Qlobal siyasi arenada türk inteqrasiyası

 

ya ümumtürk birliyinin gələcəyinə elmi-konseptual baxış

 

Millət vəkili, fəlsəfə doktoru, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Cavanşir Feyziyevin bu yaxınlarda işıq üzü görmüşTürk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli” adlı kitabının təqdimatını ictimaiyyət maraqla qarşıladı. Bilgə Xaqanın “Ey türk! Titrə, özünə dön, sən özünə dönəndə böyük olursan!” deyimi ilə xeyir-dua alan kitab dövri mətbuatda elmi-publisistik məqalələrlə ardıcıl çıxış edən Cavanşir Feyziyevin çoxillik araşdırmalarının nəticəsidir.

Bugünkü türk respublikalarının qloballaşma proseslərində üzləşdiyi problemlərin araşdırılması və onların həlli yollarının tapılması olduqca maraqlı və əhəmiyyətlidir. Müəllif doğru qənaətlərə gələ bilmək üçün türkdilli ölkələrin siyasi perspektivlərini onların tarixi keçmişi ilə əlaqələndirərək araşdırmış və çox uğurlu nəticələr əldə etmişdir.

Kitabda öncə son iki onillikdə dünyada baş verən qlobal dəyişikliklər təsvir olunur, onların əhəmiyyəti və eyni zamanda, doğurduğu problemlər diqqət mərkəzinə gətirilir. Dünyanın müxtəlif ölkələrində tanınmış siyasi xadimlərin qloballaşma dövrünə aid baxışları şərh olunur, xüsusilə də ABŞ, Avropa BirliyiRusiya Federasiyası kimi güc mərkəzlərində yeni dünya düzəni haqqında irəli sürülən nəzəriyyələr təhlil olunur. Ən çox maraq doğuran cəhət isə ondan ibarətdir ki, kitabda tanınmış beynəlxalq siyasət mütəxəssislərinin qloballaşmanı böyük güclərin mənafeyinə yönəldən baxışları tənqid olunur. Azərbaycan alimi öz əsərində dünya şöhrətli siyasətçi Z. Bjezinskinin birqütblü dünyanın təşəkkülü haqqında söylədiyi iddianı və digər dünya şöhrətli alim S.Hantinqtonun sivilizasiyaların toqquşması haqqında irəli sürdüyü nəzəriyyəni tənqid etməkdən çəkinmir və cəsarətlə bunların əksini sübut edən dəlilləri ortaya qoyur.

Bugünkü reallıq türk xalqları qarşısında yeni tarixi imkanlar açır. Qloballaşan dünyada öz yerini tuta bilmək üçün türk dövlətlərinin birliyi ideyasının gerçəkləşməsini zəruri hesab edən müəllif göstərir ki, bu yolun ən çətin başlanğıc mərhələsi artıq keçilib. Ötən əsrin 90-cı illərinin əvvəllərində keçmiş SSRİ-yə daxil olan türk respublikalarının əksəriyyəti dövlət müstəqiliklərini bərpa edib. Bununla da, Avrasiya məkanında türk milli dövlətlərinin əbədi müttəfiqliyinə aparan yeni geosiyasi vəziyyət formalaşıb. Bu imkandan istifadə edərək türk respublikaları böyük siyasət meydanına birgə daxil olmağın yolunu aydın dərk etməli və siyasi münasibətlərin, iqtisadi-mədəni əməkdaşlığın bütün sahələrində real birliyə doğru irəliləməlidirlər. Müəllifin fikrincə, belə bir real birliyə nail olunmazsa, suveren türk milli dövlətlərinin hər birinin hansısa bir superdövlətin və ya güc mərkəzinin “himayəsi” altına keçməsi qaçılmaz olacaq.

Yeni dövrdə öz milli kimliyini, tarixi dövlətçiliyinin möhtəşəmliyini dərk etmiş müstəqil türk dövlətlərinin artıq bundan sonra kiminsə “vassalı” olması, hətta ən güclü superdövlətin belə qanadları altına girməsi isə ağlasığmazdır və yolverilməzdir. Məhz buna yol verməmək üçün türk dövlətlərinin sarsılmaz birliyini yaratmaq günün zərurətinə çevrilir. Bu gün ayrıca bir dövlət yox, məhz dövlətlər birliyiqlobalregional siyasətin istiqamətlərini müəyyən edən başlıca amildir. Bu baxımdan Avrasiyanın siyasi inkişafı da onun kökündən yeniləşməsinə doğru - bu məkanda müstəqil və güclü siyasət yeridən türk dövlətlərinin - Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Şimali Kipr Türk Respublikasının sarsılmaz birlik yaratmasına, Avrasiyanın sülh, təhlükəsizlik, sabitlik və davamlı inkişaf məkanına çevrilməsinə doğru aparır.

