Xətai rayonu: İqtisadi inkişaf tempindən geri qalmaq olmaz

 

Xətai rayonunun 2014-cü ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş iclasında İcra Hakimiyyətinin başçısı Razim Məmmədov geniş hesabat məruzəsi ilə çıxış etdi. Natiq qeyd etdi ki, Azərbaycanda, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, milli mənafeyə və sosial rifaha xidmət edən strateji inkişaf xətti 2014-cü ilin birinci rübündə də davam edərək, ölkədə sosial- iqtisadi sahədə bir çox uğurların əldə olunmasına şərait yaratmışdır.

Nazirlər Kabinetinin bu il aprelin13-də keçirilən geniş iclasında Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan dinamik inkişaf tempini saxlaya bilmiş, ölkə iqtisadiyyatı 2,5 faiz artmış, ümumi daxili məhsulumuzun strukturu yaxşılaşmış, ölkədə iqtisadi inkişafı göstərən əsas göstərici - qeyri-neft sektorunda inkişaf yeni templə davam etmişdir. Əhalinin rifah halının yaxşılaşdırılması üçün sosial proqramların həyata keçirilməsi, həmişə olduğu kimi, bu müddətdə də diqqətdə saxlanmış, pul gəlirləri 4,5 faiz artaraq inflyasiyanı 2 dəfədən çox üstələmişdır. Bütün bunlar bizim qarşımızda çox məsul bir vəzifə qoyur-ölkənin ümumi iqtisadi inkişaf tempindən geri qalmaq olmaz.

Razim Məmmədov cari ilin üç rübündə rayonda görülən işləri geniş təhlil edərək bildirmişdir ki, Xətai rayonunun da iqtisadi göstəriciləri yüksək olmuşdur. Ötən 3 ayda rayonun iqtisadisosial sahələrində baş vermiş dəyişiklikləri əks etdirən makroiqtisadi göstəricilər təhlil edilərkən, müəyyən olunmuşdur ki, rayonda məhsul istehsalı və xidmət sahələrinin dinamik inkişafı təmin olunmuş, onlara mütənasib olaraq sosial məsələlər uğurla həll edilmişdir. Bu müddətdə rayonun sənaye müəssisələrində 290 milyon 834 min manatlıq sənaye məhsulu istehsal edilmişdir. Əhalinin rifah halının əsas göstəricilərindən olan istehlak bazarı dinamik inkişaf etmişrayon əhalisinə 323 milyon 955,9 min manatlıq və ya keçən ilin birinci rübü ilə müqayisədə 6,6 faiz çox geniş çeşidli istehlak malları satılmış və pullu xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 7,4 faiz artaraq 233 milyon 176,2 min manat, pullu xidmətlərin həcmi isə 4,6 faiz artaraq 90 milyon 779,7 min manat təşkil etmişdir.

Rayonun tikinti kompleksində iqtisadisosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 86 milyon 942,7 min manat məbləğində investisiyadan istifadə edilmişdir. Bu vəsaitin 73 milyon 367,2 min manatı, yəni 2013-cü ilin birinci rübündə olduğundan 6 dəfədən çoxu tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə yönəldilmişdir.

Rayonun iqtisadisosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,8 faiz artaraq 561,2 manata, sənaye müəssisələrində 13,4 faiz artaraq 629,5 manata, tikinti kompleksində 38,6 faiz artaraq 833,3 manata çatmışdır.

 Natiq qeyd etdi ki, hesabat dövründə 1238 yeni yerləri yaradılmışdır ki, bunun 185-i yeni yaradılmış müəssisələrdə, 166-ı mövcud müəssisələrdə, 45-i, fəaliyyətini bərpa etmiş müəssisələrdə, 842-i isə fiziki şəxslər tərəfindən yaradılmışdır. Bunu, sadəcə əhalinin işlə təmin olunması kimi yox, həm də vətəndaşların rifah halının durmadan yaxşılaşmasını göstərən arqument kimi qymətləndirmək lazımdır.

R.Məmmədov onu da vurğuladı ki, Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün, uzaqgörən, uğurlu sosial-iqtisadi siyasəti və uğurla icra olunan layihələri Bakı şəhərinin və eləcə də respublikamızın regionlarının son illərdə sürətlə müasirləşməsi, inkişaf edərək öz simasını tam dəyişməsi ilə nəticələnmişdir. Bu dəyişiklik Xətai rayonunun da simasını əhəmiyyətli dərəcədə dəyişmişdir. Tikinti və yenidənqurma işləri bu ilin 3 ayında çox böyük sürətlə və uğurla davam etdirilmişdir. Bu müddətdə rayonda xüsusilə “Bakı şəhər” Boks Federasiyasının idman kompleksində, fransız məktəbinin tikintisində, Yeni Şəhər bulvar kompleksinin salınmasında işlər böyük sürətlə aparılmışdır. Dövlət Proqramı olmasına baxmayaraq, rayonun ərazisində həyata keçirilən belə böyük layihələrdə rayon icra hakimiyyəti də yaxından iştirak edir.

