Heydər ƏLİYEV: Bizim hamımızı

birləşdirən azərbaycançılıq ideyasıdır

 

XX əsrin sonunda miqrantların sayının sürətlə artması  və onların institutlaşması sosioloq alimləri bəşəriyyətin inkişaf ssenarilərindən biri kimi “dünyanın diasporlaşması” haqqında mübahisələr açmağa sövq etmişdir. Həqiqətdə miqrasiya prosesi bu və ya başqa şəkildə dərinləşməkdə və yeni-yeni formalar almaqda, diasporların rolu və təsir gücü isə sürətlə artmaqdadır.

 

Müasir qloballaşan dünyanın bir xarakterik xüsusiyyəti də məhz miqrasiya proseslərinin sürətlənməsidir. Ümumiyyətlə qlobollaşmamilli sərhədləri” daha şəffaf edirbuna görə də milyonlarla insan yaxşı həyat axtarışı naminə Vətənini tərk edib başqa ölkələrə üz tutur. Son 50 ildə beynəlxalq miqrantların sayı təqribən üç dəfə artıb. Əgər 1960-cı ildə bütün dünyada öz doğulduğu ölkədən kənarda yaşayanların sayı 75,5 milyon nəfər olubsa, 2000-ci ildə bu rəqəm 176,6 milyon, 2009-cu ilin sonunda isə artıq onların sayı 213,9 milyona çatmışdır. BMT ekspertlərinin rəyinə görə hazırda Yer kürəsinin hər 35-ci sakini, inkişaf etmiş ölkələrdə isə hər onuncu sakin beynəlxalq miqrant sayılır.

Miqrasiyanın miqyasının kəskin artımı ilə paralel olaraq miqrantların etnik cəmiyyətlərinin konsolidasiyası da sürətlənir. Bir qayda olaraq yeni yaşayış yerinə düşən köçkünlər, onlara yad olan etnomədəni mühitdə təkcə yaşamaq naminə deyil, həm də öz adət-ənənələrini, mədəniyyətlərini və dillərini qorumaq üçün birləşməyə çalışırlar. Bu məqsədlə də onlar ya mövcud diaspor təşkilatlarına birləşir, ya da yenilərini yaradırlar. Nəticədə dünyada diasporların sayı sürətlə artır.

Diasporlar bir ictimai institut kimi əsrlərlə, hətta minilliklərlə mövcud olmuş, onların yaşı haqlı olaraq mədəni-tarixi proseslərin subyektləri olan etnos və dövlətlərin tarixi ilə ölçülür. Buya digər etnosa, dinə mənsubiyyətindən, məşğuliyyətindən  asılı olmayaraq, köçkün insanların öz tarixi vətənlərindən kənarda ictimai fəaliyyəti nəticədə diasporun yaradılmasına gətirib çıxarmışdır. Bəzi etnosların tarixi ənənəvi olaraq diasporla bağlıdırsa, başqalarının tarixi demək olar ki, diaspor institutu tanımır.

Yerusəlim Universitetinin professoru Q.Şeffer dünyada daha çox tanınan bir çox diasporların sayını müəyyənləşdirməyə çalışmışdır. Onun hesablamalarına görə “tarixi” baxımdan ən böyük diaspor çinlilərin diasporudur ki, onun üzvlərinin sayı 35 milyon nəfəri keçir. Hind diasporu 9 milyon, yəhudi və qaraçılar 8 milyon, bədxah qonşularımız olan ermənilər 5,5 milyon, yunanlar 4 milyon, almanlar isə 2,5 milyondur. Müasir diasporlardan isə ən böyüyü hesab edilən afro-amerikalılar 25 milyon nəfər, kürdlər 14 milyon, irlandiyalılar 10 milyon, italyanlar 8 milyon, macarlarpolyaklar hərəyə 4,5 milyon, türklər və iranlılar hərəyə 3,5 milyon, yaponlar 3 milyon, livanlılar(əsasən xristianlar) isə 2,5 milyon nəfər təşkil edirlər. Bu sırada bizim adımız olmasa da, zənnimizcə, iranlıların siyahısında şübhəsiz azərbaycanlılar böyük çoxluq təşkil edirlər.

