Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Yaponiya ilə əlaqələr qurur

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş Katibliyi qurumun beynəlxalq əlaqələrini gücləndirmək, həmçinin Diasporla İş üzrə Dþvlət Komitəsinin dəstəyi ilə təşkil ediləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıqla əlaqədar Yaponiyanın paytaxtı Tokioya səfər edib.

 

Diasporla İş üzrə Dþvlət Komitəsindən aldığımız məlumatda bildirilir ki, səfər zamanı Yaponiyanın ictimai-siyasi xadimləri ilə keçirilmiş gþrüşlərdə dünyanın qlobal problemləri, eləcə də Azərbaycanla Yaponiya arasında mədəni və elmi əməkdaşlığın mþhkəmləndirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.

 

Tokioda Yaponiyanın sabiq Baş naziri Yukio Hatoyama, YUNESKO-nun sabiq rəhbəri Koişiro Matsuura, Sasakava Sülh Fondunun Baş məsləhətçisi Yoshiaki Sasaki, hþkumətin iqtisadi məsələlər üzrə sabiq müşaviriÇiba Universitetinin prezidenti Horuo Shimada, Xarici Əlaqələr Komissiyasının beyin mərkəzlərindən biri olan Genron NPO şirkətinin prezidenti Yasushi Kudo, həmçinin Şərqi Asiya Cəmiyyəti İnstitutu, Yaponiyanın Afrika Cəmiyyəti, İnkişaf etməkdə olan iqtisadiyyatlar institutunun rəhbərliyi ilə gþrüşlər keçirilib. Səfər çərçivəsində dünyanın nəhəng korporasiyalarından biri sayılan “Bridgestonenun rəhbərliyi ilə də müzakirələr aparılıb.

 

Müzakirələrin sonunda Yaponiyanın sabiq Baş naziri Yukio Hatoyama Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə dəvəti qəbul edibqurumun üzvü olub. Yukio Hatoyama, eləcə də digər sabiq baş nazir Yasuo Fukuda, YUNESKO-nun sabiq Baş Direktoru Koişiro Matsuura, həmçinin Yaponiyanın bir sıra nüfuzlu ictimai-siyasi xadimləri 2015-ci ildə Bakıda keçiriləcək III Müştərək Cəmiyyətlər Forumuna dəvət olunub. Qeyd edək ki, 2015-ci il Forumu çərçivəsində müzakirə ediləcək mþvzulardan biri Yaponiya, Çin, Koreya, ABŞ inteqrasiyası və qlobal təhlükəsizliyin yaradılmasında onların rolu məsələsi olacaq.

 

Samirə ƏLİYEVA,

 

Xalq qəzeti”.-2014.-13 avqust.-S.7.