Ulu öndərin daim yaşayan,

yeni uğurlar qazanan böyük siyasəti

 

Adətən, hər hansı insanı xatırlayanda, birinci növbədə, onun əməlləri gözlərimiz qarşısına gəlir. Bu mənada biz həmin insanı deyil, onun əməllərini yada salır, buna əsasən özünə qiymət veririk. Bu baxımdan biz ümummilli liderimiz Heydər Əliyevi xatırlayanda, birinci növbədə, onun dünya miqyaslı siyasi liderə, görkəmli dövlət xadiminə və dahi şəxsiyyətə məxsus keyfiyyətləri gözlərimiz qarşısında canlanır. Bütün bu yüksək keyfiyyətlər  onun 35 ilə yaxın müddətdə ölkəmizə rəhbərliyi dövründə həyata keçirdiyi siyasətdə təzahür etmişdir.

 

Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə qazandığımız böyük nailiyyətlərin də, özünün dünya miqyasında nadir şəxsiyyət, görkəmli dövlət xadimi, siyasi lider kimi tanınmasının və qəbul edilməsinin də əsas mənbəyi onun yeritdiyi siyasət olmuşdur. Müasir dövrdə Heydər Əliyev siyasətini yeni formalarda yaradıcılıqla davaminkişaf etdirmək  onun layiqli varisi Prezident İlham Əliyevə də böyük müvəffəqiyyət qazandırmışdır. Bu siyasət ölkəmizin ildən-ilə sürətli inkişafına səbəb olur və dünyanın inkişaf etmiş dövlətləri arasında öz layiqli yerini tutmasına doğru aparır.

Heydər Əliyev siyasətinin böyük uğurlar qazanması və əbədiyaşarlıq rəmzinə çevrilməsi onunla əlaqədardır ki, bu siyasət öz xalqını sevmək, onun yaradıcı qüvvəsinə inanmaq, bütün sahələrdə xalqın inkişafına xidmət etmək arzusu, bu istəyin siyasətin bütün sahələrində öz ifadəsini tapması prinsipi üzərində qurulmuşdur. Xalq yalnız öz mənafeyinə uyğun siyasəti qoruyur, müdafiə edir və yaşdır. Ümummmilli liderin siyasəti öz ideya istiqamətlərini obyektiv reallıqdan alırdı, elmə əsaslanırdı və Azərbaycanın inkişaf üçün böyük imkanlara malik olması ilə diqqəti cəlb edirdi. Bu siyasət öz ideya istiqamətini obyektiv reallıqdan alırdı, uzunmüddətli, aydın, elmi cəhətdən əsaslandırılmış, strateji məqsədlər qarşıya qoyurdu və dəqiq həyata keçirirdi.

Ulu öndər Heydər Əliyevin siyasəti iqtisadiyyatın tarixi inkişaf xüsusiyyətlərini, mövcud vəziyyətini, dünyada gedən qloballaşma proseslərini və ölkəmizin maliyyə-investisiya imkanlarını nəzərə almaqla aparılır və nəticədə müvəffəqiyyət qazanırdı. Heydər Əliyev siyasətinin ona qələbələr qazandıran mühüm xüsusiyyəti çevik xarakter daşıması idi. Bu siyasət bir tərəfdən özünün başlandığı vaxt mövcud olan şəraitin obyektiv qiymətləndirilməsindən və həmin dövrün tələbatının nəzərə alınmasından yaranır, həmin şəraitə uyğunlaşır, digər tərəfdən bu şəraiti məqsədyönlü surətdə dəyişməyə yönəlirdi.

Şərait dəyişdikcə siyasət də dəyişir və yeni şəraitin tələbatına uyğunlaşır, qarşıya çıxan yeni vəzifələrin yerinə yetirilməsini öz siyasətinin hədəfinə çevirirdi. Heydər Əliyev siyasətinə xas olanona qələbələr gətirən bu keyfiyyətlər onun həm XX əsrin 70-80-ci illərindəki, həm də müstəqillik illərindəki sosial-iqtisadi inkişaf siyasətinə eyni dərəcədə aiddir.