Millət vəkili Cavanşir Feyziyev haqlı olaraq qeyd edir ki, müasir türk respublikalarının öz aralarında “daxili ziddiyyətlər təhlükəsi” yoxdur. Lakin türk dünyasının bütövlüyünü istəməyən qüvvələr kifayət qədərdir. Buna görə də hər cür təhdid və təxribata qarşı səfərbər olmaq, birləşərək güclənmək zərurəti bugün türk dünyasının mövcudluğunun zəruri şərtidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, “Biz nə qədər bir yerdə olsaq, gücümüzbir o qədər artacaqdır”.

Türk birliyi ideyası yeni deyil. Əsrlərin sınağından çıxmış türk şüuru tariximizin kəşməkəşli hadisələrində bərkimiş ideya öndərlərimizin irəli sürdüyü nəzəriyyələrdə mükəmməl ifadəsini taparaq türkçülük hərəkatını meydana gətirmişdir. Hələ Avropa Birliyi yaradılmazdan xeyli əvvəl - XX əsrin lap əvvəllərində bütün türk dünyasında, xüsusilə Azərbaycanda Türkiyədə dünya türklərini birləşdirmək təşəbbüsləri ciddi şəkildə ortaya qoyulmuşdu. Həmin dövrdə imperialistlərinpantürkizmpanturanizmadlandırdığı bu hərəkat amansız təqiblərlə müşayiət olunurdu. Buna baxmayaraq, hələ yüz il öncə Türkiyənin Azərbaycan Xalq Cümhuriyyətinin siyasətində ümumtürk birliyi ideyası önəmli olmuş indi bu ideyanın prioritet olması müasir türk respublikalarının qardaşlıq münasibətlərində öz əksini tapır. Son yüz ilin siyasi təcrübəsində xüsusilə Mustafa Kamal Atatürkün milli dövlətçiliyi qorumaq əzmkarlığı yeni nəsil türk dövlətlərinə örnək olmuşdur. Bugün türk dünyasının ulu öndərləri - Mustafa Kamal Atatürkün keçən əsrin əvvəllərində Heydər Əliyevin yeni tarixi şəraitdə türk dünyasının milli mənafelərini uzlaşdırmaq siyasəti bu dövlətlərin birliyi istiqamətində görülən işlərin özülünü təşkil edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhz bu dərin köklü bağlılığı nəzərə alaraq söyləmişdi: “Dünyada Azərbaycan Türkiyə qədər bir-birinə yaxın doğma olan iki ölkə yoxdur”. İndi bu doğma münasibətlər bütün türk dünyasının qarşılıqlı əlaqələrinin mahiyyətini təşkil etməkdədir.

Müəllif türk dövlətçiliyinin tarixi birlikyaratma ənənələrindən bəhrələnməklə bugünkü suveren türk dövlətlərinin daha modern bir ittifaqda birləşib gələcəyə doğru irəliləməsini indiyədək görülmüş işlərin məntiqi nəticəsi eyni zamanda dövrümüzün zərurəti hesab edir. XX əsrin 90-cı illərində əksər türk respublikalarının müstəqilləşməsi dərhal daha optimal inteqrasiya zərurətini - müttəfiqləşmə zərurətini doğurdu. Bu dəfə söhbət məcburi yox, doğma qardaşların əl-ələ verməsi, bir-birinə dayaq olması şəklində birlikdən gedir. Belə müttəfiqliyin əsasındaböyük qardaşkiçik qardaşstatusları yoxdur, sadəcə, QARDAŞLAR vardır. Türk xalqlarının siyasi elitası hər cür maddi mənfəət marağından yüksək olan müqəddəs qardaşlıq duyğusu ilə görüşür, problemlərini perspektivlərini birlikdə araşdırırlar.

 Müstəqillik eramızın başlanğıcından davamlı olaraq keçirilən Türk Xalqlarının Dostluq, Qardaşlıq Əməkdaşlıq qurultayları, Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə toplantıları, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasları, TÜRKSOY çərçivəsində görüşlər, Türkdilli Ölkələrin Parlament Assambleyasının sessiyaları s. tədbirlər böyük türk dünyasını bütövləşdirməyə istiqamətlənən fəaliyyətləri gündən-günə gücləndirir. Bu qarşılıqlı təmaslar daha çox siyasi-iqtisadi və ictimai-mədəni məzmun alır və getdikcə daha çox beynəlxalq əhəmiyyət kəsb edir. Türk xalqları və eyni zamanda, dünya birliyi bu qarşılıqlı əməkdaşlıqdan faydalandıqca, türk dövlətlərinin beynəlxalq çərçivədə daha sıx inteqrasiya prosesinə etimad da yüksələcəkdir. Fəlsəfə doktoru Cavanşir Feyziyev inanır ki, bütövlükdə, Türk Dövlətləri Birliyinin timsalında yaranmaqda olan yeni siyasi reallıq Avrasiyanın taleyini və gələcəyini müəyyən etmək və dəyişmək iqtidarında ola bilər.

