Azərbaycan dinamik inkişafa yönəlmiş strateji vəzifələri uğurla həyata keçirir

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə həyata keçirilən modernləşmə proqramı və uğurlu sosial-iqtisadi  siyasət nəticəsində ölkədə yüksək iqtisadi artım dinamikası formalaşmış, dayanıqlı makroiqtisadi sabitlik şəraitində bu iqtisadi artımın sosial rifaha və yüksək həyat standartlarına sürətli transformasiyası baş vermişdir.

Azərbaycanın ardıcıl islahatlarasistemli proqramlara əsaslanan dinamik sosial-iqtisadi inkişafı keçən  ilbu ilin ötən aylarında da uğurla davam etdirilmişdir. Hökumətin fəaliyyətinin əsasını təşkil edən iqtisadi inkişafın başlıca hədəfi xalqın rifahının yüksəldilməsidir. Bu məqsədə nail olunması üçün makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyatın şaxələndirilməsi və regionların davamlı inkişafı təmin edilmişdir.

Ölkə Prezidenti İlham Əliyev Azərbaycan xalqının milli bayramı – Novruz münasibətilə ümumxalq şənliyindəki nitqində demişdir: “Son on il ərzində Azərbaycan kimi iqtisadi sahədə sürətlə inkişaf edən ikinci ölkə olmayıb. Bu, böyük tarixi nailiyyətimizdir. Ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilir, iqtisadi potensialımız artır, iqtisadiyyat üç dəfədən çox artıb. Ölkədə böyük sosial layihələr, sosial proqramlar icra edilir, iqtisadi islahatlar, eyni zamanda, sosial məsələlərin həllində də bizə kömək göstərir”.

Dövlət başçısı həmçinin qeyd etmişdir ki, iqtisadi potensialın artırılması üçün daha geniş imkanlar var. Çünki ölkə iqtisadiyyatı  artıq şaxələndirilmişdir. Keçən il qeyri-neft sektoru təxminən 10 faiz, bu ilin iki ayında isə təxminən 9 faiz artmışdır. Yəni, bu, onu göstərir ki, iqtisadiyyatla bağlı qarşıda duran əsas vəzifələr uğurla icra edilir. Gələcək illərdə bu sahədə islahatlar davam etdiriləcək. Azərbaycanda çox güclü sənaye potensialı yaradılacaq. Bundan sonra Azərbaycan iqtisadiyyatı qeyri-neft sektoru hesabına inkişaf edəcək. Artıq bölgələrdə aparılan işlər, sənayenin, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyi məsələləri ilə bağlı olan təşəbbüslər öz səmərəsini verməkdədir.

Prezident İlham Əliyev daha sonra demişdir: “Biz iqtisadi sahədə apardığımız islahatlarla dünyanın aparıcı iqtisadi qurumlarının da yüksək qiymətlərinə layiq ola bilmişik. Bu gün dünyanın aparıcı iqtisadi qurumu olan Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 39-cu yerə layiq görüb. Bu, islahatlar nəticəsində əldə edilmiş uğurlardır. Ancaq istənilən islahat ilk növbədə, insanların həyat şəraitinin yaxşılaşmasında özünü büruzə verməlidir və bu, özünü göstərir. Bu gün yoxsulluq şəraitində yaşayan soydaşlarımızın sayı getdikcə azalır, işsizlik aradan götürülür”.

Son  illərdə iqtisadiyyatda əldə olunmuş yüksək nəticələri aşağıdakı rəqəmlər bir daha əyani təsdiq edir. Belə ki, son on il ərzində ümumi daxili məhsulun həcmi 3,2 dəfə, sənaye məhsullarının istehsalı 2,7 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı 1,5 dəfə, investisiya qoyuluşu 5,2 dəfə, o cümlədən qeyri-neft sahəsinə 15,3 dəfə, kredit qoyuluşları 23 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə, minimum əməkhaqqı 11,7 dəfə, pensiyaların orta məbləği 7,2 dəfə, banklardakı əmanətlər isə 25,4 dəfə artmışdır. Yoxsulluğun səviyyəsi 7,4 dəfə azaldılmış, 1 milyon 200 min yeni yeri yaradılmışdır.

Sözügedən dövrdə  dövlət büdcəsinin xərcləri 15,5 dəfə yüksəlmişdir. O cümlədən artım sosialyönümlü xərclərdə 7,2 dəfə, səhiyyədə 11,2 dəfə, təhsildə 6,1 dəfə, mədəniyyət və idman sahələrində isə 8,8 dəfə təşkil etmişdir.

