Samux: Quruculuq, abadlıq rübü

 

Samux Rayon İcra Hakimiyyətində 2014-cü ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələr müzakirə olunmuşdur. Rayon icra hakimiyyətinin başçısı Alı Qocayev hesabat məruzəsi ilə çıxış etmişdir.  Qeyd etmişdir ki, 2014-cü il  Samux rayonu üçün uğurla başlamış və birinci rub ərzində geniş tikinti - quruculuq, abadlıq işləri həyata keçirilmişdir.

 Hesabat dövründə  bütün sahələrdə  müsbət nəticələr əldə olunmuşdur. 2014-cü  ilin  birinci  rübünün  yekunlarının əsas iqtisadi göstəricilərinin  təhlili bunu deməyə əsas verir. Belə ki, birinci rübdə   rayon üzrə  ümumi  məhsul  buraxılışının həcmi 15,9 milyon  manat  olmuşdur  ki,  bu  da ötən ilin müvafiq dövründəkindən  6,9  faiz  çoxdur.  Cari  ilin ilk  rübündə  ötən  ilin  müvafiq  dövrü  ilə  müqayisədə  kənd  təsərrüfatı  məhsullarının istehsalı  15  faiz  artaraq  6,6 milyon  manat, tikinti 2,8 dəfə artaraq  0,7 milyon manat,  ticarət dövriyyəsi 2,4 faiz artaraq 6,6 milyon manat təşkil etmişdir.  Hesabat dövründə pərakəndə  əmtəə  dövriyyəsi  5,7  faiz, əhalinin  gəlirləri  3,6  faiz, orta aylıq əmək haqqı 4,6 faiz, əsas kapitala yönəldilən investisiya 3,4 dəfə artmışdır.

Əhalinin məşğulluğu daim diqqət mərkəzində saxlanılır və hesabat dövründə 155 yeni yeri yaradılmışdır ki, onların da hamısı daimidir.

Cari ilin birinci rübünün əvvəlində rayon mərkəzinin Heydər Əliyev prospektində əsaslı təmir-bərpa işlərinə başlanmışdır. Prospekt genişləndirilmiş, 1600 poqonometr bardür yenisi ilə əvəz edilmişdir.  4900 kvadratmetr yeni səki salınmışdır. Səkilərə 1400 kvadratmetr tamet düzülmüş, 3500 kvadratmetr hissəsinə isə asfalt örtüyü vurulmuşdur. Genişləndirilmiş hissələrə isə  1400 kvadratmetr  yeni asfalt örtüyü salınmışdır. Prospektin kənarlarındakı ağaclarda budama işləri aparılmışdır. Hazırda prospektdə işlər davam etdirilir.

Rüb ərzində Qarayeri qəsəbəsində və Sarıqamış kəndində də abadlıq-quruculuq işləri həyata keçirilmişdir. Qarayeri qəsəbəsinin mərkəzi küçəsində 13 ədəd müasir işıqlandırma dirəyi quraşdırılmışdır. Qəsəbədə fəaliyyət göstərən 1 və 2 saylı uşaq bağçalarında təmir işləri aparılmışdır. Sarıqamış kəndində sakinlər üçün istirahət güşəsi yaradılmışdır.

Ötən il olduğu kimi, bu ilrayonda ümumtəhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində işlər davam etdiriləcəkdir. Hesabat dövründə tikintisinə 2013-cü ildə başlanmış 360 şagird yerlik  Əhmədbəyli kənd tam orta məktəbinin  üçmərtəbəli yeni binası istifadəyə verilmişdir. Məktəb müasir avadanlıqlarla təchiz edilmişdir.

Samux şəhərində 100 yerlik iki uşaq bağçasının tikintisi üçün layihə-simeta sənədləri hazırlanmış, torpaq ayrılması işləri başa çatdırılmışdır. Artıq uşaq bağçalarından birinin tikintisinə başlanmışdır.

