Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilmişdir

 

Yanvarın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2013-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair müşavirə keçirilmişdir. Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov, kənd təsərrüfatı naziri Elşad Əliyev və Statistika Komitəsinin sədri Bəxtiyar İsmayılov çıxış etmişlər.

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Əhməd Əhmədov,  Energetika Agentliyinin baş direktoru Yasin Səfərov, maliyyə naziri Xalid İsgəndərov, Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Valeh Vəliyev, Baytarlıq Xidmətinin rəisi Əbil Əbilov, Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov,  təhsil naziri Piri Nağıyev, səhiyyə naziri Niyazi Novruzov, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov müzakirə olunan məsələ ilə əlaqədar məlumat vermişlər.

Naxçıvan Muxtar Respublikası Ali     Məclisinin sədri Vasif Talıbov müşavirədə çıxış edərək demişdir: “2013-cü ildə sosial-iqtisadi sahədə bir sıra nailiyyətlər əldə olunmuşdur. Görülmüş işlər sübut edir ki, Heydər Əliyev yoluna, onun ideyalarına sədaqət sabitliyinfiravan həyatın təmin olunmasının başlıca meyarıdır. Lakin əldə edilənlər heçson nəticələr deyil. Bundan da yaxşı işləmək, bundan da yüksək nailiyyətlərə çatmaq məqsədilə müvafiq qurumlar öz fəaliyyətlərini dərindən təhlil etməli, yol verilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün səylərini daha da artırmalıdırlar”.

Ali Məclisin sədri ötən il işdə buraxılmış nöqsanlara toxunaraq demişdir: “Muxtar respublikada sənayeləşmənin həcmi ildən-ilə artır. Hər il yeni istehsal müəssisələri fəaliyyətə başlayır. Bu müəssisələrin daha çox muxtar respublikanın paytaxtında yaradılması rayonların sənaye potensialının inkişafına və məşğulluğun rayonlar üzrə səmərəli planlaşdırılmasına mənfi təsir göstərir. Yerlərdə məskunlaşma və məşğulluq səviyyəsinin yüksəldilməsinə mühüm təsir göstərən amil kimi tarixən formalaşmış təsərrüfatçılıq ənənələrinə əsaslanan sahibkarnlıq subyektlərinin yaradılmasına lazımi diqqət yetirilmir. Digər tərəfdən, perspektiv imkanların düzgün qiymətləndirilməməsi, yaxud istehsal edilən məhsulların keyfiyyət göstəricilərinin müvafiq standartlardan geri qalması həmin müəssisələrin bəzilərinin öz fəaliyyətlərini dayandırmasına, bir çox hallarda isə verilmiş kreditlərin vaxtında qaytarılmamasına səbəb olur. Bu isə bir daha göstərir ki, kreditlər verilərkən biznes-planların hazırlanmasında, təhlilində və qiymətləndirilməsində müəyyən səhvlərə yol verilir”.

İstehsal müəssisələri o vaxt inkişaf edib böyüyə bilər ki, onların istehsal etdikləri məhsulların satış həcmi və satış şəbəkələri də böyüsün”, - deyən Ali Məclisin sədri bildirmişdir ki, vəzifə təkcə daxili bazarın yox, həm də xarici bazarın tələbatlarının ödənilməsindən ibarətdir. Muxtar respublikada isə istehsal edilən bəzi məhsulların lazımi səviyyədə tanıdılmaması nəticəsində məhsulların xarici bazarlara çıxarılmasında çətinliklər vardır. Muxtar respublikanın iqtisadi tərəqqisi əhali gəlirlərinin də həcminin artmasına imkan yaradır. Gəlirlərin inflyasiya təsirindən qorunması, bazarda pul kütləsinin artmasının qarşısının alınması məqsədilə alğı-satqı əməliyyatlarının nağdsız hesablaşmalar vasitəsilə aparılması mühüm əhəmiyyət kəsb edir.