Müstəqil türk dövlətlərini siyasi birliyə stimullaşdıran səbəblər və şərtlər yalnız türk xalqlarının dil, mədəniyyət, tarixisivil birliyi ilə məhdudlaşmır. Müasir dövrdə ümumdünya prosesləri yeni tarixi-siyasi məzmun kəsb etməkdədir. Alim qeyd edir ki, sürətlə dəyişən dünyada mövcud siyasi sistemlər üçün artıq qloballaşmaya qoşulub-qoşulmamaq dilemması yoxdur. Onların əsas problemi isə dünyanın idarə olunması prosesində hansı səviyyədə iştirak etmələridir. Beynəlxalq siyasətdə müşahidə olunan bugünkü gərginlik onu göstərir ki, yalnız bütün beynəlxalq subyektlərin paritet əsaslarda beynəlxalq siyasəti təmsil etmək və irəlilətmək imkanları qazanması ilə dünyanın qlobal problemlərinin həlli mümkün ola bilər. Məhz bütün sivilizasiyaların nümayəndələrinin təmsil olunduğu beynəlxalq siyasətin idarəetmə planında beynəlxalq həyatın bütün reallıqları nəzərə alına bilər. Cavanşir Feyziyev bütün bu mülahizələrdən çıxış edərək, belə bir ideya irəli sürür ki, məhz regionalqlobal layihələrin həyata keçirilməsində, ümumdünya siyasətinin müəyyənləşdirilməsində və ümumi idarəetmədə öz üzərinə yeni rol və məsuliyyət götürməklə, Türk Dövlətləri Birliyi bütün türk dövlətlərinin beynəlxalq arenada təmsilçiliyini təmin edə bilər. Bu baxımdan, müəllif qlobal idarəetmənin gələcək inkişaf ssenarilərində türk sivilizasiyasının təmsilçiliyinin təmin olunmasını müəllif gələcəyin qlobal siyasət səhnəsində türk varlığının müqəddəratını həll edəcək bir məsələ kimi xarakterizə edir. Onun fikrincə, müstəqil türk dövlətləri ümumdünya proseslərinə müvafiq olaraq, ilk növbədə, öz aralarında konsolidasiya proseslərini sürətləndirməli, ayrı-ayrılıqda deyil, məhz Türk Dövlətləri Birliyi statusunda qlobal siyasi sistemin fəal üzvünə çevrilməlidir.

Beynəlxalq siyasət müstəvisində Türk Dövlətləri Birliyinin yerinirolunu şərh edən fəlsəfə doktoru Cavanşir Feyziyev göstərir ki, ümumtürk birliyi layihəsi dünya üçün də gərəkli və faydalıdır. Bu layihənin uğurla həyata keçiriləcəyi halda beynəlxalq siyasətin özübu platforma üzərində humanistləşməyə və demokratikləşməyə doğru əsaslı dönüş etmək imkanları qazanacaqdır. Türk siyasi mədəniyyətinə məxsus olan ədalətlilik, bərabərlik, humanizm, siyasi əxlaq, ümumbəşərilik, milli özgürlüklərə ehtiram kimi dəyərlərin böyük bir birlik səviyyəsində qorunub saxlanması və bütün dünya xalqlarının mənafeyinə uyğun olaraq inkişaf etdirilməsi Türk Dövlətləri Birliyinin əsas ideoloji platformasıdır.

Kitabda belə bir ideya xüsusi vurğulanır ki, türk dövlətləri arasında birlik mövqeləri möhkəmləndikcə, planetin ürəyi sayılan Avrasiyada hansısa superdövlətlərin mütləq dominantlıq etməsi, özünü bu coğrafi ərazidəki yeraltı və yerüstü sərvətlərin sahibi kimi aparması, regionun dövlətlərinə yol göstərməsi mümkün olmayacaq. Yalnız o zaman türk xalqları tam əmin-amanlıq şəraitində, öz iradələrinə uyğun şəkildə yaşaya biləcək və bütün türk potensialı ümumtürk cəmiyyətinin rifahının daha da yüksəlməsini təmin edə biləcəkdir. Türk coğrafiyası Avrasiyada elə bir geostrateji məkandır ki, orada türk birliyi dərinləşdikcə, bu məkana kənardan hər hansı bir təsir və müdaxilə imkanları da qeyri-mümkün olacaqdır. Türk Dövlətləri Birliyinin beynəlxalq siyasi arenada möhkəmlənməsi isə bütün Avrasiyanın təhlükəsizliyi üçün qarant rolunu oynaya biləcəkdir.