Əvvəlki illərdə olduğu kimi, ötən ildə də sosial-iqtisadiinstitusional islahatların dərinləşdirilməsinə xüsusi diqqət yetirilmişdir. Bu istiqamətdə atılmış ən önəmli addımlardan biri dövlət başçısının şəxsi təşəbbüsü ilə yaradılmış “ASAN xidmət”in innovasiyalar əsasında qurulmuş fəaliyyətinin genişləndirilməsi olmuşdur. Nəticədə əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti əsaslı surətdə yaxşılaşdırılmış və şəffaflıq prinsipləri təmin edilmişdir.

Ötən il ümumi daxili məhsulun real artımı 5,8 faiz, qeyri-neft sektorunda isə 10 faiz olmuşdur. Bütün maliyyə mənbələri hesabına ölkə iqtisadiyyatına 22 milyard manat investisiya cəlb edilmişdir. Ümumi investisiyaların 74,3 faizi qeyri-neft sektorunun payına düşmüşdür. İllik inflyasiya 2,4 faiz səviyyəsində qeydə alınmışdır. Əhalinin gəlirləri 8 faiz artmış, onun adambaşına düşən hissəsi 4 min manatı ötmüş, yoxsulluğun səviyyəsi isə 5,3 faizə düşmüşdür.

Minimum əməkhaqqı, pensiyaların baza hissəsi və dövlət təşkilatlarında çalışanların maaşları artırılmış, ümumilikdə ölkə üzrə orta aylıq məvacib 6,2 faiz artırılaraq 423 manata çatdırılmışdır.

Qazanılmış uğurların əsas səbəblərindən biri 2013-cü ilin dövlət büdcəsinin yüksək səviyyədə icra olunması ilə bağlıdır. Belə ki, onun mədaxilinin proqnozu 101,8 faiz yerinə yetirilərək 19,5 milyard manat təşkil etmişdir. Bundan başqa, dövlət büdcəsinin xərclərində sosial təyinatlı xərclərin xüsusi çəkisi 32,6 faiz təşkil edərək 6,2 milyard manat məbləğində olmuşdur.

Ölkədə həyata keçirilən tarazlaşdırılmış maliyyə və pul siyasəti inflyasiyanın aşağı səviyyədə saxlanılmasına və manatın sabitliyinin qorunmasına zəmin yaratmışdır. Belə ki, bu ilin əvvəlinə 50 milyard ABŞ dolları məbləğinə çatdırılan və ümumi daxili məhsulun təqribən 70 faizi səviyyəsində olan strateji valyuta ehtiyatları Azərbaycanın sosial-iqtisadi inkişafını şərtləndirən mühüm amillərdən birinə çevrilmişdir. Onu da xatırladaq ki, keçən il əhalinin banklardakı əmanətləri 25,1 faiz artaraq 6,4 milyard manatı ötmüşdür.

Bu gün ölkəmizin ciddi borc probleminin olmaması da reallaşdırılan düzgün sosial - iqtisadi siyasətin nəticəsidir. Maliyyə Nazirliyinin məlumatına görə, hazırda xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 8,2 faiz təşkil edir. Bu göstərici  Türkiyədə 36 faiz, Rusiyada 14,1 faiz, Gürcüstanda 32,9 faiz, Macarıstanda 79,8 faiz, Slovakiyada 34,3 faiz, Çexiyada 40,2 faizdir.

Göstərilən uğurların  dünyada 2008-ci ildən bəri davam edən qlobal maliyyə və iqtisadi böhran şəraitində mümkün olması da diqqətçəkən məqamdır.

Ölkə regionlarının, Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası da təmin edilmişdir. Proqramlar çərçivəsində yollar çəkilmiş, əhalinin qaz, elektrik enerjisi, su təchizatı və sosial infrastruktur əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır. Bölgələrin prioritet inkişafını nəzərə alaraq Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlıq subyektlərinə verilmiş güzəştli kreditlərin 70 faizindən çoxu regionlara istiqamətləndirilmişdir. Ümumilikdə regionların inkişafı proqramlarının icrasına 50,7 milyard manat, o cümlədən ikinci proqramın icrasına 34,7 milyard manat vəsait yönəldilmişdir.

Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində görülmüş əhəmiyyətli işlər xüsusi vurğulanmalıdır. Son on ildə 3400 kilometrdən artıq içməli su xətti, 1200 kilometrdən çox kanalizasiya xətti, xeyli sayda su anbarı, nasos stansiyası və kəndlərdə modul tipli sutəmizləyici qurğular inşa edilmişdir. Görülmüş işlərin məntiqi nəticəsi olaraq, ölkə əhalisinin 55 faizi fasiləsiz keyfiyyətli içməli su ilə təmin olunmuşdur.