Bu gün əhalinin əksər hissəsinin əməkhaqqı və pensiyalarını plastik kartlar vasitəsilə almasına baxmayaraq, hələ də ticarət müəssisələrində quraşdırılan POS-terminallardan istifadə qənaətbəxş deyildir. Yenə də nağd yolla hesablaşmalara üstünlük verilir ki, bu da nağdsız ödənişlərin həcminin artırılması ilə bağlı verilmiş tapşınrıqların, eləcə də “Naxçıvan Muxtar Respublikasında elektron ödəniş məkanının formalaşdırılması və nağdsız hesablaşmaların həcminin artırılması üzrə Tədbirlər Planı”nda qarşıya qoyulmuş vəzifələrin icrasına aidiyyəti orqanlar tərəfindən lazımi diqqət yetirilmədiyini göstərir.

Ali Məclisin sədri daha sonra demişdir: “Bu gün muxtar respublikanın bütün yaşayış məntəqələrində ən müasir tələblərə cavab verən sosialinzibati obyektlər tikilir, yollar çəkilir, körpülər salınır. Bir çox hallarda əlavə almaq xatirinə tikinti təşkilatları tələskənliyə yol verir, keyfiyyət amilinə yetərincə diqqət yetirmirlər. Bu səbəbdən istifadəyə verildikdən sonra tikililərdə təmirə ehtiyac yaranır. Bununla bağlı son vaxtlar muxtar respublikanın qəsəbə və kəndlərində aparılmış reydlər zamanı xeyli sayda faktlar aşkar olunmuşdur.

Qeyd olunan nöqsanlar bir daha göstərir ki, tikintidə keyfiyyətə lazımi nəzarət yoxdur. Kənd təsərrüfatının potensialından tam şəkildə istifadə olunmur. Torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması, əkin zamanı mütərəqqi üsulların tətbiqi, mövcud texnika parkından səmərəli istifadə sahəsində hələ də bir sıra nöqsanlar mövcuddur. Bütün bunlar isə məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Məhsuldarlığa mənfi təsir göstərən digər amil isə şoranlaşmaeroziyaya qarşı mübarizə tədbirlərinin davamlı xarakter almaması, suvarma zamanı mütərəqqi metodlardan istifadənin zəif təşkil olunmasıdır".

Müşavirədə qeyd olunmuşdur ki, muxtar respublikanın şəhər və rayonlarında aparılan yoxlamalar yerlərdəki digər çatışmazlıqları da üzə çıxarmışdır. Xüsusilə təmizliyə fikir verilməməsi, məişət tullantılarının selov və dərə keçidlərinə atılması, onların vaxtlı-vaxtında daşınmaması antisanitariya vəziyyətinin yaranmasına səbəb olur. Yerlərdə kommunal xidmətlərin keyfiyyətli təşkilinə lazımi nəzarət olunmur. Bir çox hallarda elektrik xətləri primitiv qaydada çəkilir ki, bu da qəza hallarının baş verməsinə və elektrik enerjisi itkisinə səbəb olur.

Ötən il təhsil sahəsində aparılan yoxlamalar göstərdi ki, bu sahədə nöqsanlar hələ də qalmaqdadır. Belə ki, dərslərin tədrisində əyani vəsaitlərdən istifadə səviyyəsi aşağıdır, bədən tərbiyəsi dərsləri lazımi səviyyədə təşkil edilmir, müəllimlərin informasiya-kommunikasiya texnologiyalarından istifadələri qənaətbəxş deyildir. Məktəblərdə hər 13 şagirdə 1 kompyuter düşməsinə baxmayaraq, onların kompüterlərdən istifadə etmələri və internet şəbəkəsi üzərindən müəyyən dərslərin keçilməsi təmin edilmir, məşğələ və dərnəklər bir sıra hallarda formal xarakter daşıyır, kompüterlərin, açıq və qapalı idman qurğularının, hətta binaların saxlanılması səviyyəsi aşağıdır.

