Moskvada görkəmli Azərbaycan musiqiçisi Müslüm Maqomayevin xatirəsi anılıb

 

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) və Müslüm Maqomayev adına Fondun təmsilçiləri görkəmli Azərbaycan musiqiçisi, SSRİ-nin və Azərbaycanın xalq artisti Müslüm Maqomayevin xatirəsini anıblar.

 

Müslüm Maqomayevin Azərbaycanın Moskvadakı səfirliyi yaxınlığında ucaldılmış abidəsi önünə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, ÜAK və dünya şöhrətli musiqiçinin adını daşıyan fond adından əklillər və tər çiçəklər düzülüb.

 

Tədbirdə  çıxış edənlər dahi azərbaycanlı ifaçının həyat və yaradıcılığından söz açıb və onunla bağlı xatirələrini bölüşüblər.

 

Fəridə ABDULLAYEVA,

Xalq qəzeti.-2014.-20 avqust.-S.4.