Azərbaycan Turizm İnstitutu beynəlxalq əlaqələr meridianlarında

 

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, həmçinin səriştəli müəllim, təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üzrə genişmiqyaslı tədbirlər və strateji istiqamətlər nəzərdə tutulmuşdur. Qeyd edilən tədbirlərin və strateji istiqamətlərin reallaşdırılması, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinə və milli-mənəvi dəyərlərə uyğunlaşdırılaraq uğurlu tətbiqinə zəmin yaradır.

Yarandığı ilk gündən təhsil sahəsində əməkdaşlığa böyük önəm verən ATİ bu istiqamətdə fəaliyyətini ötən ildə də uğurla davam etdirmişdir. İnstitut ilə İMC Krems Tətbiqi Elmlər Universiteti arasında bakalavr təhsil pilləsi üzrə imzalanmış müqaviləyə əsasən ötən  tədris ilində 15 tələbə məzun olmuş və hər iki ali təhsil müəssisəsinin diplomunu əldə etmişdir. Sentyabrda 2013—2014-cü tədris ili üzrə beynəlxalq proqram çərçivəsində təhsil almaq istəyən tələbələr arasında növbəti seçim aparılmış və bakalavr pilləsi üzrə 31, magistratura pilləsi üzrə isə 18 nəfər bu proqramda oxumaq şansı qazanmışdır. Akademik müqavilənin şərtlərinə əsasən tələbələr üç tədris ili ərzində “Turizm və asudə vaxt menecmenti proqramı” üzrə ingilis dilində təhsil alırlar. Proqramı müvəffəqiyyətlə bitirən məzunlar hər iki ali təhsil müəssisəsinin diplomunu alır, dünyanın istənilən nöqtəsində nüfuzlu turizm müəssisələrində işləmək imkanı əldə edirlər. İndiyədək ATİ-nin 72 məzunu bakalavr pilləsi üzrə Azərbaycan—Avstriya Turizm Proqramını uğurla başa vurmuşdur. Hazırda məzunlarımız “Hilton Baku”, “Four Seasons” “Jumeirah Bilgah Beach”, “Marriotte Absheron”, “Fairmont”, “Kempinski Badamdar”, Şahdağ Qış-Yay Turizm Kompleksi kimi yeni açılmış hotellər şəbəkəsində çalışırlar. Maldiv adaları, Birləşmiş Ərəb Əmirliyi kimi turizmi prioritet seçən ölkələrdə işləyənlər var, bəziləri isə Şotlandiya, Türkiyə, Almaniya, İsveçrə, İngiltərədə təhsillərini davam etdirirlər.

