Kütləvi informasiya vasitələrinə dövlət dəstəyi ildən-ilə artır

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Müşahidə Şurasının son iclasında qurumun 2013-cü ildəki fəaliyyəti barədə yekun hesabat müzakirə edilmiş, qənaətbəxş sayılmış və təsdiq olunmuşdur.

KİVDF-nin icracı direktoru Vüqar Səfərlinin hesabat məruzəsində əksini tapmış əsas fəaliyyət istiqamətləri, həyata keçirilmiş layihələr və sərf olunmuş vəsait barədə açıqlamanı oxucularımızın diqqətinə çatdırırıq:

– Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ölkədə fikir plüralizminin, söz və məlumat azadlığının inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi, onların iqtisadi müstəqilliyinin gücləndirilməsi sahəsində həyata keçirilən dövlət siyasətinə müvafiq olaraq, 2013-cü ildə də işini “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası”na və qurumun  nizamnaməsinə uyğun qurmuşdur. Fond 2013-cü ilin dövlət büdcəsindən ayrılmış maliyyə vəsaitini qanunauyğun şəkildə, konsepsiyada nəzərdə tutulmuş məqsədlərin həyata keçirilməsinə sərf etmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 22 iyul 2010-cu il tarixli sərəncamına uyğun olaraq, mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Səbail rayonu Bayıl qəsəbəsi, 20-ci sahə ərazisində 17 mərtəbəli, 2 girişdən və 156 mənzildən ibarət yaşayış binasının tikinti işləri başa çatdırılmışdır. 2013-cü il iyulun 22-də Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin iştirakı ilə binanın açılış mərasimi keçirilmişdir.

KİV əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 22 iyul 2013-cü il tarixli sərəncamı ilə jurnalistlər üçün yeni yaşayış binasının tikintisi qərara alınmış və bu məqsədlə ilkin maliyyə vəsaiti ayrılmışdır. Prezident  İlham Əliyev yeni binanın təməlqoyma mərasimində iştirak etmişdir.

Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi ilə əlaqədar KİV nümayəndələrinin seçki prosesində fəallığını təmin etmək, onların hüquq və vəzifələri ilə bağlı maarifləndirmə işi aparmaq məqsədilə Mərkəzi Seçki Komissiyası ilə birgə “Seçki prosesində KİV nümayəndələrinin fəaliyyətinin əsasları, onların hüquqları, vəzifələri və məsuliyyətləri” mövzusunda konfrans keçirilmişdir. Konfransda ölkənin aparıcı qəzetlərinin, informasiya agentliklərinin rəhbərləri iştirak etmişlər. Tədbirdə ekspertlər seçki prosesində KİV-lərin fəaliyyəti ilə əlaqədar jurnalistlərə ətraflı məlumat vermişonlaraSeçki prosesində fəaliyyət göstərən jurnalistlər üçün bələdçi” kitabçası paylanmışdır.

Fond  il ərzində respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş vermiş hadisələri diqqət mərkəzində saxlamış, onun maliyyə dəstəyi göstərdiyi KİV-lər konsepsiyada nəzərdə tutulmuş istiqamətlər üzrə həyata keçirilən tədbirləri geniş işıqlandırmışlar. Dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi infornmasiya vasitələrinin potensialından səmərəli istifadə etmək, jurnalistlərin peşəkarlığını artırmaq, onların sosial müdafiəsini gücləndirmək məqsədilə 2013-cü il ərzində 3 dəfə - Novruz bayramı, Azərbaycan milli mətbuatının yaranmasının 138-ci ildönümü,  31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni il münasibətilə fərdi jurnalist yazıları müsabiqəsi təşkil etmişdir. Bu müsabiqələrə, ümumilikdə, 284 yazı təqdim edilmiş, 160 jurnalist qalib kimi müəyyənləşdirilmiş və mükafatlandırılmışdır. Ümumilikdə, hesabat ilində fondun təşkilatçılığı və iştirakı ilə keçirilən müsabiqələrdə 232 jurnalist mükafatlandırılmışdır.

“Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” nın 4.16 bəndinin icrasını təmin etmək üçün tədbirlər planı hazırlanmış, jurnalistlər, dövlət orqanlarının informasiya verilməsinə məsul əməkdaşları, QHT və bələdiyyə nümayəndələri arasında maarifləndirmə işi aparılmışdır. KİV-lərin informasiya təminatını yaxşılaşdırmaq və informasiya əldə etmək hüququ ilə bağlı Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) və İnformasiya Texnologiyaları Nazirliyinin rəhbərlərinin iştirakı ilə “İnformasiya əldə etmək hüququ və açıq cəmiyyət” mövzusunda konfrans təşkil edilmişdir.