Ekoloji vəziyyətin yaxşılaşdırılmasının qarşıda duran mühüm məsələlərdən biri olduğunu qeyd edən R.Məmmədov, ölkə Prezidentinin Nazirlər Kabinetinin iclasındakı çıxışında “hər il ekologoya ili olmalıdır” fikrinə istihad edərək, rayonda yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə ötən il hazırlanmış ayrıca proqramın daha sürətlə həyata keçirilməsinin zəruri olduğunu diqqətə çatdırmışdır.

“Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Xətai rayonunda icrası da hesabat dövründə uğurla davam etdirilmiş, həmin proqram çərçivəsində 6 uşaq bağçasında əsaslı təmir başa çatdırılmış və onlar fəaliyyətə başlamış, digər 6 uşaq bağçasında isə təmir yüksək səviyyədə davam etdirilir.

Hazırda yeni qəbul edilmiş Dövlət Proqramına uyğun olaraq 194 saylı məktəbin yeni, müasir standartlara cavab verən binasının inşası, 63 saylı məktəbin əlavə tədris korpusunun tikintisi, 171 saylı məktəbdə yeməkxana və akt zalının, 48 və 56 saylı məktəblərin əsaslı təmiri davam etdirilir.

İcra hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırığı ilə bu il fevral ayının 17-dən etibarən əhalinin tibbi müayinədən keçirilməsinin Xətai rayonundakı vəziyyətini də geniş şərh etmişbildirmişdir ki, iki ay müddətində 170 minə yaxın rayon sakini müayinədən keçmişdirbu proses may ayının 1-nə qədər davam edəcək.

Rayonun xidmət təsərrüfatının normal fəaliyəti, mənzil fondunun qorunub saxlanılması, təmizlik işlərinin aparılması, əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı istiqamətində gündəlik işlər aparılmış, bu sahəyə aid tapşırıqlar icra olunmuş, yeni müasir dirəklər quraşdırılaraq bir sıra küçə və prospektlərin işıqlandırılması təmin edilmişdir.

Hesabat dövründə istilik mövsümündə “Azəristiliktəchizat” ASC-nin rayon üzrə fəaliyyət göstərən sahələri tərəfindən binaların məhəllədaxili və zirzəmilərdə aşağı paylama istilik xətlərində əsaslı və cari təmir işləri aparılmış, yeni nasoslar quraşdırılmışdır. 2013-2014-cü illərin payız-qış mövsümündə mərkəzləşdirilmiş istilik xəttinə qoşulmuş 547 yaşayış binasından 510-u istiliklə təmin olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2013-cü il tarixli sərəncamın icrası ilə əlaqədar lift təsərrüfatında da maddi texniki bazanın möhkəmləndirilməsi və binalarda liftlərin yenisi ilə əvəz olunması işləri davam etdirilmişdir. Bu işlər çərçivəsində rayon ərazisində ümumilikdə 742 lift yenisi ilə əvəz edilmiş, 192 lift əsaslı təmir olunmuşdur.

Natiq xüsusi qeyd etdi ki, bütün bu nailiyyətlərin əsasını qoymuş ümummilli lider Heydər Əliyevin irsinin gənc nəslə öyrədilməsi işi də yüksək səviyyədə həyata keçirilir. Tərtib edilmiş müvafiq qrafik əsasında, YAP Xətai rayon təşkilatının mühazirə zalında ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdlərinə “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır”, “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzusunda dərslər keçirilir. Rüb ərzində 4 dəfə keçirilən dərslərdə rayonun 28 tam orta məktəbinin 1329 şagirdi iştirak etmişdir.

Yığıncaqda iştirak edən Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov və YAP Siyasi Şurasının üzvüİki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də bu ilin üç ayında rayonda görülən işlərə münasibət bildirmiş, rayon icra hakimiyyətinin hesabatını qənaətbəxş hesab etmişlər. Natiqlər qeyd etmişlər ki, dünyada davam edən iqtisadi böhrana və gərgin siyasi qarşıdurmalara baxmayaraq, xalqımızın tam sabit şəraitdə yaşadığı Azərbaycanda sosial iqtisadi inkişafı yüksələn templə inkişaf etmişdir. Bu uğurların kökündə ilk növbədə ümummilli lider Heydər Əliyev siyasi xətti durur. Lakin bu strateji xəttə müasir qloballaşma nöqteyi-nəzərindən öz korrektələrini etmiş Prezident cənab İlham Əliyevin misilsiz xidmətlərini də xalqımız yüksək dəyərləndirir.

Hesabat iclasına yekun vuran icra hakimiyyətinin başçısı R.Məmmədov bütün qüvvələrin qarşıda duran vəzifələrin həyata keçirilməsinə səfərbər edilməsi üçün rayonun müvafiq idarə və müəssisə rəhbərlərinə tapşırıq və tövsiyələrini verdi.

 

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2014.- 19 aprel.- S. 5.