Avropa Birliyinin ErasmusMundus Xarici Əməkdaşlıq Pəncərə Proqramı çərçivəsində 3 magistrant tələbə Portuqaliyanın Vyana du Kaştelo Politexnik Universitetində təhsil müddətini artıq başa vurmuşdur. Yola saldığımız ildə Almaniyada təşkil olunan intensiv yay dil kursunda ümumilikdə 14 nəfər, Atatürk Universitetinin təşkil etdiyi yay məktəbində isə institutun 2 tələbəsi  iştirak etmişdir.  Səriştəli təhsilverənin formalaşdırılması məqsədilə Azərbaycan Turizm İnstitutu kadr hazırlığı prosesində hər zaman əmək bazarının tələbləri, dövlətin və milli ənənələrin qorunması, inkişaf etdirilməsi, tədris prosesinin keyfiyyətliliyinə nail olunmasını başlıca məqsəd bildiyi səbəbindən professor-müəllim korpusunun, eləcə də inzibati heyətdə çalışanların müxtəlif təlim və təqaüd proqramlarında iştirakını daim dəstəkləyir. Azəbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə “British Council” və İngiltərənin Varvik Universitetinin təşkilatçılığı ilə Azərbaycan universitetlərində beynəlxalq əlaqələr şöbələrinin inkişafına dair təlim, Hindistan Texnikiİqtisadi Əməkdaşlıq Proqramı (İTEC) çərçivəsində Hindistanın kənd təsərrüfatının inkişafı üzrə kiçikorta sahibkarlıq sahəsində milli institutlar tərəfindən keçirilmiş təlim proqramı, Gürcüstandakı Avropa evinin təşkilatçılığı, Almaniyanın “Black Sea TrustMarşal Fondunun, Robert Boş Fondunun dəstəyi ilə keçirilmiş Cənubi Qafqaz dövlətlərinin mədəniyyət və idarəçilik sahəsində çalışan əməkdaşları üçün təlim proqramı kimi layihələrdə  fərqlənən iştirakçı olublar. “Birləşmiş Millətlər Akademik Təsir” təşəbbüs proqramının prinsiplərinə uyğun olaraq institut öz fəaliyyətinin davamlı təşkilinə böyük maraq göstərir.  Strategiyada nəzərdə tutulduğu kimi, əmək bazarında təklif edən, istər dövlət, istərsə də qeyri-dövlət sektorunda yer alan bütün subyektlərin ali təhsil prosesində başlıca maraqlı tərəfə çevirildiyini nəzərər alaraq, təhsilin beynəlxalq standartlara uyğunluğunu təmin etmək məqsədilə ATİ xarici mütəxəssislərin tədris prosesinə cəlb edilməsi istiqamətində fəaliyyətini genişləndirir. Azərbaycan-Avstriya Turizm Proqramı çərçivəsində, ABŞ-ın Fullbright təqaüd proqramı, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ) və Robert Boş Fondu kimi təşkilatlarla əməkdaşlıq sayəsində Avstriya, Almaniya, Türkiyə, ABŞ, İspaniya kimi ölkələrdən professor-müəllim heyəti tədris prosesinə cəlb olunmuşdur. ATİ yeni imkanların araşdırılması və tətbiqi sahəsində fəaliyyətinə yenidən baxmışdır. 

Bu, bir faktdır ki, qloballaşma prosesi müxtəlif dövlətlərin təhsil sistemində inteqrasiya amilini labüd edir. Beynəlxalq təşkilatlara üzvlük ATİ-yə böyük dividentlər gətirmişdir. Belə ki, 2011-ci ildən Azərbaycan Turizm İnstitutu Ümumdünya Turizm Təşkilatının “qoşulmuş üzvükimi müxtəlif konfrans və sərgilərdə, həmçinin xüsusi  işçi qrupu üzvlərinin hər bir toplantısında maraqlı təkliflərlə  iştirak etmişdir. Ötən il təşkilatın keçirdiyi “Turizmdə yeni mədəni üfüqlərin kəşfi” adlı beynəlxalq konfrans (Bəhreyn, Manana),  Dünya Turizm Təşkilatı İpək Yolu İşçi Qrupunun 3-cü iclasında (Bakıda) rəhbərlik səviyyəsində təmsil olunmuşdur. Onu da qeyd edək ki, tələbələrimiz Azərbaycanda Beynəlxalq Turizm Sərgisinin keçirildiyi günlərdə  Dünya Turizm Təşkilatının stendini təşkilat nümayəndələri ilə yanaşı  təmsil etmişlər. Qoşulmuş Üzvlər Şurasına seçkilər prosesində ATİ-nin  iştirakı  isə beynəlxalq əlaqələr mühitində daha bir təcrübə  mərhələsi  kimi dəyərləndirilməlidir. Zimbabvedə keçirilmiş Dünya Turizm Təşkilatı Baş Assambleyasının 20-ci iclasında isə Azərbaycandan gedən nümayəndə heyəti ilə birlikdə ATİ-nin rektoru Cəfər Cəfərov iştirak etmişdir. Səfər çərçivəsində Cənubi Afrika Respublikasında turizm profilli ali təhsil müəssisələri ilə (Vaal Texnologiya Universiteti, Şimal Qərb Universiteti, Keyp Yarımadası Texnologiya Universiteti, Nelson Mandella Metropolitan Universiteti, Pretoria Universiteti) görüşlərdə ilkin əməkdaşlıq istiqamətləri müəyyənləşdirilmişdir.