2014-cü ilin birinci rübündə rayonun Gəncə-Samux,  Samux-Çobanabdallı-İnstitut, Qarayeri-Alabaşlı yollarında təmir işləri aparılmışdır. Eyni zamanda, Qırmızı Samux qəsəbəsində, Kəsəmən və Burunqovaq kəndlərində giriş  yollarına balans verilərək hamarlanmışdır. Yenikənd-Poylu və Poylu-Burunqovaq yollarında da cari təmir işləri görülmüşdür.

Rayon iqtisadiyyatının inkişafında mühüm rol oynayan  özəl bölməyə də  xüsusi diqqət verilir. Məhz bunun nəticəsidir ki, rüb ərzində 112 yeni sahibkarlıq subyekti fəaliyyətə başlamışdır. Hazırda  ümumi  məhsul  buraxılışının  həcmində qeyri-dövlət  sektorunun  payı  82,6  faizdir. Rüb ərzində Sarıqamış kəndində 2500 başlıq iri biynuzlu mal-qara üçün nəzərdə tutulmuş heyvandarlıq kompleksinin tikintisi davam etdirilmişdir. Alternativ    Bərpa  Olunan  Enerji  Mənbələri  üzrə Dövlət  Agentliyi  tərəfindən  inşa olunan   Aqroenerjikompleksinin  tikintisində işlər sürətləndirilmişdir. Rub  ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə rayon sahibkarlarına 25 layihə üzrə 329 min  manat güzəştli kredit verilmişbunun hesabına 38 yeni yeri yaradılmışdır.

İqtisadiyyatının  əsasını   aqrar  sektor  təşkil  edən rayonda cari ildə  sahələrdən yüksək məhsul əldə etmək üçün lazımi tədbirlər həyata keçirilmişdir. Bu  ilin  məhsulu  üçün 9583  hektar  sahədə payızlıq  səpin  aparılmışdır. Aparılmış  səpinin  4764  hektarı  buğda,  4281 hektarı  arpa, 538  hektarı  isə  xəsildir.  1642 hektar  sahədə   yazlıq  bitkilərin  səpini    həyata keçirilmişdir.  Onlardan  140  hektarı  kartof, 284  hektarı  tərəvəz, 740 hektar  sahədə günəbaxan, 249 hektarı  çoxillik  otlar, 203 hektar şəkər çuğundurus.  olmuşdur.

Kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticənin əldə olunmasında əsas şərtlərdən biri əkin sahələrinin suvarma suyu ilə təminatı məsələsidir. Bu sahə daim ölkə başçısının diqqətində saxlanılır. “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2014-cü il tarixli  sərəncamı bunun əyani sübutudur. Həmin sərəncama əsasən bu il rayonun ən çox ehtiyac duyulan ərazilərində 13 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. Bununla yanaşı, rayonda suvarmanın səmərəli təşkili məqsədi ilə rüb  ərzində 91 ədəd nasos, 12  ədəd  elektrik   avadanlığı təmir  edilmişdir. Suvarmaya  xidmət  göstərən subartezian  quyularının  işlək  vəziyyətdə  saxlanılması istiqamətində müvafiq işlər əsasən yerinə   yetirilmişdir. Kanallarda 15  hidrotexniki qurğu, 4 hidrotexniki  post təmir  edilmişdir. Gəncə, Qoşqar və Qabırrı çaylarında selin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər həyata keçirilmişdir.

Rayon əhalisinin  elektrik  enerjisinə,  mavi  yanacağa      içməli  suya  tələbatının  ödənilməsi   istiqamətində    müəyyən  işlər  görülmüşdür.  Belə  ki, rayon  əhalisini  dayanıqlı   elektrik  enerjisi  ilə  təmin  etmək üçün  hesabat  dövründə 2  ədəd  müxtəlif   güclü   transformator əsaslı, 14-ü isə  cari  təmir  edilərək  istismara  verilmişdir . Yararsız dayaqlar yenisi ilə əvəz edilmişdir. Fərdi  abonentlərə  146 ədəd  sayğac dəsti  quraşdırılmış, 220 ədəd sayğac yararsız olduğu üçün yenisi ilə əvəz olunmuşdur.

