Qondarma erməni soyqırımı faktların dili ilə”

 

ADPU-nun tarix fakültəsi Elmi Şurasının qərarına əsasən çap olunan, türk xalqları tarixitarixin tədrisi metodikası kafedrasının müəllimi, “Oğuz” müstəqil araşdırmaçılar qrupunun idarə heyətinin üzvü Taleh Cəfərovun müəllifi olduğu  Qondarma erməni soyqırımı faktların dili ilə” adlı kitab son uğurlu nəşrlərdən hesab olunur. Elmi redaktoru tarix elmləri doktoru, professor Oqtay Sultanov, redaktoru professor Mais Əmrahov olan kitabın rəyçiləri əməkdar elm xadimi Süleyman Məmmədov və professor Anar İskəndərovdur.

Monoqrafiyaya ön sözün müəllifi, AMEA İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva əsərin məziyyətlərindən bəhs edərkən yazır:  Qondarma erməni soyqırımı faktların dili ilə” monoqrafiyası ilə tanış olarkən burada XIX əsrdə böyük dövlətlər tərəfindən qızışdırılan erməni millətçi ekstremistlərinin Şərqi Anadolu torpaqlarını qan gölünə çevirdiklərinin, dinc əhalini öz dədə-baba torpaqlarından didərgin saldıqlarının, üsyan qaldırmaqla bölgənin bütün infrastrukturunun iflic vəziyyətə düşdüyünün şahidi oluruq. Müəllif əsrlər boyu öz torpaqlarında əmin-amanlıq şəraitində yaşayan yerli türk əhalisinin erməni silhalı dəstələrindən qorunmaq üçün qonşu ərazilərə pənah gətirdiklərini, türk əhalisinin kökünü kəsmək və monoetnik erməni dövləti yaratmaq yolunda ermənilərin Vilayəti-Sittə adlandırdıqları Şərqi Anadolu bölgəsini tamamilə nəzarətdən çıxarmaq sahəsindəki fəaliyyətlərini, böyük dövlətlərin islahat layihəsi adı altında burada apardıqları iyrənc oyunların pərdəarxası məqamlarını faktlarla vermişdir.”

 Qeyd edək ki, müəllifin uzun müddətli araşdırmaları sayəsində ərsəyə gətirdiyi əsərdə diqqəti çəkən əsas məsələlərdən biri də araşdırılan dövrdə Osmanlı imperiyasında ermənilərin sayı, onların yaşam tərzi və dövlətdə təmsil olunmasının arxiv sənədləri və statistik külliyyatlara əsasən faktlarla göstərilməsidir. T.Cəfərov sübut edir ki, heç bir arxiv sənədində ermənilərin ümumi sayının 1 milyon 300 mindən artıq olduğu təsdiqini tapmır. Həmin dövrdə ermənilər dövlətdə bütün yüksək vəzifələrdə təmsil olunurdular. İmperiyada bütün maliyyə aristokratiyasına erməni maqnatları rəhbərlik edirdilər. Bu cür yüksək yaşayış səviyyəsinə və bir sıra imtiyazlara malik olan bir toplum birdən-birə öz dövlətinə xəyanət etmiş, düşmən tərəfə keçərək öz silahları ilə xalqına atəş açmağa başlamış, iki milyon nəfərə yaxın türkün həyatına son qoymuşdur. Müəllif haqlı olaraq belə nəticəyə gəlir ki, bu fakt, əslində,ermənilərin deyil, türklərin soyqırımının baş verdiyinin göstəricisidir.

 Onu da xüsusilə qeyd etmək istəyirik ki, monoqrafiyada ilk dəfə olaraqDaşnaksütyun” partiyasının toplantılarında “Hay Dad” (Erməni Məhkəməsi) ideologiyasının qəbul edilməsi, hədəfləri və istiqamətləri öz əksini tapmışdır.

 XIX əsrin 70-80-ci illərindən etibarən türk dünyasının baş ağrısına çevrilmiş “erməni məsələsi” nin meydana gəlməsi, iri dövlətlərin Osmanlı siyasəti, Anadoluda erməni qiyamlarının törədilməsi, ermənilərin Osmanlı dövlətinin parçalanmasında iştirakı, dinc türk əhalisinin  erməni millətçi ekstremistləri tərəfindən  qətlə yetirilməsi, ermənilərin “soyqırımı” iddiaları və pərdəarxası məqamları faktoloji materiallar əsasında təhlil edilmişdir.

 Taleh Cəfərovun geniş təhlillərə və qaynaqlara söykənərək  ərsəyə gətirdiyi bu elmi-tədqiqat əsərində XX əsrdə Avropada erməni lobbisinin antitürk fəaliyyəti, II Dünya müharibəsindən sonra yeni erməni millətçiliyinin alovlanması, türk diplomatlarına, təşkilatlarına qarşı terror, hazırkı Ermənistan Respublikasının türk düşmənçiliyi siyasəti də öz növbəsində işıqlandırılmışdır.

Tədqiqatda daha çox hadisələrin xronoloji ardıcıllığına, müqayisəli təhlil metoduna və ümumiləşdirmələrə üstünlük verilmişdir. Kitabda qarşıya qoyulan əsas predmetlərdən biri də, heç şübhəsiz ki, ermənilərin və onların himayədarlarının irəli sürdüyü 1,5-2 milyon nəfərə yaxın erməninin türklər tərəfindən qətlə yetirilməsinin cəfəngiyatdan başqa bir şey olmadığını sübuta yetirməkdir.

 

 Anar TURAN

 

Xalq qəzeti.- 2014.- 24 aprel.- S. 9.