Məcburi köçkünlərin yaşayış şəraitinin və sosial təminatının yaxşılaşdırılması da daim diqqət mərkəzində saxlanılır.Bunu belə bir fakt da təsdiqləyir: ötəl il ərzində 29 min nəfərə yaxın məcburi köçkün hər cür şəraiti olan yeni mənzillərə köçürülmüşdür. Bundan başqa, məcburi köçkünlərin sosial problemlərinin həllinə 637 milyon manat vəsait xərclənmişdir ki, bu da 2003-cü illə müqayisədə 5,8 dəfə çoxdur. Ümumilikdə son on ildə bu məqsədlərə 3,6 milyard manat maliyyə vəsaiti sərf edilmişdir.

Azərbaycanda neft-qaz sektorunun inkişafına  da mühüm önəm verilir. Məhz bunun nəticəsidir ki, 2013-cü ildə neft-qaz sahəsinin gələcək inkişafı üçün önəmli addımlar atılmışdır. Xəzər dənizinin Azərbaycan sektorundakıŞahdənizqaz-kondensat yatağının işlənməsi layihəsi üzrə yekun saziş imzalanmışdır.

Azərbaycan qazının dünya bazarına çıxarılması məqsədi ilə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) Trans-Adriatik Boru Kəməri (TAP) layihələri ilə bağlı müqavilələr imzalanmış onların həyata keçirilməsinə başlanılmışdır. Respublikaya böyük həcmdə investisiyaların cəlb edilməsinə, yeni yerlərinin açılmasına imkan verəcək bu layihələr ölkəmizin xalqımızın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın  enerji təhlükəsizliyinin möhkəmləndirilməsinin davamı olaraq, 2013-cü ildə elektrik stansiyalarının ümumi gücü 12,9 faiz artırılmış 7 min meqavatı ötmüşdür. Ümumiyyətlə, son on ildə 17 elektrik stansiyası tikilərək istismara verilmiş, 15 min kilometrdən artıq elektrik xətti çəkilmiş, 1600-dən çox yarımstansiya inşa edilmiş yenidən qurulmuşdur.

Qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan aqrar-sənaye kompleksində nəzərəçarpacaq dəyişikliklər müşahidə olunmuşdur.Kənd təsərrüfatında istehsal artmış, əsas məhsulların istehsalında müsbət nəticələr əldə olunmuşdur.  Yaradılmış iri taxılçılıq təsərrüfatlarında qeydə alınmış yüksək məhsuldarlıq ardıcıl həyata keçirilən ərzaq təhlükəsizliyi kursunun düzgünlüyünü təsdiq etmişdir. Kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyi tədbirlərinin davamı olaraq mövcud vergi azadolmalarının müddəti daha 5 il uzadılmışdır.

Dövlət büdcəsindən digər mənbələrdən ayrılmış vəsaitlər hesabına sahənin texniki təminatının yaxşılaşdırılması üzrə mühüm işlər diqqət mərkəzində saxlanılmışdır. Belə ki, ötən il Taxtakörpü kompleksinin istifadəyə verilməsi əkin sahələrinin suvarılmasının yaxşılaşdırılmasına, yeni torpaqların dövriyyəyə cəlb edilməsinə, içməli su ehtiyatlarının artırılmasına elektrik enerjisi istehsalına imkan yaradacaqdır.

Azərbaycanda humanitar sahələrin inkişafına da mühüm önəm verilir. Bununla  bağlı dövlət proqramlarının icrası ardıcıl həyata keçirilir. Bu sektorun  maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilir,  çoxsaylı sosial infrastruktur obyektləri istifadəyə verilir. Təhsilin müasir tələblərə uyğun yeniləşdirilməsi, pedaqoji kadrların hazırlığının təkmilləşdirilməsi, yeni maliyyə mexanizmlərinin tətbiqi ilə bağlı konkret işlər görülür. Ötən il 300-ə qədər yeni ümumtəhsil məktəb binasının inşa edilməsi əsaslı təmir olunması bunun bariz ifadəsidir. Xatırladaq ki, son on ildə tikilmiş məktəblərin sayı onların bugünə mövcud olan ümumi sayının yarıdan çoxunu təşkil edir.

Ölkənin böyük turizm potensialının reallaşdırılması müvafiq infrastrukturun yaradılması istiqamətində zəruri addımlar atılır.

Proqnozlara görə, bu il milli iqtisadiyyatımız yüksək sürətlə artaraq, artım tempinə görə qlobal iqtisadiyyatın MDB ölkələrinin orta artım tempini üstələyəcəkdir. Şaxələnmə prosesləri daxili tələb ilə yanaşı, qeyri-neft ixracının da iqtisadi artımda rolunun artmasını sürətləndirəcəkdir. Artım şaxələnmə proseslərinə dəstək olaraq Mərkəzi Bank makroiqtisadi maliyyə sabitliyinin qorunmasını təmin edəcəkdir. Bunun üçün adıçəkilən bank inflyasiyanın hökumətin proqnozubirrəqəmli səviyyədə tənzimlənməsinə dəstək verəcəkdir.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 13 aprel.- S. 1; 2.