“Təmiz Binəqədi” layihəsi vətəndaş təəssübkeşliyinin uğurlu nəticəsidir

 

Mən Azərbaycanın BMT Təhlükəsizlik Şurasına və Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməsini, kosmosa rabitə peyki çıxarmasını, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirakını  adi bir xəbər kimi qarşılaya bilmirəm.

 

Elə bilirəm ki,  həmin xəbərlər ilk növbədə  insanda milli təəssübkeşlik hisslərini canlandırır və mən bu qəbildən olan məlumatları ancaq dövlətimizın təəssübkeşliyi baxımından qəbul edirəm. Həmin qənaəti bir qədər yığcam məkana tətbiq edəndə isə, hörmətli oxucular inciməsinlər, özümün yaşadığım rayonun təəssübünü daha çox çəkirəm. Allaha şükür ki, bizim rayonun uğurları da az deyil və haqlı olaraq həmin nailiyyətlərlə fəxr edirik. Çünki ulu öndər deyirdi ki, öz kəndinə, rayonuna, şəhərinə bağlı olmayan adam bütövlükdə Azərbaycanı sevə bilməz. Yaşadığım rayonda uğurla icra edilən “Təmiz Binəqədi” layihəsinin respublika miqyasında maraqla qarşılanması və ən ali səviyyədə təqdir olunması bir sakin, vətəndaş kimi məni məhz bu baxımdan məmnun edir.

 

Əvvəlcə həmin layihənin əsas mahiyyəti barədə bir neçə kəlmə. Təbii ki, rayon sakinlərindən biri, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Siyasi Şurasının üzvü kimi mən də rayonumuzda reallaşdırılan “Təmiz Binəqədi” layihəsinin icrasına kömək olmuş, dəstək vermişəm. Ancaq YAP rayon təşkilatının sonuncu  şura iclasında  iştirak edənlərə bu layihə barədə elə müfəssəl məlumat verildi ki, sanki hamı bu barədə ilk dəfə eşidirmiş kimi məmnun oldu. Xatırladım ki, şura iclasında  müzakirə olunan dörd məsələdən biri  məhz “Təmiz Binəqədi” layihəsi idi.  Rayon təşkilatının sədri Ramiz  Göyüşov bu layihənin mahiyyəti, icrası və icradan sonrakı səmərəsi barədə  kifayət qədər əhatəli məlumat verdi. Sonra rayon icra hakimiyyəti başçısının müavini Vüsal İsmayılov  “Təmiz Binəqədi” barədə danışaraq qeyd elədi ki, bu sözün mahiyyəti sırf ilkin mənada - yəni rayon ərazisinin məişət  tullantılarından  təmizlənməsi kimi deyil,  cəmiyyət həyatına aid olan bütün təmizliklərin  Binəqədiyə gətirilməsi mənasında qəbul edilməlidir.

 

Mənim fikrimcə isə,  bu təmizliyə bizim hər birimiz özümüzdən,  öz evimizdən, oradakı həm məişət,  həm də cəmiyyət mühitindən,   insanlara münasibətimizdən, dövlətçiliyə sədaqətimizdən,  ictimai mühitin saflaşdırılmasına verdiyimiz töhfələrdən başlamalıyıq.  “Təmiz Binəqədi” o demək deyil ki, rayonun bütün küçə və xiyabanlarını başdan-başa abadlaşdıraq, hər tərəfdə səliqə-sahman yaradaq və... insanın insanla, sakinin məmurla, idarə və müəssisələrin rayon rəhbərliyi ilə münasibətlərindəki təmizlik yaddan çıxıb getsin.   Rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov məhz bu mərama xidmət edərək hər həftə bir yaşayış sahəsində üç yüz, beş yüz sakinlə görüşür, insanların problemlərini öyrənir,  həmin problemlərin həlli üçün müvafiq qurumlara  konkret tapşırıqlarını verir. Adını çəkdiyim iclasda Vüsal İsmayılov məhz  bu məqamlardan danışdı və əlavə etdi ki, Binəqədi rayonunda atılan bu addımlar cənab Prezident İlham Əliyevin ölkədə yaratmaq istədiyi ekoloji təmizliklə yanaşı mənəvi saflıq mühitinin formalaşdırılmasına binəqədililərin verdiyi töhfədir.

 

İndi isə layihənin adının müstəqim mənası barədə. Məlum olduğu kimi Avropa Olimpiya Komitəsi Baş Assambleyasının qərarı ilə 2015-ci ildə Birinci Avropa Oyunlarının keçirilməsi hüququ Azərbaycan Respublikasının paytaxtı  Bakı şəhərinə verilmişdir. Ona görə də  2015-ci ildə Birinci Avropa  Oyunlarının Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Təşkilat Komitəsi yaradılmış,  Təşkilat Komitəsinə Azərbaycan Respublikasının birinci xanımı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun  İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sədr təyin edilmişdir.  Geridə qalan aylar  ərzində respublikamızda Avropa  Oyunlarına hazırlıqla əlaqədar böyük işlər görülmüş,  bir çox olimpiya obyektləri tikilib istifadəyə verilmişdir.  Bəzi obyektlərdə isə tikintitamamlama işləri sürətlə davam etdirilir. Avropa  Oyunlarının başlanmasına bir il qalmasını nəzərə alaraq, oyunlara hazırlıq dövründə  Binəqədi rayonunun  memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə, parkxiyabanlarda aparılan təmizlik və abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, bu işlərə rayon ictimaiyyətini və geniş əhali kütləsini cəlb etmək məqsədi ilə 1 iyul 2014-cü ildən etibarən rayon ərazisində mərhələli şəkildə “Təmiz Binəqədi” layihəsinin həyata keçirilməsinə başlanılmışdır.

