümlədən kənd ekoloji turizm, salçılıq, dağ-xizək dəniz kurortları s. üçün imkanlarını nümayiş etdirmişlər.

Dünya Sərgi Sənayesi Assosiasiyasının keyfiyyət nişanına layiq görülən “AITF” sərgisi Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin rəsmi dəstəyi, Dünya Turizm Təşkilatı, Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası, Azərbaycanda İxracın İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK)  himayədarlığı ilə baş tutmuşdur.

 

Horex Caucasus 2014”: müasir təmayüllər

 

yeni texnologiyalar...

 

“AITF-2014" ilə eyni vaxtda keçirilənHorex Caucasus- 2014" sərgisinin ekspozisiyası isə uğurlu biznes üçün lazım olan bütün avadanlıq ləvazimatları özündə ehtiva etmişdir. Buraya müasir otel mebeli, interyer tekstil, mətbəx avadanlığı qəhvə bişirmə maşınları, otellərin sağlamlıq SPA salonları üçün kosmetika, eləcə eksklüziv məhsul içkilər, təmizlik gigiyena avadanlığı, qab-qacaq, otelin idarə edilməsi təhlükəsizliyi üzrə informasiya texnologiyalarının həll variantları daxildir. Bu ilin yenilikləri arasındalükskateqoriyalı supermarketlər üçün kompleks avadanlıq sərgi ziyarətçilərinin böyük marağına səbəb olmuşdur.

Horex Caucasus-2014" sərgisində Azərbaycan, Almaniya, Gürcüstan, Niderland Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Türkiyə İsveçrədən olan aparıcı şirkətlər təmsil olunmuşlar. Sərginin daimi iştirakçıları arasında ”Art Nishan", “Asena”, “Faber Chemical & Medicine”, “Horeca”, “HRS”, “Kymberly Clark Advent”, “Muehldorfer”, “REM Services Tanayşirkətləri, eləcə müasir avadanlıqların yerli istehsalçısı “Titan Group”, “Wanzi digərləri vardı. Builki sərginin debütantları olanAzer Co (Milla)”, “Base7Booking”, “Ekipan”, “Fina”, “Swissam Hospitality Business School”, “Zivella s. şirkətlər diqqəti daha çox cəlb etmişdir.

Vurğulamaq lazımdır ki, sərginin özünəməxsusluğu təkcə restoranlar mehmanxanalar üçün yüksək keyfiyyətli avadanlığın nümayiş etdirilməsindən ibarət olmamışdır. Sərgi çərçivəsində məhsul xidmətlərin təqdimatları da keçirilmişdir. Bu da ziyarətçilərin böyük marağına səbəb olmuşdur. Qida sənayesi üzrə xarici mütəxəssislərin gah zərif blüz musiqisinin, gah da oynaq Latın Amerikası melodiyalarının müşayiəti ilə keçirdikləri kulinariya üzrə ustad dərsləri məsləhətləri ən tələbkar qurmanların aşpazların ürəyincə olmuşdur.

Bir sözlə, “AITF-2014" və ”Horex Caucasus-2014" sərgiləri Azərbaycanın zəngin turizm potensialını xarici iştirakçılara əyani şəkildə nümayiş etdirməklə yanaşı, ölkəmizin etibarlı turoperator kimi tanıdılmasına da xidmət etmişdir.

 

Xalq qəzeti.- 2014.- 6 aprel.- S. 2.