Təhsil müəssisələrində məktəblilərin sağlamlığı üçün zərərli olan, həmçinin uyğunluq sertifikatı olmayan ərzaq məhsullarının satılması, bu məhsulların sanitar tələblərə cavab verməyən şəraitdə saxlanılması halları da mövcud olmuşdur. Aliorta ixtisas təhsili məktəblərində müəllimlərin dərslərə hazırlıq səviyyəsinin aşağı olması, dərs prosesində informasiya-kommunikasiya texnologiyalarından lazımi qaydada istifadə edilməməsi, dərslərdə əyaniliyin təmin olunmaması, təcrübi məşğələlərin formal xarakter daşıması kadr hazırlığına mənfi təsir göstərir.

Ali Məclisin sədri diqqətə çatdırmışdır ki, səhiyyə xidmətinin səviyyəsinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlərin həcminin artmasına, yeni səhiyyə ocaqlarının istifadəyə verilməsinə baxmayaraq, bu sahədə də nöqsanlar mövcuddur. Aparılan yoxlamalar zamanı yerlərdə bir çox tibb müəssisələrinin qapısının bağlı olması və onların dərmanla təchizatında problemlər aşkar edilmişdir. Kadr çatışmazlığı, tibbi heyətin biliyinin zəif olması quraşdırılan müasir avadanlıqlardan səmərəli istifadə əmsalını aşağı salır. Mədəniyyət müəssisələri də öz işini günün tələbləri səviyyəsində qura bilmirlər. Bir çox mədəni-maarif müəssisələrində intizamı aşağı səviyyədədir, əksər hallarda tədbirlər planı formal xarakter daşıyır, yaxud da onların icrasına lazımi nəzarət olunmur.

Ali Məclisin sədri demişdir: “İşəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması hallarına yenə də rast gəlinir. Sağlamlıq imkanları məhdud şəxslərin istedadlarının üzə çıxarılması, onların cəmiyyətə inteqrasiyası, intellektual səviyyələrinin inkişaf etdirilməsi, habelə asudə vaxtlarının səmərəli təşkili üçün bir sıra tədbirlər həyata keçirilsə də, bunlar sistemli xarakter daşımamışdır. Sığorta fəaliyyətinin təşkili sahəsində müvafiq işlərin görülməsinə baxmayaraq, onun mahiyyəti və təbliği ilə əlaqədar izahatreklam xarakterli tədbirlərin ardıcıllığı təmin olunmur. İcbari sığorta haqlarının, xüsusilə daşınmaz əmlakın icbari sığortası ilə bağlı haqların toplanmasında, sığorta ödənişlərinin həyata keçirilməsində problemlər mövcuddur. Sığortaolunanların hüquq və vəzifələri lazımi qaydada izah olunmur.

Çox təəssüf ki, hələ də məcburi dövlət sosial sığorta haqlarından yayınma halları vardır. Bu isə onu deməyə əsas verir ki, həmin kateqoriyadan olan şəxslərin sosial sığorta və pensiya hüquqlarının qorunması məqsədilə aparılan təbliğat və maarifləndirmə işləri yetərli deyildir. İstər rayon mərkəzlərində, istərsə də qəsəbə və kəndlərdə əmək intizamı aşağı səviyyədədir. Bunu yoxlamalar zamanı bir çox işçilərin üzrsüz səbəbdən işdə olmaması, yaxud hərəkət jurnallarında müvafiq qeydlərin vaxtlı-vaxtında aparılmaması kimi faktların aşkarlanması da təsdiq edir. Yeni tikililərin saxlanma şəraiti qənaətbəxş deyil, bir çox hallarda buna lazımi diqqət göstərilmir".