ATİ beynəlxalq şəbəkə və təşkilatlar tərəfindən təhsilin, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi və möhkəmləndirilməsi, müxtəlif ali təhsil müəssisələri arasında faydalı  əlaqələrin qurulması, ölkənin turizm potensialının hərtərəfli öyrənilməsinə dair mütəmadi keçirilən konfrans və toplantıların iştirakçısı olmuşdur. 2010-cu ilin may ayında əsası qoyulmuş və məqsədi İpək Yolu üzərində yerləşən dövlətlərdə təhsilin, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi və möhkəmləndirilməsi, akademik inkişafın dəstəklənməsilə zəngin mədəni irsin bərpası və qorunması, bu üzrə prioritet istiqamətləri hədəfləyən Avrasiya İpək Yolu Universitetləri Konsorsiumunun İcraedici Şuranın növbəti iclasında (Malayziya, Kuala Lumpur), həmçinin 4-cü qurultayında (Hindistan, Bubanesvar) iştirak etmişdir. ESRUK-un 4-cü qurultayında Azərbaycan Turizm İnstitutu konsorsiumun rəhbəri Atatürk Universiteti tərəfindən irəli sürülmüşVahid tədqiqat layihəsi” çərçivəsində hazırlıq prosesinə cəlb olunmuşdur.

Ötən il tədris strategiyasında təhsil, tədqiqat, təcrübə sahəsində müsbət irəliləyişlərlə yanaşı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş Qafqaz Universitetlər Birliyinin III konqresində təşkilata üzv qəbul edilməsi ilə yadda qalmışdır. Həmçinin Rusiyanın Volqaboyu Dövlət Texnoloji UniversitetiUral Dövlət İqtisad Universiteti, Türkiyənin Ərdahan Universiteti, Canik Başarı Universiteti, Sinop Universiteti, Kastamonu UniversitetiMuş Alparslan Universiteti, Hindistanın Kalinqa Sənaye Texnologiyası Universiteti, həmçinin Naxçıvan Özəl Universiteti ilə anlaşma memorandumları və əməkdaşlıq müqavilələri imzalanmışdır. Mövlanə mübadilə proqramı çərçivəsində Türkiyənin Kafkas, Ardahan, Muş Alparslan, Kastamonu, Canik Başarı, SinopAmasya universitetləri ilə əməkdaşlığın əsası qoyulmuşdur.  AvropaUzaq Şərqin turizmyönlü ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində işlər bu günuğurla davam etdirilir.

Ölkədaxili turizmin inkişafına yönəlik müxtəlif səviyyəli tədbirlərin təşkilində yaxından iştirak edən ATİ cari ildə də Azərbaycan Turizm Assosiasiyası, Mədəniyyət və Turizm Nazirliyinin şəhər və rayon şöbələri, regional turizm informasiya mərkəzləri, Avstriya—Azərbaycan Ticarət Palatası, ABŞ—Azərbaycan Ticarət Palatası, GİZ, USAİD, ATİB, SKAL Baku, TÜRKSOY, HVS Qlobal Qonaqpərvərlik Xidməti kimi təşkilatlar, həmçinin ölkəmizdə fəaliyyət göstərən aparıcı hotelturizm şirkətləri ilə sıx əməkdaşlıq etmişdir. Bundan əlavə, Almaniya, Avstriya, Türkmənistan, Koreya, İsrail, ABŞ, Fransa, Niderland, Özbəkistan, İsveç, İsveçrə, Türkiyənin səfirliklərilə tədbirlər çərçivəsində və instituta gələn həmin ölkə səfirlərilə görüşlər olmuşdur.