1969-cu il iyul ayının 14-də keçmiş SSRİ-nin siyasi səhnəsində ulduz kimi parlayan Heydər Əliyevin Azərbaycan Kommunist Partiyasının birinci katibi seçildiyi vaxt respublikamız iqtisadi durğunluq, siyasi və mənəvi tənəzzül vəziyətində idi. Əvvəlki illərdə öz nefti ilə SSRİ iqtisadiyyatında liderlik mövqeyinə malik olmuş respublika bu mövqeyini itirdikdən sonra SSRİ hökumətinin diqqətindən kənarda qalmışdı. İqtisadiyyatın digər sahələrinin (qeyri-neft sektorunun)  inkişafına keçid lazımi səviyyədə və sürətlə təmin edilmədiyindən onun bütün sahələrində inkişaf sürəti kəskin surətdə aşağı düşmüşdü. Sənayenin strukturunda enerji, fondxammal tutumlu sahələr üstünlük təşkil etdiyindən və texniki bazası köhnə olduğundan səmərəliliyi aşağı idi.

Nəticədə, Azərbaycan milli gəlirin artım sürətinə və adambaşına düşən milli gəlirə görə SSRİ-nin orta göstəricisindən (1960-cı ilə nisbətən 1970-ci ildə SSRİ-də milli gəlir 2 dəfə, müttəfiq respublikaların bir çoxunda 2,2-dən 2,4 dəfəyə qədər, Azərbaycanda isə, 1,6 dəfə artmışdı) geri qalır, bu göstəricilərə görə müttəfiq respublikalar arasında axırıncı yerlərdən birini tuturdu. İqtisadiyyatın əsas sahələri olan sənaye və kənd təsərrüfatında bu gerilik özünnü daha qabarıq surətdə göstərirdi. 1960-1969-cu illərdə respublikada ümumi sənaye məhsulu 78 faiz  artmışdı və bu göstəriciyə görə müttəfiq respublikalar arasında axırıncı yer tuturdu, taxıl, pambıq, üzüm, kartof, bostan-tərəvəz məhsulları istehsalında məhsuldarlıq müttəfiq respublikaların çoxundan geri qalırdı.

Məhsuldar qüvvələrin yerləşməsinin yaxşılaşması sahəsində xeyli müvəffəqiyyət qazanılmasına baxmayaraq regionların əksəriyyətində sənayenin nisbətən sürətli inkişafı kifayət qədər təmin edilmirdi. Nəticədə Abşeron iqtisadi rayonunun respublika sənaye məhsulu istehsalında xüsusi çəkisi 55 il ərzində cəmi 18,6 faiz azalanraq 1913-cü ildəki 91,4 faizdən 72,8 faizə düşmüşdü. Bakı şəhəri sənaye məhsulunun ərazi təmərküzləşməsinə görə dünyada nadir şəhərlərdən biri olaraq qalırdı.

Beləliklə, ölkə iqtisadiyyatının bütün sahələrində gerilik yaranmışdı, respublikanın SSRİ iqtisadiyyatında mövqeyi itirilmişdi, əmək intizamı zəifləmiş, dövlət plan tapşırıqlarının yerinə yetirilməsi qarşısında məsuliyyət hisnsi azalmışdı. İnzibati rayonlarda və kəndlərdə işsizlik artmaqda idi. Respublikada istehsalın sürətli və səmərəli inkışafı üçün böyük imkanların olmasına əhalinin inamı azalmışdı.  Respublikada yaranmış sosial-iqtisadi durum Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında hərtərəfli təhlil olundu, gərginliyin səbəbləri aşkara çıxarıldı və onların aradan qaldırılması, əmək intizamının möhkəmlənməsi, iqtisadiyyatın sürətli inkişafı, səmərəliliyin artırılması üçün tədbirlər görüldü. İqtisadiyyatın inkişafına etibarlı maliyyə təminatı yaratmaq üçün Heydər Əliyevin təkidli təşəbbüsü ilə SSRİ hökuməti Azərbaycanın xalq təsərrüfatını bütövlükdə və onun ayrı-ayrı sahələrini inkişaf etdirmək üçün beş dəfə xüsusi qərar qəbul etdi. Azərbaycan iqtisadiyyatının aparıcı sahələrinə, o cümlədən neft sənayesinə qoyulan maliyyə vəsaiti artırıldı.

