Biləsuvar: Qəhrəmanlıq ənənələri davam edir

 

Tarixi  mənbələrə görə, Büveyli əmiri Piləsuvarın

 

X əsrdə Muğanda saldığı şəhərə onun şərəfinə öz adı verilib: mənası isə “böyük atlı” deməkdir. Biləsuvarın Şəhriyar qala yerinin və buradakı yaşayış məskənlərinin adları da mənbələrdən keçir. Biləsuvar qalası Cənubi Qafqazda mühüm hərbi nəzarət məntəqəsinə çevrilib. Rayonun ərazisindən keçən Bolqar çayı isə zaman-zaman müxtəlif adlar daşıyıb ki, bunlardan da biri Qələbə olub. Belə bir diyarın məhz qəhrəman  kimi böyüyərək adlarını şanlı tariximizə yazan çoxlu igidlər yetirməsi təbiidir.

 

  Onlardan biri Gəray Lətif oğlu Əsədovdur. Gəray 1923-cü ildə Biləsuvarın Şahsevən kəndində anadan olub. İkinci dünya müharibəsində Ukrayna, Moldova Rumıniyanın işğaldan azad edilməsində fəal iştirak edib. 1944-cü ilin payızında Rumıniyanın Markita şəhəri uğrunda döyüşlərdə misilsiz qəhrəmanlıq göstərib: öz bədəni ilə düşmənin güclü atəş nöqtəsini susduraraq əməliyyatın uğurlu alınmasını təmin edib. Bir neçə ay sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

 

 Müasirimiz Mübariz Ağakərim oğlu İbrahimov isə Gəraydan düz 65 il sonra Biləsuvarın Əliabad kəndində dünyaya gəlib. Qarabağ uğrunda döyüşlərdə misilsiz qəhrəmanlıq göstərib. 2010-cu ilin yayında bir gecə səhərədək düşmənə qarşı vuruşaraq çoxlu sayda əsgər zabitini qırıb. Yalnız səhər saatlarında qeyri-bərabər döyüşdə şəhid olub. Bir müddət sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

 

Qəhrəmanların hər ikisi adını tarixə qanı ilə yazanda 20 yaşını təzəcə keçmişdi. Hər ikisinin haqqında əfsanələr dünyanı dolaşdı. İndi hər ikisinin adına şöhrət tacı olduqları Biləsuvarda məktəb və küçə var.

 

İşğalçı ermənilərlə döyüşdə böyük şücaət göstərərək qəhrəmanlıqla həlak olmuş Milli Qəhrəman Mübariz İbrahimov və “İgidliyə görə” medalı ilə təltif edilmiş şəhid baş leytenant Fərid Əhmədovla vida mərasimində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çıxışı hər bir gənc üçün əsl vətənpərvərlik dərsi sayıla bilər: “Bu gün çox kədərli bir gündür. Eyni zamanda, çox şərəfli bir gündür. Mübarizlə Fərid Vətən uğrunda öz torpağında həlak olmuşlar. Onlar əsl qəhrəmanlıq, rəşadət göstərmişlər. Mübariz İbrahimov qeyri-bərabər döyüşdə 5 düşməni məhv edərək, 3-nü yaralayaraq şəhid olubdur. Mübariz yaxşı bilirdi ki, o döyüşdən sağ-salamat çıxa bilməyəcək. Ancaq Vətən, torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz bütün gənclər üçün örnəkdir, nümunədir. Fərid Əhmədov döyüş vəzifəsini icra edərkən həlak olmuşdur. Hər ikisi ölümündən sonra Azərbaycan dövləti tərəfindən yüksək mükafatlarla təltif olunmuşdur... Şəhidlərimizin valideynlərinə minnətdarlığımı bildirmək istəyirəm ki, onlar Vətən üçün belə qəhrəmanlar böyütmüşlər. Onların verdiyi tərbiyə - vətənpərvərlik tərbiyəsi Mübarizi və Fəridi mənəviyyat zirvəsinə ucaltmışdır. Təmas xəttində hər bir itki bizi sarsıdır, hər bir itki bizim üçün ağırdır. Ancaq biz müharibə şəraitində yaşayırıq və Mübarizlə Fərid öz həyatı ilə, öz qəhrəmanlığı ilə düşmənə sübut etdilər ki, Azərbaycan xalqı, Azərbaycan gəncləri Vətən uğrunda canlarından keçməyə də hazırdırlar. Bu, böyük qəhrəmanlıq, hünər, vətənpərvərlik nümunəsidir... Bizim ordumuzda minlərlə, on minlərlə Mübariz kimi, Fərid kimi qəhrəmanlar vardır. Onlar Ali Baş Komandanın əmrini gözləyirlər. Onlar öz doğma torpaqlarını azad etmək üçün hər an hazırdırlar”.

