Cari ilin ilk rübünün yekunları Binəqədi rayonu üçün uğurlu olmuşdur

 

Binəqədi  rayonunda 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.

Yığıncağın işində Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavinləri, aparatın şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, müxtəlif idarə və müəssisələrin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Tədbir ümummilli lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası qarşısındakı abidəsinin önünə gül dəstələrinin qoyulması və xatirəsinin ehtiramla yad edilməsi ilə başlanmışdır.

İclasda rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələr və ilin ilk üç ayında rayonda görülmüş işlərə dair fikirlərini bildirmişdir.

Rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxışında ulu öndərin əsasını qoyduğu tərəqqi strategiyasını müasir dövrün tələblərinə uyğun zənginləşdirən Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində cari ilin ilk rübünün də ölkənin hərtərəfli inkişafı və tərəqqisi ilə yadda qaldığını xatırlatmışdır. X.İsgəndərov dünyanın müxtəlif regionlarında cərəyan edən hadisələrin, yaşanan problemlərin fonunda Azərbaycanın həm ictimai-siyasi, həm də sosial-iqtisadi cəhətdən inkişaf tempini qoruyub saxlamasını dövlət başçısının yürütdüyü pozitivpraqmatik siyasətin məntiqi nəticəsi  kimi səciyyələndirmişdir.

Natiq hesabat dövründə rayonda yeni yerləri və müəssisələr yaradılmasına, kommunal xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldilməsinə, əhalinin məşğulluq səviyyəsinin daha da yaxşılaşmasına  maddi rifahının artmasına nail olunduğunu diqqətə çatdırmışdır.

Hesabat məruzəsi ətrafında rayon icra hakimiyyəti başçısının müavini Vüsal İsmayılov çıxış etmişdir. Məruzəçi bu  ilin yanvar-mart aylarında 23 milyon 342 min manatlıq və ya keçən ilin müvafiq dövründən 7,5 faiz çox sənaye məhsulu istehsal edildiyini və xidmətlərin göstərildiyini, əmək haqqının keçən ilin müvafiq dövrünə nisbətən 8,3 faiz artaraq, 387,6 manata çatmasını, 1158 yeni daimi yerinin açılmasını vurğulamışdır.

Rayon təsərrüfatının 2014-cü ilin yaz-yay mövsümünə hazırlığı ilə əlaqədar görülən işlər barədə təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov məlumat vermişdir.

Hesabat iclası Binəqədi Rayon Su-Kanal Departamentinin rəisi Əhliman Mansurovrayon icra hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Aytac Əliyevanın çıxışları ilə davam etmişdir.

Şura qərarının oxunmasından sonra müzakirələrə rayon icra hakimiyyətinin başçısı X. İsgəndərov yekun vurmuşdur.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 18 aprel.- S. 4.