Azərbaycan gəncliyi sağlam həyat mövqeyiintellektual potensialı ilə qürur doğurur

 

 “Azərbaycan gəncliyi 2011 - 2015 - ci illərdə” Dövlət Proqramı haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamında da qeyd edildiyi kimi, ölkəmizdə gənclər siyasəti gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında xalqımızın tarixi- mədəni irsinə, milli - mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətimizin  ictimai- siyasi, sosial- iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi,  gənclərin  intellektual və yaradıcılıq potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi istiqamətində aparılır.

Göründüyü kimi,  dövlət gənc vətəndaşlarının  vətənpərvər, dövlətçi, savadlı, sağlam,  fəal olmasını,   gənclərin cəmiyyətimizin ictimai-siyasi, mədəni, sosial - iqtisadi həyatına biganə qalmamasını istəyir. Bu istəklərin reallaşması istiqamətində gənclər siyasəti sahəsində müxtəlif qanunvericilik aktları, dövlət proqramları hazırlanır, həyata keçirilir. Bir sözlə, bu gün Azərbaycan dövlətinin apardığı gənclər siyasəti müasir dünyanın müxtəlif çağırışlarına cavab verə biləcək müasir, intellektual, vətənpərvər, sağlam gəncliyin formalaşmasına, onların hərtərəfli inkişafına yönəlmişdir. Bu siyasət dünyanın müxtəlif ölkələrinə örnək ola biləcək siyasətdir.

Dövlətin həyata keçirdiyi gənclər siyasəti özü - özlüyündə məhz bu potensialın üzə çıxmasına istiqamətlənmişdir. 2012-ci il ərzində Azərbaycan əhalisi 9 356 000 nəfər olmuşdur ki, onun da 30,3 faizini 14-29 yaşında olan gənclər təşkil etmişdir. Bu rəqəm özü bir daha sübut edir ki, Azərbaycan gəncliyi nə qədər böyük qüvvədir. Bu qüvvənin potensialının üzə çıxarılması, ondan Azərbaycanın gələcək inkişafı üçün istifadə edilməsi dövlət qarşısında duran ən vacib prioritetlərdəndir. Bu gün Azərbaycan gəncinin inkişafı üçün bütün şərait mövcuddur. Ən əsası odur ki, Azərbaycanın sabitliyi və davamlı inkişafı təmin olunmuşdur. Bu çox vacibdir. Sabitlik və davamlı inkişaf gənclərin də həyatına pozitiv təsirini göstərir.

Azərbaycan gənci nəinki ölkəmizdə, həm də onun hüdudlarından  kənarda ən müasir təhsil müəssisələrində oxumaq imkanı əldə etmişdir. Belə gənclərin əksəriyyəti məhz dövlətin maliyyə imkanları hesabına təhsil alır, yüksək ixtisaslara yiyələnirlər. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”   bu gün dövlətin gənclərin inkişafı və potensialının düzgün sahələrdə istifadə olunmasına verdiyi əhəmiyyətin göstəricisidir. “The Business Year” jurnalının Azərbaycana aid xüsusi buraxılışına müsahibə verən Azərbaycan Prezidenti İlham Əliyev qeyd etmişdir: “ Biz bilirik ki, təbii sərvətlər əbədi deyilzaman keçdikcə tükənəcək. Bu səbəbdən də qara qızılı insan kapitalına çevirmək sadəcə şüar deyil. Bu, reallıqdır. Təhsilin yüksək intellektual bacarığa malik insan kapitalı formalaşdırmaqda və güclü iqtisadiyyat qurmaqda oynadığı rol bu gün daha aktualdır. İnformasiya və biliyə əsaslanan cəmiyyətin və inkişaf edən ölkənin iqtisadiyyatının tələblərinə cavab verən insan kapitalını inkişaf etdirmək məqsədilə müasir və səmərəli təhsil sistemi yaradılır”.

Bu gün Azərbaycan gəncləri dünyanın inkişaf etmiş ölkələrinin ən yaxşı universitetlərində dövlət hesabına təhsil almaqdadırlar. Hər il yüzlərlə gənc bu imkanı əldə edir. Gənclərimiz dünyanın inkişaf etmiş, qabaqcıl texnologiyalarına yiyələnərək, tanınmış elm adamlarından və  nüfuzlu universitetlərdən dərs alaraq ölkəmizin gələcəyini inşa etmək üçün hazırlanırlar. Təsadüfi deyil ki, görülən işlərin nəticəsində BMT-nin 2010-cu ilİnsan İnkişaf Hesabatı”nda Azərbaycan 2005-2010-cu illərdə insan inkişafı sahəsində ən sürətlə inkişaf edən ölkə kimi qiymətləndirilib.

