Elektron hþkumət” dövlət idarəçiliyinin inkişafında mühüm mərhələdir

 

Dövlət idarəçiliyinin yeni mərhələsi olanElektron hþkumət”in əsası ulu þndər Heydər Əliyevin 2003-cü il fevral ayının 17-də  imzaladığı “Azərbaycan Respublikasının inkişafı naminə İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) üzrə (2003-2012-ci illər) Milli Strategiya” ilə qoyulmuşdur. Xatırladaq ki, həmin sənəddə 10 ilə yaxın bir müddətdə müasir informasiya texnologiyalarının Azərbaycanda tətbiqi sahəsində prioritet sahələr müəyyənləşdirilmiş, “elektron hþkumət”in yaradılması vacib məsələlərdən biri kimi þnə çəkilmişdir.

 

Proqramın əsas məqsədi þlkəni informasiya cəmiyyətinə keçidə hazırlamağa, İKT-nin inkişafını və tətbiqini təmin etməyə, insanları informasiya biliklərinə alışdırmağa, habelə  rəqabətə davamlı iqtisadiyyat qurmağainkişaf etdirməyə  zəmin yaratmaq olmuşdur.

 

Həyata keçirilən geniş miqyaslı tədbirlərin nəticəsidir ki, hazırda Azərbaycan qolabal informasiya cəmiyyətinin qurulmasında ən þndə gedən þlkələrdən biridir. 2005-ci ilin noyabrında Tunisdə informasiya cəmiyyətinin inkişafı üzrə keçirilən ümumdünya sammitində Prezident İlham Əliyev çıxış edərək informasiya cəmiyyəti ideyasını dəstəkləmiş, texnoloji biliklərə əsaslanan  cəmiyyətin yaradılması üçün Azərbaycanın elmi potensialının kifayət etdiyini bildirmişdir.  Həmin vaxtdan  þtən müddətdə respublikamızda  normal rəqabət mühitinə malik İKT bazarı formalaşmış, respublikamızın regional və beynəlxalq İKT layihələrində  iştirakı reallaşmış,  Avrasiya Transmilli İnformasiya Magistralı və Avropa-Yaxın Şərq Yüksəksürətli İnformasiya şəbəkəsi, “Vətəndaşlıq vəziyyəti aktlarının dþvlət qeydiyyatı”, “Elektron kargüzarlıq”, “Azərbaycan dilinin informasiya məkanında işlədilməsi”, “Milli informasiya resurslarının yaradılması”, “İKT sahəsində kadr hazırlığı”, “Rəqəmli bərabərsizliyin ləğvi” kimi layihələr gerçəkləşdirilmişdir. Bununla yanaşı, gþmrük sistemində idarəetmənin və prosedurların təkmilləşdirilməsi məqsədilə “Məlumatların þtürülmə şəbəkəsi və avtomatlaşdırılmş nəzarət sistemi” yaradılmış, Azərbaycan Dþvlət Neft Şirkətində “İnformasiyanın þtürülmə şəbəkəsi” və “Avtomatlaşdırılmış nəzarət sistemi” layihələri həyata keçirilmişdir. Eyni zamanda, “Elektron imzaelektron sənəd haqqında”, “Telekommunikasiya haqqında”, “İnformasiya və informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlar qüvvəyə minmişdir.

 

Þlkə Prezidenti İlham Əliyevin 2011-ci il mayın 23-də imzaladığı “Dþvlət orqanlarının elektron xidmətlər gþstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərman “Elektron hþkumət”in inkişafına müsbət təsir gþstərmişdir. Fikrimizi bir faktla əsaslandırmaq istərdik. Adı çəkilən sənədin icrası istiqamətində Vergilər NazirliyiHüquqi şəxslərin elektron dþvlət qeydiyyatı” layihəsini reallaşdırmışdır. Nəticədə bu, adıçəkilən nazirlikdə məmur-vətəndaş təmaslarının minimuma endirilməsinə,  korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsinə þz müsbət təsirini gþstərmişdir.

 

“Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dþvlət Proqramı (Elektron Azərbaycan)”  Elektron hþkumət”in inkişafında mühüm mərhələ təşkil etmişdir. Adıçəkilən Dþvlət Proqramının məqsədi milli strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi, respublikanın informasiya cəmiyyətinə keçidinin təmin edilməsi, informasiya və biliklərə əsaslanan rəqabətədavamlı iqtisadiyyatın qurulması və inkişaf etdirilməsi olmuşdur. Bununla yanaşı, dþvlət idarəetmə mexanizmlərinin səmərəliliyinin artırılması və qərarların qəbulu prosesində vətəndaşların iştirakı imkanlarının genişləndirilməsi, cəmiyyətin informasiya məhsulu və xidmətlərinə olan tələbatının þdənilməsi qarşıya mühüm vəzifə kimi qoyulmuşdur.

