Nizami rayonunda ötən ilə yekun vuruldu

 

Dünən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətində 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi. Tədbir iştirakçıları öncə müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin rayon icra hakimiyyəti binasının foyesindəki büstü önünə tər gül dəstələri düzdülər, ulu öndərin əziz xatirəsini ehtiramla yad etdilər.

Rayonun sənaye, təhsil, səhiyyə, mədəniyyət, xidmət sahələrinin, hüquq-mühafizə orqanlarının, eləcə ictimaiyyət nümayəndələrinin iştirak etdikləri yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov açdı. Tədbirdə Nizami rayonunun 2013-cü ilin sosial-iqtisadi inkişafını əks etdirən film nümayiş  etdirildi. Rayonda həyata keçirilmiş genişmiqyaslı abadlıq-quruculuq işlərindən bəhs edən film yığıncaq iştirakçılarının dərin marağına səbəb oldu. Belə ki, kadrlardan da aydın olduğu kimi, 2013-cü ildə ölkəmizin ümumi inkişafına mühüm töhfələr vermiş  Nizami rayonunun iqtisadi göstəricilərində xeyli artım müşahidə olunmuş, rayon ərazisində fəaliyyət göstərən müəssisələr tərəfindən 424,2 milyon manat dəyərində məhsul istehsal edilmiş xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin  müvafiq dövrü ilə müqayisədə 5 faiz çoxdur. Rayon sənayesində ümumi istehsalın 65,3 faizi dövlət, 34,7 faizi isə qeyri-dövlət sektoruna aid olmuşdur. Hesabat ilində rayon üzrə öz gücləri ilə yerinə yetirilən podrat işlərinin həcmi 552 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki ilə nisbətən 43,2 faiz artım deməkdir. İl ərzində rayonda iqtisadiyyatın sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 186,5 milyon manat həcmində investisiya yönəldilmiş, bu sahədə 32,6 faiz artım qeydə alınmışdır. Əsas kapitala yönəldilmiş investisiyaların 177,2 milyon manatı ya 95 faizi dövlət, 9,3 milyon manatı ya 5 faizi qeyri-dövlət müəssisələrinin payına düşür.

Ötən il rayonda pərakəndə ticarət dövriyyəsinin həcmi 2,3 faiz artaraq 1 milyard 554,1 milyon manat olmuşdur. İlin əvvəlindən fəaliyyət dairəsi bir qədər genişlənmiş özəl müəssisələr  əhalinin ərzaq qeyri-ərzaq mallarına olan tələbatının ödənilməsində  müstəsna  rol oynamış, əhaliyə 172,2 milyon manatlıq pullu xidmətlər göstərmişlər. Hesabat ilndə iaşə müəssisələri tərəfindən əhaliyə 24,9 milyon manatlıq ya 0,6 faiz çox xidmət göstərilmiş, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 7,3 faiz artaraq 205,7 milyon manat olmuşdur.  İl ərzində rabitə sahəsində 136,6 milyon manat, nəqliyyat sahəsində isə 75 milyon manatlıq xidmətlər göstərilmişdir ki, bu da əvvəlki illə müqayisədə müvafiq olaraq 2,5 dəfə   22,8 faiz çoxdur.

Rayonun ötənilki sosial-iqtisadi inkişafından bəhs edən filmdə ayrı-ayrı sənaye müəssisələri xidmət sahələrinin fəaliyyəti ilə bağlı süjetlər tədbir iştirakçılarının dərin marağına səbəb oldu. Onu da qeyd etmək lazımdır ki, həmin müəssisələr öz uğurlu fəaliyyətləri ilə rayonda məşğulluq strategiyasının reallaşdırılmasına mühüm töhfələr vermişlər. Məhz bunun nəticəsidir ki, 2013-cü ildə  rayonda 1996 yeni yeri açılmışdır ki, bunun da 434-ü yeni açılmış, 99-u mövcud müəssisə təşkilatların, 1463-ü isə fiziki şəxslərin payına düşür. Bütövlükdə isə son on ildə burada 23363-ü daimi olmaqla 23460 yeni yeri yaradılmışdır.

Hazırda Nizami rayonu paytaxtımızın ən abad, ən yaraşıqlı guşələrindən birinə çevrilmişdir. Bu, rayonda həyata keçirilən geniş miqyaslı abadlıq-quruculuq işlərinin məntiqi nəticəsidir. Yeri gəlmişkən, rayon ərazisində reallaşdırılan abadlıq-quruculuq tədbirləri dövlət başçısı İlham Əliyevin daim diqqət mərkəzində olduğu üçün bu işlər xüsusi zövqlə aparılır. Məlum olduğu kimi, hazırda ölkəmizdə uğurlu sosial siyasət həyata keçirilir, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər reallaşdırılır. Bunun da real nəticələri getdikcə aydın hiss olunur. Bu vacib məsələ Nizami rayonunda da diqqət mərkəzində saxlanılmış, əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün mühüm tədbirlər həyata keçirilmişdir.

2013-cü ildə rayonda sosial infrastrukturun yenidən qurulması, sakinlərin elektrik enerjisi, qaz, içməli su istilik təchizatı sahələrində həyata keçirilən tədbirlər bu sahədə xidmətlərin səviyyəsinin xeyli yaxşılaşmasına səbəb olmuşdur. Hesabat ili rayonun təhsil, səhiyyə, mədəniyyət idman sahələri üçün nailiyyətlərlə zəngin olmuş, bu sahədə yüksək uğurlar əldə edilmişdir. Sözügedən sahələrin işinin canlandırılmasında Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş dövlət proqramlarının müstəsna əhəmiyyəti olmuşdur. Bundan əlavə, xeyirxah nəcib əməllərin carçısı olan Heydər Əliyev Fondu tərəfindən  bütün ölkədə olduğu kimi, Nizami rayonunda da bir sıra uğurlu sosial layihələr həyata keçirilmişdir.

Tədbirdə çıxış edən  Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Flora Qasımova, Rasim Musabəyov Rüfət Quliyev son illər dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sosial-iqtisadi tərəqqisində mühüm nailiyyətlərin əldə olunmasından bəhs etdilər, paytaxtın Nizami rayonunda gedən sürətli inkişafı məhz bu tendensiyanın məntiqi nəticəsi kimi səciyyələndirdilər.

Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev isə öz çıxışında yola saldığımız 2013-cü ildə ölkə həyatının bütün sahələrində əldə olumuş nailiyyətləri statistik göstəricilər əsasında bir daha tədbir iştirakçılarının diqqətinə çatdırdı, ötən il Nizami rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı görülmüş işləri ölkənin ümumi tərəqqisinə verilmiş mühüm töhfə kimi dəyərləndirdi.

Hesabat yığıncağına yekun vuran Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov 2014-cü ildə rayonda həllini gözləyən bir sıra məsələlərdən söhbət açdı, bununla bağlı müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verdi.

Tədbirin sonunda Nizami Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyiNizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət perspektivlərmövzusunda fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Fondun icraçı direktoru Vüqar Səfərli dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə medianın inkişafına göstərilən qayğı diqqətdən söhbət açdı. Axırda müsabiqə qaliblərinə mükafatlar təqdim olundu.

 

 Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2014.- 14 fevral.- S. 6.