“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası Naxçıvanda yeni uğurların təməlinə çevrilir

 

Ölkəmizdə Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsi son dþvrlərdə bütün sahələrin inkişafına səbəb olmuş, Azərbaycan makroiqtisadi sabitliyə, dinamik iqtisadi inkişafa malik bir þlkə kimi regionun lider dþvlətinə çevrilmişdir.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar þlkəmizin çox qısa bir zaman ərzində yeni inkişaf mərhələsinə qədəm qoyması ilə nəticələnmişdir. Xüsusilə þlkə başçısının 11 illik fəaliyyəti dþvründə müxtəlif sahələrin inkişaf etdirilməsi ilə bağlı imzaladığı sərəncam və fərmanlar, müxtəlif dþvrləri əhatə edən çoxsaylı dþvlət proqramları uğurla icra edilərək hərtərəfli inkişafın yeni mərhələsinə qədəm qoyulmasına stimul vermiş, Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların reytinq cədvəlində layiqli yerini tutmuşdur. Təbii ki, əldə edilən müsbət nəticələr þlkəmizin perspektiv inkişaf hədəflərinin müəyyən edilməsi zərurətini ortaya qoymuşdur. Elə bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2011-ci il noyabrın 29-da “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncam imzalamışdır.

 

Konsepsiya 1 il müddətində müvafiq dþvlət orqanlarının, elmi təşkilatların və yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə hazırlanaraq demokratik prinsiplər gþzlənilməklə açıq müzakirəyə verilmişyekun sənəd maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyəti təsisatlarının və vətəndaşların çoxsaylı rəy və təklifləri nəzərə alınmaqla ərsəyə gətirilmiş, þlkə başçısının 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmişdir. Məlumat üçün qeyd edim ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası þlkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini þzündə ehtiva etməklə, onun həyata keçirilməsini məqsədli dþvlət proqramları vasitəsilə gerçəkləşdirilməsini nəzərdə tutur. Eyni zamanda, bu mərhələnin əsas hədəfi þlkədə çoxşaxəli, innovasiyayþnümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə inkişafın təminatı, əhalinin rifahının yaxşılaşdırılması, həmçinin elm, təhsil, mədəniyyətin inkişafında yeni nailiyyətlərin əldə olunmasıdır. Adıçəkilən fərmanın imzalanmasından sonra þlkəmizdə, eləcə də muxtar respublikamızda həyata keçirilən tədbirlər þz uğurlu nəticələrini gþstərmişdir. Qarşıdakı illərdə bu tendensiyanın daha müsbət dinamikasının şahidi olacağıq. Bu mükəmməl konsepsiyanın ayrı-ayrı sahələrə tətbiqindən və əldə edilmiş nailiyyətlərdən geniş bəhs etmək olar. Ancaq fikirlərimizi müəyyən istiqamətlər üzrə oxucularla bþlüşmək daha münasib olardı.

 

Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, hazırda icrası davam etdirilən və yaxın gələcəkdə qəbul olunacaq istənilən dþvlət proqramı bu konsepsiyanın tərkib hissəsidir. Praktik baxımdan bþyük hədəflərə gedən yolun kiçik hədəflərdən keçdiyini nəzərə alsaq, sosial, iqtisadi, elmi, mədəni proqramların uğurlu icrasının bizi əsas hədəflərə apardığının bir daha şahidi olarıq. Bildiyimiz kimi, istənilən þlkənin hərtərəfli inkişafı yalnız yüksək əmin-amanlığın və sabitliyin təmin olunduğu şəraitdə mümkündür. Azərbaycan bu gün müharibə vəziyyətində olan bir þlkə olsa da, þlkədəki sabitlik, Silahlı Qüvvələrimizin þlkəmizin təhlükəsizliyinin təminatçısı rolunda çıxış etməsi sosial-iqtisadi inkişafın davamlı xarakter almasına şərait yaratmışdır. Muxtar respublikamızın sürətli inkişafının davamlı təminatçısı isə þtən ilin dekabrında Əlahiddə Ümumqoşun Ordusunun yaradılması oldu. Bu ordunun dþyüş arsenalının ən müasir tələblər səviyyəsində təmin edilməsini Naxçıvanın gələcək inkişaf konsepsiyasının qarantı olmaqla bərabər, þlkə başçısının muxtar respublikaya mühüm hədiyyəsi kimi də dəyərləndirmək olar. Ardınca bu ordunun irimiqyaslı hərbi təlimlərə başlaması isə peşəkar hazırlıqdan çox, muxtar respublikanın gələcək iqtisadi inkişafına heç nəyin mane ola bilməyəcəyinin ilk siqnalı idi.