Daha sonra qeyd olunmuşdur ki, muxtar respublikada informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və “Elektron hökumət”in formalaşması istiqamətində xeyli işlər görülmüşdür. Lakin dövlət orqanları, idarə və müəssisələr onlar üçün yaradılan imkanlardan düzgün istifadə etmir, elektron ünvanlarının işlək vəziyyətdə olmasını diqqətdə saxlamırlar. Bu sahədə fəaliyyət göstərən mütəxəssislərin bilik səviyyəsi də aşağıdır. Nəticədə isə muxtar respublika əhəmiyyətli internet saytlarında məlumatlar yenilənmir, elektron sənəd dövriyyəsi zəif təşkil olunur.

Dövlət qulluğunun idarə olunması sahəsində də nöqsanlar qalmaqdadır. Əvvəllər də müvafiq tapşırıqlar verilməsinə baxmayaraq, dövlət orqanlarının kadr qurumları ilə zəifdir, dövlət qulluqçularının reyestri tam formalaşdırılmamış, test bankları zənginləşdirilməmişdir. Muxtar respublikanın kütləvi informasiya orqanları üçün yaradılan hərtərəfli şəraitə baxmayaraq, işdə müəyyən nöqsanlara yol verilir. Teleradio və qəzetlərdə materiallar hazırlanarkən faktlar ciddi araşdırılmır, qeyri-obyektiv yanaşma halları müşahidə olunur. Teleradiolarda bədii şuraların yaradılmasına baxmayaraq, onların fəaliyyəti hiss edilmir. “Şərq qapısı”, şəhər və rayon qəzetlərində aktual mövzularda, publisistika janrında oxunaqlı yazılar az hazırlanır.

Ali Məclisin sədri əlaqədar orqanlara konkret tapşırıqlar vermişdir. “Qeyd olunan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün mərkəzi və yerli icra hakimiyyəti orqanları işdə dönüş yaratmalı, 2014-cü ildə öz fə aliyyətlərini daha da gücləndirməlidirlər. Vergilər Nazirliyi və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi həyata keçirilən maliyyə əməliyyatlarının nağdsız hesablaşmalar vasitəsilə aparılmasına və açılmış bank hesablarının fəaliyyət göstərmələrinə nəzarəti artırmalıdırlar”.

“Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyi qarşısında da konkret vəzifələr qoyulmuşdur. İqtisadi İnkişaf Nazirliyi yerli xammaldan istifadəyə əsaslanan və satış bazarı olan yeni istehsal müəssisələrinin yaradılmasını bundan sonra da diqqət mərkəzində saxlamalı, ixracyönümlü məhsul istehsalını artırmaq, keyfiyyətli məhsul istehsalını təmin etmək üçün müasir texnologiyaya malik təkliflərə daha çox üstünlük verməlidir. Nazirlik sənaye parklarının yaradılması istiqamətində işləri sürətləndirməli, sənaye müəssisələri yaradılarkən muxtar respublikanın bütün rayonlarının mövcud imkanları nəzərə alınmalıdır. Kəndlərdə məskunlaşmaya və məşğulluq səviyyəsinin yüksəldilməsinə xidmət edən xalq tətbiqi sənətinin müxtəlif sahələrinin, yaxud yerli təsərrüfatçılıq ənənələrinə əsaslanan kiçik sahibkarlıq subyektlərinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılmalı, onların çoxsahəli və səmərəli olması təmin edilməli, kreditlər verilərkən daha münasib faiz dərəcələrinin tətbiqi diqqət mərkəzində saxlanılmalıdır.

Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsi istehsal olunmuş məhsulların keyfiyyətinin yoxlanılması, digər patentləşdirilmiş əmtəə nişanı adı altında bazarlara keyfiyyətsiz məhsul çıxarılmasının qarşısının alınması istiqamətində tədbirləri gücləndirməlidir.