Ölkəmizdə dövlət qulluğuna qəbul olunan gənclərin sayı artmaqdadır. Məqsəd dövlət orqanlarında çalışanların sıralarını yüksək təhsilli, günün tələblərinə cavab verən mütəxəssislərlə zənginləşdirməkdir. Bu, eyni zamanda gənclərə olan etimad və inamdır. Son 4 ildə dövlət orqanlarına işə  qəbul edilənlərin 60 faizə qədərini gənclər təşkil etmişdir.

Bu gün Azərbaycanda çox sayda bədən tərbiyəsi və idman obyektlərinin tikilib gənclərin istifadəsinə verilməsi də gənclərin fiziki inkişafına istiqamətləndirilmiş siyasətdir. Hər il dünyanın müxtəlif yerlərində keçirilən mötəbər idman turnirlərində Azərbaycan bayrağını  ən yüksəyə qaldıran gənclərimizin sayı artmaqdadır. Bütün bunlar dövlətin idmanın inkişafı üçün həyata keçirdiyi məqsədyönlü siyasətinin nəticəsidir.

“Gənclər evi” -  sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması da gənclərin  asudə vaxtının səmərəli təşkili istiqamətində, onların potensialının üzə çıxarılması istiqamətində həyata keçirilən işlərdəndir. Azərbaycanın regionlarının əksəriyyətində belə müəssisələrin sayı  gündən - günə artmaqdadır.

Azərbaycanda biznesin inkişafı sahəsində qəbul edilən müxtəlif hüquqi- normativ sənədlər gənclərin sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait yaradır. Gənc sahibkarlar qeyri - neft sektorunun inkişafında önəmli paya malikdir. Təsadüfi deyil ki, “Azərbaycan gəncliyi 2011 - 2015 - ci illərdə” Dövlət Proqramında gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğunun təmin edilməsi üçün ayrıca bənd nəzərdə tutulmuşdur. Bu işlər uğurla icra olunmaqdadır.

Deyilənləri gənclərin intellektual və yaradıcılıq potensialının inkişaf etdirilməsinə də aid etmək olar. Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Elm Fondu tərəfindən gənc alimlərin layihələrinə qrantlar verilir, mədəniyyət və incəsənət sahəsində gənclərin yaradıcılıq nailiyyətlərinin artması istiqamətində müxtəlif layihələr, beynəlxalq müsabiqələr, festivallar həyata keçirilir.

Qeyd etmək istəyirəm ki, Azərbaycan nadir ölkələrdəndir ki, burada fəal gənclər siyasəti həyata keçirilir. Bu fəallığın əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bu günbu siyasət  uğurla davam etdirilir. Çox ölkələrdə bu, belə deyil. Məsələn, Azərbaycan  çox az ölkələrdəndir ki, burada hər  3 ildən bir  ümumrespublika gənclər forumu keçirilir. Gənclər forumları dövlət - gənclik birliyinin nümunəsidir. Forumlarda ötən dövrdə görülmüş işlərə nəzər salınır, nəticələr çıxarılır, gələcək dövrlər üçün fəliyyət planları müəyyən edilir. Forumlarda yeni gənclərə meydan verilir, onlar dövlət qarşısında müxtəlif təkliflərlə çıxış edirlər. Bu, əslində  yetişən gənc nəslin gənclər siyasətinin həyata keçirilməsində aktiv iştirakı deməkdir.

Azərbaycanda gənclərə aktivpassiv seçki hüququ verilmişdir. Onlar seçmək və seçilmək hüququna malikdirlər. Yaşı 25-dən aşağı olmayan gənclər ali qanunvericilik orqanına, 21 yaşına çatmış gənclər isə yerli özünüidarə orqanları olan bələdiyyələrə seçilmək hüququna malikdirlər. Hazırda təxminən bələdiyyə üzvlərinin 28 faizi gənclərdir.  İctimai fəal gənclər gəncliyin inkişafını əks etdirən  dövlət proqramlarının, qanun layihələrinin hazırlanmasına cəlb edilirlər. Ölkə parlamentində fəaliyyət göstərən deputatlarımız arasında da gənclər sektorunda fəal təmsil olunan şəxslər vardır. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının 9 üzvündən 4-ü gənclər təşkilatlarının rəhbərləridir.