Son 30-40 il ərzindəki elmi-texnoloji tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində praktiki bilik və vərdişlərlə zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir. Bu baxımdan təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyi önə çəkilir. Səriştə əldə olunmuş bilik və bacarıqları praktiki fəaliyyətdə effektiv və səmərəli tətbiq etmək qabiliyyətidir. O, şəxsin qazandığı bilik və bacarıqların konkret fəaliyyətin nəticəsinə çevrilməsini təmin edir. Səriştəyə əsaslanan təhsil sosial-iqtisadi inkişafa daha effektli xidmət göstərir. Səfirliklərlə yaxından əməkdaşlıq nəticəsində 2013-cü tədris ilində institut tələbələrindən 20 nəfər İsraildə istehsalat təcrübəsi, 10 nəfər isə Şimali Kipr Türk Cümhuriyyətində tanışlıq təcrübəsi keçmişdir. İnstitut əməkdaşları II Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumu, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının Bakı konfransı, IV Rusiya—Azərbaycan Forumu, Avstriya Mədəniyyətlərarası Mərkəzinin təşkilatçılığı ilə keçirilmişUşaqlar üçün Qafqaz şəbəkəsinin” I Baş Assambleyası, ATİ-nin Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə Polşada keçirilmiş konfrans, eyni zamanda Rusiyada keçirilmişİnsan, Cəmiyyət, Təbiət Qlobal Transformasiya dövründə: Təhlükəsizlik və İnkişaf” adlı beynəlxalq konfrans, YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması Komitəsinin Bakıda keçirilən 8-ci sessiyası kimi dövlət və beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirak etmişlər.

Avropa universitetləri ilə tərəfdaş ölkələr arasında əməkdaşlığı nəzərdə tutanali təhsilin modernləşdirilməsinə yönəlmiş TEMPUS proqramı çərçivəsində 3 layihədə tərəfdaş ali təhsil müəssisələrindən biriATİ-dir. Layihələr çərçivəsində Almaniya, Gürcüstan, Litva, Latviya, Polşa və ölkəmizdə görüşlər,  işçi qrupların iclasları keçirilmiş, təşkil olunan təlim proqramlarında institut əməkdaşları yaxından iştirak etmişdir. Dövlət Strategiyasında “informasiya-kommunikasiya texnologiyalarına əsaslanan, yaradıcı düşüncəni inkişaf etdirən və təhsilalanın fərdi xüsusiyyətlərini nəzərə alan müasir, fəal-interaktiv təlim metodlarında və  siyasətində mühüm yer tutma” müddəasını başlıca şərt kimi dəyərləndirən Azərbaycan Turizm İnstitutunda “E-NOTES - Azərbaycanda ECDL Milli OperatorTest Mərkəzləri” Tempus layihəsi (2012-2015-ci illər) çərçivəsində müasir texniki avadanlıqlarla təchiz olunmuş kompyuter laboratoriyası yaradılmışdır. Bu laboratoriyada professor-müəllim heyəti və tələbələrimizin kompyuter biliklərinin aşılanması və təkmilləşdirilməsi prosesi həyata keçiriləcəkdir.

Ölkə Prezidentinin təhsil sahəsində yürütdüyü uğurlu siyasətə layiqli cavab olaraq gənc ali təhsil müəssisələrindən biri sayılan ATİ bu gün mövcud beynəlxalq və yerli əməkdaşlığa xüsusi önəm verironu daha da möhkəmləndirməyə xüsusi səy göstərir. Dövlət Strategiyasının qarşıya qoyduğu mühüm tələblərə müvafiq olaraq ATİ yeni əlaqələrin qurulması ilə yanaşı, beynəlxalq təhsil məkanına inteqrasiyanı başlıca vəzifələrdən biri kimi fəaliyyət strategiyasında reallaşdırmaq əzmindədir.

 

  Şəhla ƏHMƏDOVA,

 

Azərbaycan Turizm İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri

 

Xalq qəzeti.- 2014.- 5 fevral.- S. 4.