Ali Məclisin sədri Kənd Təsərrüfatı Nazirliyinə tapşırıqlar verərək demişdir: “Nazirlik aidiyyəti qurumlarla birgə kənd təsərrüfatında intensiv əkin və suvarma metodlarının tətbiqinə nail olmalı, yerlərdə sahibkarlarla görüşlər keçirməlidir. Torpağın münbitliyini artırmaq və yüksək məhsuldarlıq əldə etmək məqsədilə əkin zamanı torpaq altına qidalandırıcı gübrələrin verilməsi təmin olunmalı, ”Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən lazımi gübrə ehtiyatı yaradılmalıdır. Bitkiçilik məhsullarının rayonlar üzrə yerli şəraitə uyğun əkilməsi, növbəli əkin sisteminin tətbiqi və torpaqların münbitliyinin artırılması ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə yerlərdə mütəmadi olaraq maarifləndirici tədbirlərin həyata keçirilməsini təşkil etməlidirlər. Nazirlik əkinçilikdə məhsuldarlığı artırmaq məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birlikdə yeni məhsuldar sortların sınaqdan keçirilməsinə və rayonlaşdırılmasına xüsusi diqqət yetirməlidir."

Müşavirədə tapşırılmışdır ki, Dövlət MeliorasiyaSu Təsərrüfatı Komitəsi torpaqların şoranlaşmasının qarşısının alınması məqsədilə meliorativ tədbirləri davam etdirsinyerli icra hakimiyyəti orqanları ilə birlikdə suvarma suyundan səmərəli istifadəni daim nəzarətdə saxlasın. Yeraltı su mənbələri olan kəhrizlərin bərpası, suvarma sistemlərinin təkmilləşdirilməsi davam etdirilməlidir. üçün əlavə tədbirlər görməlidir.

Muxtar respublikada torpaq mülkiyyətçilərinin texnika ilə təchizatındakı problemləri aradan qaldırmaq məqsədilə bütün rayon mərkəzlərində ”Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin filialları yaradılmışdır. Hər il bu cəmiyyətin xətti ilə müxtəliftəyinatlı kənd təsərrüfatı texnikaları gətirilərək lizinq yolu ilə satışı həyata keçirilir", - deyən Ali Məclisin sədri qeyd etmişdir ki, yerli icra hakimiyyəti orqanları müvafiq qurumlarla birlikdə lizinqə verilmişya qrant hesabına alınaraq satışı həyata keçirilən kənd təsərrüfatı texnikalarının imkanlarından səmərəli istifadəni və onların dəyərinin vaxtında ödənilməsini təmin etməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi kənd təsərrüfatı üçün yararsız torpaq sahələrində meşə və qoruyucu meşə zolaqlarının salınmasını davam etdirməli, mövcud meşə fondunun qorunması və bərpası ilə bağlı tədbirləri daha da gücləndirməlidir.

Ali Məclisin sədri demişdir: “Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ayrılan maliyyə vəsaitindən səmərəli istifadəni təmin etməli, tikinti-abadlıq işləri keyfiyyətlə aparılmalıdır. Tikinti təşkilatlarının, xüsusilə su, kanalizasiya, yol, elektrik, qaz və rabitə xətlərinin çəkilişi ilə məşğul olan təşkilatların fəaliyyətində əlaqələndirmə və ardıcıllıq təmin edilməli, inşaat işlərinin yerinə yetirilməsində yerli istehsal məhsullarına üstünlük verilməli, tikintidizayn işlərində milli ornamentlər daha geniş miqyasda tətbiq olunmalıdır”.

Müşavirədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Nəqliyyat Nazirliyi, Dövlət Energetika Agentliyi, “Naxçıvanqaz” İstehsalat Birliyi və Dövlət Baş Sığorta Agentliyi üçünkonkret tapşırıqlar verilmişdir. Qeyd olunmuşdur ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi muxtar respublikada telekommunikasiyapoçt xidmətlərinin, rəqəmsal televiziya yayımının, eləcə də simsiz internetin əhatə dairəsinin genişləndirilməsi və aidiyyəti təşkilatlarla birlikdə “Elektron hökumət”in yaradılması istiqamətində fəaliyyətini daha da artırmalı, “Naxteltelefon şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi və yeni xidmətlərin göstərilməsi məqsədilə texnoloji avadanlıqların quraşdırılmasını başa çatdırmalıdır.