Sənayedə yeni texnika və texnologiyanın tətbiqinə dövlət tərəfindən xüsusi qayğı göstərilirdi. Neft emalının texniki bazası tamamilə yenidən quruldu, yeni neft emalı qurğuları işə salındı. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə sənayedə 581 adda yeni tipli maşın, avadanlıq, aparat, cihaz nümunələri yaradılmış, 310 avtomatlaşdırılmış xətt, 1300 kompleks mexanikləşdirilmiş sex, istehsal sahəsi və i.a. istifadəyə verilmişdir.

Məhsuldar qüvvələrin yerləşməsinin təkmilləşməsi, xırda və orta sahələrin sürətli inkişafı ön plana çəkildi. 1970-82-ci illərdə istismara verilmiş 213 sənaye müəssisəsinin 70 faizi regionların payına düşürdü. Nəticədə, sənaye məhsulu istehsalında Abşeron iqtisadi rayonunun xüsusi çəkisi 1970-ci ildəki 72,8 faizdən 59,8 faizə düşdü, digər iqtisadi rayonların xüsusi çəkisi 41,2 faizə yüksəldi.

Bütün buya digər əsaslı tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etdi və səmərəliliyi yüksəldi. 1970-ci ilə nisbətən 1982-ci ildə milli gəlir 2,5 dəfə, kənd təsərrüfatı məhsulu 2,6 dəfə, sənaye məhsulu 2,9 dəfə (1985-ci ildə) artmışdı. Bu göstəricilər həm ittifaqın orta göstəriciləridən, həm də əksər respublikaların göstəricilərindən yüksək idi. İstehsal edilən məhsulların keyfiyyətinə görə də Azərbaycan müttəfiq respublikalar arasında qabaqcıl mövqeyə çıxmışdı.

Təşəbbüskar və enerjili lider Heydər Əliyev xalq təsərrüfatının artan tələbatını ödəmək üçün yüksək ixtisaslı peşəkar ali təhsilli mütəxəssislər hazırlamağa böyük diqqət yetirirdi. SSRİ-nin qabaqcıl ali məktəblərində təhsil almağa hər il orta hesabla 800 nəfərə yaxın gənc göndərilirdi, eyni zamanda Azərbaycanda olan ali məktəblərdə də ali təhsilli kadr hazırlığına böyük qayğı göstərilirdi.

1970-1985-ci illərdə Heydər Əliyev iqtisadi siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində Azərbaycan iqtisadiyyatının inkişafında əldə olunmuş nailiyyətlər, toplanmış istehsal potensialı, hazırlanmış kadrlar, toplanmış təcrübə müstəqillik illərində respublika iqtisadiyyatının inkişafı və dünya iqtisadiyyatına inteqrasiyasında müstəsna rol oynamışdır və yenə oynayır. Lakin əgər 80-ci illərin axırları və 90-cı illərin əvvəllərində baş verən böhran vəziyyəti olmasaydı  bu rol daha böyük ola bilərdi.

1993-cü ilin ortalarında Azərbaycan xalqının xahişi, təkidli tələbilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə onun keçən əsrin 70-80-ci illərində böyük zəhmət, təşkilatçılıq işi hesabına yüksək səviyyədə inkişafına nail olduğu iqtisadiyyat dağılmış, dərin, iqtisadi, siyasi, mənəvi böhran, kəskin işsizlikyoxsulluq xalqı ideya-siyasi cəhətdən parçalamışdı.