Müasir dövrümüzdə beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə, milli suverenliyin toxunulmazlığı şərtləri ilə müttəfiqləşməyin yeni paradiqması mövcuddur. Türk dövlətlərinin birliyinə nail olmaq üçün məhz bu paradiqma çərçivəsində göstərilən bütün təşəbbüslər həyata keçirilə bilər. XX əsrdən başlayaraq Avropa Birliyinin yaradılması prosesində bu təşəbbüslər nə qədər zəruri idisə, bu gün Türk Dövlətləri Birliyinin yaradılması və bu yolda irəli sürülən təşəbbüslər də bir o qədər zəruridir. Bu gün türk respublikalarının ictimai-siyasi həyatında çox mühüm dəyişikliklər baş verir. Onlar iqtisadi cəhətdən güclənir, demokratik təsisatlarını möhkəmləndirir, beynəlxalq birliyin inkişaf proseslərinə qoşulmaq üçün zəruri olan mühüm addımlar atırlar. Türk dünyasının inkişafı - beynəlxalq birliyin ümumi inkişafının tərkib hissəsi kimi getdikcə daha çox diqqət mərkəzində dayanır.

Kitabda bir çox alimlərin yaradıcılığında türk tarixi və mədəniyyətinə birtərəfli və qərəzli yanaşmalar, məqsədli saxtalaşdırmalar üzə çıxarılır və ifşa olunur. Tədqiqatçı göstərir ki, xüsusilə klassik türk dövlətlərinin tarixinə dair AvropaAmerika ölkələrində aparılan bir sıra araşdırmalarda, bir qayda olaraq, türk dövlətlərinin keçmişi daha çox təhrif edilir. Müasir dövrümüzdə isə dünyada türk amilini bilərəkdən görməməzliyə vurmağa çalışırlar. Bütün bunlarla yanaşı, dünyanın bir çox görkəmli asiyaşünas, şərqşünas, türkoloq, tarixçi, etnoqraf, kulturoloq və filosofları buya digər istiqamətdə türk tarixi və mədəniyyətini dərindən öyrənərək ona yüksək qiymət vermiş, yeni tədqiqatlara bünövrə yaratmışlar. Doğrudan da, qardaş Türkiyədə və digər türk respublikalarında, həmçinin Amerikada, Rusiyadabir sıra Avropa ölkələrində türklərin dünya tarixi və mədəniyyətinin inkişafına verdikləri töhfələr barədə bir çox qiymətli əsərlər də yazılmışdır. Lakin Azərbaycan aliminin – fəlsəfə doktoru Cavanşir FeyziyevinTürk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli” adlı əsərində türk dövlətlərinin keçmişindən daha çox gələcək taleyi diqqət mərkəzinə gətirilir və qloballaşma proseslərində türk xalqlarının mənafeyini qorumağa istqamətlənmiş konkret siyasi model irəli sürülür. Türk Birliyinin konseptual əsasları, strategiya və prinsipləri müəyyən edilir.

Türk Birliyinin tarixi, siyasi, iqtisadi, mədəni əsaslarınının bu qədər əhatəli şəkildə bir əsərdə verilməsi metodoloji baxımdan da olduqca uğurludur. Avrasiyada türklərin rolunatürk xalqlarının gələcəyinə dair orijinal fikirlərin yer aldığı bu əsər təkcə Azərbaycanda deyil, bütün türk dünyasında siyasət elminin inkişafına soydaşımızın sanballı töhfəsidir. Ona görə də bu konseptual mövzulu kitabı təkcə Azərbaycan oxucularının yox, həm də bütün dünya türklərinin əldə etməsi, mənimsəməsi olduqca vacibdir. Bu isə kitabın digər türk xalqlarının dillərində də çap olunmasını zəruriləşdirir.

 Fəlsəfə doktoru, millət vəkili, politoloqpublisist Cavanşir Feyziyev dünyagörüşündə və əməli fəaliyyətində üzvi şəkildə qovuşmuş bu nadir dəyərləri səfərbər etməklə, türk dünyasının ən önəmli ideya və çalışmalarını araşdırma mövzusuna çevirə bilmiş, bütöv bir gələcəyə yön verən fundamental elmi-nəzəri, praktik-metodoloji əsər ərsəyə gətirmişdir. Alim-siyasətçiyə məhsuldar elmi yaradıcılığında və geniş ictimai fəaliyyətində daha böyük uğurlar arzulayırıq.

 

Namiq ƏHMƏDOV,

 

əməkdar jurnalist

 

Xalq qəzeti.- 2014.- 13 aprel.- S. 4.