Nəqliyyat Nazirliyi bütün nəqliyyat növləri üzrə xidmətin yüksəldilməsi və mövcud infrastrukturun təkmilləşdirilməsi istiqamətində səylərini artırmalıdır. Dövlət Energetika Agentnliyi və “Naxçıvanqaz” İstehsalat Birliyi yerli icra hakimiyyəti orqanları ilə birlikdə yeni tikilmiş mənzillərə elektrikqaz xətlərinin çəkilişini operativ həll etməli, enerji daşıyıcılarından qanunsuz istifadəyə qarşı mübarizə tədbirlərini gücləndirməli, elektrikqaz xətlərinin dayanıqlılığının təmin edilməsi istiqamətində işləri davam etdirməli, Naxçıvan şəhərində “Smart-karttipli elektrikqaz sayğaclarının quraşdırılmasına başlanılmalıdır. Dövlət Baş Sığorta Agentliyi sığorta fəaliyyətinin canlandırılması, əhalinin sığortaya olan etibarının artırılması üçün təsirli tədbirlər görməlidir.

Təhsilin və elmin inkişafına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayan Ali     Məclisin sədri tapşırmışdır ki, Təhsil Nazirliyi təhsil müəssisələrində tədrisin keyfiyyətinə nəzarəti gücləndirməli, dərslərin tədrisində əyaniliyi təmin etməlidir. İnformasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəni təmin etmək məqsədilə müəllimlərlə sistemli aparılmalı, onların hazırlıq səviyyəsinin artırılması nəzarətə götürülməli, sanitariya-gigiyena normalarına əməl olunmasına nəzarət artırılmalıdır. Ali təhsil müəssisələri müəllim və tələbə mübadiləsi, digər ölkələrdən müəllimlərin dəvət olunması və ya distant təhsilin təşkili istiqamətində fəaliyyəti gücləndirməli, ixtisaslı kadr hazırlığına və müvafiq ixtisaslar üzrə tədris və tədris-metodik ədəbiyyatların hazırlanmasına nail olmalıdırlar.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi 2014-cü ildə “Naxçıvan tarixiçoxcildliyinin ikinci cildinin nəşrə verilməsini təmin etməli, aparılan elmi tədqiqatların səmərəliliyinə və onların istehsalatda tətbiqinə diqqəti artırmalıdır.

Ali Məclisin sədri qeyd etmişdir ki, Səhiyyə Nazirliyi müasir avadanlıqlardan səmərəli istifadəni təmin etmək məqsədilə tibbi heyətin ixtisasartırma kurslarına göndərilməsini davam etdirməlidir. İctimai-iaşə obyektlərində və satış mərkəzlərində sanitar-gigiyena qaydalarına əməl olunmalı, kənd və qəsəbələrdəki tibb məntəqələrinin dərman preparatları ilə vaxtında  təchiz olunması diqqət mərkəzində saxlanılmalıdır.

Mədəniyyət və Turizm Nazirliyinə tapşınrılmışdır ki, tabeliyində olan müəssisə və təşkilatlarda əmək intizamını gücləndirsin, mədəniyyət müəssisələrinin, klub və kitabxanaların fəaliyyətində ciddi dönüş yaratsın. Kitabxana işi günün tələbləri səviyyəsində təşkil olunmalı, kitabxanalarda mövcud kitabların elektron kataloqlarının yaradılması davam etdirilməli, muxtar respublikanın turizm potensialından səmərəli istifadə istiqamətində əməli tədbirlər görülməlidir. Muzeylərdə mövcud eksponatların inventarizasiyası aparılmalı, eksponatlar barədə məlumatların Azərbaycan dili ilə yanaşı, xarici dillərdə də yazılması təmin edilməlidir.