 

Keçmiş adı Qələbə olan çayın sahillərində qərar tutan qəhrəmanlar yurdu bu gün özünün ikinci gəncliyini yaşayır. Böyüyür, gözəlləşir, əhalisinin həyat şəraiti yaxşılaşır. Biləsuvarlı gənclər xalqımızın qəhrəmanlıq ənənələrini də  inamla yaşadırlar. Elə onlardan üçü - bu il avqustun 1-dən 2-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupunun  cəbhənin Ağdam-Ağdərə istiqamətində  yerləşən mövqelərimizə növbəti hücumunu dəf edərkən qəhrəmancasına  şəhid olmuş gizir Pərvin Səlahəddin oğlu Əliyevlə kiçik gizir Rahil Əfsər oğlu  Hüseynov və həmin döyüşlərdə ağır yaralanaraq bir müddət sonra vəfat etmiş  Anar Vidadi oğlu Qarazadə Biləsuvar rayonunun Nərimankənd kənd sakinləridir. Hər üç şəhidimiz doğulub böyüdükləri Nərimankənd kəndində son mənzilə yola salınıblar. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən, şəhidlər     ölümlərindən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif ediliblər. Şəhid olmuş hərbi qulluqçuların medallarının bu yaxınlarda Nərimankənd kəndində  ailələrinə təqdim olunma mərasimi keçirilib.

 

Təqdimatda Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, Müdafiə Nazirliyinin məsul əməkdaşı Abdulla Qurbani, rayon icra hakimiyyəti başçısının birinci müavini Xanlar  Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon fəalları, ziyalılar,  gənclər və kənd sakinləri iştirak ediblər. Çıxış edənlər şəhidlərin yaxınlarına başsağlığı verərək Allahdan onlara səbir diləyiblər. Bildirilib ki, bu gün Azərbaycan əsgərinin nəyə qadir olduğu döyüşlərdə düşmənə   ağır zərbələr vurması ilə bir daha öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi altında Azərbaycan Ordusu hər an qəti sözünü deməyə hazırdır. gün bizim güclü ordumuz var və əmr verildiyi zaman işğal altında olan torpaqlarımızı düşməndən azad edəcək.

 

Şəhidlərimizin valideynləri  ölkə rəhbərliyi tərəfindən onların ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

Bundan bir neçə gün sonra isə icra hakimiyyətinin başçısı Mahir Quliyev və digər rayon rəsmiləri şəhidlərin əziz xatirələrini bir daha Nərimankənd kəndində yad edərək  məzarları önünə tər çiçəklər qoyublar. M.Quliyev hər üç şəhidin ailəsinə başsağlığı verərək torpaq uğrunda şəhid olmanın ən yüksək zirvə olduğunu bildirib. O qeyd edib ki, düşmənlə döyüşlərdə onlara sarsıdıcı zərbələr vuran Silahlı Qüvvələrimiz bu gün ən güclü ordulardan biridir. Şəhid əsgərlərimizin adı isə xalqımız tərəfindən hər zaman uca tutulur. Onların fədakarlığı  hər bir Azərbaycanlı tərəfindən qürur hissi ilə yad edilir. Nərimankənd kəndinin 3 şəhid verməsi ağrılı olduğu qədər də şərəflidir. Şəhidlərimiz daim xatırlanacaq və əziz xatirələri həmişə ehtiramla yad ediləcək.  Şəhid valideynləri bu diqqətə və göstərilən qayğıya görə rəhbərliyə razılıq edərək  Vətən  məhəbbətinin hər şeydən üstün olduğunu söyləyiblər.

 

Qeyd etmək yerinə düşər ki, şəhidlərlə bağlı bütün mərasimlər, həmişə olduğu kimi, dövlət tərəfindən təşkil olunub, zəruri xərclər çəkilib.

