...Təki Vətən yaşasın!

 

 Haqq”-deyib hayqıran, Vətən torpaq keşiyində ayıq-sayıq dayanan, yurdumuzun azadlığı, ərazimizin bütövlüyü amalıyla döyüşən, alın yazısını da öz qanıyla torpağa-daşa həkk edən oğullardan biriydi Adil.

 

Adil Məmməd oğlu Məmmədov 1969-cu il dekabrın 24-də Ağdaş rayonunun Aşağı Nemətabad kəndində anadan olmuşdu. O, əzəmətli Bozdağın təmiz nəfəsi altında böyümüş, qırçın donlu Türyançayın nəğməsini layla kimi dinləmişdi. Doğma Ağdaşı göz bəbəyi kimi sevmiş, torpağına dirsəklənib boy göstərdiyi Aşağı Nemətabadın daşını-kəsəyini, tozunu-torpağını, ağacını–otunu canı qədər əziz tutmuşdu. Tay-tuşları kimi Adil adi uşaqlıq həyatı keçirmiş, orta məktəbdə təhsil almış, sovet ordusu sıralarında hərbi xidmət keçmişdi...

... Şəhidlik zirvəsinə ucalan bu igidi kiçik bir məqalədə tanıtmağa çalışarkən biz “klassik tərcümeyi-halformasına üstünlük vermək istəmədik, çalışdıq ki, ön planda iştirak etdiyi vuruşlarda qəhrəmanlıq nümunəsi göstərən, sərrast atıcılığı ilə ad qazanan bir döyüşçünün həyatına xüsusi yer verək. Heç olmasa, onun gördüyü işlərin ən başlıcasına toxunaq...

...1992-ci ilin mart ayında erməni faşistləri Qarabağın kəndlərinə aramsız hücum edib faciələr törədəndə, kəndlərimizi oda qalayanda qeyrətli eloğlumuz Adil Məmmədov qəzəbindənyerə-göyə sığmadı, “qana qan”, “savaşasavaşdeyərək özləri ilə ölüm gətirən erməni quldurlarının layiqli cəzasını vermək üçün döyüşə yollandı. Könüllü olaraq xalqımızın qəhrəman oğlu Ramiz Qəmbərovun dəstəsinə yazıldı döyüşlərə atıldı. Qanlı müharibə onun başqa keyfiyyətlərinicəsurluğunu, qorxmazlığını, ən qısası isə yurdsevər, torpaqcanlı, vətənpərvər olduğunu üzə çıxartdı.

O zaman Şuşanın onun kəndlərinin təhlükəsizliyi Ramiz Qəmbərov kimi qeyrətli oğulların hünəri hesabına qorunurdu. Adilin döyüş yolunun ilk son günləri Qarabağın dilbər guşəsi olan Şuşanın onun kəndlərinin səngərlərində keçmişdi. İlk gündən qorxmazlığı ilə Ramiz Qəmbərovun döyüş dostlarının hörmətini qazanan Adil dəstənin üzvləri ilə birlikdə ən qaynar nöqtələrdə olur, düşmənin layiqli cəzasını verməyə çalışırdı. Adil dəfələrlə Şuşaətrafı kəndlərin müdafiəsində fəal iştirak etmiş, həmin istiqamətdə gedən ağır döyüşlərdə, strateji əhəmiyyətli yüksəkliklərin qorunub saxlanılmasında fəallıq göstərmişdi. Bir neçə düşmən postunun məhv edilməsində onun da iştirakı olmuşdu.

Qısa müddətdə Adil bir neçə ağır döyüşlərin iştirakçısı olmuşdu. Onların dəstəsi bir gündə bir neçə istiqamətdə aparılan əməliyyatlara qoşulurdu. Dəstənin göstərdiyi hünər, düşmənə vurduğu zərbələr gündən-günə artırdı.

... Adilin son savaşı göz-bəbəyi kimi qoruyub saxlamağa çalışdığı Şuşanın girişi olanQala qapısıuğrunda gedən açıq döyüş oldu. Şəhərin müdafiəsində son nəfəsinə qədər döyüşdü. 1992-ci ilin may ayının 8-də ermənilər Şuşa şəhərinə hər tərəfdən hücuma keçəndə Adil doyüş yoldaşları ilə birlikdə şəhərin girişindəki yanacaqdoldurma məntəqəsindəki postda düşmən hücumunu dəf edirdi.

Döyüş zamanı Adil qüvvələrin qeyri-bərabər olduğunu görüb yoldaşlarına geri çəkilməyi tələb edir. Özü isə onlardan xeyli patron gotürüb postu tərk etmir. Düşmənlə son gülləsinə kimi döyüşən Adil patron qurtardıqdan sonra əsir düşməmək üçün qumbara ilə özünü partladır...

O ağır üzüntülü gündə Adilin anasının sinəsindən qopan bir bayatı eşidənlərin qəlbində qanı dondurdu:

 

Ələmin dağ da yanar,

Bu dərdə dağ dayanar?

Dərdim elə böyükdür,

Söykənsəm dağ da yanar.

 

Qınamalı deyil ananı, dərdi çox böyükdür. Amma bu itki hamımızı yandırır. Təsəllimiz təkcə budur ki, Adil müqəddəs şərəfli bir yolda - Vətən, Torpaq uğrunda şəhid olub.

Subay idi. Deyirlər ki, onun ürəyində kəndin gözəl bir qızına məhəbbət varmış. Deyirlər, onun sevgi məktubları bir dilbərə ünvanlanarmış.

Döyüş yoldaşları indi Adili sədaqətli dost, etibarlı yoldaş, cəsur döyüşçü qeyrətli vətəndaş kimi xatırlayırlar.

Adil Məmmədov adi vaxtlarda qədər yumşaq, idisə, döyüş zamanı da o qədər sərt tələbkar idi.  Onun ürəyi bir ananın göz yaşını, bir uşağın ağlamasını götürmürdü, amma insanların qanını tökənləri bağışlamırdı. Adil yalnız nümunəvi döyüşçü deyildi, həm uzaqgörən bir əsgər idi. Yaşasaydı, 45 yaşını qeyd edəcəkdi bu günlərdə. Amma hamının qəlbində 23 yaşlı qaynar, düşmənə baş əyməyən bir gənc kimi qaldı.  Bu gənc bizim xoşbəxt gələcəyimiz üçün sinəsini Vətənə tuşlanan güllələrə sipər etdi. Ürəyi Vətən eşqi ilə döyünən cəsur qorxmaz döyüşçü, igid əsgər Adil Məmmədov torpaqlarımızın bölünməzliyi yolunda canını qurban verdi. Canını qurban verdi ki, təki Vətən yaşasın!

 

Faiq ŞÜKÜRBƏYLİ,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Xalq qəzeti.- 2014.- 23 dekabr.- S.11.