 

Rayonun ictimai həyatında fəal iştirak edən bir sakin kimi  şahidi oluram ki, bu sahədə işlər iti sürətlə gedir. Belə ki, layihənin həyata keçirilməsi üçün təsdiq olunmuş Tədbirlər Planının birinci bölməsi - “Təmiz Binəqədi” layihəsinin təbliğat və maarifləndirmə işlərinin təşkili məqsədiylə  rayon icra hakimiyyətinin  göstərişi ilə iyulun  5-də “Təmiz Binəqədi” layihəsinin təqdimatı keçirilmişdir.  Tədbir çərçivəsində 9-cu mikrorayondakı Adil Məmmədov küçəsində yeni istirahət parkının açılışı olmuş,  mərasimdən sonra sakinlər üçün konsert proqramı təşkil edilmişdir. “Təmiz Binəqədi” layihəsinə start verilməsi ilə əlaqədar sahə və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, bələdiyyələrin iştirakı ilə iclas təşkil olunub müvafiq izahat verilmişdir.

 

Hər gün yolumuz düşən ünvanlarda  - parklarda və yaşıllıq zonalarında işıqlandırılmış banerlər yerləşdirildiyini görürük, Azadlıq prospektində yerləşən keçidin hər iki tərəfində və Rəsulzadə qəsəbəsi ərazisindəki Dəmiryol körpüsünün hər iki tərəfinə vurulmuş  Evimizi təmiz saxlayaq, Binəqədi evimizdir” şüarlarını bir-birimizə göstərərək bu əməllərin hamı tərəfindən bəyənildiyinin şahidi oluruq.  Xüsusən, rayonun giriş hissəsində quraşdırılmış Avropa Oyunları loqosu  sakinlər və  qonaqlar tərəfindən maraqla qarşılanır. Özəl sektora aid  obyektlər arasında hər qəsəbə üzrə “Ən təmiz obyekt”, “Ən təmiz Mənzil-Kommunal İstismar Sahəsi ərazisi”,  “Ən təmiz uşaq bağçası”, “Nümunəvi səhiyyə müəssisəsi”, “Ən təmiz məktəb” və “Ən təmiz fərdi ev”müsabiqələrinə start verilməsi isə hamı tərəfindən alqışlanır. Çünki istənilən yarış insanların gündəlikdəki məsələyə marağını artırır.

 

Mən indi bu məqamda  bir rəqəmi yada salım, hörmətli oxucular Binəqədidə görülən təmizlik işlərinin miqyası barədə təəssürata malik olsunlar.  Təkcə iyul ayı ərzində rayon ərazisindən ümumilikdə 10 min 390 ton tullantı yığılmışdır. Keçirilən bütün tədbirlərdə  rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları ilə yanaşı, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının gəncləri də fəal  iştirak edirlər.

 

Sonda bir məqamı da yada salım.Xalq qəzeti”nin ötən saylarından birində bölgə müxbirinin İsmayıllı rayonundan hazırladığı materialda qeyd olunurdu ki, İsmayıllı Rayon İcra Hakimiyyəti Bakının Binəqədi rayonunda həyata keçirilənTəmiz Binəqədilayihəsinə qoşularaqTəmiz şəhərdə yaşalayihəsinin icrasına başlayıb. Bir sakin kimi bu fakt məni çox sevindirdi.   Yeri gəlmişkən,  mətbuatdan oxudum ki, möhtərəm dövlət başçımızın tövsiyəsi əsasında respublikamızda reallaşdırılanÖlkəmizi tanıyaqadlı layihə çərçivəsində İsmayıllıda olan binəqədili şagird müəllimlərə bu barədə geniş məlumat verilib.  İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev  Binəqədi rayonunda həyata keçirilənTəmiz Binəqədilayihəsinin İsmayıllı rayon rəhbərliyi tərəfindən böyük rəğbətlə qarşılandığını nəzərə çatdıraraq bildirib ki,  İsmayıllı rayonunda da oxşar- “Təmiz şəhərdə yaşadevizi altındaGələcək öz əlimizdədirlayihəsinin icrasına start verilmişdir.

 

Elə binəqədililər öz gələcəklərini özləri yaradırlar. Mən şadam ki, bu məqsədlə reallaşdırılanTəmiz Binəqədilayihəsinin icraçılarının böyük əksəriyyəti rayonumuzun gənclərindən ibarət könüllülərdir.

 

İsgəndər NAMAZOV,

 

YAP Binəqədi

 

Rayon Təşkilatı

 

Siyasi Şurasının üzvü

Xalq qəzeti.-2014.-15 avqust.-s.6.