Azərbaycan diasporunun formalaşmasına gəldikdə isə,  bu kifayət qədər uzun bir tarixi əhatə edir. Onun ilkin addımları barədə  məlumatın azlığına baxmayaraq, tədqiqatçı alimlərimiz bir sıra  tarixi mənbələrə əsasən bəzi faktları aşkara çıxarmağa müvəffəq  olmuşlar. Əldə olunan elmi nəticələrə görə, Azərbaycan diasporunun təşəkkül və formalaşma tarixi bir neçə mərhələyə bölünür. Lakin biz bu yazıda xarici ölkələrə səpələnmiş azərbaycanlıların diaspor kimi təşkilatlanmasında müstəsna xidmətləri olan Heydər Əliyevin hakimiyyət illərinə nəzər salacağıq.

Alimlərimiz SSRİ-nin süqutundan  sonra Avropa ölkələrində azərbaycanlıların yeni nəsillərinin məskunlaşmasını diasporun təşəkkülünün son mərhələsi kimi qiymətləndirirlər.Yaxın tarixdən məlumdur ki,  SSRİ-də dissident hərəkatının, azad fikrin genişləndiyi bir dövrdə - 1969-cu ildə ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladı. O, respublikanın həyatında, ictimai şüurun, milli özünüdərkin təşəkkülündə  yeni bir mərhələnin təməlini qoyduzaman-zaman  azərbaycançılıq ideyasını milli ideologiyanın əsas fəlsəfəsinə çevirməyi bacardı.

Heydər Əliyev ölkənin ictimai həyatının bütün sahələrində sürətli inkişafa aparan köklü islahatlara yol açdı. Azərbaycan qısa vaxt ərzində iqtisadi göstəricilərinə, intellektual potensialına görə SSRİ miqyasında ön sıralara çıxdı. Heydər Əliyevin apardığı islahatlar yalnız iqtisadi sahəni əhatə etmirdi. Bu köklü dəyişikliklər elm və təhsildə, mədəniyyətdə də böyük sıçrayışlarla nəticələndi. Azərbaycanda elmin inkişafının stimullaşdırılması istiqamətində bir çox mühüm addımlar atıldı. Heydər Əliyev elmə, mədəniyyətə, ədəbiyyata xüsusi diqqət və qayğı göstərirdi. Azərbaycanın bir çox elm və mədəniyyət xadimlərinin, ədib və şairlərinin həyat və yaradıcılığında özünü göstərən bu diqqət, respublikada azad fikirli ziyaliların təqibinə birdəfəlik son qoydu. Təsadüfü deyildir ki, məhz Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1969-cu ildən Sovet İttifaqı dağılana kimi Azərbaycanda bir nəfər də olsun dissident qeydə alınmamışdır.

Ümummilli lider Heydər Əliyev təbiətən demokratik ruhlu bir şəxsiyyət olduğundan ayrı-ayrı bədii əsərlərdə, elmi monoqrafiyalarda sovet quruluşunun ünvanına yönəldilmiş tənqidlərə olduqca dözümlü münasibət bəsləyir və cəmiyyətin müxtəlif sahələrində təzahür edən çatışmazlıqların üzə çıxarılmasına imkan yaradırdı. O, xüsusilə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunmasını, xalqımızın tarixinin obyektiv araşdırılmasını, həqiqəti ortaya çıxaran əsərlərin yaradılmasını daha çox diqqətdə saxlayırdı.