Hazırda  gənclərin təşkilatlanması prosesi ugurla  gedir. Gənclər müxtəlif gənclər təşkilatlarında təmsil olunurlar. Bu gün Azərbaycanda 250-yə qədər belə təşkilat mövcuddur. Bu təşkilatlar vasitəsilə gənclərin ən müxtəlif problemləri üzə çıxarılır, həyata keçirilən layihələr vasitəsilə həllini tapır. Bu layihələr vasitəsilə minlərlə gənc müxtəlif  yerli və beynəlxalq təcrübələrə nail olur, fərqli, kreativ ideyalarla çıxış edirlər. Gənclər təşkilatlarının nümayəndələri Azərbaycanın milli maraqlarının müdafiəsi istiqamətində də fəallıq göstərirlər. Dağlıq Qarabağ problemi ilə əlaqədar Azərbaycanın haqlı mövqeyinin müdafiə olunmasında, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində gənclər təşkilatları tərəfindən həyata keçirilən fəaliyyət də artmaqdadır.  Yeri gəlmişkən qeyd edim ki, gənclərin təşəbbüslərinin dəstəklənməsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin mühüm rolu vardır. Nazirlik ən müxtəlif gənclər qruplarının , təşkilatlarının maraqlı təkliflərini, layihələrini dəstəkləyir.

Azərbaycan demokratik inkişaf yolu tutmuşdur. Dünyanın heç bir ölkəsində demokratiya yolu asan sürətli olmamışdır.  Gün gələcək Azərbaycanda demokratik təsisatlar  daha da inkişaf edəcək. Təbii ki, gənclər   bu proseslərdən kənarda qalmır, qala da bilməz. Dövlət gənclərin qərarların qəbul edilməsində daha fəal iştirakında maraqlıdır. Bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir. Çünki əhalisinin 30 faizdən çox  hissəsi gənc olan  ölkə üçün bu,  çox vacib amildir. Bu rəqəmin özü bir daha göstərir ki, Azərbaycan gəncliyi dövlət ictimai həyatda qədər böyük qüvvədir. Dövlətin gənclər siyasətinin qarşısında duran əsas vəzifələrdən biri bu qüvvəni fiziki, mənəvi, intellektual baxımdan daha da yetkin etməkdən, ictimai proseslərə, dövlət idarəetməsinə  yaxından inteqrasiya etdirməkdən ibarətdir.

Lakin bir qrup gənclər öz fəaliyyətlərinin məsuliyyətini dərk etmirlər. İnkarolunmaz həqiqətdir ki, Azərbaycanın regionda gücünün artmasından, inkişafından narahat olan qüvvələr ölkəmizdə vənziyyəti qarışdırmağa, öz istəkləri istiqamətinə yönləndirməyə çalışır bu fəaliyyətlərində müxtəlif qrupların maraqlarından, o cümlədən ağı - qaradan seçə bilməyən, “siyasət həvəskarı gənclər”dən istifadə edirlər. Mən səmimiyyətlə deyə bilərəm ki, belə gənclərin əksəriyyəti müxtəlif siyasətbazların, antimilli qrupların təsirinə düşdüklərindən belə xəbərsiz qeyri - yetkindirlər. Onların zəif dünyagörüşü, həyat təcrübəsizliyi  bunu təsdiqləyir. Belə gənclər dərk etmirlər ki, müxtəlif daxili xarici dairələrin apardığı qarayaxma kampaniyasının əksinə olaraq, Azərbaycanda hər şey onların düşündüyü kimi heç pis deyil, hətta örnək götürdükləri bir sıra Avropa ölkələrinin iqtisadi durumu ilə müqayisədə Azərbaycanın iqtisadi vəziyyəti daha normaldır. Ölkəmizin iqtisadi inkişaf göstəriciləri hər il müsbətə doğru irəliləməkdədir. Azərbaycan artıq investisiya cəlb edən ölkədən sərmaya qoyan ölkəyə çevrilmişdir. Belə gənclər demokratiyanı hərc - mərcliklə səhv salırlar.

Neçə illər gənclər sahəsində fəaliyyət göstərən bir şəxs kimi gənclərin əhval- ruhiyyəsindən xəbərdaram. Azərbaycan gənclərinin  böyük hissəsi bu gün əksəriyyəti  həyata keçirilən daxili xarici siyasətdən məmnundurlar. Bu məmnunluğun da əsas səbəbi həyata keçirilən siyasi xəttin əsasının  ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmasıdır. Bu siyasət Azərbaycana sabitlik davamlı inkişaf bəxş etmişdir. Həmçinin, Azərbaycanın regionda dünyada söz sahibinə çevrilməsinə gətirib çıxaran, ölkəmizin  gələcək inkişafını təmin edən siyasətdir. Ona görə Azərbaycan gənclərinin tam əksəriyyəti sona  qədər bu siyasətin arxasındadır onu müdafiə edəcəkdir.

Azərbaycan gəncliyi müstəqillik tariximizin bütün dövrlərində müxtəlif sınaqlardan alnıaçıq  - üzüağ çıxmağı bacarıb doğru qərar qəbul edib. Bundan sonra da  belə olacaq.

 

Nurəddin Mehdiyev,

 

Bizim NəsilGənclərin Regional İnkişaf Assosiasiyasının sədri

 

Xalq qəzeti.- 2014.- 1 fevral.- S. 6.