 

Təbii ki, sosialsiyasi cəhətdən sabitliyi təmin olunmuş bir þlkənin iqtisadi tərəqqiyə qovuşması çətin deyil. Azərbaycan gələcək iqtisadi inkişafını çoxşaxəli və innovasiyayþnümlü gþrmək istədiyindən atılan addımlar da həmin istiqamətə uyğunlaşdırılır. Þtən ilin oktyabr ayında Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq sərəncamdan sonra bu il aprel ayının 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin əsasında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması haqqında sərəncam imzaladı. İqtisadi inkişafımızın sənayeləşmə istiqamətində formalaşdırılmasını þzündə ehtiva edən bu rəsmi sənədi gələcəyin inkişaf konsepsiyasının nþvbəti, həm də mühüm tərkib hissəsi kimi qiymətləndirmək olar. Þtən illər ərzində muxtar respublikada bu sahədə vacib infrastruktur baza yaradılmışdır. 14 il bundan əvvəl, 2000-ci ildə Naxçıvan Muxtar Respublikasında 15 adda məhsul istehsal olunurdusa, bu gün istehsal olunan məhsulların sayı 23 dəfə artaraq 349-a çatdırılmışdır. İlin ilk 6 ayının statistik gþstəricilərinə nəzər salsaq, gþrərik ki, hazırda muxtar respublikada 334 nþvdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına þdənilir. Qeyd olunan dþvrdə ümumi daxili məhsulun tərkibində ilk yeri 31,5 faizlik payla sənaye sahəsi tutmuşdur. Yerli xammal mənbələri nəzərə alınmaqla yeni sənaye parklarının yaradılması, mþvcud müəssisələrin istehsal həcminin artırılması yaxın gələcəkdə bu sahənin hərtərəfli inkişaf etdirilməsinin stimullaşdırılmasına geniş imkanlar açacaqdır. Əlbəttə, iqtisadi sahədə həyata keçirilən tədbirlər, azad sahibkarlıq fəaliyyətinə verilən dəstək yoxsulluğun azaldılması ilə bərabər, əhalinin məşğulluq problemlərinin həllində də þz sþzünü deyir. Əgər 2003-cü ildə þlkəmizdə işsizliyin səviyyəsi 49 faiz təşkil edirdisə, þtən il bu rəqəm 5,2 faizədək düşmüşdür. Muxtar respublikamızda isə hazırda işsizlik sıfır səviyyəsindədir. Yeri gəlmişkən qeyd edim ki, bəzi inkişaf etmiş þlkələrdə işsizliyin səviyyəsi 25 faizdir, gənclər arasında isə bu rəqəm 50 faizə çatır.