XX əsrin 70-ci illərindən başlayan iqtisadiyyat, mədəniyyət, elm və təhsil sahələrində inkişaf, mənəvi mühitin sağlamlaşdırılması bütövlükdə ölkədə milli özünüdərk prosesinin təkamülünə də böyük təkan verdi. 70-80-ci illərdə Heydər Əliyev qətiyyət, müdriklik və cəsarətini xalqın tarixi yaddaşının qorunmasına, mədəniyyətimizin tərəqqisinə, Azərbaycanın bütün dünyada tanınmasına yönəltmişdi.

Həmin dövrün mövcud siyasi reallıqları diaspor problemi ilə milli-ideoloji zəmində açıq və sistemli şəkildə məşğul olmağa imkan verməsə də, dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqəsinə xidmət edəcək imkandan səmərəli istifadə edilirdi. Xarici ölkələrlə mədəni əlaqələrin qurulmasi, bədii tərcümə işinin genişlənməsi, xaricdə yaşayan həmvətənlərimizlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətinin (lVətən» cəmiyyəti) yaradılması soydaşlarımızın birliyinin və Vətənlə ayrılmaz tellərlə bağlanmasının mühüm addımlardan biri idi. Eyni zamanda  respublikamızın hərtərəfli inkişafı onlarda milli qürur hissi oyadır, Ata  yurduna maraq və bağlılığı artırdı.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının elmiintellektual potensialının gücləndirilməsinə diqqət və qayğısı sayəsində yüzlərlə azərbaycanlı gənc SSRİ-nin ən nüfuzlu elm ocaqlarında təhsil almaq imkanı qazanmışdır. Məhz onun düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində keçmiş SSRİ məkanının 50-dən çox böyük şəhərinin 170-dən artıq ali təhsil ocağında elm, iqtisadiyyat, mədəniyyət, istehsalat və digər sahələri əhatə edən və Azərbaycanda zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən çox mütəxəssis hazırlanmışdır. Bu kadrların bir çoxu yenidən Azərbaycana qayıdıb respublikanın inkişafına öz töhfələrini versələr də onların bir qismi təhsil aldıqları şəhərlərdə məskunlaşırdılar. Bir sözlə, 70-80-ci illərdə sovet dövlətində gedən respublikalararası inteqrasiya prosesləri, gənclərin Azərbaycandan kənarda digər respublikalarda təhsil almaq imkanı azərbaycanlıların təbii miqrasiyasına təkan verirdi. Respublikamızdan kənarda əmək fəaliyyətinə başlayan həmin mütəxəssislər bir tərəfdən həmvətənlərimizin mütəşəkkilliyinin güclənməsinə, digər tərəfdən elm və mədəniyyətimizin inkişafına əhəmiyyətli yardım göstərirdi.

80-ci illərin əvvəllərində Heydər Əliyevin Moskvada Sovet dövlətinin rəhbərlərindən biri kimi fəaliyyəti dünya azərbaycanlıları arasında milli təfəkkürün güclənməsində xüsusi rol oynamışdır. Bu gün xarici ölkələrdə “azərbaycanlı” adını şərəf və ləyaqətlə daşıyan neçə-neçə dünya şöhrətli alim, ziyalı, incəsənət xadimi, adamı varonlar yaşadıqları ölkələrin ictimai-siyasi həyatında bu gün də yaxından iştirak edirlər.

Ötən əsrin 80-ci illərin sonlarında SSRİ məkanında cərəyan edən hadisələr imperiyanın sərhədləri çərçivəsində demokratik düşüncə tərzinin genişlənməsinə və milli azadlıq hərəkatlarının güclənməsinə zəmin yaratmış oldu.

Azərbaycanda milli oyanış daha geniş vüsət almışdı. Erməni işğalçılarının ölkəmizin ayrılmaz parçası  olan Dağlıq Qarabağın ərazisinin qəsb edilməsinə yönəldilmiş terror-təxribat aksiyaları xalqımızın milli özünüdərk hissinin güclənməsinə yeni bir təkan oldu.

