Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Bakının Nizami rayonunda tədbirlər keçirilir

 

Vətən mənə oğul desə dərdim...”

 

Müstəqil Azərbaycan dövlətinin xilaskarı banisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Nizami rayonu 201 saylı orta məktəbdəVətən mənə oğul desə dərdim...” vətənpərvərlik mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları öncə mövzuya uyğun yaradılmış sərgi ilə tanış olublar. Akt zalında davam etdirilən tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov  Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildiriblər  ki, insanın ən ali əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı el-obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə Vətəni sevmək deyil. Vətənpərvərlik həm Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır tərbiyə yolu ilə daha da möhkəmlənir inkişaf edir.

Sonra məktəb kollektivinin hazırladığıVətən mənə oğul desə dərdim...” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Eyni zamanda, gənc rəssamlar mövzuya uyğun çəkdikləri şəkilləri qonaqlara təqdim ediblər.

 

“Paintball” yarışı keçirilib

 

Nizami Rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı Bakı Paintball Mərkəzində paintball yarışı keçirmişlər.

Tədbirin açılışında çıxış edən YAP Nizami rayon təşkilatının şura üzvləri Əkbər Miskinov, Ələmdar Bayramov, rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov çıxışlarında bildirmişlər ki, insanda vətənpərvərlik hissi qəhrəmanlığın əsasını qoyan amildir.

Çıxışlardan sonra yarışa start verilib. YarışdaMübariz”, “Fərid”, “İbadın kəşfiyyatçılarıNizamikomandaları iştirak ediblər. Peşəkarlıq nümayiş etdirənİbadın kəşfiyyatçılarıkomandasının üzvləri yarışın qalibi olublar.

 

Məktəblilər arasındabreyn-rinqintellektual yarışı

 

Nizami Rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı rayon məktəbliləri arasındabreyn-rinqintellektual yarış keçirib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva Azərbaycanda müasir, müstəqil demokratik dövlətin qurulmasında, onun inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən, qazanılmış uğurlardan danışıb. Qeyd edib ki, bu gün ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən YAP-ın sədri, Prezident İlham Əliyevin əsas məqsədlərindən biri ölkədə intellektual kreativ gənclər ordusunu formalaşdırmaqdır. İntellektual yarışların keçirilməsində məqsəd dövlətin gənclər siyasətinə dəstək vermək gənc intellektləri üzə çıxarmaqdır.

Sonra YAP Nizami rayon təşkilatının Heydər Əliyev Muzeyində yarışa start verilib.Yarışda rayonun 12, 61, 229, 238, 328 saylı orta məktəblərin, 70 saylı, “Zəngi 4 nömrəli Bakı peşə liseylərinin, Bakı Qida Sənayesi Bakı Texniki kolleclərin komandaları iştirak edib. İştirakçılara ümummilli lider Heydər Əliyevin həyat fəaliyyətinə dair 30 sual verilib. Lakin komandalar arasında rəqabət güclü olduğundan əlavə suallar da səsləndirilib. Yalnız bundan sonra birinci, ikinci üçüncü yerlərin qalibləri müəyyənləşib.

Yarışın qalibi 328 saylı orta məktəbin şagirdləri olub, ikinci üçüncü yerləri isə müvafiq olaraq, 70 saylı Zəngiliseylərinin komandaları bölüşüblər.

 

Xalq qəzeti.- 2014.- 23 aprel.- S. 4.