İsmayıllıda “Dövlət və din: milli-mənəvi və ənənəvi dəyərlərimizin qorunması” mövzusunda ikigünlük konfrans işə başlamışdır

 

Aprelin 11-də İsmayıllıdakı Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Dövlət və din: milli mənəvi və ənənəvi dəyərlərimizin qorunması” mövzusunda ikigünlük konfrans işə başlamışdır.

Dövlət Komitəsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, konfrans iştirakçıları, o cümlədən rayonun dini icmalarının sədrləri, din xadimləri, eləcə də ictimaiyyətin nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad etmiş, İsmayıllı şəhərindəki abidəsi önünə əklil və tər güllər düzmüşlər.

Tədbirdə əvvəlcə Prezident İlham Əliyevin təşəbbüsü ilə bərpa olunmuş, Qafqazın ən qədim məscidlərindən olan Şamaxı Cümə məscidinin timsalında milli mənəvi dəyərlərimizə göstərilən qayğı ilə bağlı “Əbədi işığın abidəsi” sənədli filmi nümayiş etdirilmişdir.

Konfransı açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov tədbirin əsas məqsədinin dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb edilməsi olduğunu diqqətə çatdırmışdır. Bu prosesdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayan Dövlət Komitəsinin sədri hazırda Prezident İlham Əliyevin milli mənəvi dəyərlərimizin, dinimizin inkişafı üçün həyata keçirdiyi tədbirlərdən danışmışdır. E.İsgəndərov dövlətin din siyasətinin müsbət dünyəviçilik əsasında qurulduğunu vurğulayaraq bunun nümunəsi olaraq dövlətimizin başçısının qayğısı nəticəsində son on il ərzində ölkədə 216 məscidin inşa, əsaslı təmir edildiyini, yaxud yenidən qurulduğunu, o cümlədən dövlət vəsaiti hesabına 10 məscidin tikildiyiniya əsaslı bərpa olunduğunu demişdir.

Daha sonra DQİDK tərəfindən son vaxtlarda radikal dini cərəyanların və hərəkətlərin qarşısının alınması istiqamətində həyata keçirilmiş işlər haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, bu istiqamətdə son üç ayda ondan çox qısamüddətli təlim kursları keçirilmiş, ona yaxın ədəbiyyat nəşr olunmuş, bir sıra dini icmaların  yenidən dövlət qeydiyyatına dəstək verilmiş, icmaların nizamnamələrinin qanunvericiliyə uyğunluğunun yoxlanması işlərinin mexanizmi hazırlanmış və tətbiq edilmişdir.

Prezident Administrasiyasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə dövlət müşavirliyinin nümayəndəsi Müzəffər Talıblı Prezident İlham Əliyev tərəfindən yeni xidmətin yaradılmasını həmin sahəyə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirmişdir.

Milli Məclisin deputatı Novruz Aslanov tədbirin təşkilinə görə Dövlət Komitəsinə təşəkkürünü bildirmiş, Azərbaycanda din sahəsində maarifləndirmə işinin müasir tələblərə uyğunlaşdırılmasında bu cür konfransların mütəmadi keçirilməsinin zəruriliyini vurğulamışdır.

 Ölkəmizdə bütün dinlərə yaradılan əlverişli şəraitdən danışan Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev vurğulamışdır ki, bu gün dindarların əsas vəzifələrindən biriinkişaf edən Azərbaycanın çiçəklənməsinə töhfələrini verməkdir.

Tədbir çərçivəsində İsmayıllıdan və ətraf rayonlardan dövlət qeydiyyatına alınmış beş icmaya şəhadətnamələr təqdim edilmişdir.

Konfrans işini “Milli-mənəvi dəyərlərimizə baxış: tarixilikmüasirlik”, “Dini radikalizmonunla mübarizə üsulları”, “Din xadimlərinin fəaliyyət perspektivləri”, “Azərbaycanda dövlət-din münasibətləri və dini icmalar”, “Cəmiyyətin inkişafı və dini dəyərlər” mövzularında iclaslarla davam etdirmişdir.

 

Xalq qəzeti.- 2014.- 12 aprel.- S. 3.