 

Hesabatda daha sonra bildirilir:

 

Fond ölkəmizdə aparılan quruculuq işlərini geniş ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə keçən il də dövlət orqanları ilə KİV-lər arasında əlaqələrin inkişaf etdirilməsinə xüsusi diqqət yetirmiş, müxtəlif konfranslar, seminarlar, müsabiqələr təşkil etmişdir. Bakı şəhərinin Binəqədi və Nizami rayonlarının icra hakimiyyətləri ilə birgə “Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda konfranslar keçirilmişdir. Eyni zamanda, fondun və həmin rayonların icra hakimiyyəti orqanlarının təşkilatçılığı ilə “Rayonların sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda jurnalistlərin fərdi yazı müsabiqələri təşkil olunmuşdur. Bu müsabiqələrə 88 yazı təqdim edilmiş, onlardan 32 yazı qalib hesab edilərək mükafatlandırılmışdır.

“Dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusu çərçivəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və KİV nümayəndələrinin   görüşü təşkil olunmuşdur. Görüşdə KİV nümayəndələri ilə ikitərəfli əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunmuş, KİV-lərə xidmətin fəaliyyəti barədə məlumat verilmişgeniş müzakirə aparılmışdır. Gələcəkdə bu qurumun KİV-lərlə əməkdaşlığının yaxşılaşdırılması qərara alınmışdır.

2013-cü ilinİnformasiya texnologiyaları ilielan olunması ilə əlaqədar Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə jurnalistlər arasında fərdi yazı müsabiqəsi təşkil edilmişdir. Müsabiqəyə 5 istiqamət üzrə 38 yazı təqdim edilmişdir. Müsabiqəyə təqdim edilən yazılardan 15-i əsas, 15-i isə həvəsləndirici mükafata layiq görülmüşdür.

Ölkəmizdə “Bakı Avropa Oyunları 2015"ə hazırlıq prosesində KİV nümayəndələrinin fəal iştirakını təmin etmək məqsədilə, Azərbaycan Milli Olimpiya Komitəsi ilə birgə “Milli Olimpiya Komitəsi ilə KİV-lər arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda konfrans keçirilmiş, eləcə də “Azərbaycanda idmanolimpiya hərəkatı: inkişaf tarixi, nəticələr və perspektivlər” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi təşkil edilmişdir. Müsabiqədə iştirak edən 27 jurnalistdən 3-ü əsas, 7-si isə həvəsləndirici mükafatlar qazanmışlar.

Yevlax şəhərində “İnternet media resurslarında etik durumhüquqi məsuliyyət” layihəsi çərçivəsində region jurnalistləri və şəhər ziyalıları ilə geniş konfrans təşkil olunmuşdur. Bu tədbirdə jurnalistlərlə yanaşı, dövlət orqanlarının əməkdaşları, bələdiyyə üzvləri, ziyalılar, QHT nümayəndələri iştirak etmişdir. Ekspertlər konfransda iştirak edən jurnalistlərə və ziyalılara mövzu barəsində geniş məlumat vermiş, onları maraqlandıran sualları ətraflı cavablandırmışlar.

Fond “Azərbaycan media məkanında ədəbi dilin qorunması” və “Jurnalist peşəkarlığının artırılması” mövzusunda layihələr də həyata keçirmişdir. Layihə çərçivəsində Azərbaycan media məkanının dil problemləri araşdırılmış, onun tənzimlənməsi yolları müzakirə edilmişmüvafiq təkliflər verilmişdir.

Ümumdünya Mətbuat Azadlığı Günü ilə əlaqədar KİVDF Azərbaycan Mətbuat Şurası ilə birlikdə Azərbaycan media məkanı: “Mövcud durumperspektiv vəzifələr” mövzusunda konfrans təşkil etmişdir. Konfransda KİV təşkilatlarının, media orqanlarının Azərbaycanda söz və mətbuat azadlığının inkişaf tendensiyası ətrafında müzakirələr aparılmışdır.

2013-cü ildə fondun beynəlxalq əlaqələri də genişlənmişdir. Azərbaycanda söz və məlumat azadlığının inkişafı ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsinin öyrənilməsi və tətbiqi məsələləri diqqət mərkəzində olmuşdur. Fondun rəhbərliyi beynəlxalq təşkilatların nümayəndələri, xarici jurnalistlərlə görüşmüş, onlara mətbuatın inkişafı ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlər haqda məlumat vermişdir. Beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə 12 KİV rəhbərinin Şimali Kipr Türk Cümhuriyyətinə səfəri təşkil edilmişdir.

Hesabat dövründə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi, redaksiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi və səmərəli fəaliyyətinə zəruri şərait yaradılması, jurnalist peşəkarlığının yüksəldilməsi, habelə KİV-lərin dövlət və cəmiyyət üçün əhəmiyyətli problemlərin həllinə cəlb edilməsi məqsədilə redaksiyalara metodiki, texniki-təşkilati, konsultativ və maliyyə dəstəyi göstərilmişdir.