Respublikamızın gələcək taleyinə cavab vermək məsuliyyətini öz üzərinə götürməyi bacaran bir dövlət qurumu, siyasi lider olmadığına görə, ölkəmiz sözün həqiqi mənasında vətəndaş müharibəsi vəziyyətinə düşmüş, parçalanmaqöz müstəqilliyini tamamilə itirmək təhlükəsilə üz-üzə dayanmışdı. Ümummilli Heydər Əliyev 1993-cü ildə ölkəmizin böhrandan çıxması və demokratik cəmiyyət quruculuğunun onun tərəfindən müəyyənləşdirilmiş başlıca prinsiplərini bəyan etdi: Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra ölkədə siyasi sabitliyi təmin etmək; demokratik, hüquqi, sivilizasiyalı dövlət qurmaq; respublikanın iqtisadiyyatında islahatlar aparmaqbazar iqtisadiyyatına keçmək; öz iqtisadiyyatını dünya iqtisadiyyatına bağlamaq.

Ulu öndər Heydər Əliyev öz məqsədyönlü siyasətində bu prinsipləri ardıcıl olaraq mərhələ-mərhələ həyata keçirdi. 1993-1997-ci illərdə həyata keçirilən iqtisadisiyasi xarakterli tədbirlər (1994-cü il may ayının 12-də Ermənistanla atəşkəs müqaviləsi, 1994-cü il sentyabrın 20-də “Əsrin neft müqaviləsi”nin bağlanması və icrasına başlanması, 1995-ci ilin noyabrın 12-də Azərbaycanın yeni konstitusiyasının qəbulu, torpağın, dövlət mülkiyyətinin özəlləşdirilməsi proqramlarının icrası və i.a.) nəticəsində ölkədə siyasi sabitliyə nail olundu, demokratik dövlət quruldu. Ölkə iqtisadiyyatında böhranın qarşısı alındı, bazar iqtisadiyyatının və dünya iqtisadiyyatına inteqrasiyanın əsasları yaradıldı.

1997-2002-ci illərdə Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər (kənd təsərrüfatının, turizmin, səhiyyənin inkişafına aid sahəvi proqramların qəbulu, Neft və Sahibkarlığa kömək milli fondlarının, KiçikOrta Sahibkarlara Kömək Agentliyinin yaradılması, bu fondlar vasitəsilə sahibkarlığın inkişafına maliyyə-kredit dəstəyi verilməsi) iqtisadiyyatın bütün sahələrinin davamlı inkişafına, islahatların dərinləşməsinə, özəl sektorun rolunun artmasına, kiçikorta sahibkarlar təbəqəsinin formalaşmasına kömək etdi. 2000-2002-ci illərdə ÜDM hər il orta hesabla 10 faizə yaxın artdı.

Yaranmış əlverişli şəraiti nəzərə alaraq Heydər Əliyev regionlarda kiçikorta sahibkarlığın inkişafına maliyyə yardımı göstərilməsini və davamlı inkişafı təmin edən, bu zaman regionların xüsusiyyətlərini nəzərə alan siyasət aparmağa başladı. 2002-2003-cü illər belə regional siyasət aparmaq üçün eksperiment proqramlar hazırlanması illəri kimi diqqəti cəlb edir. 2002-ci ildə “Kiçikorta sahibkarlığın inkişafı Dövlət Proqramı” (2002-2005-ci illər) qəbul edildi. Bu proqramda ilk dəfə olaraq regionda qeyri-neft sektorunun və sahibkarlığın inkişafına şərait yaratmaq və beləliklə də regionları inkişaf etdirmək məsələsi ayrıca qeyd olunur. Nəticə etibarı ilə bu proqram 2002-ci ildən başlayaraq neft sektoru ilə yanaşı qeyri-neft sektorunun, o cümlədən qeyri-neft sənayesinin inkişafına diqqət yetirilməyə başlandığını göstərən çox mühün dövlət sənədi oldu.