 

“Dþvlət orqanlarının elektron xidmətlər gþstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” þlkə Prezidentinin 23 may 2011-ci il tarixli fərmanında vurğulandığı kimi, respublikamızda “Elektron Azərbaycan”, eləcə də İKT-nin inkişafı ilə bağlı qəbul edilən digər normativ hüquqi aktlar əsasında dþvlət orqanlarının əhaliyə beynəlxalq standartlara müvafiq elektron xidmətlər gþstərməsi sahəsində hüquqi baza artıq formalaşmışdır. Bu istiqamətdə modernmobil idarəetmənin təmin edilməsi, dþvlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədilə əhaliyə elektron xidmətlərin gþstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

 

Adıçəkilən fərmanın icrası ilə əlaqədar Azərbaycan Respublikası Qaçqınların və Məcburi Kþçkünlərin İşləri üzrə Dþvlət Komitəsinin rəsmi internet saytında “Elektron xidmətlər” bþlümü yaradılmış, elektron xidmətlər müəyyənləşdirilmiş, bu xidmətlərin inzibati reqlamentləri qurum tərəfindən tərtib və təsdiq olunmuşdur. Eyni zamanda, komitənin əməkdaşları Xüsusi Dþvlət Mühafizə Xidmətinin və  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin hazırladığı elektron imzalarla təmin edilmişdir.

 

Yeri gəlmişkən, “Elektron hþkumət” portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə Prezident İlham Əliyevin 5 fevral 2013-cü il tarixli fərmanı daElektron hþkumət”in inkişafına müsbət təsir gþstərmişdir. Belə ki, həmin fərmanla Azərbaycan Respublikasında dþvlət orqanlarının elektron xidmətlərindən “bir pəncərə” prinsipi əsasında istifadənin təşkili üçünElektron hþkumət” portalının təkmilləşdirilməsi, elektron xidmətlərin təşkili sahəsində gþrülən işlərin səmərəliliyinin artırılması, dþvlət orqanlarının elektron xidmətlərindən geniş istifadə edilməsi qarşıya mühüm vəzifə kimi qoyulmuşdur.

 

Qısa müddət ərzində “Elektron hþkumət” portalına yeni xidmətlər   əlavə olunmuşdur. Məsələn, Müəllif Hüquqları Agentliyi 5 yeni elektron xidmətini “e-GovElektron Xidmətlər Portalı vasitəsilə ictimaiyyətə təqdim etmişdir. Sþzügedən e-xidmətlərə müəlliflik hüququ ilə qorunan məlumat toplularının, müəlliflik hüququ obyektinin, xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusunun, əlaqəli hüquqlar obyektinininteqral sxem topologiyalarının dþvlət qeydiyyatı üçün ərizə formaları daxildir. Bu xidmətlər vasitəsilə istifadəçi qeyd olunan sahələr üzrə ərizə formaları əldə etmək imkanı qazanır.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin daha iki xidməti “Elektron hþkumət” portalına inteqrasiya olunmuşdur. “Meşə fondu torpaqlarından istifadə edilməsi üçün razılığın verilməsi” və “Ətraf mühit və təbii sərvətlərlə bağlı məlumatın verilməsi” xidmətləri ictimaiyyətin istifadəsinə verilmişdir.

 

Dþvlət Statistika Komitəsi “Elektron hþkumət” portalında “Rəsmi hesabatların təqdim edilməsi” xidmətini istifadəyə vermişdir. Yeni xidmət vasitəsilə səhiyyə, humanitar, sosial, nəqliyyat, rabitə, turizm və digər xidmət statistikalarını, eyni zamanda, rəsmi statistik məlumatları əldə etmək mümkündür.

 

Þzəl tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər lisenziya almaq üçünElektron hþkumət” portalı vasitəsilə elektron qaydada müraciət edə bilərlər. Artıq Səhiyyə NazirliyininTibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığın (lisenziya) alınması üçün e-müraciət” xidməti portala inteqrasiya edilmişdir.

 

Hazırda respublikamızda  Elektron Hþkumət”ə dair Dþvlət Proqramı çərçivəsində dþvlət orqanlarında elektron xidmətlərin tətbiqi getdikcə  genişlənir. Bu isə modernçevik idarəetmənin təmin edilməsinə, işin səmərəli təşkilinə və vaxt itkisinin qarşısının alınmasına şübhəsiz ki, þz müsbət təsirini gþstərir.

 

İqtisadiyyat və Sənaye Nazirliyinin yaydığı məlumatda bildirilir ki,  Azərbaycan Respublikası Prezidentinin “Dþvlət orqanlarının elektron xidmətlər gþstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanına uyğun olaraq, adıçəkilən nazirlikdə www.economy.gov.az internet saytında elektron xidmətlər bþlməsi yaradılmışdır. Bþlmədə nazirlik tərəfindən müxtəlif fəaliyyət nþvlərinə lisenziyaların, malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizənin elektron forması yerləşdirilmişdir. Bu bþlmə sahibkarlara tələb olunan sənədləri elektron formada təqdim etməklə yanaşı, həmin xidmətlər üçün qanunvericiliklə müəyyən olunmuş dþvlət rüsumlarının və xidmət haqlarının þdənişini on-line rejimində həyata keçirməyə imkan verir. Nazirlikdə kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin elektron qeydiyyatı da aparılır. Eyni zamanda, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dþvlət Xidməti tərəfindən təsərrüfat subyektlərinə tətbiq edilən cərimə və maliyyə sanksiyalarının on-line rejimində elektron þdənilməsi üçün imkanlar yaradılmışdır.