Gənclər və İdman Nazirliyi üçünkonkret vəzifələr müəyyənləşdirilmiş və qeyd olunmuşdur ki, nazirlik 2015-ci ildə Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarında muxtar respublika idmançılarının iştirakı üçün ciddi hazırlıq işləri görməli, idman qurğu və obyektlərindən, eyni zamanda olimpiya-idman komplekslərindən səmərəli istifadəyə və onların qorunub saxlanılmasına diqqəti artırmalı, idmanın kütləviliyini təmin etməlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı dövlət sosial yardımının təyinatında, əlillik dərəcələrinin verilməsində qanunvericiliyin tələblərini təmin etməli, sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsi və reabilitasiyası, eləcə də onların cəmiyyətə inteqrasiyası sahəsində müvafiq tədbirlər görməlidir. İşəgötürənlər tərəfindən əmək qanunvericiliyinə əməl edilməsinə nəzarət artırılmalı, peşə hazırlığı əmək bazarının dəyişən tələblərinə uyğunlaşdırılmalı, işaxtaranların, xüsusən də sosial müdafiəyə ehtiyacı olan şəxslərin məşğulluğunun təmin edilməsi sahəsində fəaliyyət gücləndirilməlidir..

Müşavirədə qeyd olunmuşdur ki, Ədliyyə Nazirliyi qeydiyyatnotariat əməliyyatlarının qanunvericiliyin tələblərinə uyğun aparılmasına diqqəti daha da artırmalı, bələdiyyələrlə işionlara metodik köməklik göstərilməsini nəzarətdə saxlamalıdır. Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət qulluqçularının məlumat bazasının yaradılmasını başa çatdırmalı, dövlət orqanlarının kadr qurumları ilə maarifləndirici seminarların keçirilməsini və dövlət qulluğu ilə bağlı normativ-hüquqi aktların tələblərinə riayət edilməsini təmin etməlidir.

Ali Məclisin sədri demişdir: “Fövqəladə Hallar Nazirliyi mövsümə uyğun olaraq yanğın təhlükəsizliyi tədbirlərini davam etdirməli, yüksək təhlükə potensiallı obyektlərə dövri olaraq nəzarət edilməlidir. Hüquq-mühafizə orqanları maarifləndirmə, profilaktika tədbirlərini davam etdirməli, nizam-intizamı daha da möhkəmləndirməli, cəmiyyətdəki müxtəlif sosial qruplarla - sahibkarlar, dövlət qulluqçuları, qeyri-hökumət təşkilatlarının təsisçiləri ilə görüşlər keçirərək onlara hüquq və vəzifələrini izah etməlidirlər”.

Vasif Talıbov bildirmişdir ki, kütləvi informasiya orqanları qədim diyarımızın ictimai-siyasi həyatında baş verən köklü dəyişikliklərin, irimiqyaslı quruculuq tədbirlərinin salnaməçisinə çevrilməli, jurnalistlər gənc nəsildə vətənpərvərlik hisslərini gücləndirməli, teleradiolarda ədəbi dil normaları qorunmalıdır.

Ali Məclisin sədri müşavirəyə yekun vuraraq demişdir: “2014-cü ildə muxtar respublikanın yaradılmasının 90 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2014-cü il yanvarın 14-də “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam vermişdir. Sərəncamın icrasını təmin etmək və yubileyə öz layiqli töhfəsini vermək üçün bütün müəssisə və təşkilatlar səylərini səfərbər edərək daha səylə çalışmalı, daha yaxşı nəticələrin əldə olunmasına nail olmalıdırlar”.

Sonda Ali Məclisin sədri Vasif Talıbov qarşıya qoyulan vəzifələrin icrasında müşavirə iştirakçılarına uğurlar arzulamışdır.

 

 

Xalq qəzeti.- 2014.- 1 fevral.- S. 3.