 

 Biləsuvarda gənclərin and yeri olan gözəl Bayraq meydanı yaradılıb. Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan küçədə tağvari giriş qapısı müasir üslubda yenidən qurulub, zövqlə abadlıq tədbirləri həyata keçirilib. Mübarizin ailəsi üçün Əliabad kəndinin giriş hissəsində ikimərtəbəli yaşayış evi tikilib, ərazidə yaşıllıq zolağı salınıb. Şəhərdəki Gənclər parkı yenidən qurulub, burada Gənclər Mərkəzi tikilibs. Çağırışçı gənclərin həqiqi hərbi xidmətə yola salınması mərasimləri rayonda, bir qayda olaraq, təntənəli şəkildə keçirilir ki, bunun da vətənpərvərlik tərbiyəsi baxımından önəmi böyükdür.   Şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin qayğıları bir an belə unudulmur. Onlar üçün kəndlərdə neçə-neçə fərdi ev, Biləsuvar şəhərində isə 8 və 20 mənzilli yaşayış binaları  tikilərək istifadəyə verilib. Sonra da bir neçə belə binanın və fərdi evin tikintisi davam etdirilib.

 

Mübarizin və digər qəhrəmanlarımızın örnək həyatından hamı iftixarla danışır. Bir neçə il öncə Azərbaycan Prezidenti İlham Əliyevin cənub bölgəsinə səfəri çərçivəsində Masallı Gənclər Mərkəzinin açılışında M. İbrahimov adına Biləsuvar rayon məktəb-lisey kompleksinin 11-ci sinif şagirdi Gövhər Ağazadənin çıxışını xatırlayıram. Gənclərə dövlət qayğısından razılığını bildirən məktəbli qız fərəh dolu həyəcanla demişdi: “Möhtərəm, cənab Prezident, Siz Mübariz İbrahimova, onun qəhrəmanlığına yüksək qiymət verdinizonu Azərbaycan qəhrəmanlığının zirvəsi ilə - Milli Qəhrəman adı ilə mükafatlandırdınız. Məktəbimizin qarşısında Mübariz İbrahimovun şərəfinə abidə ucaldılıb. Oxuduğu məktəbə onun adı verilib. Yaşadığı kənddə ev-muzeyi yaradılıb. Ümumiyyətlə, rayonumuzda keçirilən bütün tədbirlərdə Mübariz İbrahimovun xatirəsi xüsusilə anılır. Onu demək istəyirəm ki, bu gün Mübariz İbrahimov kimi vətənpərvərlik ruhunda böyüyən gənclərimizin sayı çoxdur. Biz gənclər hər birimiz Sizin qaldırdığınız bayraq altında torpaqlarımızı düşməndən azad etməyə hazırıq”.

 

Dövlətimizin başçısı cavabında bu sözlərdən məmnunluğunu ifadə elədi. Dedi ki, bizim Mübariz kimi oğullarımız çoxdur. Bu yaxınlarda Pərvin Əliyev, Rahil HüseynovAnar Qarazadə bir daha bunu sübuta yetirdilər. Bu, gənclərimizin hərtərəfli diqqət və qayğı ilə əhatə olunmalarının, vətənpərvərlik ruhunda tərbiyə almalarının qanunauyğun nəticəsidir. ...Söhbətin bu yerində Biləsuvardakı Heydər Əliyev Mərkəzində 26 iyun- Azərbaycan Respublikasının Silahlı Qüvvələr  Günündə Milli Qəhrəman Mübariz  İbrahimovun qəhrəmanlığını əks edirən “Mübarizlik  zirvəsi”  adlı  filmin  təqdimatı yada düşür. Tədbirdə “Yaddaş” sənədli filmlər studiyasının  əməkdaşları,  “N” saylı hərbi hissənin zabit və əsgərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Çıxış edənlər ordumuzun daha da gücləndirilməsi üçün  Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin atdığı addımlardan geniş danışdılar. Qəhrəmanlıq filminin məhz Mübarizə həsr olunmasının önəmi vurğulandı, çəkiliş prosesi barədə məlumat verildisonra  filmə baxış keçirildi.

 

Filmin nümayişi hər kəsin qəlbində vətənpərvərlik duyğularını daha da coşdurmuşdu.

 

 Əli NƏCƏFXANLI,

 

Xalq qəzeti”.-2014.-17 avqust.-S.5.