1990-cı il 20 Yanvar faciəsi Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk edilmişdir. Bu faciə harada, hansı ölkədə yaşamasından asılı olmayaraq, özünü azərbaycanlı sayan bütün insanları vahid qüvvə kimi  birləşdirdi.  Heydər Əliyev imperiya ağalarının təqib və təzyiyqlərinə baxmayaraq, mürəkkəb vəziyyətdə vətəndaş mövqeyi və Vətən təəssübkeşliyi nümayiş etdirərək 20 Yanvar qırğını ilə bağlı Moskvada etiraz səsini ucaltdı. Onun verdiyi bəyanat çökməkdə olan Sovet imperiyasını lərzəyə gətirdi. Məhz bundan sonra faciənin şokundan ayılan dünya  azərbaycanlıları ayağa qalxdı və  xalqın siyasi iradəsini bəyan edən dahi azərbaycanlının səsinə səs verərək ölkənin, xalqın taleyi üçün tarixi məsuliyyət daşımaq qüdrətində olan yeganə siyasi xadimmilli lider ətrafında sıx birləşməyə başladılar. Lakin həmin məqamda respublikamızda bu imkandan istifadə edilmədi və nəticədə mövcud problemlər daha da dərinləşdi.

Sonralar bu tarixi məqamları dəyərləndirərkən Heydər Əliyev deyirdi: “Yaxın və uzaq tarix göstərir ki, bütün bu hücumlara Azərbaycan xalqı cavab verməyə qadir idi. Əgər o zaman xalqı hiddətləndirən vahid, sarsılmaz qüvvə kimi bir araya toplayan milli qürur və oyanış hisslərindən konstruktiv istifadə olunsaydı, biz bu gün Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olmazdıq.”

Usta siyasətçi milli həmrəyliyin və birliyin dövlət quruculuğundaonun inkişafında müstəsna əhəmiyyət daşıdığını çox gözəl bilirdi. Xüsusilə Azərbaycanın imperiyadan qopub müstəqilliyə doğru getdiyi dönəmdə bu, daha çox vacib idi. Məhz buna görə də Heydər Əliyevin təşəbbüsü ilə hələ 1991-ci ildə Naxçıvan Ali Məclisində  31Dekabr Dünya Azərbaycanlıların Həmrəylik Gününün təsis edilməsi haqqında qərar qəbul olundu  bu tarixi günün bütün ölkə ərazisində bayram kimi qeyd olunması ilə bağlı Azərbaycan Milli Məclisi qarşısında məsələ qaldırıldı.

1993-cü ildə Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə bütün Azərbaycan vətəndaşlarının — dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkənin azadlığını və müstəqilliyini dəstəkləyən insanların vahid Azərbaycan dövlətçiliyi ətrafında birləşdirilməsi üçün ciddi aparılmağa başlandı.

Heydər Əliyev azərbaycançılıq ideyasına tamam yeni bir məzmun verərək onu Azərbaycanın milli etnik xüsusiyyətlərinə, müasir dövrün tələblərinə və dünyanın hazırki dönəminə uyğunlaşdırdı. Azərbaycançılıq ideologiyası məhz Heydər Əliyevin həyata keçirdiyi ardıcıl siyasi xətt  olaraq mükəmməl ideoloji bir təlim kimi ölkənin dövlət siyasətinə çevrildi.

Məhz bu dövrdə azərbaycanlıların həmrəyliyi və birliyi ideyası artıq bütün dünyaya səpələnmiş soydaşlarımızın düşüncələrinə hakim kəsildi və dövlət siyasətinin prioritetlərindən birinə çevrildi. Yaşadıqları ölkələrdə soydaşlarımızın təşkilatlanması, azərbaycanlı icmalarının fəaliyyətinin genişlənməsi, tarixi Vətənlə -müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin güclənməsi istiqamətində çox böyük işlər görüldü.

