Vüqar Həşimovun xatirə turniri finişin astanasında

 

Şəmkirdəki  Heydər Əliyev Mərkəzində Azərbaycan şahmatının ən görkəmli yetirmələrindən biri Vüqar Həşimovun xatirəsinə həsr edilən beynəlxalq turnir artıq finişə yaxınlaşır.

On turdan ibarət yarışın yeddinci raundunda Teymur Rəcəbov Şəhriyar Məmmədyarovla, Sergey Karyakin (Rusiya) Fabiano Karuana (İtaliya) ilə heç-heçəyə razılaşmışlar, Maqnus Karlsen (Norveç) qaralarla Hikaru Nakamuraya (ABŞ) qalib gəlmişdir.

Bu rəqiblərin yarışdıqları “A” turnirində ilk yeddi turda ən yaxşı nəticəni Karlsen göstərmişdir-4,5 xal. Dünya çempionu 4 xalla ikinci mövqedə olan Rəcəbovdan yarım addım irəli çıxmışdır. KaruanaKaryakin hərəyə 3,5, Nakamura 3, Məmmədyarov 2,5 xal toplamışlar.

“B” qrupunda isə yeddi turdan sonra turnir cədvəlinin ən yüksək pillələrində fransız Etyen Bakro və ukraynalı Pavel Elyanov yanaşı addımlayırlar. Liderlər hərəyə 4,5 xal toplamışlar. Çinli Van Hao, polyak Raymondas Voytaşek və azərbaycanlı qrossmeyster Qədir Hüseynov 4 xalla üç-beşinci mövqelərdə qərar tutmuşlar.

Dünən hər iki qrupda səkkizinci turun görüşləri keçirilmişdir. “A” turnirində Rəcəbov Karuana ilə qarşılaşmış, Məmmədyarovun rəqibi Nakamura olmuş,  Karlsen isə Karyakinlə görüşmüşdür.

 

Oqtay BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 29 aprel.- S. 10.