Metodiki dəstək çərçivəsində redaksiyaların və jurnalistlərin layihə sənədlərinin və hesabatlarının hazırlanmasına, layihələrin icrasına köməklik göstərilmiş, bu məqsədlə təşkil olunmuş təlimlərdə geniş jurnalist auditoriyasının iştirakı təmin edilmişdir. Fond rəhbərliyinin ayrı-ayrı dövlət orqanları, müxtəlif təşkilatların rəhbərləri ilə görüşləri təşkil edilmişdir. Fond jurnalist təşkilatları, QHT-lər və dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərmiş, birgə tədbirlər keçirnmişdir.

Ziya” qəzetinin ərəb qrafikasından latın qrafikasına transliterasiyası layihəsi çərçivəsində “Ziya” qəzetinin bütün nömrələri latın qrafıkası ilə yığılaraq dərc edilmişdir.

Təşkilati-texniki dəstək çərçivəsində, fondun maliyyə dəstəyi ilə dövlət orqanlarının mətbuat xidmətlərinin rəhbərlərindən ibarət 15 nəfərlik heyət Türkiyə Cümhuriyyətinə ezam olunmuşdur.

Hesabatda ayrı-ayrı media qurumlarına göstərilən maliyyə dəstəyi və digər xərclər də əksini tapmışdır:

Konsepsiyada nəzərdə tutulmuş məqsədlərin həyata keçirilnməsi üçün Fond tərəfindən KİV-lərə maliyyə dəstəyi davam etdirilmişdir. 2013-cü ilin dövlət büdcəsindən Fonda 3.903.483 manat vəsait ayrılmışdır.  Mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birgə keçirilən fərdi jurnalist yazı müsabiqələri üçün əlavə mənbələrdən isə 38. 940 manat vəsait cəlb edilmişdir.

İl ərzində 31 KİV-in təqdim etdiyi layihə təklifləri fondun tələblərinə cavab vermiş və həmin redaksiyalar maliyyələşdirilmişdir. Dövlət büdcəsindən fonda ayrılmış vəsaitin 2. 460 712,91 manatı KİV layihələrinin maliyyələşməsinə, 112.414,7 manatı işçilərə əmək haqqı və mükafatların verilməsinə, 24. 731,26 manat Dövlət Sosial Müdafiə Fonduna ödənişlərə, 242. 153,59 manat jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılmasına və jurnalist müsabiqəsi tədbirlərinin təşkilinə xərclənmişdir. Fond digər layihələrin və tədbirlərin maliyyələşdirilməsinə 189. 021,45 manat vəsait sərf edib.

Bundan başqa, Azərbaycan Respublikası PrezidentininBir sıra kütləvi informasiya nəşrlərinin dövlət büdcəsindən maliyyələşdirilməsi mexanizminin təkmilləşdirilməsi haqqında” 24 iyun 2009-cu il tarixli 114 saylı fərmanının 1.1-ci bəndinə əsasən, “Azərbaycan”, “Göyərçin”, “Günəş”, “Qobustan”, “Literaturnıy Azerbaydjan”, “Ulduz” jurnallarına və “Ədəbiyyat”, “Savalan” qəzet redaksiyalarına 709.262 manat ayrılmış, bu vəsaitin 708. 671,82 manatı xərclənmişdir.

Fond il ərzində sair xərclərə 135. 408,82 manat vəsait sərf etmişdir. Fondun maddi - texniki bazasını gücləndirmək məqsədi ilə lazımi inventarların alınması üçün 20. 000 manat vəsait xərclənmişdir.

Fonda ayrılmış 3.903.483 manat vəsaitdən 3.893.114,55 manatı istifadə olunmuş, bank xərcləri üçün ayrılmış vəsaitdən 10.368,45 manatı xərclənməmiş və həmin vəsait dövlət büdcəsinə məxaric edilmişdir.

Jurnalistlər üçün binanın tikilib başa çatdırılması və təmiri üçün 22. 396. 316 manat vəsait istifadə olunmuşdur.

 

Hesabatın sonunda bildirilir:

 

– Ötən il KİVDF Müşahidə Şurasının 12 iclası keçirilmiş, işin təşkili, müsabiqələrin keçirilməsi və nəticələrinin təsdiqi, layihələrin qiymətləndirilməsi ilə bağlı ekspertlərin müəyyənləşdirilməsi, ayrı-ayrı tədbirlərin təşkili və digər məsələlər müzakirə edilmiş, müvafiq qərarlar qəbul olunmuşdur.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2014.- 2 fevral.- S. 3.