Lənkəran mühüm inkişaf mərhələsindədir

 

 Cari ilin 3 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafına və qarşıda duran vəzifələrə həsr olunmuş şura iclasında qazanılan uğurlar və həlli vacib məsələlər geniş müzakirə edilib. 

İclası giriş sözü ilə açan icra hakimiyyətinin başçısı Taleh Qaraşov bildirdi ki, 2014-cü ilin ilk rübündə ölkəmizin sosial-iqtisadi inkişafı uğurla davam etmiş, nəzərdə tutulmuş bütün proqram  və layihələrin təqvim planına uyğun icrası təmin edilmişdir. Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi sahədə həyata keçirilmiş siyasət nəticəsində cari ilin 3 ayında makro-iqtisadi vəziyyət sabit olmuş, ölkə üzrə ümumdaxili məhsul 2,5 faiz, qeyri-neft sektoru 8,8 faiz artmış, kənd təsərrüfatında 3 faiz artım olmuşdur. Ölkədə böyük tikinti layihələri icra olunmuş, çoxlu sayda istehsalsosial obyektlər istifadəyə verilmiş, yeni yerləri açılmışdır. Hökumətin fəaliyyətində həmişə olduğu kimi, sosial siyasət yenə öndə olmuş, nəticədə əhalinin yaşayış səviyyəsi xeyli yüksəlmiş, pul gəlirləri 4,5 faiz artmış, inflyasiya 2 faiz olmuşdur.  T.Qaraşov sonra  bu uğurların əsasən 3 amil - cənab Prezidentin praqmatik kursu,  hakimiyyət komandasının fədakar fəaliyyəti və xalqın dövlət başçımızın siyasətini daim dəstəkləməsi nəticəsində qazanıldığını diqqətə çatdırdı. İcra başçısı möhtərəm Prezidentimizin diqqət və qayğısı sayəsində Lənkəran rayonunun  sürətli inkişafından, 2014-cü ilin rayonun həyatında uğurlu il olacağından, yeni proqram və layihələrin həyata keçiriləcəyindən əminliklə bəhs etdi.

Bildirildi ki, 2014-cü ilin birinci rübündə rayonda sosial-iqtisadi inkişaf artan templə davam etmişdir. Ümumi məhsul buraxılışı 6,1 faiz artaraq 57 milyon manat  olmuşdur. Sənayedə 4,3 milyon manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 3,2 faiz çox məhsul buraxılmışdır. Ümumi həcmdə sənayenin qeyri-dövlət sektorunun xüsusi çəkisi 61,2 faiz təşkil etmişdir. Sənayedə işləyənlərin orta aylıq əmək haqqı 15,4 faiz artaraq 270 manata çatmışdır. İlk  rübdə  rayonda cəmi 660 yeni yeri açılmışdır ki, onlardan 540-ı  daimi xarakterlidir.

Rayonda geniş abadlıq və quruculuq işləri aparılır. Şəhərin küçə və xiyabanlarında, qəsəbə və kəndlərdə, magistral yolların kənarlarında evlərin divarları, daş hasarlar suvaqlanaraq  yan daşlarhasarlar  rənglənir.

  Rüb ərzində şəhər icra hakimiyyəti tərəfindən dövlət vəsaiti hesabına şəhərdaxili yolların sıradan çıxmış hissələrində 1470 kvadratmetrlik cari təmir işləri aparılmışdır. Lənkəran şəhərinin abadlaşdırılması üçün Prezident sərəncamı ilə ayrılmış vəsaitə uyğun olaraq Göyşaban-Ürgə kəndləri ərazisində, şəhərin F.Məmmədov küçəsində, Bakı-Astara magistal yolundaFizuli küçəsində hasarların  üzlənməsi, Akademik Zərifə Əliyeva küçəsində və Vağzalyanı ərazidə səkilərə tamet  yan daşların düzülməsi, Ə.Əliyev adına parkın tamamilə yenidən qurulması davam etdirilmişdir. Parkda Milli Qəhrəman Əsgər Əliyevin büstü yenidən mərmər üzlüklə işlənir. Xocalı soyqırımı abidə-kompleksində abidə ətrafına qranit döşənmiş, arxa güşə yenilənmiş, müasir işıq dirəkləri quraşdırılmışdır. Hazırda rayon ərazisində abadlıq və quruculuq işləri davam etdirilir.

 Məruzəçi daha sonra sənaye müəssisələrində, nəqliyyat və rabitə sahələrində görülən işlərdən danışdı. O, həmçinin aqrar sahədən, sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli şəraitdən bəhs etdi. Əmək pensiyalarının, sosial müavinətlərin, aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımlarının vaxtında verilməsinin daim diqqət mərkəzində olduğunu vurğuladı, qayğı uman vətəndaşlara  göstərilən qayğıdan söhbət açdı.

Əhalinin normal elektrik enerjisi və təbii qazla təchiz olunması, şəhərin içməli sukanalizasiya sisteminin yenidən qurulması, digər kommunal xidmətlərin həcminin və keyfiyyətinin yüksəldilməsi sahəsində həyata keçirilən tədbirlərə də məruzədə yer ayrılmışdı. Eyni zamanda, rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrində görülən tədbirlər, dövlət gənclər siyasətinin həyata keçirilməsi və idmanın inkişafı üzrə ardıcıl işlər, şura iclaslarında müzakirə olunan məsələlər, İcra hakimiyyətində vətəndaşların yazılı müraciətlərinə baxılması  vəziyyəti nəzərə çatdırıldı.

Natiq 2014-cü ilin gələn aylarında sosial-iqtisadi sahələrdə qarşıya qoyulan məsələlərə də diqqət cəlb etdi.

Daha sonra məruzə ətrafında müzakirələr oldu. Maliyyə idarəsinin rəisi İqbal Rəcəbov,  təhsil şöbəsinin müdiri Şəhanə Əhmədova, mərkəzi  xəstəxananın baş həkimi Ağabala Kəlbiyev, Lənkəran ŞİH başçısının    şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nail Əbilov və  ŞİH-in şöbə müdiri Məlahət Nəsirova cari ilin birinci rübündə görülən işlər barədə məlumat verdilər. Nailiyyətləri daha da artırmaq əzmi ifadə olundu. 

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şura iclasını yekunlaşdıraraq qarşıda duran mühüm vəzifələri bir daha diqqətə çatdırdı, 2014-cü ili uğurla başa vurmaq üçün konkret tapşırıqlar verdi.

 

Xalq qəzeti.- 2014.- 20 aprel.- S. 5.