“Mən himmət dağlarında seyr edən qeyrətli qartaləm”

 

Ərdəbildə yaşayan görkəmli Azərbaycan şairi Asim Ərdəbilinin yaradıcılığına bir baxış

 

Bu günlərdə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Mədəniyyət Mərkəzinin dəvəti ilə Asim Ərdəbilinin yaradıcılığına həsr edilmiş tədbirdə iştirak etmək üçün “Məcməüş-şüəra” ədəbi məclisinin sədri, tarix elmləri doktoru professor Şahin Fazil ilə birlikdə şairin vətəninə səfər etmişdik.

Bəri başdan xüsusi minnətdarlıq hissi ilə deyim ki, səfərin son dərəcə uğurlu keçməsində Mədəniyyət Mərkəzinin yeni təyin edilmiş sədri doktor İbrahim İbrahiminin çox böyük rolu oldu. O özübu səfərdə iştirak etdi, dost  ölkənin bir çox vilayətlərindən və şəhərlərindən gəlib tədbirdə iştirak edən qələm ustaları, mədəniyyət xadimləri – şair və yazıçılarla bizi tanış etdi, yeni dostlar qazanmağımıza səbəbkar oldu. Doktor İbrahimi Asim Ərdəbilinin poetik yaradıcılığına dərindən bələd olan bir ədəbiyyatşünas mövqeyi nümayiş etdirdionun şeirlərində bədii təcəssümünü tapan bir çox mətləblərin üzərinə işıq saldı...

Asim Ərdəbili İranda islam inqilabının qələbəsindən sonra ilhamı yeni vüsət tapan, bütün varlığı ilə bu inqilabın məqsəd və vəzifələrinin həyata keçirilməsi, möhkəm və davamlı olması, köhnəliyin, ətalətin aradan qaldırılması, maneələrin dəf edilməsi  yolunda qələm çalan,  əsasən, Azərbaycan dilində yazıb-yaradan şairlərdəndir.  Onun yaradıcılığı, bütövlükdə, Azərbaycan ədəbiyyatının ən yaxşı  ənənələri üzərində köklənməklə bərabər, bu ənənələri uğurla davaminkişaf etdirməsi ilə seçilir. Əsərlərində Şərq şeirinə xas olan bədii təsvir və ifadə vasitələrindən, eləcə də, Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələri yadigarlarından gen-bol istifadə edir.      Asimin şeirlərini oxuduqca gözlərimiz önündə dahi Füzulilər, Sabirlər, Şəhriyarlar canlanır. O da öz böyük sələfləri kimi xalqın, Vətənin uğurlarına sevinir, yüksək poetik ilhamla tərənnüm  edir. Şair, eyni zamanda, xalqın ictimai bəlalarını, ayrı-ayrı məqamlarda baş verən sosial ədalətsizlikləri də  görür, onları yeri düşdükcə satirik qələmlə ifşa etməkdən çəkinmir:

 

Mən himmət dağlarında

 

                       seyr edən qeyrətli qartaləm,

 

Ki, uçmaq övcdə mümkün

 

                       deyil divar olan yerdə.

 

Onun arzusunun pak, məqsədinin saf olduğu təkcə bu misrasından  görünür:

 

Bülbülə nəğmə qoşan çoxdu,

 

                       qəfəsdən danışaq!

 

Şair özü öz çağırışına hamıdan əvvəl səs verir, irəliyə, tərəqqiyə doğru aparan yolda istibdad dövründən qalma gizliaşkar maneələrin dağıdılmasına səsləyir, bu yolun  təmiz və hamar olmasına çalışır:

 

Çirkinliyin üstün elə bir nəqşlə örtdük

 

Manidalar heyrətə nəqqaşlığımızdan.

 

Vətənin, xalqın təəssübünü qeyrətlə çəkən şair bu yolda qarşıya çıxa bilən   bütün çətinliklərə baxmayaraq, amalından dönməyəcəyini, son nəfəsinədək öz şərəfli vəzifəsini həyata keçirəcəyini,  xalqın, vətənin xidmətində olacağını bəyan edir:

 

Satılmaram  yar əlilə satılmasam, Asim,

 

Ölüncə öz elimin xidmətindəyəm, gözəlim!

 

Bu son misra ustad Şəhriyarın:

 

Elimin farsıca da dərdini söylər diliyəm mən,

 

Əbədiyyət gülüyəm mən!

 

misraları ilə necə həmahəng səslənir! Xatirəsi bütün azərbaycanlıların qəlbində həmişəyaşar abidəyə çevrilmiş, “Heydərbabaya salam”ı ilə bütün türk dünyasınıəleyküməssəlam” – deyə ayağa qaldırmış  ustad Şəhriyarı Asim Ərdəbilinin müəllimi hesab etməyə hər cür əsasımız vardır. Onun bir çox şeirləri böyük müəlliminin layiqli davamçısı olmaq şərəfinə ləyaqətini  təsdiq  edir.

Asimin öz yolu olan bir şair kimi püxtələşməsinə böyük Sabirin yaradıcılığı da təsirsiz ötüşməyib. Onun:

 

Bəsdir, arvad, çox uzatma, qoy yatan yatsın, oyatma!

 

misrası, Sabirin:

 

Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,

 

Yatmışları razı deyiləm kimsə oyatsın!

 

 hayqırtısının  davamı deyilmi?!

 

Yaxud, Asim Ərdəbili:

 

Mən ölüm, vaxtı itirmiş beçə tək banlama arvad, gecə keçmiş yarıdan!

 

deyəndə, Sabirin bu misraları yada

 

 düşmürmü:

 

Oylə bilirdim ki, dəxi sübh olub

 

Mürği-səhər tək bir ağız banladım.

 

Həqiqi söz sənət adamları, mədəniyyət ədəbiyyat xadimləri öz vətəninin, xalqının qazandığı  uğurlarda böyük rol oynayır, xalq diplomatiyasının etibarlı nümayəndəsi  olurlar. Asim Ərdəbili ümid inam  dolu arzuları, fikirləri  ilə bəşəri  ideyalar carçısı, əmin-amanlıq, dostluq, qardaşlıq şairi  olduğunu nümayiş etdirir:

 

Ürəklər güzgüsün

 

                         kinü kədər kaslandıra bilməz,

 

  Məhəbbət sağərin

 

                          el qaldıranda, tar olan yerdə.

 

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında mövcud əlaqələr bu beytin doğruluğuna ən bariz dəlildir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasına son səfəri  bir daha göstərdi ki,  bu iki qonşu dövlət arasında münasibətlər bir çox sahələrdə əsrlərdən gələn ənənələr  əsasında davam inkişaf etdirilir. Bu ənənələrin əsasını isə ən əvvəl mənəvi, mədəni əlaqələr təşkil edir. Asim Ərdəbili öz qəlbini, ilhamını, poetik yaradıcılığını bu yollarda məşələ çevirən vətənin şairi, xalqın şairi, dünyanın şairidir.

 

Hacı RAFİQ,

 

Vahidpoeziya məclisinin sədri

 

Xalq qəzeti.- 2014.- 13 aprel.- S. 7.