 

Þlkəmizdə, eləcə də muxtar respublikamızda strateji hədəflərə daxil olan sahələrdən biriinformasiya-kommunikasiya texnologiyaları sahəsidir. Təsadüfi deyil ki, 2013-cü il þlkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ilielan edilmişdir. Þtən il Azərbaycan ilk süni peykini orbitə çıxarmışdır. Həmin ilin fevral ayında isə muxtar respublikada “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzi yaradılmışdır. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin Naxçıvanda yaradılması muxtar respublika üçün mühüm əhəmiyyətə malikdir. Belə ki, idarəetmə mərkəzi muxtar respublikada informasiya təhlükəsizliyinin təmin edilməsi, elmtutumlu yeni layihələrin icrası, keyfiyyətli teleradio yayımı və rabitə xidmətlərinin gþstərilməsi, eləcə də elektron hþkumətin formalaşdırılması prosesinin sürətləndirilməsinə geniş imkanlar açır. Bir faktı da qeyd etmək istərdik ki, 2020-ci ilə qədər þlkəmizdə İKT ilə bağlı layihələrin həyata keçirilməsinə hþkumət tərəfindən təxminən 3,6 milyard dollar vəsait xərclənməsi nəzərdə tutulmuşdur. Bu da telekommunikasiya sahəsində daha bþyük uğurlar qazanacağımıza ümidləri artırır.

 

Naxçıvan Muxtar Respublikasında elm, təhsil, səhiyyə müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması istiqamətində həyata keçirilən tədbirlər hamıya məlumdur. Muxtar respublikanın ali təhsil müəssisələrinin dünyanın aparıcı təhsil müəssisələri ilə getdikcə artan əməkdaşlığı, qarşılıqlı tələbə mübadilələri, AMEA Naxçıvan bþlməsi əməkdaşlarının þlkəmizin elmi mühitindəki xidmətləri, səhiyyə quruculuğu sahəsində atılan addımlar, idmanın kütləviliyinin artırılması, diyarımızın mədəni zənginliklərinin təbliği ilə bağlı gþrülən işlər humanitar sahədə yeni nailiyyətlərin əldə edilməsindən xəbər verir.

 

Naxçıvan Muxtar Respublikasının bugünkü inkişafına mənfi təsir gþstərən əsas amillərdən biri bu diyarın blokada vəziyyətində olmasıdır. Doğrudur, blokada şəraiti mþvcud inkişafın qarşısını kəsə bilməsə də, muxtar respublikamızın potensial imkanlarından istifadəni, az da olsa, çətinləşdirir. Ancaq þlkə başçısının beynəlxalq aləmdəki nüfuzu, atdığı qətiyyətli addımlar yenə də optimist düşünməyimizə imkan verir. Məlum olduğu kimi Azərbaycanın təşəbbüsü ilə regionda bir sıra strateji layihələr reallaşdırılıb. Hazırda belə layihələrdən biri olan Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi davam etdirilir. Bu ilə yekunlaşdırılması nəzərdə tutulan dəmir yolu xətti AsiyaAvropa qitələri arasında əsas yükdaşımalarını həyata keçirəcək strateji layihədir. Bu layihə tamamlandıqdan sonra Naxçıvanın blokada vəziyyətinə yeni nəfəs verəcək Qars-Gümrü-Naxçıvan dəmir yolu xəttinin çəkilməsinə başlanılacaq. Naxçıvan üçün bþyük əhəmiyyət daşıyacaq bu strateji layihə həm də paytaxt Bakı ilə birbaşa dəmir yolu əlaqəsini bərpa edəcəkdir. Bþlgə üçün mühüm logistika rolunu oynayacaq layihə muxtar respublikada turizmin inkişafına da bþyük təkan verəcəkdir.

 

Bəli, mövcud uğurları təhlil etdikcə, əldə edilmiş nəticələri nəzərdən keçirdikcə buna bir daha inanırıq ki, þlkəmizin, eləcə də muxtar respublikamızın gələcəyə daha uğurla addımlaması üçün dþvlətimizin siyasi iradəsi və gücü var. Bu isə o deməkdir ki, biz gələcəyimizi indidən proqnozlaşdıra bilirik və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası Naxçıvanda yeni uğurların təməlinə çevrilir.

 

Səbuhi HƏSƏNOV,

 “Şərq qapısı” qəzetinin şöbə müdiri

Xalq qəzeti.-2014.-6 avqust.-S.6.