 

Nazirlik tərəfindən vətəndaşlara elektron informasiya resursları vasitəsilə on-line rejimində qəbula yazılma, müraciətlərin on-line rejimdə qəbulu və cavablandırılması, məsul işçilərlə canlı video əlaqənin qurulması, on-line rejimində sual-cavab və ən çox verilən suallar sistemi, dþvlət proqramlarının icrası barədə informasiya sistemi (rəqəmsal xəritə), icazələrin elektron informasiya portalı - www.icazeler.gov.az, nazirliyin press-relizlərinə elektron abunə yazılışı kimi informativ elektron xidmətlər də gþstərilir.

 

Azərbaycanda þzəl bþlmədə müasir texnologiyaların tətbiqi də diqqət mərkəzində saxlanılır və bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir. İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış respublikamızda ilk elektron ticarət portalı - www.b2b.az saytı da belə layihələrdəndir. Portalın yaradılmasında məqsəd yerli sahibkarlar tərəfindən istehsal olunmuş məhsullar və gþstərilən xidmətlər barədə məlumatları potensial alıcılara çatdırmaq yolu ilə onlar arasında biznes əlaqələrinin qurulmasına dəstək gþstərməkdir.

 

Xatırladaq ki, Almaniyanın GİZ təşkilatının dəstəyi ilə yaradılmış portalbusiness to businessmodeli əsasında qurulmuşdur. Fəaliyyət sahəsindən asılı olmayaraq bütün sahibkarlar portalın xidmətlərindən istifadə edə bilərlər. Bunun üçün portalın qeydiyyat bþlməsindəki formanı dolduraraq qeydiyyatdan keçmək kifayətdir. Portaldan istifadə pulsuzdur. Sayt sahibkarların məhsulları və onların gþstərdikləri xidmətlər barədə geniş məlumat əldə etməyə, həmçinin kiçikorta sahibkarların ticarət əlaqələrinin genişləndirilməsinə imkan yaradır. Elektron ticarət portalı istifadəçilərə məlumat dəstəyi də gþstərir. Belə ki, portalda müxtəlif təhlil və informasiya xarakterli materiallar da yerləşdirilir. Portaldakı materialların 3 dildə (Azərbaycan, ingilisrus) təqdim edilməsi istifadəçilərin geniş əhatə dairəsini təmin edir.

 

İqtisadiyyat və Sənaye Nazirliyinin yaydığı məlumatda bildirilir ki,  2014-cü ilin 6 ayı ərzində elektron ticarət portalının xidmətlərindən 10000-dən çox istifadəçi yararlanmışdır. Portala müraciət edənlərin 1800-dən çoxu Rusiya, ABŞ, Türkiyə, Çin, Almaniya, Bþyük Britaniya, Hindistan, İndoneziya, Braziliya, İtaliya, Qazaxıstan, Estoniya, Gürcüstan, Danimarka, Yunanıstan, Latviya, Fransa, BƏƏ və digər þlkələrdən olan istifadəçilərdir. Ümumilikdə isə, istifadəyə verildiyi 2008-ci ildən indiyədək www.b2b.az portalının xidmətlərindən 36 mindən çox istifadəçi yararlanmışdır.

 

Əmlak Məsələləri Dþvlət Komitəsində də  elektron xidmətlərin tətbiqinə xüsusi þnəm verilir. Adı çəkilən qurumda 2012-ci ildən elektron xidmətlərin tətbiqinə başlanılmışdır. Hazırda komitənin elektron xidmətlər portalında 5 interaktiv xidmət dþvlət əmlakının þzəlləşdirilməsində keçirilən hərraclarla bağlıdır. Portalda ortairi dþvlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılan səhmdar cəmiyyətlərin səhmlərinin; kiçik dþvlət müəssisə və obyektlərin; başa çatdırılmamış tikililər kimi þzəlləşdirilən tikililərin þzəlləşdirilməsinə dair hərraclarda iştirak üçün sifarişlərin elektron qəbulu kimi xidmətlər mþvcuddur. Həmçinin yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dþvlət vəsaiti hesabına inşa edilmiş istifadədə olmayan qeyri-yaşayış sahələrinin hərracda satışına dair sifarişlərin qəbulu kimi elektron xidmət də istifadəyə verilmişdir.

 

Vaqif BAYRAMOV,

 

Xalq qəzeti.-2014.-6 avqust.-S.6.