 2003-cü ildə qəbul edilən “Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nda (2003-2005-ci illər) respublikamızın iqtisadi inkişaf strategiyası və aparılan regional siyasət formalaşdırıldı. Bu proqramda ilk dəfə olaraq regionların inkişafı məsələsi nisbətən geniş formada qarşıya qoyuldu.  2003-cü ilin mart ayında Prezident Heydər Əliyev “Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nın (2003-2005-ci illər) təqdimat mərasimindəki çıxışında Azərbaycan iqtisadiyyatının gələcək inkişafının strateji məqsədini və istiqamətlərini müəyyən edərək demişdir: “Bazar iqtisadiyyatı bütün sahələrdə inkişaf etməlidir. Neft fondu onun inkişafının təminatçıdır. Ancaq eyni zamanda bizim qeyri-neft sektorunda da böyük imkanlarımız vardır. Bu imkanlardan istifadə etməklə qeyri-neft sektorunu inkişaf etdirmək, yoxsulluğuişsizliyi azaltmaq bizim vəzifəmizdir”.

Prezident İlham Əliyev özünün “Azərbaycanda sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 24 noyabr 2013-cü il tarixli fərmanında Heydər Əliyevin qarşıya qoyduğu strateji vəzifəni yerinə yetirmək üçün həyata keçirilməsi vacib olan tədbirləri müəyyən etməklə özünün Heydər Əliyev siyasətinə sadiqliyinibu siyasəti davam etdirəcəyini bəyan etdi.

Bu fərmana uyğun olaraq, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyilə qəbul edilmiş proqramları (2004-2008; 2009-2013) həmin strateji xəttin reallaşmasının başlıca təşkilati-iqtisadi vasitəsinə çevrildi, neft strategiyasının və islahatların həyata keçirilməsində həlledici mərhələ oldu.

Bu proqramların reallaşması nəticəsində respublikamız bazar iqtisadiyyatına keçid vəzifələrini müvəffəqiyyətlə yerinə yetirmiş, dünya iqtisadiyyatına hərtərəfli inteqrasiya olunmuş, dünyanı narahat edən davamlı inkişaf, işsizlikyoxsulluq problemlərinin həllində böyük müvəffəqiyyətlər qazanmışdır. Respublikamızın maliyyə imkanları artmış, o kapital idxalına möhtac olan ölkədən böyük maliyyə ehtiyatlarına malik kapital ixrac edən ölkəyə çevrilmişdir.

Regionların inkişafı üzrə birinciikinci dövlət proqramlarını müvəffəqiyyətlə yerinə yetirilməklə 10 ildən artıqdır ki, Azərbaycan iqtisadi inkişaf, əhalinin rifahının yaxşılaşması, davamlı insan inkişafı, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi səviyyəsini əks etdirən  göstəricilərin artım sürətinə görə dünyanın 10 sürətlə inkişaf edən ölkəsi sırasındadır. Azərbaycan beynəlxalq miqyasda da kifayət qədər layiqli yer tutmuşdur. 2013-cü ildə “Qlobal rəqabət qabiliyyətlilik indeksi”nə görə Azərbaycan dünyada 46-cı yeri, MDB-də birinci yeri tutmuşdur.

Beynəlxalq Telekommunikasiya ittifaqının “İnformasiya cəmiyyətinin ölçülməsi-2012” hesabatında Azərbaycan “İKT inkişaf indeksi”nə görə əvvəlki mövqeyindən 6 pillə yüksələrək 155 ölkə arasında 68-ci yeri tutmuş, 10 ən dinamik inkişaf edən ölkə arasında öz yerini möhkəmlətmişdir”. Bütün bu nailiyyətlərin qazanılmasında respublikamızda aparılan düzgün regional siyasət müstəsna rol oynamışdır və yenə oynayır.