Heydər Əliyev azərbaycançılığı bütöv bir xalqın -bütün dünyada yaşayan azərbaycanlıların, Azərbaycanla hər hansı şəkildə bağlılığı olan bütün soydaşlarımızın və həmvətənlərimizin milli birlik simvolunamilli ideologiyasına çevirdi. Ümumən bu mövzuda söhbət açılanda istər -istəməz gözlərimiz önündə ulu öndərin xarici ölkələrə səfərləri zamanı mütləq bu ölkələrdə yaşayan azərbaycanlı icmalarının nümayəndələri ilə görüşləri canlanır.

Ümummilli lider Heydər Əliyev hələ sovetlər dönəmindən yaxşı bilirdi ki, diasporların müasir düzəndə ciddi əhəmiyyət verilməsinin mühüm məqamlarından biri ondan ibarətdir ki, onlar mövcud olduqları ölkələrə ciddi təsir göstərə bilirlər. Onlar bu ölkələrin demoqrafik, etnikkonfessional strukturunu dəyişirlər. Diasporlar təkcə öz adət-ənənələrini, mənəvi dəyərlərini, dillərini qorumur, həm də yaşadıqları yerdə cəmiyyətə yad olan dəyərlərini aşılayırlar.  Diasporların ölkələrin təkcə daxili yox, həm də xarici siyasətinə  təsir gücü artır, çünki əhəmiyyətli maliyyə resurslarına malik böyük transmilli diasporlar bir qədər əvvəl onlara doğma olan, müntəzəm əlaqədə olduqları ölkələrin maraqlarına fəal şəkildə lobbiçilik edirlər.

Erməni alimləri nahaq demirlər ki, “diasporlar dünyanı idarə edirlər, beynəlxalq normaları müəyyənləşdirirlər, hökumətləri və dövlətləri formalaşdırırlar və hətta qarşıya dünya hakimiyyəti yaratmaq vəzifəsi qoyurlar...” Bu mənada mübaliğəsiz qeyd etmək olar ki, son yarım əsrlik bir tarixi mərhələdə dünyada gedən proseslər diasporların iqtisadi və hətta ideya hökümranlığı altında baş verir.

Bu dövlət siyasətinin yaradıcısı və əsas icraçısı Heydər Əliyev dövlət başçısı kimi xarici ölkəyə elə ilk səfərə yollandığı Fransada, qrafikinin gərgin olmasına baxmayaraq, Avropada söz sahibi olan bu dövlətin azərbaycanlı vətəndaşları ilə çox maraqlı bir görüş keçirdi. Heyrət və sevinc dolu baxışlarla müstəqil Azərbaycanın dövlət başçısını dövrəyə alansanki Azərbaycan müstəqilliyinin gerçək olduğuna arxayınlaşmaq üçün ciddi cəhdlə onun, məhz Azərbaycan Prezidentinin əlini sıxmağa şans arayır, bunu qazanandan sonra isə bir çoxlarının, bəlkə də həsrəti uzun çəkənlərin gözündən sevinc yaşları gilələnirdi. Vətən həsrəti bilməyənlər, çəkməyənlər  belə bu mənzərədən təsirlənməyə bilməzdilər. Heydər Əliyev bu görüşlərdə sözü o yerə gətirirdi ki, o yerdə bu Vətənin taleyi həll olunurdubu missiyda bu nisgillilərin payı daha çox ola bilərdi. Ulu öndərin  siyasi ritorikadan uzaq və gerçək mənzərəni canlandıran nitqi, içində azacıq vətəndaşlıq hissi olan bir azərbaycanlını belə rahat buraxa bilməzdi və buraxmırdı da. Onun bir lider olaraq verdiyi tövsiyyələr, diaspor quruculuğu istiqamətində heç şübhəsiz öz işini görürdü. Sonra bu səpkili görüşlər Türkiyədə, İranda, İngiltərədə, bir sözlə, bütün xarici səfərlərdə prezident protokolunun əsas bəndlərindən birinə çevrilirdi.

