Suraxanı rayonunda cari ilin birinci rübünün yekunları təhlil olunmuşdur

 

Suraxanı rayonunda 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının nitqinin bəzi məqamlarına toxunmuş, ölkəmizin sosial-iqtisadi mənzərəsini əks etdirən konkret rəqəmləri bir daha iclas iştirakçılarının diqqətinə çatdırmışdır.

Başçı bildirmişdir ki, möhtərəm Prezidentimizin Azərbaycanın sosial-iqtisadi inkişafının bütün sahələrində əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələrlə bağlı dəyərli tapşırıq və tövsiyələri yerlərdə əsl fəaliyyət proqramı kimi qəbul olunmuşdur.

Rayon rəhbəri qeyd etmişdir ki, Bakı şəhərinin və onun qəsəbələrinin inkişafının sürətləndirilməsi, burada yaşayan əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində görülmüş işlərin davam etdirilməsi məqsədilə dövlət başçısının sərəncamı ilə “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi Suraxanının daha da tərəqqisinə müsbət təsir göstərəcəkdir.

Məruzəçi diqqətə çatdırmışdır ki, bu ilin birinci rübündə rayonda sənaye məhsulunun istehsalı 74,4 milyon manat, tikinti-quraşdırma işləri 40,8 milyon manat, nəqliyyat xidmətləri 4,6 milyon manat, əsas kapitala yönəldilən investisiyalar 12,1 milyon manat, orta aylıq əmək haqqı 589 manat olmuş, pərakəndə ticarət dövriyyəsi 2,4 faiz artaraq 59,5 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 6,5 faiz artaraq 64,2 milyon manat təşkil etmiş, 926 yeni yeri açılmış, 4,1 mindən artıq hüquqifiziki şəxs sahibkarlıq fəaliyyəti göstərmişdir.

Bu dövr ərzində Hövsan qəsəbəsində tutumu 2000 nömrə olan ATS tikilmiş, Yeni Günəşli “V” yaşayış sahəsində idman meydançasının salınması, “Gənclər evinin, 84 saylı orta məktəbin yerində yeni 960 şagirdlik məktəb binasının, 104 saylı orta məktəb üçün 600 şagird yerlik əlavə tədris korpusunun, şahmat məktəbinin inşası davam etdirilmişdir. Bununla yanaşı, rayondakı 87, 114 və 140 saylı orta məktəblərdə əsaslı təmir işlərinə, 118 saylı orta məktəb üçün 500 şagird yerlik əlavə tədris korpusunun, yeməkxana, idmanakt zalının, 146 saylı orta məktəb üçün 500 şagird yerlik əlavə tədris korpusunun, idmanakt zalının inşasına, Yeni Suraxanı qəsəbəsində mini futbol meydançasının əsaslı təmirinə başlanılmışdır. Sahibkarlığa Kömək Milli Fondurayon icra hakimiyyətinin birgə təçkilatçılığı ilə 100 nəfər sahibkarın iştirakı ilə Qaraçuxur qəsəbəsində növbəti kredit yarmarkası keçirilmiş, 19 sahibkarlıq subyektinə 6,6 milyon manat güzəştli şərtlərlə kredit verilmişdir.

Rayonun ekoloji durumunun sağlamlaşdırılması işləri davam etdirilmiş, neftlə çirklənmiş torpaqlarda sahəsi 1,2 hektar olan müxtəlif ölçülü gölməçələr qurudulmuş, lay suları və neftlə çirklənmiş 1,94 hektar torpaq sahəsi rekultivasiya edilmiş, 11 ədəd quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənmişdir.

Rayon rəhbəri qeyd etmişdir ki, əhalinin tibbi müayinəsi uğurla davam edir. Tibbi müayinələrin yüksək səviyyədə təşkil edilməsi üçün rayon icra hakimiyyətində yaradılmış komissiya təbliğat-təşviqat işlərini davam etdirir. Aparılan araşdırmalar deməyə əsas verir ki, tibbi müayinədən rayon əhalisi çox razıdır. Bu tədbirin həyata keçirilməsi dövlət başçısının vətəndaşlara göstərdiyi diqqət və qayğının nəticəsidir.

Sakinlərin dispanterizasiyası 4 xəstəxana, 4 poliklinika 1 ambulatoriyada reallaşdırılır. Rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri əhali arasında planlı formada maarifləndirici tədbirlər aparırlar. Görülən işlərin nəticəsidir ki, rayon əhalisinin tibbi müayinəsi uğurla davam edir, hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisəsində tibbi müayinədən keçirilir.

Bu il aprel ayının 1-dək 90 minə yaxın vətəndaş 93-dən çox kollektiv pulsuz tibbi müayinədən keçmiş, 2500 nəfərdə müəyyən xəstəlik aşkar olunmuş 200 sakin stasionar müalicəyə göndərilmişdir.

Məruzə ətrafında çıxışlarda əldə olunmuş nailiyyətlərlə yanaşı, problemlər onların aradan qaldırılması yolları, nəzərdə tutulan abadlıq tədbirləri, vətəndaşların müraciətləri ilə bağlı görülən işlər müzakirə olunmuşdur.

Hesabat yığıncağına yekun vuran İlqar Abbasov bildirmişdir ki, Suraxanı rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq-quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal digər xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində işlər ilin qalan dövrü  ərzində davam etdiriləcək, dövlət başçısı İlham Əliyevin Nazirlər Kabinetinin məlum iclasında qarşıya qoyduğu vəzifələrin icrası naminə bütün imkanlar səfərbər olunacaqdır.

Suraxanı rayonuna göstərilən diqqət qayğıya görə İlqar Abbasov rayon sakinləri adından bir daha Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirmiş dövlətimizin başçısını əmin etmişdir ki, rayonun əmək kollektivləri sakinləri həmişə olduğu kimi, yenə Heydər Əliyev siyasi kursuna sadiqliyini nümayiş etdirəcək, qazanılmış uğurların daha da artırılması ölkəmizin iqtisadi qüdrətinin gündən-günə möhkəmləndirilməsi üçün əzmlə çalışacaqlar.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 19 aprel.- S. 6.