Müstəqillik illərində regionların inkişafına aid apardığımız təhlil bizə belə bir qənaətə gəlməyə əsas verir ki, respublikamızda regional siyasət birinci növbədə iqtisadiyyatımızın tarixi inkişaf xüsusiyyətlərini, 80-ci illərin axırları və 90-cı illərin birinci yarısında dərin hərtərəfli böhran vəziyyətini, dünyada gedən qloballaşma proseslərini və ölkəmizin maliyyə-investisiya imkanlarını nəzərə almaqla aparılmışdır. Həmin proqramların tamamilə yerinə yetirilməsi respublikanın bütün regionlarının inkişafında bir çox yeni keyfiyyətlərin əmələ gəlməsinə səbəb olmuşdur.

Əvvəla, bütün regionlarda iqtisadiyyatın gələcək inkişafı, güclü sənaye potensialının yaranması və əhalinin məşğulluq səviyyəsinin yüksəlməsi üçün əsas ola bilən güclü istehsalsosial infrastruktura yaranmışdır (neftqaz kəmərləri, dəmir yol, şimal-cənub, şərq-qərb nəqliyyat dəhlizi, olimpiya idman kompleksləri, məktəblər, səhiyyə obyektləri və i.a.). Ən başlıcası güclü energetika sistemi formalaşmışdır (14 elektrik stansiyası tikilmiş, elektrik stansiyalarının gücü 21% artmışdır) ki, hər bir regionda özünün energetika bazası yaranmışdır. Bu da regionlarda  məhsuldar qüvvələrin gələcək inkişafının hərəkətverici qüvvəsidir.

İkincisi, keçən illərdə regionlarda qeyri-neft sektoruna aid başlıca olaraq kiçikorta müəssisələr tikilmiş, bunların böyük bir hissəsi, əsasən kiçikorta şəhərlərdə yerləşdirilmişdir. Respublikada fəaliyyətdə olan 2700 sənaye müəssisəsinin təqribən 45 faizi regionlarda, əsasən kiçikorta sahələrdə (Naxçıvan, Ağstafa, Şəmkir, Zaqatala, Qazax, Qəbələ, Şamaxı, Xaçmaz, Lənkəran, Masallı, Biləsuvar, Şabran, İsmayıllı, İmişli) yerləşdirilmişdir. Bunlar da 2008-ci ildən başlayaraq əvvəllər aqrar mərkəz olan kiçik şəhərlərdə yeni istehsal və xidmət müəssisələrinin yerləşməsi, onların sənaye və aqrar sənaye mərkəzləri kimi inkişafına, yeni şəhər və qəsəbələrin yaranmasına səbəb olmuşdur.

Son 12 ildə respublikada 9 yeni şəhər yaranmış, şəhərlərin sayı 69-dan 78-ə, qəsəbələrin sayı 2 dəfə artaraq 130-dan 261-ə çatmışdır. Respublikamızda  hər min kvadratkilometr əraziyə 3 qəsəbə və demək olar ki, bir şəhər düşür.

Digər tərəfdən, tikilmiş və tikilməkdə olan müəssisələr regionların inkişafında fərqlərin müəyyən dərəcədə azalmasına və tarazlı regional inkişaf proseslərinin başlanmasına səbəb olmuşdur. 2009-2013-cü illərdə tikilmiş müəssisələrin və ümumi investisiya qoyuluşunun 70 faizdən çoxu  Abşerondan kənar iqtisadi rayonların payına düşmüşdür. Son illərdə ÜDM-in ümumi artımına nisbətən qeyri-neft sektorunda məhsul istehsalının daha sürətlə artması da regionların tarazlı inkişafına müsbət təsir göstərmişdir.

 Nəticədə, Abşeron iqtisadi rayonunun Bakı şəhərilə birlikdə əsas kapitala investisiya qoyuluşunda xüsusi çəkisi 2003-cü ildəki 94,6 faizdən 2012-ci ildə 67,5 faizə, 2013-cü ildə 64,2 faizə düşmüşdür. ÜDM istehsalında 2008-ci ildəki  müvafiq olaraq 81 faiz, 2012-ci ildə 74,4 və 2013-cü ildə 70 faiz olmuşdur. Beləliklə, ÜDM istehsalında da regionların xüsusi çəkisi sürətlə artmaqdadır.