Nəhayət, 2001-ci il noyabrın 9-10-da məhz Heydər Əliyevin təşəbbüsü və himayəsi ilə Bakıda Dünya Azərbaycanlılarının ilk qurultayı keçirildi. Məhz bu qurultay xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması baxımından tarixi dönüş nöqtəsi oldu. Böyük təşkilatlanmanın start tədbirinə çevrilən bu qurultaydan sonra dünyanın hər yerində Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti canlandı, Azərbaycan diaspor quruculuğu və onların fəaliyyətlərinin əlaqələndirilməsi istiqamətində səylər gücləndi. Dünyanın 36 ölkəsindən 403 nümayəndənin, bütövlükdə isə 1105 nümayəndənin iştirak etdiyi Dünya Azərbaycanlılarının İ Qurultayında bütün azərbaycanlıların lideri Heydər Əliyev çıxış edərək dedi:  İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək öz milliliyini qoruyub saxlasın. Dünyada, eyni zamanda assimilasiya prosesi var. İnsanlar -mən azərbaycanlılar haqqında danışıram, gərək yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimsəyərək, orada özləri üçün yaxşı mövqe tutsunlar. Ancaq daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır.

Azərbaycan müstəqillik əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir."

Qurultaydan sonra xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasında yeni bir mərhələ başladı.  Prezident Heydər Əliyev  bu sahədə sistemli dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə 2002-ci ildə Xaricdə yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında fərman imzaladı. Daha sonra “Azərbaycan diasporu” anlayışı  elə həmin ildə Milli Məclis tərəfindən qəbul olunmuş “Xaricdə yaşayan azərbaycanlılara münasibətdə dövlət siyasəti haqqında” qanun qəbul olundu ki, bu da xaricdə yaşayan həmvətənlərimizə dövlət qayğısının hüquqi əsaslarını müəyyənləşdirdi.

Həmin ərəfədə dünyanın əksər ölkələrində 300 -dən artıq azərbaycanlı icması və təşkilatı fəaliyyət göstərirdi və onların təşkilatlanması prosesi bu gündavam etməkdədir.  Ayrı-ayrılıqda fəaliyyət göstərən içma və təşkilatlar artıq Federal Azərbaycan birlikləri kimi birləşməyə başlamışlar. Bunlara Ümumrusiya Azərbaycan Konqressini, Ukrayna Azərbaycanlıları Konqresini, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyatını, Almaniya Azərbaycanlı Cəmiyyətlərinin Federasiyasını, İsveç-Azərbaycan Federasiyasını, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Azərbaycanlılarının Konqresini və sairləri nümunə göstərmək olar.

Azərbaycana güclü insan potensialını hərəkətə gətirə biləcək parlaq və yaradıcı milli ideologiya lazım gəldiyi bir vaxtda, böyük tarixi şəxsiyyət, ideoloq və dövlət xadimi Heydər Əliyev tarixin, cəmiyyətin gələcək inkişaf hədəflərini fəhmlə təyin edən mütəfəkkir kimi müstəqil dövlət ideologiyası olaraq azərbaycançılığın siyasi, iqtisadi təməllərini formalaşdırdı, onu dövlətçiliyə tətbiq etdi, azərbaycançılığa əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalaşdırdı.

Azərbaycançılıq məfkurəsi əməllərində, qəlbində və zəkasında, daxili-mənəvi varlığında, əzəmətli şəxsiyyətində parlaq şəkildə görünən Heydər Əliyevin Vətən qarşısında tarixi xidmətlərindən biribu ideologiyanı fəlsəfi təlim kimi sistemə salması və müstəqil Azərbaycan dövlətçiliyinə uğurla tətbiq etməsi oldu. Məhz bunu əsas götürərək tədqiqatçı alimlər qeyd edirlər ki, “böyük nəzəri-tarixi ənənələri olsa belə, azərbaycançılıq Heydər Əliyevin misilsiz xidmətləri sayəsində  yeni siyasi dövrün ifadəsi, xalqımızın yeni təfəkkür mərhələsinin fəlsəfəsi kimi formalaşmışdır”.