Rayon icra hakimiyyətində yaradılmış “Qaynar xətt”ə daxil olan məlumatlar və vətəndaşların yazılı müraciətləri göstərir ki, əhalinin elektirik enerjisi ilə təminatında bir sıra problemlər mövcuddur. Xüsusilə küləkli havalarda rayonun bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verlişində fasilələr yaranır. İclasda qeyd olunmuşdur ki,   bundan ciddi nəticə çıxarılmalı və mövcud nöqsanların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülməlidir.

Rüb ərzində əhali   təbii  qazla  fasiləsiz olaraq təmin olunmuşdur.  Bu məqsədlə yüksək və aşağı təzyiqli xətlərdə təmir-bərpa işləri aparılmışdır. Hesabat  dövründə  131 abonent qeydiyyata  alınmış ,  hər  bir  abonent  məişət  qaz  sayğacı ilə  təmin  edilmişdir. Ümumilikdə  rüb  ərzində  368 abonentə  qaz  sayğacı  quraşdırılmışdır.

İstehlak olunmuş enerjinin və təbii qazın  dəyərinin vaxtında və tam ödənilməsi üçün rayon icra hakimiyyəti başçısı yanında fəaliyyət göstərən  qərargah tərəfindən müvafiq işlər aparılmış və müsbət nəticələr əldə olunmuşdur. Əhali tərəfindən istehlak olunmuş elektrik enerjisinin dəyərinin 88,76 faizi, təbii qazın dəyərinin 90,2 faizi yığılmışdır.

Rayon əhalisinə göstərilən  rabitə  poçt  xidmətinin yaxşılaşdırılması  istiqamətində də müvafiq işlər aparılır. Rüb ərzində əsas telefon aparatlarının sayı 25 ədəd artırılaraq, 8300-ə  çatdırılmışdır. 256 ədəd yeni yüksəksürətli internet portu quraşdırılmış və onların sayı 2552-yə çatdırılmışdır.  Hazırda rayonda internet xidmətindən 2264  abunəçi  istifadə edir ki, bu da keçən ilin müvafiq dövründəkindən  59,8 faiz  çoxdur. Telekommunikasiya Qovşağı tərəfindən geniş zolaqlı  yüksəksürətli internet  xidmətinin keyfiyyətinin yüksəldilməsi və portların sayının daha da artırılması istiqamətində işlər aparılır.

Poçt xidmətinin yaxşılaşdırılması məqsədilə Yuxarı Ağasbəyli kəndində yeni poçt şöbəsi istifadəyə verilmiş, Alabaşlı qəsəbəsində, Seyidlər və Füzuli kəndlərində poçt şöbələri üçün  yeni binaların tikintisi ilə bağlı işlər aparılır.

Azərbaycan Respublikasının Prezidenti   İlham Əliyevin təşəbbüsü ilə 2014-cü il fevral ayının 17-dən ölkədə çox mühüm bir kampaniya-əhalinin kütləvi müayinəsinə başlanılmışdır. Aprel ayının 17-nə olan məlumata əsasən, rayon əhalisinin 37387 nəfəri və ya 67 faizi  tibbi müayinədən keçmişdir. Müayinə olunanların 6088 nəfəri və ya 16 faizi ambulator müalicəyə  cəlb olunmuşdur. Onlardan   88 nəfər isə daha ətraflı müayinə olunmaq üçün respublikamızın ixtisaslaşmış xəstəxanalarına göndərilmişdir. Rayon əhalisinin müayinəsi davam etdirilirmay ayının 1-dək tam başa çatacaqdır.

Alı Qocayev və digər çıxış edənlər belə bir fikri dönə-dönə vurğulamışlar ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələri həyata keçirmək üçün bu gün dünənkindən, sabah isə bugünkündən yaxşı işləmək lazımdır.

 

 Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2014.- 24 aprel.- S. 10.