Dağlıq Qarabağın və ona yaxın bir neçə rayonun Ermənistanın işğalı altında olması regionların iqtisadi göstəricilərdə xüsusi çəkisini azı 4-5 faiz aşağı salır. Əgər bu cəhəti də nəzərə alsaq onda Abşeron iqtisadi rayonunun Bakı şəhərilə birlikdə xüsusi çəkisi təqribən ÜDM üzrə 66 faizə, sənaye məhsulu istehsalında 84-85 faizə, əsaslı kapital qoyuluşunda təqribən 60 faizə düşə bilər. Bütün bunlar 2009-2013-cü illərdə regionların tarazlı inkişafı vəzifəsinin yerinə yetirilməsində xeyli nailiyyətlər qazanıldığını göstərir.

Üçüncüsü, 2009-cu ildən başlayaraq bir çox ortaböyük şəhərlərdə sənayenin müxtəlif sahələrinə aid nisbətən böyük müəssisələr (Gəncə alüminium istehsalı zavodu, Bakıda Gəmiqayırma və Məişət tullantıları emalı zavodları, Sumqayıtda 20-yə qədər müəssisəni birləşdirən Texnopark, Qaradağda sement zavodu, Şirvan şəhərində 800 min kvt gücündə istilik elektrik stansiyası, Bakıda 409 min kvt. gücündə Şimal 2 elektrik stansiyası, Sumqayıtda 525 mvt gücündə elektrik stansiyası tikilmiş və tikilməkdədir. Bunlar da yaxın gələcəkdə sənayenin ərazi təşkilində yeni keyfiyyətlərin yaranmasına, Qaradağ-Səngəçal-Ələt qəsəbələri bazasında böyük ərazi-istehsal komplekslərinin formalaşması və sənaye istehsalının səmərəliliyinin yüksəlməsinə əlverişli şərait yaradır.

Prezident İlham Əliyev 2011-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr edilmiş konfransda sənaye müəssisələrinin tikintisində əldə olunmuş nailiyyətləri xüsusi qeyd etmişdemişdir: “Yaradılan və yaradılmaqda olan yeni sənaye müəssisələri bizim uzun müddətli strategiyamızı müəyyən edəcəkdir”. Beləliklə, bu müəssisələr və yeni tikilən nisbətən böyük müəssisələr Azərbaycanın müasir sənaye siyasətinin həyata keçirilməsində mühüm rol oynayır. 2014-cü ilin Respublikamızda sənaye ili elan edilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlər bu çox vacib sahənin inkişafına yaxın illərdə də böyük diqqət yetiriləcəyini göstərir.

Bu yaxınlarda Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti ilə görüşündəki çıxışında Azərbaycanın uzunmüddətli sosial-iqtisadi inkişaf strategiyasının əsas məqsədinin respublikamızı hərtərəfli inkişaf etdirməkdən, zəngin və iqtisadi cəhətdən qüdrətli dövlətə çevirməkdən ibarət olduğunu bir daha qeyd etdi. Bu məqsədə çatmağın əsas istiqamətləri də Azərbaycan hökumətinin sosial-iqtisadi inkişaf konsepsiyasında çox aydın müəyyənləşdirilmişdir. Bunlar iqtisadiyyatın çoxşaxəli, davamlı və innovasiya yönümlü inkişafından, onun modernləşməsi, səmərəliliyinin və rəqabət qabiliyyətinin artmasından ibarətdir.

İndi əsas vəzifə bu strateji xəttin regionların inkişafına düzgün tətbiqindən, həm də elmi qüvvələrin səylərini bu vacib vəzifələrin yerinə yetirilməsinə səfərbər etməkdən ibarətdir.

 

Əli NURİYEV,

AMEA-nın müxbir üzvü,

Əməkdar elm xadimi

 

Xalq qəzeti.- 2014.- 13 dekabr.- S.5.