Ulu öndər Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinə sökənən həmrəylik və  birlik siyasəti Prezident cənab İlham Əliyevin idarəçiliyi dövründə keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Aparılan məqsədyönlü tədbirlər nəticəsində təkcə 2004-cü ildə Avropada, Şimali Amerikada, MDB məkanında, Norveçdə, Hollandiyada, İspaniyada, Almaniyada, İtaliyada, Belçikada, Çexiyada, Finlandiyada, Estoniyada, Polşada, Birləşmiş Ərəb Əmirliklərində, Misirdə, Türkiyədə, ABŞ-dabir çox digər xarici ölkələrdə 40-dan artıq yeni Azərbaycan icması yaradıldı.

Azərbaycan Prezidentinin 2006-cı il 8 fevral tarixli sərəncamı ilə keçirilən Dünya Azərbaycanlılarının II Qurultayı isə bir daha göstərdi ki, dövlət siyasətinin prioritetlərindən biri kimi dünyaya səpələnmiş soydaşlarımızın milli birliyini inkişaf etdirmək, yeni səviyyəyə qaldırmaq istiqamətində həyata keçirilən işlər öz müsbət nəticəsini verməkdədir.Çünki artıq bu qurultaya dünyanın 49 ölkəsindən 1218 nümayəndə seçilmiş və 388 qonaq dəvət olunmuşdu.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bundan sonra qarşıda duran vəzifələrin nədən ibarət olduğunu bəyan edərək dedi:

“Azərbaycan xalqı böyük xalqdır. Biz 50 milyonuq. Bu, dünya miqyasında böyük xalqdır. Bizim hamımızın bir Vətəni var-Azərbaycan. Çalışmalıyıq ki, doğma Vətənimizi möhkəmləndirək, zənginləşdirək, qüdrətli dövlətə çevirək.”

Bu qurultaydan sonrakı illərdə dövlətimizin “Güclü dövlət - güclü diasporprinsipi əsasında  yaradılmış Dünya Azərbaycanlı Gənclər Birliyi, Moskva, Hyuston, Paris, Türkiyə və bir çox qabaqcıl ölklərdə fəaliyyətə başlamış Azərbaycan mədəniyyət mərkəzləri Azərbaycan diasporunun sıralarını daha da möhkəmləndirir və həmvətənlərimizin hüquqlarının və milli dövlət maraqlarının qorunmasına töhfələr verir.

Dövlət başçısının və Heydər Əliyev Fondunun dəstəyi ilə  həyata keçirilən bu işlər harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlıda qürur və fərəh hissi doğurur. Tarixi yaddaşımızın mühüm tərkib hissəsinə çevrilmiş bu müqəddəs bayram münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dünya azərbaycanlılarına ünvanladığı ənənəvi təbrikində deyir: “Müstəqillik dövrünün qısa tarixi dövlətimizin strateji xəttinə alternativin olmadığını, azərbaycançılıq ideologiyasına söykənən siyasətin düzgünlüyünü sübut edir. Əminəm ki, dünya azərbaycanlılarının həmrəyliyi bundan sonra da xalqımızın qarşısında dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, torpaqlarımızı tezliklə Ermənistanın işğalından azad etməyə, sürətlə dəyişən, ziddiyyətli dünyanın çağırışlarına adekvat cavab verməyə kömək edəcəkdir. Bunun üçün biz sıralarımızı daha da möhkəmləndirməli, əcdadlarımızdan miras qalmış çoxəsrlik mədəniyyətimizi inkişaf etdirməli və hamımızın pənah yeri olan müstəqil Azərbaycanımızın güclənməsinə birgə əməli fəaliyyətimizlə yeni töhfələr verməliyik.”

 

Arzuman MURADLI,

politoloq,

YAP Səbail rayon təşkilatının

sədr müavini

 

Xalq qəzeti.- 2014.- 31 dekabr.- S.3.